Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə17/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   13   14   15   16   17   18   19   20   ...   175

 

49

sistemi  tamamilə  çökmüşdü.  Pul  lazım  olmurdu  və  pulu 



tamamilə  ləğv  etmişdilər.  Maaliyyə  və  bank  sistemləri 

çökdürülmüşdür.  

1976-cı ildə Pol Pot elan etmişdi ki, “80 faiz əhali xəstədir 

və  əmək  qabiliyyətini  itirib”.  Belə  hesab  edilirdi  ki,  cəmiyyət 

“xəstələr”dən  təmizlənməlidir  və  bir  o  qədər  adam  ölkəyə 

lazım deyil.  

Ölkə  əhalisinin  85  faizi  buddizmə  sitayiş  edirdi.  Lakin 

ölkədə  ümumilikdə  din  qadağan  edilmişdi.  Budda  monaxları 

“kommunalar”da  işləməyə  məcbur  edilirdi.  Budda  heykəlləri 

və  buddizmə  aid  olan  kitablar  məhv  edilirdi.  İslam  dini 

qadağan edilmişdi və məscidlər dağıdılmış və ya donuzxanalar, 

eləcə  də  türmələrə  çevrilmişdi.  Dini  başçılar  isə  vəhşicəsinə 

qətlə  yetirilmişlər.  Pol  Potçular  hesab  edirdilər  ki,  insan 

həyatından  söhbət  gedərkən  dini  məsələlər  unudulmalıdır  və 

din  inqilabi  işə  mane  olur.  1979-cu  ilə  qədər  ölkənin  bütün 

xristianları  (əsasən  vyetnam  mənşəli  əhali  bu  dinə  sitayiş 

edirdi), müsəlmanları məhv edilmişdi.  

Pol  Pot  ideoloqlarının  fikrincə,  ölkədəki  bütün  fəlakət  və 

ədalətsizliklər  zəhmətkeşlərin  milli  burjuaziya  və  feodallar, 

həm  də  xarici  kapitalistlər  tərəfindən  istismarı  nəticəsində 

meydana  gəlir.  İstismarsa  öz  növbəsində  istehsal  vasitələri 

üzərində  xüsusi  mülkiyyət  nəticəsində  törəyir.  İstismarın 

məkanı şəhərlərdir, çünki “şəhər kəndin həyat qüvvəsini çəkib 

soran  nasos”  rolunu  oynayır.  Pol  Pot  və  onun  tərəfdaşlarının 

ictimai  quruluş  idealı  “Kampuçiya  tarixi  ənənələri  əsasında” 

formalaşdırılan  “xalis  kollektiv  sosializm  cəmiyyəti”  olmalı 

idi. Bu prinsip də xüsusi mülkiyyətin deyil, dövlət mülkiyyətinin 

olması  prinsipinin  reallaşmasını  meydana  gətirirdi.  Pol 

Potçular  hesab  edirdilər  ki,  ortabab  imkana  malik  olan 

kəndlilər aşağı imkana malik olan kəndliləri istismar edirlər və 

ona  görə  də  onları  məhv  etmək  lazımdır.  Bu  istiqamətdə  də 

kütləvi  qırğınlar  törədirdilər.  Digər  tərəfdən,  hər  bir 

kampuçiyalının malı, mülkiyyəti torpağı əslində dövlətin olurdu 


 

50

və dövlət öz məmurları vasitəsilə rəiyyətin nəinki malına, hətta 



həyatına belə hökm edə bilərdi. Onların fikrincə, yeni cəmiyyət 

qurmaq üçün köhnələr məhv olunmalı və yeniləşmək məqsədilə 

tərbiyələnmək lazım gəlirdi. Onlar hesab edirdilər ki, bu yolla 

10-15 ilə Kampuçiyada kommunizm qurmaq olardı. Pol Potun 

yaxın tərəfdaşlarından olan İene Sari belə bir fikir bildirirdi ki, 

Kampuçiya  dünyaya  sübut  edəcəkdir  ki,  bir  zərbə  ilə 

kommunizmi qurmaq olar.  

Pol  Potçular  hesab  edirdilər  ki,  ölkədə  yalnız  bir  xalq  və 

bir  dil-kxmer  dili  mövcud  olmalıdır.  “Bütün  milli  azlıqların” 

şüurundan milli mənsubiyyət,  etnik xüsusiyyətlər, əxlaq, ənənə 

və dini təsəvvürləri yox etmək lazımdır. Bu ideologiyaya uyğun 

olaraq  ölkədə  tarixən  yaşayan  tyamlar  və  taylar,  vyetnamlılar 

soyqırıma məruz qalmışar. Bu xalqların minlərlə nümayəndəsi 

məhv  edilmişdir,  yaşayış  məskənləri  yandırılmışdır.  Bununla 

yanaşı,  onlar  adlarını  dəyişməyə  məcbur  edilmiş  və  ana 

dillərində danışmaq onlara qadağan edilmişdi.  

Pol Pot öz ölkəsini xarici mühitdən təcrid etmişdir və ABŞ, 

Vyetnam  və  SSRİ  ən  qəddar  düşmən  hesab  edilən  ölkələr  idi. 

Xarici ticarət və və digər iqtisadi əməliyyatlar yox səviyyəsində 

idi.  

Pol  Pot  rejimi  zamanı  məktəblər,  kinoteatrlar,  televiziya 

ləğv  edilmişdi.  Qəzetlər  bağlanmışdı.  Ölkəni  ziyalıları  da 

məhvə  məhkum  edilmişdi;  professorlar,  dosentlər,  müəllimlər, 

incəsənət  adamları,  bir  sözlə,  ziyalı  təbəqə  soyqrıma  məruz 

qalmışdır. Ordunun zabit heyəti məhvə düçar olmuşdur. 

1979-cu  ildə  milli  soyqırım  başa  çatmış,  Vyetnamın  hərbi 

müdaxiləsi sayəsində Pol Pot rejimi iflasa uğramışdır. Pol Pot 

isə  meşələrə  qaçaraq  terrora  əl  atmışdır.  1997-ci  ildə  ev 

dustağına çevrilmişdir. 1998-ci ildə isə vəfat etmişdir.

1

  

                                                 



1

 И.А.Мусский.  с.81,  100  великих  диктаторов.  Москва,  «ВЕЧЕ»,  2002.656  с. 

Səh.613-620;  Boris  Bajanov,  Cavanşir  Xıdırov.  H28  Hökmdarlar.  İ.V.Stalin,  Pol 

Pot. Səddam Hüseyn.-B., Yazıçı, 1993, 176 s., səh. 110-138. 


 

51

Balanslaşdırma 

maraq 

təminatından 



yaranan, 

rəngarəngliyi  və  qarşılıqlı  olaraq  mütləq  və  nisbi  bərabərlik 

vəziyyətini  əks  etdirən  bir  prosesdir.  Bu  baxımdan  “mənim 

marağım,  sənin  marağın, onun  marağı, bizim marağımız, sizin 

marağınız,  onların  maraqları,  hər  kəsə  mənsub  olmaq,  aid 

olmaq  prinsipini  özündə  əks  etdirən,  bir  sözlə  öz  varlğı  ilə 

mövcud  olan  və  birbaşa  və  ya  dolayı  yolla  iştirak  edən  hər 

kəsin,  hamının  marağı”  birləşmiş,  vahid  ideya  əsasında 

münasibətlərin 

balanslaşdırılması 

prosesləri 

başlanır. 

Maraqların  birgə  mövcudluğu  isə  qarşılıqlı  təsir  vəziyyətini 

meydana  gətirir  və  maraq  tərəfləri  şərtləndirici  funksiyanı 

yerinə  yetirir.  Maraq  tərəflərinin  birgə  fəaliyyəti  və  hərəkət 

istiqamətləri  sayəsində  maraqlar  arasında  uyğunluq,  ahənglik 

və  müəyyən  mərkəzlərə  uyğun  olaraq  simmetriya  yaranır.  Bu 

proseslərdə  də  balanslaşdırma  əksliklərin  mübarizəsi  və 

vəhdətindən, 

məsələn, 

simmetriya 

və 


asimmetriyadan, 

harmoniya  və  disharmoniyadan,  mütənasiblik  və  qeyri-

mütənasiblikdən  və  onların  müəyyən  məqamlarda  və 

şəraitlərdə  mübarizəsindən,  birləşməsi  və  vəhdət  təşkil  etməsi 

zərurətindən meydana gəlir.  

Müəyyən  sahələrdə  iştirak  edən  hər  bir  tərəfin  marağı 

meydana  gəlir,  qarşılıqlı  təsirlər  yaranır.  Hamının  maraqları 

qarşılıqlı  olaraq  maraq  sistemini,  mexanizm  və  strukturunu 

formalaşdırır.  Maraq,  xüsusilə  sosial  və  mənəvi  maraqlar 

yalnız  qarşılıqlı  təsirlərdə  və  birgə  iştiraklarda  mövcud  olur. 

Əgər  əşyalara  təsirdə  hər  hansı  bir  tərəf  iştirak  edirsə,  deməli, 

onun  da  imkanlarına  uyğun  olaraq  ehtiyac  və  tələbatları 

ödənilməlidir.  Hərəkətlər,  təsirlər  zamanı  isə  qüvvə  tətbiqi 

sayəsində mövcud olan təsir gücü əvəzlənməlidir və əks təsirlə 

mütləq və nisbi olaraq bərabərləşməlidir. Əmək sərf etmək əldə 

edilənlərə,  nəticələrə  uyğun  olmalıdır  və  müəyyən  mütləq  və 

nisbi  məqamları  özündə  əks  etdirməlidir.  Balanslaşdırmanı 

yalnız  maraqlar  kompleksində  axtarmaq  lazımdır.  Maraq 

marağı şərtləndirir və meydana gətirir, səbəb və başlanğıc üçün 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə