113
bölməsinin payının ixtisarını, azad iqtisadi zonaların
açılmasını, kasıbçılığın ləğv edilməsini, elm və texnikanın
inkişafını nəzərdə tutan bazar iqtisadiyyatı sistemi. Məhz
Den Syaopin Çini xaosdan, gerilikdən və yoxsulluqdan
çıxarmağa müvəffəq oldu və ölkəni davamlı sosial-iqtisadi
inkişaf yoluna istiqamətləndirdi. 1980-ci illərin sonu-1990-
cı illərin başlanğıcında Çin tamamilə əhalini ərzaqla
təminatı problemini, ümumdaxili məhsulun artımını və
sənaye məhsulları istehsalında inkişaf məsələsini və
ə
halinin həyat səviyyəsinin qaldırılması məsələsini həll etdi.
1990-cı illərdə və 2000-ci illərin başlanğıcında Çin
iqtisadiyyatında qlobal əhəmiyyətli dönüşlər baş verdi,
sıçrayışlar oldu).
Sosialist blokunda azadlıq mübarizələri baş verib, SSRİ
“Praqa baharı”nı boğub. Fransada tələbələr hərəkatı köklü
dəyişikliklərə gətirib çıxarıb. ABŞ-da irqi ayrıseçkiliyə qarşı
mübarizə güclənib. Martin Lüter Kinqin başçılığı altında
qaradərililərin hərəkatını misal çəkmək olar. Ayrıseçkiliyin
nəticəsi olaraq 1968-ci ildə ABŞ-da iki olimpiya komandası
olub:-ağlar və qaralar. Diskriminasiyaya etiraz olaraq
qaradərilər 1968-ci il Meksika olimpiadasını boykot etmək
qərarına gəliblər. Lakin əməl olunmayıb və iştirak ediblər.
Amerikalılar hesab edirdilər ki, qaradərililər olimpiadada
uduza bilərlər və onlar ABŞ-ın ləyaqətinə uyğun iştirak edə
bilməzlər. Lakin 1968-ci ilə olimpiadasında qaradərililərin əldə
etdikləri nailiyyətlər amerikalıları fikirlərindən dəyişməyə
məcbur etdi.
Avstraliyada ABŞ təcrübəsinə uyğun olaraq hərəkat
başlayıb. (Məsələn, Sidney Universitetinin tələbələrinin
hərəkatı). Burada da aborigenlərə qarşı diskriminasiya mövcud
olub. Bununla yanaşı, Avstraliya çağırışçıları ABŞ-ın Vyetnam
müharibəsindəki
əməliyyatlarına
cəlb
olunurdular
və
Avstraliyada anti-müharibə hərəkatı genişlənirdi.
114
Böyük dövlətlər eləcə də öz ideoloji sferalarını daha çox
özlərinin rəhbərliyi ilə formalaşan münasibətlər sisteminin
yaranması ilə genişləndirirdilər. NATO və Varşava Müqaviləsi
Təşkilatlarını buna misal çəkmək olar. Bu təşkilatlar hərbi-
siyasi
münasibətlərin
ideoloji
sferalar
üzrə
nəzarət
mexanizmini gücləndirirdi. Bununla yanaşı, iki sistem
arasındakı qarşılıqlı gərginliklər sistemlərin özünün dağılması
risqlərini artırıdı və sülh nəzarəti müxanizmisinin dağılması
üçün təhlükələr meydana gətirirdi. Bu dövrdə dünyadakı qlobal
sülh güclü nəzarət sisteminin mahiyyətindən doğurdu və
saxlanılırdı. Saxlanmasını təmin edən vasitələr içərisində
kütləvi qırğın silahlarının (xüsusilə nüvə silahının) rolu böyük
idi və əsas qorxu elementi kimi çıxış edirdi. Onu da nəzərə
almaq olar ki, ideoloji sferalar arasında qarşılıqlı təhdiddən
irəli gələn gərginlik vəziyyətləri sistemlərin, xüsusilə sosialist
blokunun şişməsi, daxildən partlaması üçün şərait yaradırdı.
Çünki özünü həddən artıq gücləndirmə, mühafizə prosesləri, bu
baxımdan sıxılma vəziyyətləri proses tərkibi olan elementlərin
qarşılıqlı taraz vəziyyəti pozur və nizamsızlıq yaradır. Buna
görə də çox sıxma elementlərarası məsafəni daraldarsa,
uyğunlq qüvvələri arasında qeyri-tənasüblük əmələ gətirə bilir
və
istiqamətlər
üzrə
tarazlıqlar,
sıralanmalar
itir.
Münasibətlərin tərkib elementləri (tələbat, ehtiyac, mənafə,
maraq və s.) arasında uyğunluq olmalıdır. Hər bir tərkib
element öz-özlüyündə idrak qüvvəsinə malikdir.
Qlobal sülh sisteminin formalaşmasının müsbət tərəfləri
olaraq, onu qeyd etmək olar ki, ümumiyyətlə, dünya
müharibələrindən sonra bəşəriyyətin bir daha belə qlobal prob-
lemlə (çox dövlətləri əhatə edən və dünyanın aparıcı dövlət-
lərinin, avanqard siyasət elementlərinin qarşılıqlı və birgə
şəkildə iştirak etdikləri müharibələr) üzləşməməsinə görə
dövlətlər, həm də maraqların tarazlı şəkildə, hər bir tərəfin öz
imkanlarına görə təmin edilməsini yerinə yetirmək üçün, tarazlı
münasibətlər
yaratmaq
maraqlarını
bildirdilər
və
öz
115
münasibətlərində bu amili əsas götürdülər. Dövlətlər dünya
ehtiyatlarının taraz şəkildə istifadə edilməsində, tarazlı qaydada
bölünməsində birgə iştirak maraqlarından irəli gələrək öz
münasibətlərində uyğunluq, bərabərlik, ahənglik, bu baxımdan
qarşılıqlı əlaqəlilik amilini əsas götürdülər. Dünyada regional
və qlobal miqyasda sülhün təmin edilməsi məhz dünya
siyasətinin iştirakçıları və dünya xalqlarını beynəlxalq arenada
təmsil edən dövlətlərin başlıca marağına çevrildi. Dövlətlər
dünya sərvətlərindən yalnız dinc şəraitdə, qarşılıqlı razılıqlar
əsasında istifadə etməni əsas münasibət məxzi kimi götürdülər
ki, bu amil də müəyyən qədər dünyada sülhün əldə edilməsinə
və qorunub saxlanmasına yardımçı oldu.
XX
əsrin 90-cı illərində münasibətlərdə yaşanan
gərginliklər, eləcə də münasibətlərin güclü və rəvan şəkildə
inkişafı üçün resursların çatışmazlığı, həmçinin AvroAtlantik
siyasi-hərbi və iqtisadi sisteminin güclü rəqabəti sosialsit
sisteminin çöküşünə səbəb oldu. 1989-1990-cı illərdə SSRİ
ətrafında olan sosialist ölkələri bloku tərk etdilər, yeni iqtisadi
və siyasi inkişaf yolunu tutdular. 1990-cı ildə Almaniya vahid
dövlətə çevrildi. 1991-ci ildə Varşava Müqaviləsi Təşkilatı
ləğv edildi. 1946-cı ilin martında Böyük Britaniyanın baş naziri
U.Çörçilin ABŞ-ın Fulton şəhərindəki çıxışı ilə başlanan
“soyuq müharibə” (O, öz çıxışında SSRİ-ni ittiham edərək
qeyd edirdi ki, SSRİ Avropanı bölüb və öz hakimiyyətini
sərhədsiz olaraq genişləndirir.) 1991-ci ildə Sosialist blokunun
çökməsi ilə başa çatdı. (Qeyd: “soyuq müharibə” termini ABŞ
prezidenti Trümenə aiddir, 1947-ci ildə “kommunizmə qarşı
yürüş”ü bəyan edibdir. Eyni zamanda Avropanın iki hissəyə
bölünməsinə daha bir addım olaraq ABŞ dövlət katibi olmuş
Marşalın adı ilə bağlı olan, müharibədən əziyyət çəkmiş
SSRİ-yə və Avropanın sosialist düşərgəsinin ölkələrinə ABŞ
iqtisadi yardımından bu dövlətlərin imtina etmələri səbəb
olmuşdur) 1991-ci ildə SSRİ dağıldı və yeni müstəqil
beynəlxalq hüquq subyektləri meydana gəldi.