Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə10/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   6   7   8   9   10   11   12   13   ...   175

 

30

belə  problemlər  hər  an  dünya  sülhü  üçün  təhlükə  törətmək 



qabiliyyətindədir.  Bu  baxımdan  hesab  etmək  olar  ki, 

tədqiqatlar  həyata  keçirib  yeni-yeni  nəzəri  ideyalar  ortaya 

çıxarmaq  olar  ki,  bu  ideyalar  da  insanlarda  düşüncə  tərzinə 

təsir  göstərə  bilər.  Balanslı  münasibətlər  hər  şeydən  öncə 

insanlar  arasında  maraq  sahələri  üzrə  qarşılıqlı  olaraq 

qəbuletməni zəruri edir ki, bu da xarakterdə formalaşmadan, ilk 

növbədə də səbr və dözümdən, tolerantlıqdan asılı olur.  

Hal-hazırkı  dövrdə  Şərq  və  Qərb  cəmiyyətləri  arasında 

kəskin  inkişaf  fərqləri  var.  Buna  baxmayaraq,  Şərqin  bəzi 

xalqları isə (xüsusilə aralıq coğrafi mövqedə  yerləşən xalqları, 

məsələn,  azəri  türkləri,  osmanlı  türkləri,  ruslar  və  s.)  Qərbin 

xalqları  ilə  mədəni  çulğaşma  vəziyyətində  yaşamağa  üstünlük 

verirlər.  Özlərində  Şərq  adət-ənənəsini  islah  etməklə,  Qərb 

dəyərləri  ilə  faydalanmağa  can  atırlar.  Şərq  və  Qərb  arasında 

fərqli  inkişaf  xüsusiyyətləri  əsasən  müxtəlif  adət  ənənələr, 

tərkib  elementlərinin  sadə  və  mürəkkəb  birləşmələri  baxı-

mından  bir-birilərini  arxada  qoyan  fərqli  ənənələrdən  yaranır. 

Məsələn,  Şərq  mədəniyyət  arealında  təbəqəli  adət-ənənə 

(məsələn,  Hindistanda  mövcud  olan  mürəkkəb  adət-ənənələr, 

kastaların  mövcudluğu)  ritualları  və  mürəkkəb  məzmun  bir 

tərəfdən rəng çalarlığının zənginliyini göstərirsə, digər tərəfdən 

cəmiyyət  üzərində  bir  nəzarətedici,  çox  hallarda  zəncirləyici 

təzyiq  sistemini  yaradır.  Burada  cəmiyyətin  özü  özünə  sərt 

qaydalar  mexanizmini  tətbiq  edir  ki,  bu  da  adət-ənənə 

vahidliyinin  daxilən  islah  olunmasının  qarşısını  alır.  Qərbin 

(Qərbi Avropanın) inkişaf etmiş cəmiyyətləri ilə Şərqin bir çox 

inkişaf  etməmiş  cəmiyyətləri  arasında  kəskin  mədəniyyət 

fərqləri  mövcuddur.  Buraya  dövlətçiliyin  və  cəmiyyətin  fərqli 

inkişaf xüsusiyyətləri, yaşayış tərzləri arasında, həmçinin adət-

ənənələr  arasında  olan  fərqləri  də  aid  etmək  olar.  Şərq  sosial 



münasibətlərdə, 

eləcə 

də 

ailə-məişət 

münasibətlərində 

iyerarxik  asılılıq  prinsipini  əsas  götürür,  Qərb  isə  fərdin 

müstəqilliyini  önə  çəkir  və  imkanların  üzə  çıxmasını  labüd 


 

31

hesab  edir.  Şərq  fərdin  imkanlarının  səfərbər  olunmasında 



məhdudiyyətlər  yaradır,  Qərb  isə  məhdudiyyətləri  aradan 

qaldırır.  Qərbdə  fərdin  rolu,  onun  funksiyasına  aid  olan  və 

funksiyasını  formalaşdıran  qabiliyyəti  və  bacarığı,  istedadı, 

savadı,  Şərqdə  isə  cəmiyyətin  adət-ənənələri  əsas  götürülür, 

etalon kimi öndə qoyulur. Aralıq mədəniyyət məkanlarında isə 

əsas  tələblər  həm  fərdin  xüsusiyyətləri,  həm  də  yumşaq  adət-

ənənə  prinsipləri  başlıca  fəlsəfi  meyar  kimi  qəbul  edilir. 

İnsanların əksəriyyətinin təfəkkürü (idrak baxımından, düşüncə 

tərzi  baxımından)  zəif  inkişaf  etmiş  cəmiyyətlərin  ümumi 

strukturunda  da,  fərdlərin,  şəxslərin  cəmiyyətdə  tutduqları 

mövqelərdə  də  qüsurlar  mövcud  olur.  Bu  baxımdan  hesab 

etmək  olar  ki,  təkmil  cəmiyyətlərlə  infantil  cəmiyyətlər  (fiziki 

və  mənəvi  cəhətdən  qüsurlu  cəmiyyətlər,  dövlətçilik  ənənələ-

rinin  qədim  olmasına  baxmayaraq,  qeyri-müasir,  yetişməyən 

dövlətlər,  həddən  artıq  mühafizəkar  cəmiyyətlərin  xas  olduğu 

dövlətlər,  müasir  hüquqların  geniş  şəkildə  mövcud  olmadığı 

cəmiyyətlər)  arasında  tarazlığın  təmin  edilməsi  qeyri-mümkün 

olur.  Məsələn,  postmonarxiya  dövründə  (1973-cü  ildən  sonra) 

və  sonralar,  Sovet  işğalı  dövrü  (1979-1989)  Əfqanıstanda 

respublikanın qurulmasında baş verən proseslər, XX əsrin 90-cı 

illərində  isə  taliblərin  hakimiyyəti  ələ  keçirməsi  sözün  həqiqi 

mənasında 

Əfqan 

cəmiyyətini 



infantil, 

belə 


demək 

mümükünsə,  yetişməmiş,  “uşaq”  qalmış,  bir  cəmiyyətə 

çeviribdir.  

1973-cü  il  iyil  ayının  17-də  Kral  Zahir  Şah  İtaliyada 

olarkən,  öz  qohumu  Davud  xan  silahlı  çevriliş  etmiş,  Kabildə 

monarxiya devrilmiş, respublika qurulmuş, Zahir şahın 40 illik 

hakimiyyətinə  son  qoyulmuşdu.  1978-ci  ilin  aprelində 

kommunist  çevrilişi  baş  vermiş,  1979-cu  ilin  dekabrında  isə 

Sovet  qoşunları  Əfqanıstana  daxil  olmuşdur.  1979-cu  ildə 

SSRİ-nin  köməyi  ilə  Parçami-Əfqanıstan  Xalq  Demokrat 

Partiyasının  Parçam  (bayraq)  fraksiyasının  tərəfdarları 

hakimiyyətə  gəlib.  Xəlqi  Fraksiyasından  fərqli  olaraq  Parçam 



 

32

ölkəni  Sovet  İttifaqından  daha  da  asılı  vəziyyətdə  görmək 



istəyirdi.  1990-cı  illərin  əvvəllərində  Əfqanıstanda  ölkə 

parçalanmış vəziyyətdə idi. Kabil şəhəri də Məsud, Rəbbanı və 

Mücahiddinə məxsus idi. 1996-cı ildən isə Taliban hakimiyyətə 

gəlmişdi.  Taliban  rejiminin  destruktiv  siyasəti  Əfqanıstan 

xalqını  tamamilə  uçuruma  aparmışdır.  Cəmiyyətdə  əksər 

dəyərlər məhv olmuş, maddi-mədəni abidələr dağıdılmışdır. Bu 

tarixi  materiallar  1980-ci  ildə  Amerikada  siyasi  sığınacaq 

almış  əfqan  diplomatının  oğlu,  əfqan  əsilli  Amerika  yazıçısı 

Xalid  Hüseyninin  2003-cü  ildə  nəşr  olunan  “Çərpələng 

uçuran”  (Khaled  Hosseini.  The  Kite  Runner.)  adlı  bədii 

əsərindən  götürülmüşdür.  Ümumiyyətlə  əsərdə  Əfqanıstan 

cəmiyyətinin  monarxiya  dövrünün  bəzi  xüsusiyyətləri  və 

monarxiyadan  sonrakı  dövrdə  baş  verən  xaotik  hadisələr, 

Əfqanıstan  xalqının  başına  bəlan  bəlalar  tarixi-bədii  üslubda 

öz  əksini  tapmışdır.  Əsər  həmçinin  cəmiyyətin  melanxolik 

ruhunu,  eləcə  də  infantilləşmə  prosesini  geniş  şəkildə 

açmışdır.

1

  

Təbii ki, inkişaf etmiş cəmiyyətlərlə inkişafdan geri qalmış 

cəmiyyətlər  arasında  kəskin  fərqlər  olduğundan,  burada 

termoklin  tarazlığı  xətləri  mövcud  olur.  Termoklin  tarazlığı 

xətlərini  yumşaltmaq  və  mülayimləşdirmək  üçün  isə  hər  iki 

cəmiyyət  arasında  olan,  hər  iki  cəmiyyətin  elementlərini 

özündə  əks  etdirən,  (məsələn,  Azərbaycan  Asiya  ilə  Avropa 

arasındakı  aralıq  mövqeyə  malik  olan  yumşaq  tarazlıq 

zonasıdır  ki,  burada  elementlərin  qarşılıqlı  qovuşması  baş 

verir), aralıq coğrafi mədəniyyət məkanları xüsusi rol oynayır.  

Xalqların etnik xüsusiyyətləri də onların inkişafı ilə əlaqəli 

olur, 

inkişafını 



şərtləndirən 

əsaslara 

çevrilir. 

Etnik 


xüsusiyyətləri  öyrənən  elm  sahəsi  kimi  Etnopsixologiya-hər 

bir  xalqın  özünün  etnik  psixoloji  xüsusiyyətləri  vardır  və  hər 

bir 

xalq, 

hər 

bir 

millət 

özünün 

məxsusi 

psixoloji 

                                                 

1

 Xalid Hüseyni. Çərpələng uçuran. İngiliscədən çevirəni Xədicə İsmayıl. 



Bakı, “Əli və Nino” nəşriyyatı, 2011., 448 səh. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə