Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə26/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   22   23   24   25   26   27   28   29   ...   175

 

77

yaradılmasına və birgə mübarizəyə isə Mahatma Qandi çalışırdı. 



Britaniya Hindistanı 1947-ci ildə müstəqilik qazandı və bundan 

sonra Hindistan İttifaqı və Pakistan dominionu yaradıldı. Pəncab 

və  Benqaliyanın  bölünməsi  səbəbindən  hinduslar,  sikxlər  və 

müsəlmanlar  arasında  qanlı  toqquşmalar  başladı,  beş  yüz 

mindən  çox  adam  öldürüldü.  Hindistanın  bölünməsi  ilə  müasir 

dünya  tarixində  əhalinin  ən  böyük  miqrasiyası  başladı.  On  iki 

milyon  nəfərdən  çox  hindus,  sikx  və  müsəlman  Hindistan  və 

Pakistan  ərazilərinə  səpələndi.  Çoxmillətli  və  çoxdinli  dövlət 

olaraq  Hindistan  hal-hazırda  ölkənin  ayrı-ayrı  bölgələrində 

sosial  və  dini  zəmində  qarşıdurmalarla  rastlaşır.  Hal-hazırda 

Hindistan  liberal-demokratiya  əsaslı  dünyəvi  dövlət  statusunu 

qoruyub saxlayır.  

Xalqına  bağlı  ola  daha  bir  lider  Nelson  Mandela  olub. 

Cənubi  Afrika  Milli  Konqresinin  sədri  olmuş  Nelson  Mandela 

afrikanlıların  səsvermə  hüquqları  uğrunda  mübarizə  aparıb.  Öz 

ictimi-siyasi  baxışlarına  görə  1964-1990-cı  illərdə  məhbus 

həyatı yaşayıb. O, əks tərəfin fikirlərinə qarşı çıxaraq deyərdi ki, 

hüquqları  bilmək  üçün  təhsilli  olmaq  vacib  deyil,  əsas 

ambisiyaların  olmasıdır.  N.Mandela  1993-cü  ildə  Cənubi 

Afrikanın  ilk  qaradərili  prezidenti  seçilib.  Cənubi  Afrikada 

aparteid siyasəti ləğv edilib.  

Beynəlxalq  münasibətlərin  tarazlaşdırılmasının  mövcud 

inkişaf  səviyyəsi  xalqların  bir-birilərinə  qarşı  həyata  keçirilən 

ağır  mübarizələrdən,  müharibələrdən  sonra  itirdiklərinin 

nəticələri olaraq ayılmaları, dərk  etmələri sayəsində  əldə edilib. 

Xalqlar və onları təmsil edən dövlətlər arasında baş verən qanlı 

vuruşmalar, siyasi çəkişmələr nəhayət onların özlərinin özlərinə 

nəzarəti  və  qarşılıqlı  olaraq  ortaq  məqamlara,  ortaq  xətlərə 

gəlməsini  zəruri  edib.  Mövcud  beynəlxalq  münasibətlər 

subyektləri tərəfləri  formalaşdırıb ki,  yaradılan sistemin də əsas 

mahiyyəti  məhz  müxtəlif  gücə  malik  olan  subyektlərin 

maraqlarını  fərdi  və  ümumi  qaydada  təmin  etməkdən  ibarətdir. 

Münasibətlər  sistemi  və  onun  tarazlaşdırılmış  mahiyyəti  məhz 

dünyada  hər  bir  xalqın  mövcudluq  və  yaşamaq,  mübarizə 




 

78

aparmaq  haqqının  olmasını  qarşılıqlı  olaraq  dərk  etmək 



nəticəsində  hərəkətləri  uyğunlaşdırmaqla  yaranıb.  Sistemin 

yaranmasında  başlıca  şəraiti  həm  də  müharibələrin  törətdikləri 

fəlakətlərdən  götürülmüş  dərslər  də  mühüm  olaraq  şərtləndirib. 

Beynəlxalq münasibətlər sistemi və onun vahid məzmunu, eləcə 

də  rəngarəng  tərkibi  başlıca  olaraq  qarışıq  zərbələrdən, 

təkamüldən,  hərəkətlərdən,  yerdəyişmələrdən  formalaşıb.  Bu 

sistem  dünya  xalqlarını  dünyanın  problemində  birgə  iştirak 

etmək amilini zəruri edib.  

Beynəlxalq 

münasibətlərin 

tarazlaşdırılması 

üçün 


beynəlxalq  hüququn  təkmilləşdirilməsinin  özü  də  mühüm 

əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  hüquq  institutlarının 

formalaşması  və  normaların  qəbulu,  əməl  edilməsi  və  qarşılıqlı 

nəzarət  prinsipləri,  humanizm  və  bəşəri  ideyaların  tətbiqi,  təbii 

hüquqların  təmini  və  qorunması  istiqamətində  həyata  keçirilən 

beynəlxalq  siyasət  məhz  beynəlxalq  münasibətlərin  tarazlı 

inkişafına  gətirib  çıxarıb.  Beynəlxalq  hüquq  normaları  və 

beynəlxalq  sülh  ideyaları  əsasında  beynəlxalq  münasibətlərdə 

sülh  və  dinamik  inkişaf  sistemləri  yaradılıb.  İdeyaların 

normalara  çevrilməsi  və  əməl  olunması  prinsipi  sülh 

sistemlərinin  mövcudluğun  təmin  etməkdədir.  Beynəlxalq 

münasibətlərin  və  bu  münasibətlərin  yaratdığı  beynəlxalq 

hüququn  tarixindən  məlumdur  ki,  1648-ci  ildən

1

  etibarən 



Avropada  siyasi  tarazlıq  sistemi  yaradılıb  və  bir  neçə  dəfə 

                                                 



1

  Avropada  otuzillik  müharibənin  (1618-1648)  başa  çatması  haqqında  Vestfal  sülh 

müqaviləsi-24  oktyabr  1648-ci  il  tarixli  müqavilə,  ilə  Avropa  dövlətləri  sistemi  və 

həmin  dövlətlərin  sərhədləri  məsələləri  və  eləcə  də  siyasi  tarazlıq  prinsipi  öz  əksini 

tapıb.  XVII  əsrdə  Avropada  protestantlarla  katoliklər  arasında  mühairbə  gedirdi. 

İspaniyada baş vermiş Varfolomey gecəsində bu iki konfessiya arasında toqquşmalar 

yaşanmışdı  .  XVII  əsrdə  baş  vermiş  “otuzillik  müharibə”  Avropaya  böyük  zərbələr 

vurmuşdu.  1640-cı  illərdə  Vestfalda  sülh  konqresi  keçirildi.  Sülh  danışıqları  uzun 

müddət davam etdi və nəhayət razılıq əldə olundu. Vestfal sülh müqaviləsi ilə həm də 

katoliklərlə  protestantlar  arasında  sülhə  nail  olmaq  mümkün  oldu.  Məhz  Holland 

hüquqşünası Hüqo Qrotsi hesab edirdi ki, sülh danışıqlar yolu ilə mümkündür. Hüqo 

Qrotsi özünün 1625-ci ildə yazdığı De Jure Belli ac Pacis (“On the Law of War and 

Peace”“Müharibə  hüququ  haqqında  və  sülh”)  əsərində  dövlətlərin  suverenliyi  və 

dövlətlər arasında hüquqi bərabərlik ideyalarını irəli sürdü. 


 

79

(əsasən qlobal şəkildə dünya müharibələri zamanı) pozulmasına 



baxmayaraq  bu  sistemlər  müasir  dövrdə  yeni-yeni  tarazlı 

sistemlərin  (ümumdünya  və  regional)  yaranması  üçün 

prototiplər 

rolunu 


oynayıb, 

ənənələri,  bir  çox  təməl 

istiqamətlərini 

formalaşdırıb. 

Vestfal 

sülhündən 

Haaqa 

konfransına 



qədər 

olan 


dövrdə 

beynəlxalq 

hüququn 

təkmilləşdirilməsi  istiqamətində  mühüm  işlər  həyata  keçirilib. 

Bu  dövr  üçün  beynəlxalq  hüquq  tarixi  1648-ci  il  Vestfal  sülhü 

ilə  möhkəmləndirilən  dövlətlərin  suveren  bərabərlik  ideyası, 

həmçinin hüququn təbii məktəbləri konsepsiyaları əsasında yeni 

beynəlxalq  hüquq  normaları  və  prinsiplərinin  yaradılması, 

kodifikasiyası 

ilə 


təkmilləşib. 

Yeni 


beynəlxalq 

hüquq 


normalarının  yaradılmasında  başlıca  təhrikedici  motiv  olaraq 

1789-cu  il  tarixli  insan  və  vətəndaş  hüquqları  Bəyannaməsinin 

təbii-hüquqi  ideyalarının  1791  və  1793-cü  illərdə  Fransa 

konstitusiyasında,  abbat  Qrequar  tərəfindən  Fransa  Konventinə 

1793-cü  ildə təqdim  edilən  Beynəlxalq  hüquq  Bəyannaməsində 

möhkəmləndirilməsi  ilə  öz  əksini  tapması  oldu.  Bu  sənədlərdə 

dövlətə  və  dövlətdə  olan  insanın  vəziyyətinə  aid  olan  feodal-

mütləq  baxışları  beynəlxalq  əlaqələrdə  norma  və  qaydalar 

ideyaları  ilə  dəyişdirilərək,  feodal-mütləq  ideyalarına  əks 

qoyulurdu.  Bu  normalar  isə  fərdlərin  məxsusi  qarşılıqlı 

əlaqələrini  (münasibətlərini)  müəyyən  edirdi.-  “insan  insana  o 

şeyi borclu olur ki, xalq da başqa xalqa həmin şeyi borclu olur”. 

İdeyalara  görə  xalqlar  öz  aralarında  təbii  vəziyyətlərdə  olur  və 

onları  ümumi  mənəviyyat  bağlayır.  Xüsusilə  monarxa  məxsusi 

olaraq  suverenliyin  verilməsi  ideyası  rədd  edilirdi.  Monarxın 

suverenliyi  əvəzinə  xalqın  suverenliyi  məsələsi  irəli  sürülürdü. 

Qrequar Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, xalqlar 

yaşadıqları  ərazilərin  ölçülərinə  və  özlərinin  saylarına 

baxmayaraq  bir-birilərinə  olan  münasibətlərdə  müstəqil  və 

suverendirlər.  Həmçinin  qeyd  edilirdi  ki,  bir  xalq  digər  xalqın 

daxili  işlərinə  qarışa  bilmək  hüququna  malik deyil.  Bu sənəddə 

ərazinin  aliliyi,  beynəlxalq  müqavilələrə  əməl  etmək  kimi 

məsələlər  öz  əksini  tapırdı.  Bəyannamə  layihəsinin  Fransa 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə