Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə11/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   7   8   9   10   11   12   13   14   ...   175

 

33

xüsusiyyətlərinə  görə  fərqlənir.  Bunlar  hər  bir  millətə  və  ya 



xalqa  xas  olan  etnik  psixoloji  xüsusiyyətlər  adlanır. 

Etnopsixologiya  əvvəllər  sosial  psixologiyanın  mühüm  bir 

sahəsi kimi müəyyən qrupda insanların etnik ümumiliyi və milli 

mənsubiyyəti  ilə  şərtlənən  psixi  xüsusiyyətlərini,  davranış  və 

rəftar  tərzini  öyrənmişdir.  Hazırda  isə  etnik  psixologiya 

fənlərarası  bilik  sahəsi  olub  insanların  psixikasının  etnik 

xüsusiyyətlərini  öyrənir.  Yəni  milli,  irqi,  etnik  mənsubiyyəti 

nəzərə  almaqla  insanların  psixoloji  xüsusiyyətlərini  öyrənən 

bir  elm  sahəsidir.  Etnik  psixologiyanın  problemləri  rənga-

rəngdir.  Buraya  bu  və  ya  başqa  xalqa  məxsus  olan  etnik 

stereotip  və  yönümlər,  adət-ənənələr,  milli  xarakterlər,  hisslər 

və  s.  daxildir. 

1

Xalqın  tipik  tərbiyə  üsulları  etnik  ümumiliyi, 



başqa sözlə, etnosun psixologiyasını formalaşdırır. 

2

 

Bu  baxımdan  xalqların  inkişafı  onların  etnik  xüsusiyyət-

lərinin  də  inkişafına  təsir  edir.  Tarixən  geomədəniyyətlər 

(məsələn,  Şərq  mədəniyyəti,  Asiyanın  müxtəlif  bölgələrində 

formalaşmış  mədəniyyət,  Avropa  mədəniyyəti-Qərb  mədəniy-

yəti),  geosivilizasiyalar  formalaşmışdır.  Geosivilizasiyalar 

arasında  qarşılıqlı  keçid  prosesləri  də  yaşanır.  Sivilizasiyaların 

daşıyıcı  ünsürləri  (özləri  ilə  xüsusiyyətləri  daşıyanlar-

məkanlardan  məkanlara  keçirənlər)  əsasən  sivilizasiyaların 

aralarında  olan  keçici-qarışıq  mədəniyyət  məskənlərində  olur. 

Bu  ərazilərdə  (Avro-Asiya  mədəniyyəti-buraya,  rusları,  Qafqaz 

xalqlarını,  bir  qədər  də  Qazaxıstanı  aid  etmək  olar-Qazaxıstan 

Rusiya  vasitəsilə  Avropa  mədəniyyətini  özündə  qismən  qəbul 

edib.  Mərkəzi  Asiyanın  bir  çox  xalqları  da  Rusiyadakı  bəzi 

elementlərdən faydalanıblar.  

XIX əsrin ikinci yarısında Mərkəzi Asiyada elm və təhsildə, 

mədəniyyət  sahələrində,  o  cümlədən  musiqi  və  ədəbiyyatda, 

incəsənətdə  yeni  islahatlar  həyata  keçirildi.  1871-ci  ildə  kişi 

gimnaziyasını,  qəza  xalq  məktəbləri  və  ibtidai  məktəblərin 

                                                 



1

 Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə.  B19  Psixologiya.  Ali  məktəblər  üçün  dərslik.  Bakı, 

“Çinar-çap” Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2006, 620 səh., səh.82-84. 

2

 Həmin kitab, səh.94. 


 

34

açılmasını  nəzərdə  tutan  tədris  işinin  qurulması  layihəsi 



hazırlandı. Buna qədər ərəb dilində mədrəsələr var idi. 1876-cı 

ildə  Türküstan  təhsil  müəssisələri  idarəsi  yaradıldı.  Təbiət 

elmlərinin  öyrənilməsinə  başlanıldı.  Rus  hökuməti  Türküstanın 

təbiəti,  coğrafiyası,  etnoqrafiyası  və  tarixinin  tədqiqinə  böyük 

diqqət  ayırırdı.  1871-ci  ildə  Mərkəzi  Asiya  Elmi  Cəmiyyəti 

yaradıldı.  1874-cü  ildə  Daşkənddə  rəsədxana  tikildi.  1868-ci 

ildə  Daşkənddə  ilk  dəfə  mətbəə  açıldı.  Qəzet  və  jurnallar 

fəaliyyətə  başladı.  1870-ci  ildə  “Türküstan  xəbərləri”  adlı  ilk 

qəzet  işıq  üzü  gördü.  Mərkəzi  Asiya  ədəbiyyatında  tənqidi 

realizm  və  demokratiya  əsas  yeri  tutmağa  başladı.  Poeziyada 

satirik janr inkişaf etdi. XIX əsrin ikinci yarısında peşəkar  xalq 

teatrı yaradıldı. XX əsrin I yarısında, xüsusilə 20-ci illərdə ana 

dilində  orta  təhsil  məktəblərinin  sayı  genişləndi,  Daşkənd, 

Səmərqənd,  Buxara,  Aşqabad,  Alma-Ata,  Frunze  (Bişkek)  kimi 

şəhərlərdə  ali  məktəblər  yaradıldı.  1928-ci  ildə  Alma-Atada  ilk 

ali  təhsil  müəssisəsi  (pedaqoji  institut),  1934-cü  ildə  isə  Qazax 

Dövlət  Universiteti  yaradıldı.  70-ci  illərdə  respublikada  43  ali 

təhsil  müəssisəsi  var  idi.  1946-cı  ildə  isə  Qazaxıstanda  SSRİ 

Elmlər 

Akademiyasının 

Qazaxıstan 

filialının 

bazasında 

Respublika  Elmlər  Akademiyası  təsis  edildi.  Sovetlər  dövründə 

qazaxların  xor  və  orkestr  musiqisi,  operası,  xoreoqrafiyası, 

teatrı  yarandı.  1954-cü  ildə  Qırğızıstanda  SSR  Elmlər 

Akademiyası açıldı. Ümumiyyətlə Mərkəzi Asiyada dünyəviləşmə 

prosesləri XX əsr boyu sürətlə həyata keçirildi.

1

  

Rusiyanın  özü  də  Qərb  mədəniyyətini  (xüsusilə  dövlətçilik, 

dövlət  quruluşu,  qanunvericilik,  elm  və  təhsil,  sənaye,  tikinti  və 

digər sahələrdə həyata keçirilən və normalara əsaslanan siyasət 

sahəsində) əsasən XVIII əsrdən başlayaraq, 1721-ci ildən birinci 

Rusiya  imperatoru  olmuş  Böyük  Pyotr  I-in  islahatları  ilə 

qazanıb.  I  Pyotr  1672-1725-ci  illərdə  yaşayıb,  1682-ci  ildə 

                                                 



1

 S.Y.  Süleymanova,  tarix  elmləri  doktoru,  BDU-nun  professoru,  Türk  xalqları  tarixi 

(ən qədim zamanlardan bu günümüzədək). Ali məktəb tələbələri üçün dərs vəsaiti. Rus 

dilindən tərcümə. Bakı, “Elm və Təhsil”, 2011, 352 səh., səh.305-322. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə