Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə24/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   20   21   22   23   24   25   26   27   ...   175

 

71

Vahid  sənədin  strukturu  ayrı-ayrı  istiqamətlər  üzrə  maddələr 



birləşmələrindən  formalaşır.  Maddələr  ümumi  və  xüsusi 

sahələr üzrə şaxəli balanslaşdırmanın yaranmasını təmin etmək 

üçün  ifadələri  və  hərəkətlərin  icra  xüsusiyyətlərini  əks  etdirir. 

Konstitusiya  maddələri  balanslaşdırma  üçün  əsasən  ümumi 

(hamıya  aid  olan)  maraqları  ortaq  mövqelərə  gətirir  və  ali,  bu 

baxımdan  da  ümumi  birləşdirici  mövqeni  əks  etdirən  vahid 

sənəd  rolunu  oynayır.  Konstitusiyalarda  və  bundan  irəli  gələn 

digər sənədlərdə ayrı-ayrı sahələr üzrə balanslı maraqlar təmin 

edilir. Konstitusiya ümumi tərkib olmaqla, bütöv məzmun kəsb 

etməklə,  maddələrin  icrası  zamanı  şaxələnmiş  formada 

tarazlaşdırmanı  yaradır.  Burada  ümumi  maraqların  bölgü-

sündən  şaxələnmiş  qaydada  ayrı-ayrı  sahələr  üzrə  maraqların 

bölgüsü formalaşır. Konkret (xüsusi) sənədlər isə konkret (ayrı-

ayrı,  xüsusi  sahələr)  sahələr  üzrə  maraqları  tarazlaşdırılmış 

şəkildə  təmin  edir.  Konstitusiya  və  digər  hüquqi  sənədlərdə 

balanslaşdırılma  ümumi  və  xüsusi  əsaslarla,  rəngarənglikdən 

təmin  edilir.  Ola  bilir  ki,  qeyri-bərabərlikdən  bərabərlik, 

ziddiyyətlərdən isə qeyri-ziddiyyətlər meydana gəlsin. Sənədlər 

balanslaşdırma  üçün  vəziyyətlərin  uyğunluğunu,  şərtlərin 

uyğunluğunu  yaradır,  uyğun  şəraitlər  və  anlar  cəmini 

formalaşdırır.  Tərkib  hissələr  arasında  uyğunluq,  ahənglik 

yaratmaqla  tamı  təşkil  edir.  Balanslaşdırma  prosesi  maddələr 

zamanı  maneələrin  aradan  qaldırılması  üçün  fəaliyyət 

xüsusiyyətlərini  müəyyən  edir,  rəngarənglikdən,  qeyri-tarazlı 

vəziyyətlər cəmindən ümumi tarazlı vəziyyətlər meydana gəlir. 

Maddələr həm ümumi, həm də xüsusi olur və bu baxımdan da 

ümumi  və  xüsusi,  tam  və  tərkib  birləşmələrində  balanslaş-

dırmanı yaradır.  

Birtərəfli  ideyanın  sərt  üsullarla  reallaşdırılması  isə 

disbalansı  meydana  gətirir,  qıcıq  və  emosiyaları  yaradır.  Eyni 

zamanda  münasibətlər,  hərəkətlər  strukturlarının  maraq 

trayektoriyalarını  dağıdır.  Hərtərəfli  ideyalar:  hər  kəs  azaddır; 

sərbəst  fikir  bildirə  bilər;  düşüncə  sərbəstliyinə  malikdir;  hər 



 

72

kəsin  evi,  yaxşı  yaşayışı,  ailəsi  olmalıdır;  hər  kəs  dövlət 



hakimiyyətində  təmsil  olunma  və  vəzifə  tutmaq  hüquqlarına 

malikdir;  ehtiyacı  olan  hər  kəs  sosial  yardım  və  müavinətlər 

almaq  hüququna  malikdir  ”  və  s.  Bu  ideyalar  birləşdirici, 

harmoniya  təşkil  edən  ideyalardır,  qeyd  edildiyi  kimi,  baza 

hüquqlardır  və  bu  nöqteyi-nəzərdən  də  demokratiyanın  təməl 

prinsipinə  söykənir.  Əsas  insan  hüquq  və  azadlıqları  ideyaları 

hərtərəfli  ideyalardır  və  proseslərin  balanslaşdırılmasına 

xidmət  edir.  Lakin  Pol  Pot  kimi  xəstə  düşüncəli  diktatorların 

“hamı  kəndlərdə  yaşamalıdır  və  şəhər  əhalisi  onları  istismar 

üçündür”,  “hamı  kommunalarda  yaşayaraq  bərabərləşə  bilər” 

və  insanlığa,  fərdi  maraqlara,  dəyərlərə  məhəl  qoymayan, 

sosial  və  maddi-mənəvi  zənginlikdən  uzaq  olan  ideyaları  və 

digər  cəmiyyətlərdə  bioloji-sosial  fərqi,  rəngarəngliyi  görə 

bilməmək kimi ideyaları, sosial və demoqrafik təbəqələri qəbul 

edə bilməmək kimi fikirləri və bu istiqamətdə sərt icra üsulları, 

insanlıq əleyhinə vəhşilik nəinki destruktivlik yaradır, eləcə də 

insanlığın  özünü,  insanlıq  məfhumunu  formalaşdıran  tərkib 

elementlərini  məhv  edir.  Ümumiyyətlə,  pozitiv  fikir  olaraq 

bildirmək  olar  ki,  cəmiyyətin  ümumi  maraqları  və  dəyərlər 

fərdi  maraqların  təmin  edilməsindən  və  bunun  üst  qatı  olaraq 

ümumi  maraqlara  söykənməsindən  yarana  bilər  və  daha 

məqbul  hesab  edilə  bilər.  Ümumi  maraq  birləşmələri  də  məhz 

fərdi  maraqların  təmini  üçün  güc  mənbələrini  yaratmaq 

üçündür.  Nəzərə  almaq  lazımdır  ki,  ideyaların  qəbulunda  bir 

iradə  azadlığı  da  mövcudur.  İdeya  hər  bir  fərdin  iradəsini  əks 

etdirməli  və  qıcıqlar  sərt  reflekslərə  səbəb  olmamalıdır. 

İradələrin  ziddinə  ideya  qəbul  edilə  və  icra  edilə  bilməz. 

Yüksək  cəmiyyət  üçün  ideallar  yalnız  yüksək  inkişaf  etmiş 

cəmiyyətlərdə,  resursların  bol  olduğu  və  resurslardan  rasional 

əsaslarla  istifadə  prinsiplərinin  mövcud  olduğu  məknanlarda 

bilər.  İqtisadiyyatın  yüksək  inkişafı  yalnız  buna  şərait  yarada 

yarana  bilər.  Ac  cəmiyyətlərdə  isə  ideallıq  axtarmaq  qeyri-

mümkündür və bu, əksər hallarda qarşıdurmalara gətirib çıxara 



 

73

bilər.  Yoxsul  cəmiyyətlərdə  ideallıq  əksər  üzvlər  üçün 



xarakterik olaraq yalnız eqoistlik təəssüratı bağışlaya bilər. 

Psixopat  liderlərdən  fərqli  olaraq  geniş  düşüncəli,  müdrik 

liderlər  isə daima  cəmiyyətlərin,  xalqların inkişafları haqqında 

fikirləşiblər  və  öz  xidmətlərinin  əsasında  da  məhz  bu  amilləri 

əsas  götürüblər.  Bu  yerdə  dahi  çin  filosofu,  dövlət  idarəçiliyi 

sahəsində  kompleks  əhəmiyyət  kəsb  edən  ədalətli  fikirlərin 

müəllifi,  Konfusinin  müdrik  kəlamlarını  xatırlamaq  yerinə 

düşər.  O  deyirdi:  “Əgər  qanunlara  əsaslanaraq  idarə  etməklə 

xalqı  düz  yola  çağırarsansa  və  cəzalandırma  üsulu  ilə  nizamı-

intizamı  qoruyub  saxlayarsansa,  onda,  xalq  cəzalardan 

qaçmağa  başlayacaq  və  xəcalət  (utanc)  hissindən  məhrum 

olacaq.  Əgər  xalqı  yaxşılığa  (burada,  həm  də  ləyaqətə, 

səxavətə) əsaslanan idarəçiliklə düz yola çəkərsənsə və nizam-

intizamı  yaratmaq  üçün  rituallardan  istifadə  edərsənsə,  bu 

zaman  xalqda  utanc  hissləri  meydana  gələcək  və  xalq  özü 

düzələcək”.

1

 Böyük  filosof  xalqla  idarəedənlər  arasındakı 



münasibətlərdə  həqiqətin  ədalətdən  ibarət  olması  qənaətinə 

gəlir  ki,  bunun  tətbiqi  sayəsində  də  tərəflər  arasında  sabit 

münasibətlər  yaranır.  Müdrik  filosof  digər  bir  fikrində 

bildirirdi:  “Əgər  hökmdarın  özü  düzdürsə  (burada-safdırsa, 

ürəyiaçıqdırsa,  əməlində  düzdürsə,  təmizdirsə),  onda  xalq  özü 

hər  şeyi  göstərişlərsiz  yerinə  yetirəcək.  Əgər  hökmdarın  özü 

düz  deyilsə,  onda  nə  qədər  göstərişlər  verilsə  də  xalq  itaət 

göstərməyəcək  (tabe  olmayacaq).

2

 Burada  filosof  həqiqəti 

axtararaq  rəhbərin  daxili  aləmi  ilə  onun  əməlləri  arasında 

düzgünlüyə  əsaslanan  üzvü  bağlılığın  vacibliyini  önə  çəkir. 

Belə  hesab  etmək  olar  ki,  rəhbərin  ruhu  ilə  fəaliyyəti  arasında 

ədalət  məzmunlu  vəhdətlik  eyni  zamanda  idarəetmə  ilə 

icraetmə  fəaliyyətləri  arasında  (yerinə  yetirmə  arasında)  real 

düzgünlüyü  şərtləndirir  və  bu  vəhdətdən  də  tarazlıq  yaranır. 

                                                 



1

 Маслов  А.А.  М31.  Тайный  код  Конфуция.  Что  пытался  передать  Великий 

Учитель?/  А.А.  Маслов;  худож.-оформ.  А.Кричек  .-Ростов  н/Д;  «Феникс», 

2005.-288 с.: ил-(Коды тайной мудрости). səh. 238. 

2

 Həmin kitab, səh. 240. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə