Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə23/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   19   20   21   22   23   24   25   26   ...   175

 

68

müəyyən  hissəsinin  tapşırıldığı,  səlahiyyət  verildiyi  hər  bir 



şəxsdən  hesabat  tələb  etmək  hüququna  malikdir.-Maddə  15.

1

 



Bu  maddələrdən  göründüyü  kimi  insan  və  vətəndaş 

hüquqlarının  baza  prinsipləri  ümumi  əsaslarla  sənəddə  əks 

olunub.  Digər  tərəfdən,  İtaliya  konstitusiyasında  qeyd  edilir: 

İtaliya 


əməyə 

(zəhmətkeşliyə) 

əsaslanan 

demokratik 

Respublikadır.  Suverenlik  xalqa  məxsusdur və konstitusiya ilə 

müəyyən  olunmuş  formalarda  və  sənədlərdə  həyata  keçirilir. 

(Maddə  1.);  Respublika  həm  ayrıca  şəxsi  olaraq,  həm  də 

şəxsiyyətin  formalaşdığı  sosial  qurumlarda  ayrılmaz  insan 

hüquqlarını  tanıyır,  ona  zəmanət  verir  və  siyasi,  iqtisadi  və 

sosial  həmrəylikdən  irəli  gələn  ayrılmaz  öhdəliklərin  yerinə 

yetirilməsini  tələb  edir.  (Maddə  2.);  Bütün  vətəndaşlar  vahid 

ictimai  ləyaqətə  sahibdir  və  irqindən,  irsindən,  dilindən, 

dinindən, 

siyasi 


mənsubiyyətindən, 

şəxsi 


və 

sosial 


vəziyyətindən  asılı  olmayaraq  qanun  qarşısında  bərabərdir. 

Respublikanın  vəzifəsi-iqtisadi  və  sosial  qaydada  əngəllikləri 

aradan  qaldırmaqdan  ibarətdir,  hansı  ki,  bu  əngəlliklər  faktiki 

olaraq 


vətəndaşların 

azadlığı 

və 

bərabərliyini 



məhdudlaşdıraraq, insan şəxsiyyətinin tam inkişafının və bütün 

zəhmətkeşlərin  ölkənin  siyasi,  iqtisadi  və  sosial  təşkilatlarında 

səmərəli iştirakının qarşısını alır. (Maddə 3.)

2

  



Azərbaycan Konstitusiyasında da ümumi baza hüquqlar öz 

əksini  tapır  və  dövlətin  tarazlı  qaydada  hüquq  təmin  etmək 

funksiyası  həm  ümumi  əsaslarla  qeyd  edilir,  həm  də  xüsusi 

hallarda,  konkret  istiqamətlərdə  (konkret  sahələr  üzrə 

maraqların  bərabər  əsaslarla  təmin  edilməsi)  vurğulanır.  Bu 

                                                 



1

 Декларация  прав  человека  и  гражданина.  От  26  августа  1789  г. 

Конституции  зарубежных  государств:  Великобритания,  Франция,  Германия, 

Италия,  Европейский  Союз,  США,  Япония,  Индия:  учеб.пособие  /  [сост.  сб., 

пер.,  авт.введ.  и  вступ.  ст.  В.В.  Маклаков].-  5-е  изд.,  перераб.  и  доп.  –М.: 

Волтерс Клувер, 2006.-608c.-ISBN5-466-00138-4(в пер). стр. 80-82.) 

2

 Конституция 

Итальянской  Республики.  Конституции  зарубежных 

государств: Великобритания, Франция, Германия, Италия, Европейский Союз, 

США,  Япония,  Индия:  учеб.пособие  /  [сост.  сб.,  пер.,  авт.введ.  и  вступ.  ст. 

В.В.  Маклаков].-  5-е  изд.,  перераб.  и  доп.  –М.:  Волтерс  Клувер,  2006.-608c.-

ISBN5-466-00138-4(в пер). стр. 200. 


 

69

baxımdan  sənəddə  qeyd  edilir:  Hər  kəsin  doğulduğu  andan 



toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır 

(Maddə  24).  Bərabərlik  hüququ  adlanan  25-ci  maddədə 

yazılır:-I  Hamı  qanun  və  məhkəmə  qarşısında  bərabərdir.  II 

Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III Dövlət 

irqindən, 

milliyətindən, 

dinindən, 

dilindən, 

cinsindən, 

mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən, 

əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər 

ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq,  hər  kəsin 

hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  İnsan  və 

vətəndaş  hüquqlarını  və  azadlıqlarını  irqi,  milli,  dil,  cinsi 

mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə 

məhdudlaşdırmaq  qadağandır.  V  Hüquq  və  vəzifələrlə  bağlı 

qərarlar  qəbul  edən  dövlət  orqanları  və  dövlət  hakimiyyəti 

səlahiyyətlərinin  daşıyıcıları  ilə  münasibətlərdə  hər  kəsin 

bərabər  hüquqları  təmin  edilir.  Konstitusiyanın  İnsan  və 

vətəndaş  hüquqlarının  və  azadlıqlarının  müdafiəsi  adlanan  26-

cı maddəsində yazılır:-I Hər kəsin qanunla qadağan olunmayan 

üsul  və  vasitələrlə  öz  hüquqlarını  və  azadlıqlarını  müdafiə 

etmək  hüququ  vardır.  II  Dövlət  hər  kəsin  hüquqlarının  və 

azadlıqlarının müdafiəsini təmin edir. Bununla bərabər dövlətin 

tarazlı  hüquq  siyasətinə  misal  olaraq  Konstitusiyada  hər  kəsə 

yaşamaq  hüququ,  azadlıq,  mülkiyyət,  əqli  mülkiyyət, 

təhlükəsiz 

yaşamaq, 

şəxsi 

toxunulmazlıq, 



mənzil 

toxunulmazlığı,  nikah,  əmək,  tətil,  istirahət,  sosial  təminat, 

sağlam  ətraf  mühitdə  yaşamaq,  mədəniyyət,  sağlamlığın 

qorunması,  təhsil,  mənzil,  milli  mənsubiyyət,  ana  dilindən 

istifadə,  şərəf  və  ləyaqətin  müdafiəsi  və  s.  hüquqları  verilir.

1

 



Qeyd etmək lazımdır ki, ümumi baza hüquqlar toplusu özündə 

müxtəlif  sahələri  əks  etdirməklə,  rəngarəng  tərkibə  malik 

olmaqla  yanaşı,  həm  də  bu  rəngarənglik  bərabərlilik, 

bərabərsəviyyəlilik əhəmiyyəti kəsb edir, məzmunu daşıyır. Bu 

baxımdan 

cəmiyyətin 

bütün 

sahələrinin 



struktur 

                                                 



1

 Bax, Azərbaycan Konstitusiyası. 


 

70

komponentlərinin  qarşılıqlı  bərabər  səviyyəli  fəaliyyəti 



balansın  yaranmasını  zəruri  edir.  Dövlət  bütün  sahələrdə 

balanslaşdırma  prosesini  həyata  keçirməklə  ümumi  balans 

yaradır.  Balanslaşdırma  zamanı  uyğunlaşdırma,  uzlaşdırma, 

əlaqələndirmə  prinsipindən  geniş  tətbiq  edilir.  Vahid  sistemdə 

balanslaşdırma 

üçün 


lazım 

olan 


bütün 

proseslərin 

tənzimlənməsinın  istiqamətləri  və  əsasları  öz  əksini  tapır. 

Normalar  da  bütün  proseslərin,  hərəkətlərin  istiqamətlərini 

müəyyən  etməklə  icra  alətlərinə  çevrilir.  Ümumiyyətlə,  əksər 

ölkələrin,  xüsusilə  Qərb  ölkələrinin  və  sivil  inkişaf  yolunu 

tutmuş  digər  ölkələrin  konstitusiyalarında  insanlar  arasında 

maraqların  təmin  edilməsi  məsələsində  tarazlıq  (maraqların 

mütləq və nisbi olaraq bərabər bölgüsü) prinsipi öz əksini tapır. 

Sənədlərdə  fikirlər  maddələr,  bəndlər  şəklində  kompleksləş-

dirilir  və  hər  bir  maddə  və  ya  bənd  müəyyən  marağın  tarazlı 

əsaslarını  təmin  etmək  üçün  ifadə  edilir.  Maddələr  və 

bəndlərdə  həm  şərait,  həm  məkan,  həm  də  zaman  üçün 

müvafiq  şərtlər  öz  əksini  tapır.  Məsələn,  konstitusiyalarda  18 

yaşı  tamam  olmuş  şəxslərə  seçkilərdə  səsvermə  hüququnun 

verilməsi  o  deməkdir  ki,  əqli  və  fiziki  baxımdan  qabiliyyətə 

sahib  olmaq  imkanı  əldə  edən  şəxs  müəyyən  zamanda 

maraqların  paylanması  proseslərinə  cəlb  edilir.  Tarazlaşdırma 

zamanı  ümumi  maraqlar  (hər  kəsin  marağını  əhatə  edən,  eyni 

zamanda  aidiyyatı  şəxslərin  maraqlarını  əhatə  edən,  məsələn 

qadın  hüquqları,  uşaq  hüquqları,  seçkidə  iştirak  etmək 

hüquqları),  eləcə  də  maraqların  təmin  edilməsi  üçün  fəaliyyət 

istiqamətləri  vahid  nöqtələr  və  xətlər  üzrə  taraz  vəziyyətə 

gətirilir.  Maddələr  və  bəndlər  tarazlaşdırmanı  təmin  etmək 

məqsədilə  tələb  olunan  hər  bir  məsələni  yerinə  qoyur. 

Maddələr  və  bəndlər  həm  müəyyən  məqamlarda  tarazlıq  üçün 

hərəkətlərin  xassələrini  əks  etdirir,  həm  də  tarazlı  hərəkətlər 

üçün müvafiq məqamların və şəraitin üzə çıxmasını zəruri edir. 

Maddələr  məqamların  ümumidən  xüsusinin  əldə  olunması, 

eləcə də əksinə proseslər üçün meydana  gəlməsini şərtləndirir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə