Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə30/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   26   27   28   29   30   31   32   33   ...   175

 

89

forma  dəyişikliyi  baş  verə  bilər,  məzmun  da  dəyişə  bilər. 



Planetlər ümumi kainat nizamına tabe ola bilərlər.  

Xaos  kosmosda  olan  müəyyən  boşluqlardan,  tətbiq  edilən 

qvvələr arasında  yaranan nisbət uyğunsuzluqlarından meydana 

gələn  bir  qeyri-nizam  vəziyyətidir.  Onu  da  nəzərə  almaq 

lazımdır ki, təbiətin (bizim dünyanın) qüvvələri onun (təbiətin) 

elementlərini,  subyektlərini  idarə  edir  və  bunun  da  sayəsində 

müəyyən  enerji  yaranır,  enerjidən  də  qüvvələr  ortaya  çıxır. 

Elementlərin  hərəkətlərindən  enerji  meydana  gəlir  və  enerjilər 

ötürülür, mübadilə şəraitində olurlar. Enerjinin mübadiləsindən 

isə  elementlər  qarşılıqlı  olaraq  qidalanırlar.  Yer  kürəsində  isə 

insanlar  arasında  enerji  mübadilələri  prosesləri  məkanlar  üzrə 

şərti və mütləq, həmçinin nisbi əsaslarla həm bərabər, həm də 

qeyri-bərabər şəkildə həyata keçirilir. Bu baxımdan da tərəflər 

arasında  həm  balanslı,  həm  də  disbalanslı vəziyyətlər neydana 

gəlir. 

İnsanlar  ehtiyac  və  tələbatlarını  ödəmək  üçün  öz 



enerjilərini  həm  maddi,  həm  də  mənəvi  aləmdən,  eləcə  də  öz 

aralarında  olan  ünsiyyətdən  götürürlər.  Müvafiq  vəhdətlik 

insan  varlığının  başlıca  şərtidir.  Hər  iki  mənbə  kasadlığı 

yarandıqda  enerji  çatışmazlığı  meydana  gəlir  və  əsəbi 

vəziyyətlər  üzə  çıxır.  Məsələn,  insanların  ehtiyaclarının 

ödənilməsi üçün lazımi vasitələr çatışmadıqda həyatda tarazlıq 

pozulur  və  enerjisizlik  yaranır.  Enerjisizlik  isə  əsəbiliyə, 

gərginliyə  gətirirb  çıxarır  və  insanlar  öz  lazımi  tələbatlarını 

ödəmədikdə,  resurslar  çatışmadıqda  isə  həyat  strukturu 

pozulur. 




 

90

vəziyyətinin yaranmasına ehtiyac olan amilə, səbəbə çevrilir və 



öz  məkanında,  onunla  bağlı  olan  məkanlarda  bir  çox 

dəyişiklikləri yaradır. Buna görə də xaosun yaranmaması üçün 

mütləq  şəkildə  enerji  vasitələrini  təmin  etmək  vacib  amilə 

çevrilir. 

Digər bir tərəfdən hesab etmək olar ki, güclülərin gücsüzlər 

üzərində  “dörd  divar”  prinsipini  tətbiq  etmələri  birtərəfli 

hərəkətləri  yaradır.  Enerji  vasitələrinin  bir-birilərinə  enerji 

ötürmələri üçün geniş imkanları mövcud olmur. Enerjisiz qalan 

tərəf isə  enerjilərini əlindən alan  tərəfə qarşı hər an  güc tətbiq 

etməyə və nəticə olaraq öz lazımi ehtiyac və tələbat vasitələrini 

əldə etməyə çalışır. Misal olaraq qeyd etmək olar ki, Asiya və 

Afrika,  Latın  Amerikası  ölkələrinin  əksəriyyətində  kişilər 

tərəfindən  qadınlara  qarşı  “dörd  divar”  prinsiplərinin  tətbiqi 

enerji  mübadilələrinin  lazımi  səviyyədə  həyata  keçirilməsinin 

qarşısını alır. Bu cəmiyyətlərdə qadınlar öz enerjilərini kişilərə 

verirlər,  əvəzində  isə  qeyri-mübadilə  şəraitinə  görə  lazımi 

resurslar  əldə  edə  bilmirlər  və  əsəbi,  əksər  hallarda  isə  “dəli” 

vəziyyətinə  düşürlər.  Onlarda  gözübağlılıq  yaranır  və 

qadınların  əksəriyyəti  ümumi  enerji  mübadiləsi  sistemində 

iştirak  edə  bilmir  və  faydalanmaq  imkanlarından  xaric  olunur. 

İctimai  “dəlilik”  də  enerjisizlikdən  meydana  gələn  ictimai  bir 

xəstəlikdir.  Ruhi  cəhətdən  xəstələnmiş  cəmiyyətlər  mütləq 

şəkildə  infantil  cəmiyyətlər  hesab  edilməlidir  və  belə 

cəmiyyətlərdə  balanslaşdırmadan,  düzgünlükdən  və  ədalətdən 

söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə 

əgər  bir  qrup  digər  qrupun  enerjisini  əlindən  alarsa,  enerjisi 

olmayan  tərəf  o  biri  tərəf  üçün  daima  təhlükə  mənbəyi  olaraq 

qalacaqdır.  Sabitszilik,  qeyri-inkişaf  və  müharibə,  münaqişə 

şəraitləri 

də 


ədalətsizlikdən 

doğacaqdır. 

Birtərəfli 

cəmiyyətlətdə,  enerjisi  bərabər  paylanmayan  cəmiyyətlərdə 

“xəstə-dəli” insanlar digərləri üçün qorxulu amilə çevriləcəkdir 

ki,  “xəstə”  ünsürlərin  birləşərək  vahid  gücə  çevrilmələri  (bu 

birləşmədə  artıq  enerji  meydana  gələ  bilir)  nəticədə  xaosa 



 

91

gətirib  çıxracaqdır.  Fizioloji  baxımdan  infantil  cəmiyyətlərdə 



isə  xoşbəxtlikdən,  firavanlıqdan  belə  söhbət  gedə  bilməz  və 

ümumi  mühit  qeyri-tarazlıqların  üstünlük  təşkil  etməsi  ilə 

xarakterizə olunacaqdır. 

 

İ

nfantil-fizioloji baxımdan xəstə, qeyri-taraz, cəmiyyətlərə 

xas olan xüsusiyyətlər: 

 

-cəmiyyətin üzvləri arasında kontrastlar, uçurumlar;  



-insanların  maddi  aləm  qarşısında  alçalmaları  və 

acizlikləri; 

-cəmiyyətlərdə  sabitsizlik,  münaqişələr,  müharibələr, 

böhranlar və digər çaxnaşmalar, qarşıdurmalar; 

-terrorçuluq və digər transmilli cinayətkarlıq; 

-qadınların əzilərək alçaldılması; 

-qadın və uşaq əməyinin istismarı; 

-qadınlara qarşı fiziki, cinsi və mənəvi zorakılıq; 

-qadınlara 

qarşı 


ögey 

münasibətlərdən, 

enerji 

çatışmazlığından irəli gələn qadın əxlaqsızlığı 



-cəmiyyətlərin 

ümumi 


səviyyəsinin 

aşağılığı, 

zəka 

gerilikləri və bundan irəli gələn dəyər çatışmazlıqları; 



-dini  radikallıq  və  bundan  irəli  gələn  dinsizlik,  dini 

inancların  ucuz  tutulması  və  alətə  çevrilməsi;  qeyri-

humanistlik; 

-bir  qrup  şəxslərdə  hakim  kəsilən  avamlıq,  nadanlıq  və 

cəhalət; emosiyalara qapınma, dözümsüzlük və ümidsizlik;  

-riyakarlıq,  ikiüzlülük,  yaltaqlıq;  ikiləşmə-daxili  başqa, 

xarici başqa və bundan irəli gələn xəyanət;  

-maddi  aləmə  qapınmadan,  hərislikdən  irəli  gələn 

rüşvətxorluq,  korrupsiya, hüquqların  alqı və satqısı-hüquqların 

“marketinqi”; 

-güclülərin  gücsüzlər  üzərində  hökmranlığından  yaranan 

ədalətsizliklər, qeyri-insani hərəkətlər




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə