Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə12/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   8   9   10   11   12   13   14   15   ...   175

 

35

Rusiya  çarı  kimi  taxta  çıxıb,  1689-cu  ildən  isə  dövləti  idarə 



etməyə başlayıb. Nəhəng mütləqiyyət dövlətini yaradıb, ərazisini 

olduqca  genişləndirib,  Rusiyaya  Qərbi  Avropa  dövlətləri 

tərəfindən  tanınan  nəhəng  dövlət  kimi  avtoritetlik  (nüfuz) 

qazandırıb.

1

 Lakin  onu  da  qeyd  etmək  olar  ki,  Avropa 

sərhədlərindən  uzaqlaşdıqca  mədəniyyətlər  arasında  kəskin 

fərqlər özünü göstərir.  

Mədəniyyətin,  sivilizasiyanın  əsasən  Şərqdən  (Aralıq 

dənizi  hövzəsindən)  Qərbə  doğru  (Avropaya  doğru)  geniş-

lənməsi  və  əksinə  baş  verən  prosesləri-tarixi  trayektoriyasını, 

Ayın  dövrlərinə  bənzətmək  olar.  Mədəniyyətlərin  tarixi 

genişlənməsində  “oraq”  coğrafiyası  əsas  yer  almışdr. 

Xüsusilə  geomədəniyyətin  genişlənməsini  coğrafi  xəritəyə 

əsasən “ölən  Ayın”  vəziyyətinə bənzədə bilərik. (Ay dövrləri-



cavan  Ay  (orağa  bənzər),  Ayın  yarısı  (gəliş),  Ayın  dörddə  üç 

hissəsi  (gəliş),  bədirlənmiş  Ay  (bütöv  dairə),  Ayın  dörddə  üç 

hissəsi (gediş), Ayın yarısı (gediş), ölən Ay-bunlar Ayın Günəş 

işıqlandırdığı  tərəfin  müxtəlif  bucaq  altında  görünüşüdür). 

Məsələn,  Aralıq  dənizi  hövzəsi  mədəniyyətini  əks  etdirən 

elementlər  (Misir  və  İkiçayarası  mədəniyyət)  Yunan  və  Roma 

mədəniyyətlərinin  elementləri,  oradan  da  Mərkəzi  və  Qərbi, 

eləcə  də  Şərqi  Avropa  məkanlarının  elementlərinə  transfer 

edibdir.  Mədəniyyət  sonradan  Rusiya  ərazisinə  daxil  olubdur. 

Buna  görə  də  bu  coğrafiyaya  “oraq”  coğrafiyası  adını  vermək 

olar.  


 

Mədəniyyətin  genişlənməsinin  “oraq”  coğrafiyasına 

dair bəzi faktları qeyd edək:  

 

Mədəniyyətlərin, 



sivilizasiyaların 

tarixi 


coğrafi 

genişlənmələri  tədqiqatçılar  tərəfindən  geniş  araşdırılıb  və  bu 

məsələyə  dərindən  izah  verməyə  ehtiyac  yoxdur,  belə  ki, 

                                                 



1

 И.А.Мусский.  с.81,  100  великих  диктаторов.  Москва,  «ВЕЧЕ»,  2002.,  656  с., 

səh.304-313.  


 

36

burada hər hansı yeni bir elmi fikir bildirmək yalnız tarixçilərə, 



arxeoloqlara  aid  ola  bilər.  Bir  məsələni  qeyd  etmək  olar  ki, 

tarix də sübut edib ki, ən qədim Şərq dövlətləri Misirdə, Aralıq 

dənizinin  şərqində,  Kiçik  Asiya,  İkiçayarası  (Mesopotamiya), 

İran,  Hindistan,  Çin  və  digər  ölkələrin  ərazisində  yaranmışdır. 

İlk  yazı  növü  olan  piktoqrafiya  (şəkili  yazı,  heroqlif)  e.ə.IV 

minillikdə  şumerlər,  hindlər,  elamlar  tərəfindən  tətbiq 

olunurdu. Şumer-Akkad mixi yazıları var idi, Arami dili Şərqin 

beynəlxalq  dili  kimi  istifadə  edilirdi.

1

 Ən iri qanunlar  külliyatı 

b.e.ə II minillikdə qədim Babilistanda yaranmışdır. Bu məşhur 

Hammurapi  qanunlarıdır.  Dövlətlər  arasında  ilk  yazılı 

beynəlxalq  müqavilə  də  e.ə.IV  minillikdə  Şərqdə  mövcud 

olmuşdur.  (Akkad-Elam  müqaviləsi).  İlk  əlifba  e.ə.  XIII  əsrdə 

Finikiyada  (indiki  Livan  ərazisi)  yaranmışdır  və  həmin  əlifba 

müasir Avropa və bir çox şərq dilləri əlifbalarının əsasını təşkil 

edir.  Şərqdə  quldarlıq  dövlətləri  b.e.ə.  IV-II  minilliklərdə 

olduğu  halda,  b.e.ə.X-V  minilliklərdə  mədəniyyət  mərkəzləri 

olduğu  zaman,  Avropanın  Krit  adasında  4500  il  əvvəl  ilk 

Avropa  mədəniyyəti  (çar  Minosun  adını  daşıyan  Minoyların 

yaratdığı  mədəniyyət-e.ə.  II  minillikdə  bu  mədəniyyət  süqut 

etmiş,  Egey  dənizi  ətrafında  ağalıq  Mikenlərə  keçmişdir) 

yaranmışdır. 

Avropanın 

cənub-şərqində, 

Yunanıstanda 

Mikenlər  e.ə.  II  minillikdə  yaşamışlar  və  mədəniyyətlərini 

yaratmışlar.  Avropanın  qədim  alman  və  kelt  xalqlarında  isə 

hələ  qanunların  yazıya  alınması  bizim  eranın  VIII-IX 

əsrlərində,  Skandinaviya  xalqlarında  isə  XII-XIII  əsrlərdə 

həyata  keçirilmişdir.  Bunlarda  nəsli  –icma  quruluşunun 

dağılması çox gec gedib və feodalizmin yaranması prosesi ləng 

həyata  keçirilib.  Şimali  və  Mərkəzi  Avropada Romada olduğu 

kimi  quldarlıq  quruluşu  və  ağalıq  münasibətləri  olmayıb.

2

 



                                                 

1

 Yusifov  Y.B.-Y-88  Qədim  Şərq  tarixi:  Dərslik.-Bakı:  Bakı  Universiteti  Nəşriyyatı, 

1992, 496 s., səh. 6. 

2

 Orta  əsrlər  tarixi  /iki  cilddə/.  C.I.,  Dərslik,  S.D.Skazkinin  və  b.redaktəsi  ilə. 

Yenidən işlənmiş 2-ci nəşri. Azərbaycancaya çevirəni Y.B.Mahmudov, B.: “Maarif”. 

1988.528 səh., səh 21. 


 

37

Qədimdə  kelt  tayfalarının  yazıları  yox  idi.  E.ə.  I  minillikdə 



Avropada  ən  qüdrətli  və  döyüşkən  tayfalar  hesab  edilirdilər. 

Lakin  bunun  əksinə  olaraq  e.ə.I  əsrdə  Roma  imperiyası 

mövcud  idi.  Bizim  eranın  ikinci  əsrində  bu  imperiyanın 

əraziləri  Aralıq  dənizinin  ətrafını  əhatə  etməklə,  Britaniya  və 

Şotlandiya  da  daxil  olmaqla  beş  milyon  kvadrat  kilometrdən 

çox  olub.  B.e.-nın  III  əsrində  imperiya  parçalanaraq  Qərbi  və 

Şərqi Roma imperiyalarına ayrılıb. 

Elmi  biliklər,  riyaziyyata  dair  biliklər  Şərqdə  yaranıb. 

Hesab  sistemləri  meydana  gəlib,  Babilistanda  həndəsəyə  dair 

biliklər  mövcud  olub.  İtaliyada,  Yunanıstanda  b.e.ə.  VI-V 

əsrlərdə  Pifaqorçuluq  (bu  təlimin  nümayəndələri  hesab 

edirdilər  ki,  təbiət  riyaziyyatın  köməyi  ilə  “kəşf  oluna”  bilər) 

geniş  yayılmışıdır.  E.ə.V-IV  əsrlərdə  Afinada  quldarlıq 

dünyasının ən  demokratik dövlət  quruluşu fəaliyyət  göstərirdi. 

V əsrdə tarixə yunan xalqının “atası və dostu” kimi daxil olan 

Perikl  (e.ə.500-429-cu  illər)  dövlətə  başçılıq  edirdi.  Onun 

hakimiyyətdə  olduğu  illərdə  (e.ə.445-430-cu  illər-“Perikl 

dövrü) Afinada dövlət quruluşu zamanına görə yüksək zirvədə 

dururdu.  Afina  demokratik  dövlət  quruluşu  parlamentdə,  xalq 

məclisində  fikir  mübadiləsi  aparmaq,  sözlə  təsir  göstərmək, 

siyasi əleyhdarları, yaxud başqa dinləyiciləri faktlarla, dəlillərlə 

inandırmaq  üçün  müəyyən  imkanlar  yaratmışdı.  Qədim 

Yunanıstanda  tanınan  yeddi  müdrikdən  biri  olmuş  Solon 

(e.ə.638-559-cu  illərdə  yaşamışdır)  islahatları  ilə  xalq  şurası 

yaradılmışdı  və  məhkəmə  sistemi  təkmilləşdirilmişdi. VI  əsrin 

ikinci  yarısında  Eley  fəlsəfə  məktəbi  yaranmışdı.  Yunan 

dialektikası 

(qarşılıqlı 

söhbətlər 

aparmaq) 

filosofların 

yetişməsində  mühüm  rol oynayırdı.  V sərin əvvəllərində Esxil 

faciə  janrının  əsasını  qoymuşdu  və  yunan  dram  teatrı 

yaranmışdı, digər tərəfdən ictimai elmlər inkişaf edirdi və s.

1

  



Orta  əsrlərdə  Xəlifəlik  (əsas  elm  mərkəzi  Bağdad  hesab 

edilirdi.  Bura  Çin,  Hindistan,  Yunanıstan,  Roma,  Bizans, 

                                                 

1

 Əliyev Kamil. Ə56 Natiqlik sənəti.-B.: Azərnəşər, 1994, 150 səh., səh. 13-18. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə