103
Bunun ardınca müxtəlif sahələrə aid olan regional
təşkilatların meydana gəlməsi prosesləri sürətləndirilmişdir.
104
məntiqi nəticəyə gəlinir ki, münasibətlər sisteminin tarazlı
xasiyyətinə vurulan kəskin zərbə özündən sonra kəskin və ciddi
nəzarətə ehtiyacı olan vəziyyətləri yaradır və vasitələri
meydana gətirir. Elə dünya müharibələrindən sonra ideologi-
yaların insanlar tərəfindən məcburən qəbul edilməsi də
insanların ruhu ilə hərəkətləri arasında tarazlığın pozulmasını
şərtləndirirdi. Müharibələrdən sonra ideologiya cəbhələri
xalqlar, insanlar arasında tarazlı münasibətlərə zərbələr vururdu
və insanları yaxınlaşmağa qoymurdu. Ümumdünya münasi-
bətlər sistemində ayrı-ayrı cəbhələr arasında soyuq məkanlar
formalaşırdı və qütblərarası gərginlik qurşaqları formalaşırdı.
Gərginlik qurşaqları isə həmin məkanlarda yaşayan insanlar
üçün əlavə “çətirlər” (“Günəş şüalarının, istiliyin qabağını
kəsən” vasitələr) məkanına çevrilirdi. Yer Kürəsinin iki
ideoloji qütbündə olan siyasi idarəetmə rejimləri və kütləvi
qırğın silahları insanları daima gərginlikdə yaşadırdı.
XX əsrin ikinci yarısında, II Dünya müharibəsinin başa
çatmasından sonra
1
dövlətlər, xüsusilə böyük gücə malik olan
dövlətlər, dünyadakı proseslərə nəzarəti əllərinə almaq
təşəbbüsünü irəli sürdülər, sistem yaratmaq təklifi edildi,
nəticədə dünya münasibətlərinin nəzarət və idarəolunması, bu
baxımdan
tənzimlənməsi
mexanizmini
yaratdılar.
Münasibətlərin idarə olunmasını məhz münasibətlərin özləri
vasitəsilə hə
105
dövlətlər qarşılıqlı olaraq dünya üzərində regional, region-
lararası və mərkəzi nəzarət mexanizmini formalaşdırmaqla,
həmçinin, sahələr üzrə ixtisaslaşmış münasibətlər sistemi
formalaşdırmaqla, struktural sülh sistemini yaratmış oldular.
Regionlarda və qlobal miqyasda sülh sistemləri yaranmış oldu.
Böyük dövlətlər münaqişə, böhran, müharibə, digər silahlı
toqquşmlarla və gərginliklərlə müşahidə olunan vəziyyətlərin
idarəolunması mexanizmini meydana gətirərək, bir növ
dünyanın bütün regionlarında nəzarət mexanizmini yaratmış
oldular.
Dünyadakı siyasi proseslərə nəzarət, bu baxımdan
proseslərin idarəolunması mexanizminin formalaşmasının
mənfi xüsusiyyətləri də mövcud idi. Dünyanın güclü dövlətləri
hesab edilən ABŞ və SSRİ fərqli münasibətlər sistemini
formalaşdırmaqla, həm də iki fərqli ideologiyanın hökm
sürdüyü təsir zonalarını formalaşdırdılar. Bu baxımdan XX
əsrin II yarısının geosiyasi mühiti dünyanın iki siyasi qütbə
bölünməsi ilə müşahidə olundu. İki qütbə bölünmə demək olar
ki, bütün dünyaya birbaşa və ya dolayısı yolla təsir edən soyuq
müharibə vəziyyətini ortaya çıxartdı. Münasibətlərdə qorxu və
təhdid ucbatından inamsızlıq, riyakarlıq, “ikili standart”,
soyuqluq, etibarsızlıq, ümidsizlik və s. bu kimi mənfi halların
inkişafını sürətləndirdi. ABŞ və SSRİ münasibətlər üzərində
təsir mexanizmləri yaratmaqla, iki fərqli qütblərdə XX əsrin
80-ci illərinin sonlarına qədər dünya dövlətləri aralarında olan
münasibətlərin idarəolunmasında mərkəzi nəzarətedici element
kimi rol oynayırdılar. Böyük dövlətlər həm özləri ilə orta və
kiçik gücə malik olan dövlətlər arasında münasibətlərə nəzarət
edirdilər, həm də orta və kiçik dövlətlər arasındakı münasi-
bətlər üzərində nəzarətçi, bu baxımdan kənar idarəedici funksi-
yasını yerinə yetirirdilər. Nəzarətin özü dövlətlər (tərəflər)
arasındakı münasibətlərdə qarışıq vəziyyətləri üzə çıxarırdı.
Böyük dövlətlər münasibətlər üzərində nəzarət sistemini və
mexanizmini yaratmaq üçün ən əlverişli variant olaraq hərbi,
106
iqtisadi və siyasi baxımdan təşkilatlar yaradırdılar və
təşkilatlarda aparıcı mövqeyə malik olaraq münasibətlərin
fundamental istiqamətlərini, obyekt və sahələrini müəyyən
edirdilər. Böyük dövlətlər iki qütblərdə nəzarət mexanizmlərini
yaratmaqla, həm də özlərinin dünya üzərində təsir dairələrini
genişləndirir və maraq əhatələrini böyüdürdülər. İki qütb
arasında yaşanan gərginlik vəziyyətləri xüsusilə hərbi və
iqtisadi rəqabəti gücləndirir, kəskinləşdirir və sülh üçün
təhdidlər meydana gətirirdi. Bu baxımdan hesab etmək olar ki,
qlobal və regional sülh üçün cərəyan edən (etdirilən) proseslər
bir tərəfdən sülh sisteminin özünün tərkibinin formalaşmasını
təşkil edirdisə, digər tərəfdən proseslərin mənfi xassələrinin
çoxluğu sistemin dağılması üçün şəraitlər meydana gətirirdi və
zərurətləri üzə çıxarırdı. Sistemdaxili proseslərdəki ziddiyyət
anları sistemin dağılması üçün ünsürlər rolunu oynayırdı.
Onu da qeyd etmək olar ki, böyük dövlətlər öz əllərində
olan imkanlardan (hərbi güc, iqtisadi güc, texnoloji imkanlar,
ərazi böyüklüyü, əhali çoxluğu və s.) istifadə edərək
münasibətlər
üzərində
nəzarəti
gücləndirmək
üçün
“çəkindirmə” siyasətindən (bir-birinə qarşı təhdid siyasəti)
istifadə edirdilər. Nəzarət mexanizminin mənfi xüsusiyyət-
lərindən biri də ondan ibarət idi ki, iki müxtəlif ideoloji
sistemlərdə cəmləşən dövlətlər daima gərginlik içərisində
yaşayırdılar. Gərginliklər böyük dövlətlər tərəfindən idarəyə
cəlb edilir və nəzarətə götürülürdü. Bu baxımdan müharibə
təhlükələri və müharibələrin özləri vaxtaşırı meydana gəlirdi.
(Məsələn, Karib böhranı, Koreya və Vyetnam müharibələri,
Yaxın Şərqdəki (Misir, Suriya, Livan, İsrail problemi)
problemlər və s.). Elə olurdu ki, inqilablar, vətəndaş mühari-
bələri, azadlıq mübarizələri, müharibələr dalğalanaraq bütün
bir regionu əhatə edirdi. XX əsrin ortalarında və sonralar Ərəb
dünyasında, Cənub- Qərbi və Cənub-Şərqi Asiya ölkələrində,
Afrika qitəsi, Mərkəzi və Cənubi Amerikada və digər
regionlarda baş verən ictimai-siyasi dəyişiklik dalğalarını və
Dostları ilə paylaş: |