Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə27/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   23   24   25   26   27   28   29   30   ...   175

 

80

Konventində  təsdiq  olunmamasına  baxmayaraq,  bunun  əsasları 



məclisin  təsdiq  etdiyi  insan  və  vətəndaş  azadlıqları  barədə 

Bəyannamədə öz əksini tapmışdı və bu sənəd nəinki beynəlxalq 

hüququn  ümumi  prinsiplərinin  formalaşmasında,  eləcə  də 

dövlətin  beynəlxalq  hüququn  subyekti  kimi  hüquqi  əsaslarını, 

bununla yanaşı, müharibənin aparılmasının humanistik əsasların, 

eləcə də beynəlxalq müqavilələr hüququnu, beynəlxalq hüquqda 

ərazi və əhali mübahisələrinə yeni yanaşmaları meydana gətirdi. 

Bu  sənədlərin  mahiyyətindən  o  üzə  çıxırdı  ki,  hər  bir  xalq  öz 

ərazisinin sahibidir; öz idaretmə üsulunu yaradır; bütün dövlətlər 

bərabərdir;  bütün  xalqlar  bir  çox  ayrılmaz  hüquqlara  və 

öhdəliklərə  sahibir.  Öhdəliklərdən  biri  ondan  ibarət  idi  ki, 

xalqlar  sülh  zamanı  bir-birilərinə  daha  çox  xeyir  verəcəklər, 

müharibə  zamanı  isə  az  ziyan  vuracaqlar.  Bu  doktrinadan  və 

əksini  tapmış  ideyalardan  irəli  gələrək  milli  hərəkatlar  öz 

dövlətçilikləri uğrunda mübarizə apardılar. Bu baxımdan həmin 

dövrdə  yeni  müstəqil  dövlətlər  meydana  gəldi:  Belçika 

Hollandiyadan  ayrıldı,  Osmanlı  imperiyasından  Bolqarıstan, 

Yunanıstan,  Rumıniya,  Serbiya,  Çernoqoriya  ayrıldı.  Xalqların 

əsas  hüquq  və  öhdəliklərinə  dövlətin  əsas  hüquq  və  öhdəlikləri 

kimi  baxıldı.  1864-cü  ildə  Cenevrə  Konvensiyası  qəbul  edildi, 

1713-cü ildə Utrext sazişi imzalandı, 1814-1815-ci illərdə Vyana 

Konqresi  keçirildi  (konqres  digər  məsələlərlə  yanaşı,  İsveçrəyə 

daimi  bitərəflik  statusunu  müəyyən  etidi,  konqresdə  diplomatik 

nümayəndələrin  dərəcələrini  müəyyən  edən  sənəd  qəbul  edildi 

və  s.),  1856-cı  ildə  Paris  konqresi  keçirildi  (konqres  Qara 

dənizin  bitərəfliyini  bəyan  etdi),  1878-ci  ildə  Serbiya, 

Çernoqoriya  və  Rumıniyanın  müstəqilliyini  tanıyan  Berlin 

konqresi keçirildi, 1899-cu ildə birinci Haaqa konfransı (burada 

silahların  artırılmaması  məsələsi  müzakirə  edildi)  keçirildi, 

1906-1907-ci  illərdə  ikinci  Haaqa  konfransı  keçirildi.  İkinci 

Haaqa  konfransının  sənədləri  beynəlxalq  humanitar  hüququn 

əsasını  qoydu.  Belə  ki,  ikinci  konfransın  qəbul  etdiyi  sənədlə 

beynəlxalq  hüquq  tarixində  ilk  dəfə  olaraq  müharibənin 

aparılması  qaydalarının  geniş  kodifikasiyası  yaradıldı  və 




 

81

beynəlxalq  mübahisələrin  sülh  yolu  ilə  həlli  variantı  qəbul 



edildi. Beynəlxalq hüququn tarixində iki mühüm hadisə Vestfal 

sülhü  və  Vyana  konqresi  başlıca  olaraq  dövlətlər  sisteminin 

ayırca  olaraq  sabitləşməsinə  və  müəyyən  olunmasına  kömək 

etdi.


1

  

Təbii  ki,  XX  əsrin  ikinci  yarısından  formalaşmağa  və 

təkmilləməyə  başlayan  mövcud  sülh  münasibətləri  sistemi  heç 

də  ideal  dünya  cəmiyyətlərini,  onların  birliklərini  tam  şəkildə 

sabit  mahiyyət  və  məzmuna  malik  olan  dünya  birliyini 

formalaşdırmayıb.  Lakin  qlobal  sülhün  qorunması  üçün  II 

Dünya  müharibəsindən  sonra  müəyyən  qədər  işlər  görülüb  və 

davam  etməkdədir.  1946-cı  ildən  Birləşmiş  Millətlər  Təşkilatı 

fəaliyyətdədir.  Qlobal  təhlükəsizlik  sisteminin,  məsələn,  BMT 

Təhlikəsizlik Şurasının, regionlararası (Avropa və Avropanın da 

daxil  olduğu,  ABŞ  və  Kanadanın  əhatə  olnduğu  Atlantika 

regionları)  hərbi-təhlükəsizlik  sistem  olan  Şimali  Atlantika 

Müqaviləsi  Təşkilatının  (NATO)  fəaliyyəti,  o  cümlədən 

transmilli  cinayətkarlıq  olan  terrorizmə  qarşı qlobal və regional 

səviyyədə  güclərin  birləşdirilməsi  və  mübarizə  sahəsində  birgə 

əməkdaşlıq,  həmçinin,  regional  səviyyədə  sülhün  qorunması  və 

dinclik  şəraitində  iqtisadi,  siyasi,  sosial  və  mədəniyyət 

sahələrində  birgə  fəaliyyət,  ümumi  iqtisadi  inkişaf  üçün  gücün 

birləşdirilməsi 

(məsələn, 

Avropa 


İttifaqı, 

Avropada 

Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı-ATƏT)  qlobal  və 

regional 

səviyyədə 

təhlikəsizliyə 

xidmət 

edir. 


Qlobal 

təhlükəsizlik ilk növbədə qlobal iqtisadi və sosial bərabərlikdən 

(nisbi bərabərlikdən)  doğan  şəraitdə  təmin  edilə  bilər. Məsələn, 

bugünki Avropanın təhlükəsizliyi əsasən ümumavropanın sosial-

iqtisadi  inkişafı  ilə  bağlıdır.  Avropa  regionunun  digər  qonşu 

regionlarından  qorunmasının  əsasları  da  qonşu  regionların 

                                                 

1

От 

Вестфальского 

мира 

до 

Гаагских 

конференций 

мира. 

http://test.texttohtml.ru/?q=node/5947);  Nicole  Sanders.  UNDERSTANDING  THE 

BASIGS 

OF 

INTERNATIONAL 

LAW. 

http://psclasses.ucdavis.edu/pol 

122/wr03/Ck/basics_.html)  

 



 

82

inkişafına bağlıdır. Belə ki, Avropada olan inkişaf dalğaları özü 



ilə  inkişaf  ünsürlərini,  elementlərini  qonşu  regionlara  ixrac 

etməklə,  qonşu  regionun  yerli  elementləri  ilə  (mədəniyyət 

elementləri)  toqquşmasına  baxmayaraq,  Avropa  regionu  üçün 

təhlükəsizlik  zonlarının  yaranmasına  xidmət  edir.  İnkişaf 

dalğalarının  yayım  sürəti  qonşu  regionların  inkişafına  xidmət 

edir  və  bu  da  qonşu  regionla  Avropa  arasında  kəskin  fərqləri 

azaldır  ki,  nəticəsi  də  “yumşaq  sərhəd”  zonlarının  yaranmasına 

(məsələn,  Rusiya,  Cənubi  Qafqaz,  Türkiyənin  qərb  hissəsi, 

Avropanın post Sovet məkanları, Şimali Afrikanın bəzi dairələri) 

gətirib  çıxarır.  Regionlar  arasındakı  dalğalı  bərabərlik-yumşaq 

formada 

qarşılıqlıq 

münasibətlərin 

balanslaşdırılmasının 

formalaşmasına  xidmət  edir.  Regionlararası  münasibətlərin 

balanslaşdırılması 

inkişafın 

“episentri”ndən, 

mərkəzi 

məkanından  asılıdır.  Məsələn,  ABŞ,  Yaponiya,  Avropa  və 

Cənubi  Koreyadan  müasir  texniki  vasitələrin  digər  regionlara 

ixracı  həmin  regionlarda  insanlarla  təbiət  arasındakı  kəskin 

asılılığı  azaldır,  təbiətdən  istifadə  asanlaşır,  iqtisadi  və  sosial 

şərait  yaşxılaşır.  Nəticədə  regionlar  arasında  asılılığın  yumşaq 

formaları meydana gəlir, inkişaf regionuna –“episentrə” bağlılıq 

yaranır 


və 

bərabərləşmə 

prosesləri 

yaşanır. 

Məsələn, 

Azərbaycan  və  Gürcüstan  Avropanın  qonşuları  olaraq,  bu 

regiona inteqrasiya proseslərinə üstünlük verdiklərindən, Avropa 

ilə  müvafiq  ölkələr  arasındakı  inkişaf  məsələsində  yumşaq 

məzmunda  fərqlər  vəziyyətləri  formalaşmaqdadır.  Ümumiy-

yətlə,  xalqların  maraqlarının  (onların  imkanlarına  görə)  bərabər 

şəkildə ödənilməsi qlobal sülhün qorunmasına xidmət edir.  

Münasibətlərin  balanslaşdırılması  iki  və  ya  daha  çox 

tərəfin  iştirak  etdiyi  münaqişə,  mübahisə,  böhran  və 

müharibələrdə 

digər 

tərəflər 



üçün 

xarakterik 

olan 

bitərəflikdən,  qanedicilikdən,  ehtiyat  və  çəkinmədən  və  bu 

kimi hallardan da sıx surətdə asılıdır. İstər dövlətlər daxilində, 

istərsə  də  beynəlxalq  münasibətlərdə  tarazlığın  bir  vəziyyət 

kimi  qorunub  saxlanılmasında  iki  və  ya  daha  çox  tərəfə, 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə