Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə18/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   14   15   16   17   18   19   20   21   ...   175

 

52

əlaqəli şərtləri meydana gətirir. Kompleks tərkibində bir və ya 



bir  neçə  marağın  mövcudluğu  münasibətlərin  balanslaş-

dırılması  vəziyyətini  zəruri  edir.  Müəyyən  sistemlərdə  iştirak 

edən  şəxslər  mütləq  şəkildə  doymaq,  əldə  olunanlarla  könüllü 

olaraq  razılaşmaq  prinsipi  ilə  fəaliyyət  göstərməlidirlər  ki, 

balanslaşdırılma  vəziyyətləri  meydana  gəlsin.  Münasibətlərin 

balanslaşdırılmasında qəbuletmə, razılaşma, həzm etmə, dözüm 

və  səbr  kimi  insani  fəaliyyət  və  keyfiyyətlər  geniş  şəkildə 

cəmləşir.  Balanslaşdırılmış  vəziyyətlərin  təmin  edilməsi  həm 

də 

cəmiyyətin 



üzvlərinin 

düşüncə 


tərzlərinin 

nisbi 


bərabərləşməsindən  də  asılı  olur.  Çünki  yüksək  səviyyədə 

dərketmə  və  adi  şüur  səviyyəsindən  bir  qədər  yuxarı  qalxmaq 

çox  vacıb  amil  hesab  edilməlidir.  Balanslaşdırmada,  bunun 

nəticəsi olaraq iqtisadi və siyasi-ictimai inkişafda, bir-birindən 

asılı  olan  və  bir-biri  üçün  təkanverici,  hərəkət  şərtləndirici 

bütün  kriteriyalar  kompleks  şəkildə,  yüksək  göstəricilərlə 

mövcud  olmalıdır.  Bu  baxımdan  dövlətin  inkişafında  mühüm 

xidmətlər  göstərmiş  Azərbaycan  xalqının  Ümummilli  Lideri 

Heydər  Əliyev  cəmiyyətdə  ümumi  inkişafa  nail  olmaq  üçün 

mövcud  kriteriyalar  arasında  mövcud  münasibətlər  və  onların 

real  qarşılıqlı  nisbətləri  barədə  qeyd  edirdi:  “....Daxili  siyasi 

sabitliyi  təmin  etmək  lazımdır,  islahatları  ardıcıl  surətdə 

aparmaq  gərəkdir  ki,  insanlar  bunları  anlaya  bilsinlər.  Onlara, 

sadəcə olaraq,  yuxarıdan “edin” deyilməməlidir. Çünki hər bir 

insanın öz qavrayış qabiliyyəti var. Məsələn, kimsə bir işarədən 

başa düşür, başqası isə bunun üçün üç gün, bəzilərinə isə hətta 

üç  il  vaxt  lazımdır.  İnsanlar  müxtəlif  olurlar.  Ona  görə  də  biz 

bunların  hamısını  nəzərə  almışıq  və  alırıq.  Eyni  zamanda  biz 

mövcud çətinlikləri də nəzərə almalıyıq...”

1

  



                                                 

1

 Əliyev  Heydər.  Ə56  Müstəqilliyimiz  əbədidir.  Otuzüçüncü  kitab.  B.,  Azərnəşr, 

2011, 480 səh. Ukrayna Ali Rada-sının Sədri İvan Plyuşş başda olmaqla bu ölkənin 

parlament nümayəndə heyəti ilə görüşdə söhbət. 2 mart 2001-ci il. Kitabda səh. 11.  

 


 

53

Cəmiyyətlərdə  və  dövlətlər  arasında  münasibətlərin 



balanslı  vəziyyətinin  qurulması  və  qorunub  saxlanılması 

dövləti  idarə  edən,  xüsusilə  dövlətə  rəhbərlik edən  şəxslərdən, 

onların  əxlaqından  (mənəvi  keyfiyyətlərindən)  əsaslı  surətdə 

asılı  olur.  (Dövlətin  mənəvi  keyfiyyəti-yüksək  moralı 



dedikdə,  öz  daxilində  əsasən  hər  kəsin  təbii  hüquqlarını 

təmin edən, eləcə də ardıcıl və əlaqəli sahələr üzrə yaranan 

yeni  şəraitlərə  müvafiq  olaraq  demokratik  ruhlu,  ədalətli, 

tarazlı normalar qəbul edən və xalqına, eləcə də əcnəbilərə 

ə

lavə  hüquqlar  verən  və  hüquqları  lazımi  səviyyədə 

qoruyan  funksiyası  və  dövlətin  beynəlxalq  münasibətlərdə 

ə

dalətli  davranışa  sahib  olmaq  xüsusiyyətləri  başa 

düşülməlidir.  Dövlətin  yüksək  moralı  onun  normalar  və 

hədlər çərçivəsində daimi maraqlarını təmin edə bilər. Belə 

ki, yüksək əxlaq nümayişi dövlətə qarşı digər dövlətin inam 

və  etibarını  artırar  və  beynəlxalq  aləmdə  ona  yüksək 

müsbət  imic  qazandırar.  Yüksək  imic  isə  dövlətə  qarşı 

digər  dövlətlər  tərəfindən  diqqəti  artıran  əsas  vasitə  və 

vəziyyət  hesab  edilə  bilər.  Məhz  yüksək  əxlaq  sayəsində 

hərəkət edən dövlət, başqasının maraq və mənafeyinə xələl 

gətirməyən tərəf, öz marağını digərlərinə nisbətən daha da 

yüksək səviyyədə təmin etmək imkanları əldə edir. Yüksək 

ə

xlaq  da  həqiqəti  özündə  əks  etdirən  ədalətdən  başqa  bir 

ş

ey  deyildir.  Ədalət  də  özündə  razılaşdırılmış,  doymuş 

vəziyyətləri  ehtiva  edən  bir  vəziyyətdir  və  vasitədir, 

maraqların  şişməsinin  əleyhinə  olan  vəziyyətdir.  Dövlətin 

yüksək  əxlaq  prinsipləri  mövcud  beynəlxalq  hüquq 

normalarında  əksini  tapır).  Belə  ki,  dövlətin  idarəedilməsi 

moral  (əxlaq,-əxlaq  daxilində  fəzilət-xeyirxahlıq,  yaxşılıq; 

ədalət  əsasında  hüquq  normalarının  qəbulu  və  ədalətlə  icrası; 

düzgün  əsaslarla  hər  kəsin  maraqlarına  cavab  verəcək 

məzmunda  dövlətçiliyin  təşkili  və  idarəedənlərin  ədalətli 

fəaliyyəti) 

prinsiplərinə 

söykənir 

və 

ideologiyanın 



mahiyyətində  moralizm  (dövlət  rəhbərinin  ədalətli  qanunları 


 

54

qəbul etdirməyə və normaları ədalətlə icra etdirməyə əsaslanan 



siyasəti  məhz  yüksək  əxlaqı  əks  etdirir)  mühüm  rol  oynayır. 

Dövlətlər 

daxilində 

və 


beynəlxalq 

aləmdə 


moralizm 

cərəyanlarının 

mövcudluğu 

və 


cərəyanların 

xassələri 

cəmiyyətlərin  və  beynəlxalq  aləmin  inkişafına  müsbət 

təsirlərini göstərir.  

Dahi  yunan  filosofu  Platonun  təliminin  məntiqinə  əsasən 

cəmiyyət  üzvləri  arasında  seçmələr  olur;  cəmiyyətin  üzvləri 

hökmdarlara  (filosoflar),  idarə  edənlərə  (mühafizlərə)  və 

istehsalçılara (sənətkarlar və əkinçilərə) bölünür. Hökmdarların 

funksiyası  hakimiyyət,  fəziləti  müdriklik,  idarə  edənlərin 

(onları  indiki  məmurlar  kimi  qəbul  etmək  olar)  funksiyası 

idarəetmə,  fəziləti  mərdlik,  istehsalçıların  funksiyası  istehsal, 

fəziləti mötədillikdir (itaətdir). Burada ictimai fəaliyyət zamanı 

hər kəsin qabiliyyəti məsələsinin zəruriliyini bir şərt olaraq önə 

çəkir  və  hesab  edir  ki,  siyasi  fəaliyyətə  heç  də  hamı  qabil 

deyildir.  Platonun  təlimindən  meydana  gələn  prinsiplərə  görə, 

müdriklik, mərdlik və mötədilliyin harmoniyası ədalətdir və bu 

ədalət  də  cəmiyyətlə  bağlı  olan  fəzilətdir.

1

 Platon öz  təlimi  ilə 



bütün  münasibətlərin  harmoniyasında  ədaləti  əsas  fəzilət  kimi 

və mənəviyyatın baza kriteriyası kimi götürüb.  

Orta əsrlərin bəzi dövlətçilik və siyasət nəzəriyyələrində də 

hökmdarların  ədalətliliyi  və  dövlətin  düzgün  qaydada,  ayrı-

seçkiliyə  yol  vermədən  idarə  edilməsi  prinsipi  əksər  hallarda 

başlıca  xətt  kimi  götürülüb.  Düzdür,  görkəmli  italyan  siyasi 

xadimi,  tarixçisi  və  hərb  nəzəriyyəçisi  olmuş,  Florensiya 

respublikasında  yüksək  dövlət  vəzifəsi  tutmuş  Nikkolo 

Makiavellinin  (1469-1527-ci  illərdə  yaşamışıdr)  məşhur 

“Hökmdar”  əsərində  siyasətə  manipulyasiya  kimi  baxılır  və 

etika  siyasətdən  ayrılır,  hökmdarın  iradəsi  əsas  götürülür.  Bu 

                                                 



1

 Skirbekk  Q.,  Gilye  N.  Fəlsəfə  tarixi:  Müasir  dünyanın  fəlsəfi  qaynaqlarına  bir 

baxış,  Ali  məktəbin  tələbələri  üçün  dərs  vəsaiti,  Fəlsəfə  elmləri  doktoru  Adil 

Əsədovun  rus dilindən  tərcüməsi,  Bakı,  “Zəkioğlu” nəşriyyatı,  2007.  səh.,  səh.  95-

96. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə