Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə16/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   12   13   14   15   16   17   18   19   ...   175

 

46

çatdığı  dərəcəyə  görə  nizamlaşdırılmalıdır”.



1

 Eyni  zamanda 

bildirirdi:  “Türk  millətinin  yürüməkdə  olduğu  irəliləyiş  və 

sivilizasiya  yolunda,  əlində  və  başında  tutduğu  məşəl  müsbət 

elmdir”, “Elm və texnika haradadırsa, biz də orada olacayıq və 

onu  millətin  hər  bir  fərdinin  beyninə  yeridəcəyik.  Elm  və 

texnika üçün heç bir qeyd və şərt yoxdur”.

2

  



Hər  bir  cəmiyyət  ideologiyalar  əsasında  inkişaf  edir. 

İ

deyalar  mövcud olan real şəraitə əsaslanaraq inkişafın növbəti 

mərhələsini,  davamını  həyata  keçirmək  üçün  fəaliyyət 

istiqamətlərini  müəyyənləşdirmək  məqsədilə  meydana  gəlir, 

digər  tərəfdən  də  yeni  baxışlar  sayəsində  inkişafın  yeni 

istiqamətlərini  yaratmaq  üçün  müəyyən  şəxslər,  aparıcı 

qüvvələr,  təsirə  malik  olan  qüvvələr  tərəfindən  irəli  atılır. 

Cəmiyyətlərin  daxilində  balanslaşdırmanı,  tərəflər  arasında 

harmoniyanı,  uyğunluğu  yaratmaq  üçün  cəmiyyətin,  dövlətin 

liderləri  tərəfindən  ideyalar  irəli  sürülür  və  siyasət  həyata 

keçirilir.  Lakin  nəzəri  baxımdan  bir  qədər  canlı  səslənməsinə 

baxmayaraq,  çox  zaman  reallığı  nəzərə  ala  bilməyən  liderlər 

tərəfindən  birlik,  vahidlik  yaratmaq  üçün  yersiz,  şəraitə  qarşı 

zalım, insanlara əzab və  işgəncələr verən, dəyərləri məhv edən, 

cəmiyyəti  strukturuna  köklü  zərbələr  vuran  siyasət  həyata 

keçirilir. Bu siyasətin zərbə altında reallaşması cəmiyyətə dəmir 

kimi  bərk  zərbələr  vurur  və  inkişaf  cərəyanları  yaratmaq 

əvəzinə,  destruktivlik  meydana  gəlir.  XX  əsrin  ən  böyük 

despotlarından  biri  olmuş  Pol  Potun,  zamanı,  şəraiti,  inkişaf 

səviyyəsini,  reallıqları,  milli  xüsusiyyətləri,  dini  amilləri  nəzərə 

almadan,  xalqına  qarşı  soyqırım  siyasəti  öz  ölkəsini  mədəni, 

ictimai, siyasi, iqtisadi və xalqın genetik kodlaşması baxımından 

bir neçə əsr arxaya aparmışdır.  

                                                 

1

 Utkan  Qocatürk.  Atatürk.-Bakı:Elm,  1991.-212  s.  Tərcümə  və  qeydlər  Dünyamalı 

Vəliyevindir. Kitabda Atatürkün ölməz sözləri bölməsi, səh.134. 

2

 Həmin kitab, səh.131 

 



 

47

Pol  Pot  1928-ci  ildə  anadan  olub  və  Kampuçiyada  1975-



1979-cu  illərdə  “qırmızı  kxmerlər”in  sol  ekstremist  rejiminə 

rəhbərlik edib. Öz xalqına qarşı soyqırım həyata keçirib. 1975-

ci 

ildə 

ölkə 

prezidenti 

Lon 

Nola 

hakimiyyətdən 

kənarlaşdırıldıqdan  sonra  Pol  Pot  Kampuçiyada  (keçmiş 

Kamboca) cəmi dörd il hakimiyyət başında olub və beynəlxalq 

aləmdə  mənfur  (iyrənc)  rəhbər  kimi  tanınıb.  Bu  qısa  müddət 

ərzində  özünün  utopik  ideyalarının  icrası  sayəsində  faktiki 

olaraq bütün xalqı məhv edib. Pol Potun hakimiyyəti dövründə 

ölkə Canlı Ölüm Torpağı adlandırılıb. Onun rəhbərliyi altında 

demək  olar  ki,  ölkə  üç  milyon  nəfərini  (o  zaman  ölkədə  7-8 

milyon nəfər əhali yaşayırmış) vəhşicəsinə itirib. Pol Potun əsl 

adı Salot Sar olub. O, Kamponqtxom əyalətində imkanlı şəxsin 

ailəsində  dünyaya  gəlib.  O  zamanlar  Kambocanı  fransızlar 

idarə  edirdilər.  Salot  Sar  qapalı  mühitdə  böyüyüb  və  ətrafdan 

kənarda  qalıb.  Ali  təhsilini  Fransada  alıb  və  İkinci  Dünya 

müharibəsi  illərində  Hindoçin  kommunist  partiyasına  daxil 

olub.  O,  marksist  və  stalinçi  dairələrə  qoşulmuş  və 

Kambocanın  kral  hakimiyyətinə  qarşı  pamfletlər  (həcvlər) 

yazmışdır.  XX  əsrin  50-ci  illərində  ölkəsinə qayıtdıqdan sonra 

Çin kommunistlərinin lideri Mao Tzedunun (Çzedun da demək 

olar) nəzəri irsini öyrənməyə başlamışdır.  

1963-cü 

ildə 

Pol 

Pot 

Kambocanın 

kommunist 

partizanlarının –“qırmızı kxmerlər”in lideri oldu. 1975-ci ildə 

“qırmızı  kxmerlər”  Kambocanın  paytaxtı  olan  Pompeni 

tuturlar.  Çin  lideri  Mao  Çzedunun  köməkliyi  ilə  1976-cı  ildə 

Kambocada  baş  nazir  təyin  edilir.  Hələ  1975-ci  ildən  ölkədə 

“təmizləmə”  işləri  həyata  keçirir  və  mövcud  əks  qüvvələrə  və 

gələcəkdə  ehtimal  edilə  bilən  qüvvələrə  qarşı  kütləvi 

repressiyalara başlayır. Mao Çzedunun kommunalar haqqında 

olan  ideyalarından  ruhlanaraq  “Kəndlərə  geriyə”  şüarının 

icrasına başlayır. Böyük və kiçik şəhərlərin əhalisi dağ və kənd 

təsərrüfatı rayonlarına köçürülür. Paytaxtın 2-3 milyon əhalisi 

məcburi  olaraq,  zorakılığa  məruz  qalaraq,  kommunalar 


 

48

şəklində  kəndlərdə,  təsərrüfatlarda  cəmləşdirilir.  Köçürmə 



proqramına  əsasən  bütün  ölkənin  əhalisi  üç  dərəcəyə 

bölünürdü:  “köhnə  sakinlər”,  “yeni  sakinlər”  və  əvvəlki 

rejimlə  əməkdaşlıq  edən  sakinlər.  Əvvəlki  rejimlə  əməkdaşlıq 

edən  sakinlərə  divan  tutulurdu.  “Yeni  sakinlər”  adlandırılan 

şəhər  əhalisi  isə  kəndlərə  köçürülərək  “köhnə  sakinlər”in-

kəndlilərin  nəzarəti  altına  verilmişdi.  Onlar  meşələrdə  işləyir 

və  ağır  kənd  təsərrüfatı  ilə  məşğul  olurdular.  Ölkənin  bütün 

əhalisi  görəcəyi  işlərdən  asılı  olaraq  qruplara  bölünmüşdü. 

Kampuçiyada  fəhlə  sinfi  olmadığından  belə  hesab  edilirdi  ki, 

inqilabı  (Tunq  Padevot)  həyata  keçirmək  üçün  sinif  olaraq 

yoxsul kəndliləri götürmək lazımdır. 

Hər  kəs  kəndlərdə,  “Anqka”  təşkilatının  (“qırmızı 

kxmerlər”in  siyasi  təşkilatı)  nəzarəti  altında  aclıq  və  səfalət 

içərisində  kommunalarda  yaşayırdı.  Uşaqlar  7  yaşından 

işləyirdi  və  ümumilikdə  gündəlik  iş  rejimi  12-16  saat  təşkil 

edirdi.  “Anqka”  təşkilatı  əhalini  güdməklə,  təqib  etməklə  və 

iradəsini  sındırmaqla  məşğul  idi.  Bu  təşkilatın  başlıca 

funksiyası  xalqın  özünü  dərk  etməsinə  və  etirazlara 

başlamasına  imkan  verməməkdən  ibarət  idi.  Bu  istiqamətdə 

insanlıq əleyhinə vəhşicəsinə çoxvektorlu fəaliyyət təşkil edirdi. 

Ölkədə ərzaq çatışmazlığı mövcud idi və əhali ağır işgəncələrə 

və güllələnməyə məruz qalırdı. Təşkilat əhalinin ailə, sosial və 

mənəvi həyatına  soxulurdu. Ər  və arvada  bir yerdə yaşamağa 

icazə  verilmirdi  və  uşaqlar  valideyinlərindən  aralandırılırdı. 

Məhəbbət  qadağan  edilmişdi  və  bu  addımı  atan  gənclər 

işgəncəli  ölümlərə  məruz  qalırdılar. Ər-arvad yalnız “Anqka” 

təşkilatının  icazəsi  ilə  nikaha  daxil  ola  bilərdi.  Şəxsi  əşyalar 

məhv  edilirdi  və  şəxsi  mülkiyyət  və  ticarət  tamamilə  ləğv 

edilmişdi.  Pol  Pot  və  tərəfdarları  hesab  edirdilər  ki,  ölkədə 

yalnız  daxili  tələbatı  ödəyə  biləcək  səviyyədə  məhsul  istehsal 

etmək  lazımdır.  Bundan  artığa  ehtiyac  yoxdur.  İşləyən  əhaliyə 

ildə  bir  dəfə  geyim  verilirdi.  Yemək  isə  əsasən  düyüdən  ibarət 

olmaqla  az  miqdarda  ümumi  şəkildə  paylanılırdı.  İqtisadiyyat 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə