Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə19/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   15   16   17   18   19   20   21   22   ...   175

 

55

əsərdə  siyasi  idarətemədə  fəndlərdən  istifadə  edilməsi, 



məharətin  müxtəlif  yollarının  mövcudluğu,  məqsədə  çatmaq 

üçün  real  şəraitlərdə  hərəkətlərin  və  görülməli  tədbirlərin 

əsasları,  eləcə  də  dövlət  rəhbərinin  məharəti  və  qabiliyyəti, 

hadisələri  düzgün  dəyərləndirmək  və  əvvəlcədən  tədbirlər 

görmək  bacarığı  və  istedadı  (nəzəriyyə  “idarəetmə mexaniksaı 

haqqında”  təlim  kimi  də  dəyərləndirilir)  əsas  predmet  olaraq 

götürülsə  də,  siyasətin  etika  üzərində  qələbəsi  mahiyyəti  öz 

əksini  tapsa  da,

1

 ondan  bir  neçə  əsr  qabaq  yazılan 



“Siyasətnamə”  əsərində  isə  hökmdarın  ədalətliyi  məsələsi 

başlıca predmet olaraq qarşıya qoyulmuşdur. Bu baxımdan orta 

əsrlərdə  mövcud  olmuş  Səlcuqilər  dövlətinin  sultanlarından 

olan  Alp  Arslan  (1063-1072)  və  Məlik  şahın  (1072-1092) 

vəziri  olmuş  Xacə  Nizamülmülk  Həsən  ibn  Əli  (1017-1092-ci 

illərdə  yaşamışıdr)  özünün  “Siyasətnamə”  əsərində  yazır: 

“Şahlar allahı-onun şəni böyük olsun-razı salmalıdırlar, allahın 

(adı böyük olsun) razılığı ilə xalqa edilən ehsan, onlar arasında 

yayılan ədalətlə olar. Xalqın dühası şahın dühası ilə birləşdikdə 

ölkə  möhkəmlənər,  günü-gündən  inkişaf  edər,  dövlət  qapıları 

açılar və xoşbəxtlik hökmdarın üzünə gülər; bu dünyada  yaxşı 

ad qazanar, o dünyada hesabı yüngül olar. Odur ki, deyiblər: “ 

Dövlət  küfr  ilə  dağılmaz,  zülm  ilə  dağılar”.

2

 Şahların  şikayətə 



baxmaları,  ədalət,  mərhəmət  və  xeyirxahlıqları  haqqında  belə 

bir  fikir  bildirir:  “Çarə  yoxdur,  padşah  ən  azı  həftədə  iki  gün 

şikayətə  baxıb  zalimlərə  cəza  verməli,  bilavasitə  öz  qulağı  ilə 

rəiyyətin  sözünü  eşitməlidir.  Onlar  mühüm  olan  məsələləri 

deməli, hər məsələ haqqında isə şah fərman verməlidir. Elə ki, 

şahın  həfətədə  iki  dəfə  məzlumları,  şikayətçiləri  qəbul  edib 

onlara  qulaq  asma  xəbəri  ölkəyə  yayıldı,  bütün  zalimlər 

                                                 



1

 Bax,  N.Makiavelli.  Hökmdar.  Tərcümə  edəni  Fikrət  Təbibi  (Xəlilov).  XXI  Yeni 

Nəşrlər Evi, Bakı.2007, 132 səh.  

2

 Nizamülmülk Siyasətnamə.-Bakı: Elm, 1987.-208 səh., farscadan tərcümə, əsər və 

müəllif haqqında qeydlər R.Sultanovundur. kitabda səh. 34 . 


 

56

vahiməyə  düşüb 



yerlərində  rahat  oturar  və  cəzanın 

qorxusundan heç kəsə əziyyət verməyə cəsarət etməzlər”.

1

  

Dövlət  idarəçiliyinin  xassəsi  və  məzmunu  müxtəlif 



keyfiyyətlərə, 

xasələrə 

mailk 

olan 


şəxslərin 

birlikdə 

hərəkətlərindən  formalaşır.  Məhz  dövlətin  idarəedilməsinin 

xassələri də onu idarəedənlər tərəfindən formalaşdırılır. Dövlət 

daxilində  ədalətə  nail  olmaq  üçün  hökmdarda  əxlaq  və 

qabiliyyət, istedad vəhdətlik təşkil etməlidir. Məhz Aristotel də 

siyasətlə əxlaqı vəhdətdə görürdü. Əxlaq mütləq şəkildə sərhəd 

yaradır  (Makiavelli  nəzəriyyəsində  isə  insanların  şeylərə  və 

hakimiyyətə  can  atmalarında  sərhədlər  yoxdur,  məqsədlər 

uğrunda  bütün  mümkün  variantlardan  istifadə  edilməlidir), 

hərəkətlərin  hədlərini  müəyyən  edir  və  əks  tərəfin  də 

mövqeyini nəzərə  alır.  Hakimiyyət  həm dövlət daxilində, həm 

də  beynəlxalq  sahələrdə  öz  funksiyasını  təmin  edərkən  moral 

prinsiplərini  formalaşdırır  və  əxlaq  qaydalarını  və  vərdişləri 

yaradır.  Bu  da  özlüyündə  həm  dövlət  strukturunda  və 

idarəetmə  rejimində,  həm  də  dövlətlərarası  münasibətlər 

strukrurunun mahiyyətində büruzə verir. Məhz moral qaydalar 

dövlətin  idarəedilməsi  və  bu  baxımdan  onun  daxili  və  xarici 

fəaliyyətini tənzimlənməsi zamanı müvafiq vərdişləri və ardıcıl 

meydana  gələn  ənənələri  yaradır.  Nəzərə  almaq  lazımdır  ki, 

dövlətin  başlıca  funksiyalarından  biri  də  onu  koordinasiya 

funksiyasıdır.  Dövləti  təmsil  edən  siyasi  hakimiyyət  məhz 

koordinasiya  funksiyasının  tətbiqi  sayəsində  cəmiyyətin  və 

beynəlxalq  aləmin  ünsürləri  arasında  balanslı  və  disbalanslı 

vəziyyətləri 

meydana 


gətirir. 

Koordinasiya 

funksiyası 

sayəsində  sistemlər  meydana  gəlir  və  sistemin  məzmunu,  -

xüsusilə  ədalətli  və  ya  ədalətsiz  mahiyyəti,  onu  idarə  edən 

şəxslərdən  və  şəxslərin  şəxsi  xüsusiyyətlərindən,  həmçinin 

fəaliyyət xüsusiyyətlərindən formalaşır. İnsanın (rəhbər şəxsin) 

şəxsi  xüsusiyyətlərinə  onun  genetik  kodları  və  yetişdiyi 

                                                 

1

 Nizamülmülk Siyasətnamə.-Bakı: Elm, 1987.-208 səh., farscadan tərcümə, əsər və 

müəllif haqqında qeydlər R.Sultanovundur. kitabda, səh. 35. 



 

57

cəmiyyət  birlikdə  təsir  göstərir.  Şəxsi  xüsusiyyətlər  siyasi 



fəaliyyət zamanı özünü büruzə verir və fəaliyyət xüsusiyyətləri 

ilə  qarşılıqlı  olaraq  bir-birini  şərtləndirir.  Şəxsi  və  fəaliyyət 

xüsusiyyətlərdən 

meydana 


gələn 

idarəçilik 

rejimləri 

cəmiyyətlərdə  balanslı  və  ya  disbalanslı  vəziyyətləri  meydana 

gətirir.  İfrat  mühafizəkarlığa,  kəskin  eqoizmə  söykənən  şəxsi 

idarəçilik  avtoritarlığın  yaranmasını  və  total  qaydada 

disbalanslı vəziyyətlərin meydana gəlməsini zəruri edir. Şəxsin 

diktəsi  ilə  qurulan,  çoxluğun  iradəsini  nəzərə  almayan 

cəmiyyətlərdə disbalanslıq və ədalətsizlik meydana gəlir. Diktə 

edən  şəxslərin  irəli  sürdüyü  ideyalar  və  onların  həyata 

keçirilməsi 

sayəsində 

cəmiyyət 

daxilən 


sıxlaşmağa, 

pressləşməyə  məruz  qalır  ki,  belə  cəmiyyətlərin  də  hər  an 

partlamaq  imkanları  böyüyür.  Beynəlxalq  münasibətlərdə  də 

ifrat  təzyiq  metodları  balanslı  trayektoriyanı  dağıdan 

istiqamətlərə  və  vasitələrə  çevrilir.  Yüksək  əxlaqa  malik  olan 

cəmiyyətlərdə və dövlətlərdə inkişaf sürətlə həyata keçirilir və 

cəmiyyətin bütün enerji qüvvələrindən istifadə etmək imkanları 

yaranır.  Daxilən  sərbəst  cəmiyyətlər  hər  zaman  xaricən  güclü 

müdafiə  olunan  cəmiyyətlər  hesab  edilə  bilərlər.  Belə  ki, 

cəmiyyətin  ünsürləri  öz  daxili  sərbəstlik  məkanlarını  daima 

qorumağa  çalışırlar  və  bu  nöqteyi-nəzərdən  də  müdafiə 

instinktlərini xarici təhlükəli elementlərə qarşı yönəldirlər.  

Rəhbər  psixopatlar  çalışırlar  ki,  cəmiyyətdə  baş  verən 

prosesləri  öz  maraq  və  ideyalarına,  diktələrinə  uyğunlaş-

dırsınlar. Bu baxımdan özləri üçün məqbul hesab edilən, lakin 

digərləri  üçün  qeyri-düzgün  şəraitləri  yaratmaq  və  proseslərə 

təkan  vermək  həmin  şəxslərin  başlıca  istəkləri  olur.  Onlar 

hesab  edirlər  ki,  hər  bir  ideya  reallığı  dəyişə  bilər  və 

proseslərin  axarı  onların  istəklərinə  uyğun  formada  rəvan 

şəkildə  yönələ  bilər.  Diktə  edən  rəhbərlər  çox  vaxt  zamanın 

normal  axarını  qəbul  edə  bilmirlər  və  hesab  edirlər  ki,  zəruri 

siyasət  sayəsində  zaman  qabaqlana  bilər  və  inkişafa  tez  nail 

olunar. İstiqamətlər üçün qeyri-normal yolları alternativ olaraq 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə