Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə13/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   9   10   11   12   13   14   15   16   ...   175

 

38

Suriya,  İran  və  s.  kimi  ölkələrdən  antik  dünyanın  görkəmli 



alimlərinin  əsərləri  axıb  gəlirdi.  Burada  elm  mərkəzləri 

yaradılmışdı)  yunan  elmini  və  digər  ölkələrin  elmini 

Hindistandan  tutmuş  Şimali  Afrikaya  qədər  geniş  bir  ərazidə 

yaydı.  İslam  sivilizasiyası  İspaniyada  özünəməxsus  xüsusi 

yolla  inkişaf  etməyə  başladı.  Kordova,  Sevilya,  Toledo  və 

digər şəhərlərdə akademiyalar, ali məktəblər, yaradıldı. Həmin 

akademiya  və  məktəblərdə  dünyəvi  elmlər-fəlsəfə,  riyaziyyat, 

astronomiya, tibb, tarix, kimya və digər elmlər öyrənilib, tədqiq 

və  tədris  olunmağa  başlandı.  “İspaniyada  parlayan  islam 

sivilizasiyasının  şüaları  sonradan  bütün  xristian  dünyasını 

işıqlandırdı. Müsəlmanlar Kordova və Toledoda yunan elminin 

axırıncı  qığılcımlarını  qayğı  ilə  yığıb  alovlandıraraq,  bizim 

üçün  qorudular.  Biz,  avropalılar  yeni  dövrün  kəşfləri  üçün 

islam dünyasının müdrikliyinə borcluyuq”.

1

  

Şimali  Avropa  xalqlarının  nümayəndələri  əsasən  elmi 

öyrənmək  üçün  İspaniyaya  üz  tutdular.  Bu  yolla  da  “Oraq 

coğrafiyasına” uyğun olaraq elmin  yayılması başlandı. Elm öz 

qurşağını genişləndirdi və Mərkəzi Şimali Avropanı əhatə etdi.  

Tarixən  xalqlararası  və  Şərq  və  Qərb  sivilizasiyaları 

arasında  mübarizə  gedib.  Qərblilər  şərqliləri  “barbar” 

adlandırırdılar.  Məsələn,  çoxlarına  məlumdur  ki,  qədim  yunan 

alimi  Aristotel  insanları  dəyərli  və  dəyərsizlərə  bölərək, 

ellinləri  (yunanları)  dəyərli,  qeyri-ellinləri,  o  cümlədən  şərq 

xalqlarını  dəyərsiz  adlandırırdı.  Onun  fikrincə,  yunanlar 

tərəfindən  işğal  olunmuş  şərq  xalqları  ellinlərin  əsarəti  altına 

düşməlidir.  Yunanlar  farsları  “barbar”  adlandırırdılar.  (Farslar 

b.e.ə. V əsrdə Yunanıstanı ələ keçirmişdirlər və dağıtmışdılar.) 

Tarixən  elə  hökmdarlar  olub  ki,  bu  iki  fərqli  sivilizasiya 

arasında  tellər  yaratmağa  çalışıb,  qarışıq  sivilizasiyalar 

tərəfdarı  olub.  Məsələn,  Makedoniyalı  İsgəndər  (hakimiyyət 

illəri b.e.ə.  336-323-cü illər)  “vahid  dünya”  yaratmaq istəyirdi 

                                                 

1

 Hüseynağa  Qəniyev.  Zəka  və  xarakter.  (tarixi-fəlsəfi  esselər).  Bakı-2011,  CBS 

polygraphic production mətbəəsi. 204 səh., səh.181-182. 



 

39

və  hakimiyyətdə  olduğu  qısa  bir  müddətdə  Yunanıstandan 



başlayaraq,  Misir  də  daxil  olmaqla,  Hindistanın  qərb  ərazisi 

əhatə olunmaqla böyük ərazilər fəth etmişdi. O, şərq xalqlarına 

münasibətdə  öz  müəllimi  Aristoteldən  (Ərəstun)  fərqli  fikirdə 

olaraq  yunan mədəniyyətini şərq mədəniyyəti ilə birləşdirmək, 

qovuşdurmaq 

istəyirdi. 

Bu 

məqsədlə 



yunan 

(ellin) 


mədəniyyətinin  daşıyıcıları  olan  qərblilərin  (döyüşçülərin) 

şərqdə  qalıb  məskunlaşmaları  siyasətini  həyata  keçririrdi  və 

yunan-makedoniyalı  əsgərlərin  yerli  qızlarla  evlənmələri 

siyasətini  həyata  keçirirdi.  Suz  şəhərindəki  (Əhəmənilərin 

paytaxtı olub) dəbdəbəli nikah mərasimləri tarixdən məlumdur. 

İsgəndərin  özü  də  Əhəməni  şahları  olmuş  III  Daranın  və  III 

Artakserksin qızları ilə evlənmişdi.  

Bütün  dünyanın  fəth  etmək  arzusu  ilə  yaşayan  və  çalışan 

hökmdarlardan  olan  Çingiz  xan  (Timuçin)  (Heç  bir  savada 

malik  olmayan  Çingiz  xan  ciddi  nizam-intizama  malik  olan 

ordu  yaratmışdı.  Çingiz  xana  qədər  Monqolustanda  birlik 

olmamışıdı.)  haqqında  belə  bir  əfsanə  var:  -  Çingiz  xan  ölən 

zaman  deyib  ki,  mən  sizin  üçün  imperiya  yaratdım,  lakin 



bütün  dünyanın  ələ  keçirə  bilmədim.  Ölüm  məni  tez 

yaxaladı.  Onun  imperiyasının  hüdudları  çox  genişlənmişdi. 

Tarixi  məlumatlara əsasən,  onun  ordusu 1242-ci ildə Vyanaya 

kimi  gəlmiş,  Polşa  və  Macarıstanın  da  ərazilərini  tutmuşdu. 

Çingiz  xan  Çinin  paytaxtı  Pekini  ələ  keçirdikdən  sonra  ən 

qəddar  şəxs  adlandırılmağa  başlandı.  (Çin  o  zaman  şərqin  ən 

qüdrətli  dövləti  idi.  Çingiz  xan  hücum  edən  zaman,  orta 

əsrlərdə  Pekin  planetin  ən  böyük  şəhəri  idi,  şəhərdə  350  min 

nəfər  əhali  yaşayırdı.  Çingiz  xanın  şəhəri  mühasirəsi  zamanı 

əhali acından ölür, bir-birini yeyirdi.)  

Qərb 


və 

Şərq 


mədəniyyəti, 

sivilizasiyası 

fəlsəfi 

düşüncələrdə  də  ayrı-ayrı  istiqamətlər  kimi  götürülüb  və  bu 

fikir  ayrılığı  hələ  də  davam  etməkdədir.  Fərqli  fəlsəfi  baxışlar 

həm  geocəmiyyətdə  (geocəmiyyət  dedikdə,  Avropa  və  Asiya 

regionunun,  Qərb  və  Şərqin  cəmiyyətləri  toplusu  kimi  başa 



 

40

düşmək  olar)  fərqli  düşüncələrin  müəyyən  xətlərlə  inkişaf 



etmələrini  formalaşdırmış,  həm  də  cəmiyyətlər  daxilində 

meydana  gələn  meyarlardan,  əlamətlərdən  yeni  düşüncələrdən 

formalaşmışdır  və  bu  proses  yenə  də  davam etməkdədir. Qərb 

Şərqin 


mühafizəkarlığından 

ehtiyat 


edir, 

islamofobiya 

ideyasını, islam terrorçuluğu anlayışını yaradır, Şərq isə Qərbin 

ifrat  islahatçılığının,  daxili  sərbəstliyin  özündəki  adət-ənənə 

üzrə  formalaşan  iyerarxiyasına  vuracağı  zərbədən  qorxur.  Hər 

iki  tərəf  arasında  isə  yeni  aralıq  mədəniyyət  zonaları 

yaranmaqdadır  ki,  buna  da  bufer  mədəniyyət  zonaları  kimi  ad 

vermək olar. Bu zonalar hər iki tərəfdən daxil olan mədəniyyət 

elementlərinin  fəaliyyət  xassələrinin  həm  müsbət,  həm  də 

mənfi  təsirlərinə  məruz  qalır.  Azərbaycanlı  fəlsəfə  təlimlər 

araşdırıcısı  S.Xəlilov  öz  əsərində  qeyd  edir:  “Daha  böyük 

zaman kəsiyində baxıldıqda fəlsəfi fikrin ağırlıq mərkəzi əvvəl 

Şərqdə;  qədim  Şumer,  Çin  və  Hindistanda,  sonra  o  dövr  üçün 

Şərq  və  Qərbin  sintezi  olan  Yunanıstanda,  qədim  Elladada, 

daha  sonra  isə  müsəlman  Şərqində  qərarlaşmış  və  ancaq 

Renessans 

dövründə 

Qərbi 


Avropaya 

köçmüşdür 

ki, 

sonuncular  estafeti  bu  günə  qədər  əldən  vermirlər.  Yeni  dövr 



Qərb  fəlsəfi  fikrinin  formalaşmasında  Orta  əsr  İslam 

mədəniyyətinin  və  dini-fəlsəfi  fikrinin  böyük  rolu  olsa  da, 

bütövlükdə  bu  sivilizasiyanı  bir  sintez  kimi  təqdim  etmək 

əsassız  olardı.  Çünki  Avropa  Renessansında  Şərq  əsasən 

vasitəçi  rol  oynamış,  antik  mədəniyyətin  və  qədim  yunan 

fəlsəfəsinin  avropalılar tərəfindən  yenidən mənimsənilməsində 

iştirakçı  olmuşdur.  Bundan  sonra  Qərb  məhz  yeni,  fərqli  bir 

istiqamət  olaraq  formalaşmışdır”.

1

 Qərb  filosoflarından  olan 



Redyard  Kiplinq  (1865-1936)  Qərb  ilə  Şərq  arasında  mədəni 

qarşıdurmanı belə ifadə etmişdi: “Qərb Qərbdir, Şərq isə Şərq, 

onlar  heç  vaxt  qovuşa  bilməzlər”.

2

 Şərqlilərin  şüurunda  isə 

                                                 

1

 Xəlilov  S.S.  Şərq  və  Qərb:  ümumbəşəri  ideala  doğru.  Fəlsəfi  etüdlər.  Bakı, 

“Azərbaycan Universiteti” nəşriyyatı, 2004, 624 səh., səh.5. 

2

 Mehdiyev. R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 səh., səh.327. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə