Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə15/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   11   12   13   14   15   16   17   18   ...   175

 

44

sivil 



hüquq 

normaları 

ilə 

tənzimlənən 



siyasi-ictimai 

münasibətlər  sistemi  (bu  sistemin  əsas  mahiyyəti  hakimiyyətin 



qollarının  mövcudluğunda  özünü  göstərir,  rasional  idraka  və 

sistemli  təfəkkürə  əsaslanaraq,  realizmi  əsas  götürür. 

İnsanların  bioloji-sosial  varlıq  kimi  maraqlarının  əlaqəli 

şəkildə,  rasional  qaydada  təmin  olunmasına  əsaslanır),  eləcə 

də  milli  özünüdərk  fəlsəfi  düşüncələri  Şərq  aləminə  qədəm 

qoyub.  XIX  əsrdən  etibarən  Avropa  ilə  sərhəd  məkanlarda 

daha  tez  qovuşma  prosesləri  yaşanıb.  Azərbaycanda  1918-ci 

ildə  ilk  demokratik  respublika  (parlamentli  respublika)  təşkil 

edilib.  XX  əsrin  əvvəllərində  Rusiyada,  Rusiya  içərisində 

yaşayan  türkdilli  xalqlarda,  Cənubi  Qafqazda  milli  oyanış 

prosesləri  baş  verdi  və  millətlərin  təşəkkül  tapması  prosesləri 

genişləndi.  

Türkiyə  də  xüsusi  olaraq  XIX  əsrdə  Avropanın  ictimai-

siyasi  sistemini  özünə  cəlb  edib.  Milli  özünüdərk  proseslərini 

yaşayıb.  Qərbin  islahatçılığa  əsaslanan  və  obyektiv  realizmi 

təbliğ  edən  fəlsəfəsi  Avropanın  Asiya  ilə  sərhədlərində  özünə 

yer  tapıb  və  bu  məkanlarda  maarifçilik  hərəkatlarını 

gücləndirib.

1

 Qədim  Yunanıstandan  başlayan  demokratiya 

anlayışı  Roma  imperiyasından  tutmuş  Avropanın  şimalına 

                                                 



1

 Qeyd:  Orta  əsrlərdə  Avropada  məşhur  olan  barokko  stili  Osmanlı  imperiyasının 

memarlığında-saraylarda  və  məscidlərdə,  geniş  istifadə  edilib  və  bu  obyektlərdə 

Şərq-Qərb  memarlığı  qovuşub.  XIX  əsrin  40-cı  illərində  Osmanlı  imperiyasında 

tənzimat  dövrü-Qərbləşmə,  müasirləşmə  dövrü  başladı.  Avropada  çoxdan  başlamış 

sənayeləşmə  prosesləri  Osmanlı  imperiyasına  də  gəlib  çatdı.  Lakin  bu  dövrdə 

imperiya  əvvəlki  nüfuzunu  itirmiş,  Avropadakı  torpaqları  əlindən  buraxmalı 

olmuşdur,  Aralıq  dənizində,  Afrikanın  şimalında  təsirləri  zəifləmiş,  iqtisadiyyat  öz 

gücünü itirmişdi. Nəzərə almaq lazımdır ki, XIX əsrin 50-ci illərinə qədər imperiya 

dünyada  xarici  borcu  olmayan  yeganə  dövlət  olub.  Lakin  bu  dövrlərdən  etibarən 

zəifləmiş  imperiya  Qərb  kapitalından  asılı  vəziyyətə  düşüb.  Türkiyədə  sənayeləşmə 

prosesi, tənzimat dövrü axırıncı sultan II Əbdül Həmidin dövrünə təsadüf edir. Onun 

rəhbərliyi  altında  inanclı  insanların  rahat  şəkildə  müqəddəs  yerlərə  ziyarət 

etmələrini  təmin  etmək  üçün  İstambuldan  Mədinəyə  qədər  “Həcc”  layihəsi 

adlandırılan  dəmiryolu  çəkilir  və  bu  layihədə  çoxlu  sayda  digər  müsəlmanlar  da 

iştirak  edirlər.  Lakin  I  Dünya  müharibəsi  zamanı  həmin  layihə  tamamilə  dağıdılır. 

XIX əsrdə Şərqin ədəbiyyatı da, məsələn, Ömər Xəyyamın rübailəri, “Min bir gecə” 

nağılı Qərb ədəbi düşüncələrində özünə yer tapır. 


 

45

qədər geniş bir məkana yayılmış, Avropadan da Rusiyaya daxil 



olmuş,  Cənubi  Qafqazı  və  Mərkəzi  Asiyanı  əhatə  etmişdir. 

Türkiyə  də  Avropanın  mərkəzi  hissələrindən  (məsələn, 

Fransadan) maarifçilik ideyalarını qəbul etmiş, liberal, azad və 

plüral  düşüncələr  ədəbiyyata  daxil  olmuş  və  türk  cəmiyyəti 

Qərbdə  təşəkkül  tapan  sosial-siyasi  sistemlərin  məzmun  və 

formalarını özünə qəbul etmişdir. Beləliklə, Şərq-Qərb arasında 

mədəniyyətin,  elmin  qarşılıqlı  olaraq  keçidini  “Ölən  Ayın” 

vəziyyətinə  (prosesin  dövrlənməsinə)  bənzəməsi  faktı  barədə 

müvafiq qənaətə gəlmiş oluruq.  

Müasir  Türkiyə  dövlətinin  banisi  Mustafa  Kamal  Atatürk 

Türkiyə 

dövlətinin 

inkişafını 

dünyəviləşmədə, 

Qərbə 

yanaşmada,  Qərb  təcrübəsini  ölkəsinə  gətirməkdə  görürdü. 



Atatürk milli inkişafı Qərb düşüncələri ilə sintez edərək yeni bir, 

həm də çağdaş türkün formalaşmasını istəyirdi. Həmçinin Qərb 

mədəniyyətinin  Türkiyə  vasitəsilə  Şərqə  transfer  etdirən  bir 

siyasətçi idi. Eləcə də Türkiyəni Avropaya bağlamaq və bununla 

da  Şərq-Qərb  mədəniyyət  nümunəsini  yaratmaq  onun  başlıca 

siyasətinə  aid  idi.  Bu  baxımdan  o  qeyd  edirdi:  “Ölkəmizi 

çağdalaşdırmaq  istəyirik.  Bütün  səyimiz  Türkiyədə  çağdaş, 

Qərb nümunəsi ilə bir hökümət qurmaqdır. Sivilizasiyaya daxil 

olub, lakin Qərbə  yönəlməyən millət hansıdır? Bir istiqamətdə 

yürümək  qərarında  olan,  lakin  hərəkətinin  ayağına  bağlı 

zəncirlərlə çətinləşdiyini görən insan nə etməlidir? O, zəncirləri 

qırar  yürüyər”.  Digər  bir  fikrində  isə  göstərirdi:  “Biz  Qərb 

sivilizasiyasını bir təqlidçilik naminə qəbul etmirik. Onda yaxşı 

hesab  etdiyimiz,  öz  aləmimizə  uyğun  zənn  etdiyimiz  dünya 

sivilizasiyası  səviyyəsi  içində  mənimsəyirik”.

1

 



Atatürk  Qərbin 

mədəni 


millətləri 

ilə 


ayaqlaşmaq, 

cəmiyyətləri 

ilə 

uyğunlaşmağın  vacib  olması  fikrini  bildirirdi.  Bu  baxımdan 



qeyd  edirdi:  “Sosial  və  iqtisadi  həyatımız  mədəni  millətlərin 

                                                 



1

 Utkan  Qocatürk.  Atatürk.-Bakı:Elm,  1991.-212  s.  Tərcümə  və  qeydlər  Dünyamalı 

Vəliyevindir. Kitabda Atatürkün ölməz sözləri bölməsi. səh.134-135.  


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə