Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə35/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   31   32   33   34   35   36   37   38   ...   175

 

103


Bunun  ardınca  müxtəlif  sahələrə  aid  olan  regional 

təşkilatların  meydana  gəlməsi  prosesləri  sürətləndirilmişdir. 




 

104


məntiqi  nəticəyə  gəlinir  ki,  münasibətlər  sisteminin  tarazlı 

xasiyyətinə vurulan kəskin zərbə özündən sonra kəskin və ciddi 

nəzarətə  ehtiyacı  olan  vəziyyətləri  yaradır  və  vasitələri 

meydana  gətirir.  Elə  dünya  müharibələrindən  sonra  ideologi-

yaların  insanlar  tərəfindən  məcburən  qəbul  edilməsi  də 

insanların  ruhu  ilə  hərəkətləri  arasında  tarazlığın  pozulmasını 

şərtləndirirdi.  Müharibələrdən  sonra  ideologiya  cəbhələri 

xalqlar, insanlar arasında tarazlı münasibətlərə zərbələr vururdu 

və  insanları  yaxınlaşmağa  qoymurdu.  Ümumdünya  münasi-

bətlər  sistemində  ayrı-ayrı  cəbhələr  arasında  soyuq  məkanlar 

formalaşırdı  və  qütblərarası  gərginlik  qurşaqları  formalaşırdı. 

Gərginlik  qurşaqları  isə  həmin  məkanlarda  yaşayan  insanlar 

üçün  əlavə  “çətirlər”  (“Günəş  şüalarının,  istiliyin  qabağını 

kəsən”  vasitələr)  məkanına  çevrilirdi.  Yer  Kürəsinin  iki 

ideoloji  qütbündə  olan  siyasi  idarəetmə  rejimləri  və  kütləvi 

qırğın silahları insanları daima gərginlikdə yaşadırdı.  

XX  əsrin  ikinci  yarısında,  II  Dünya  müharibəsinin  başa 

çatmasından  sonra

1

 dövlətlər,  xüsusilə  böyük  gücə  malik  olan 



dövlətlər,  dünyadakı  proseslərə  nəzarəti  əllərinə  almaq 

təşəbbüsünü  irəli  sürdülər,  sistem  yaratmaq  təklifi  edildi, 

nəticədə  dünya  münasibətlərinin  nəzarət  və  idarəolunması,  bu 

baxımdan 

tənzimlənməsi 

mexanizmini 

yaratdılar. 

Münasibətlərin  idarə  olunmasını  məhz  münasibətlərin  özləri 

vasitəsilə  hə



 

105


dövlətlər  qarşılıqlı  olaraq  dünya  üzərində  regional,  region-

lararası  və  mərkəzi  nəzarət  mexanizmini  formalaşdırmaqla, 

həmçinin,  sahələr  üzrə  ixtisaslaşmış  münasibətlər  sistemi 

formalaşdırmaqla,  struktural  sülh  sistemini  yaratmış  oldular. 

Regionlarda və qlobal miqyasda sülh sistemləri yaranmış oldu. 

Böyük  dövlətlər  münaqişə,  böhran,  müharibə,  digər  silahlı 

toqquşmlarla  və  gərginliklərlə  müşahidə  olunan  vəziyyətlərin 

idarəolunması  mexanizmini  meydana  gətirərək,  bir  növ 

dünyanın  bütün  regionlarında  nəzarət  mexanizmini  yaratmış 

oldular.  

Dünyadakı  siyasi  proseslərə  nəzarət,  bu  baxımdan 

proseslərin  idarəolunması  mexanizminin  formalaşmasının 

mənfi xüsusiyyətləri də mövcud idi. Dünyanın güclü dövlətləri 

hesab  edilən  ABŞ  və  SSRİ  fərqli  münasibətlər  sistemini 

formalaşdırmaqla,  həm  də  iki  fərqli  ideologiyanın  hökm 

sürdüyü  təsir  zonalarını  formalaşdırdılar.  Bu  baxımdan  XX 

əsrin  II  yarısının  geosiyasi  mühiti  dünyanın  iki  siyasi  qütbə 

bölünməsi ilə müşahidə olundu. İki qütbə bölünmə demək olar 

ki, bütün dünyaya birbaşa və ya dolayısı yolla təsir edən soyuq 

müharibə vəziyyətini ortaya çıxartdı. Münasibətlərdə qorxu və 

təhdid  ucbatından  inamsızlıq,  riyakarlıq,  “ikili  standart”, 



soyuqluq, etibarsızlıq, ümidsizlik və s. bu kimi mənfi halların 

inkişafını  sürətləndirdi.  ABŞ  və  SSRİ  münasibətlər  üzərində 

təsir  mexanizmləri  yaratmaqla,  iki  fərqli  qütblərdə  XX  əsrin 

80-ci  illərinin  sonlarına qədər  dünya  dövlətləri  aralarında  olan 

münasibətlərin idarəolunmasında mərkəzi nəzarətedici element 

kimi  rol  oynayırdılar.  Böyük  dövlətlər  həm  özləri  ilə  orta  və 

kiçik gücə malik olan dövlətlər arasında münasibətlərə nəzarət 

edirdilər,  həm  də  orta  və  kiçik  dövlətlər  arasındakı  münasi-

bətlər üzərində nəzarətçi, bu baxımdan kənar idarəedici funksi-

yasını  yerinə  yetirirdilər.  Nəzarətin  özü  dövlətlər  (tərəflər) 

arasındakı  münasibətlərdə  qarışıq  vəziyyətləri  üzə  çıxarırdı. 

Böyük  dövlətlər  münasibətlər  üzərində  nəzarət  sistemini  və 

mexanizmini  yaratmaq  üçün  ən  əlverişli  variant  olaraq  hərbi, 



 

106


iqtisadi  və  siyasi  baxımdan  təşkilatlar  yaradırdılar  və 

təşkilatlarda  aparıcı  mövqeyə  malik  olaraq  münasibətlərin 

fundamental  istiqamətlərini,  obyekt  və  sahələrini  müəyyən 

edirdilər. Böyük dövlətlər iki qütblərdə nəzarət mexanizmlərini 

yaratmaqla,  həm  də  özlərinin  dünya  üzərində  təsir  dairələrini 

genişləndirir  və  maraq  əhatələrini  böyüdürdülər.  İki  qütb 

arasında  yaşanan  gərginlik  vəziyyətləri  xüsusilə  hərbi  və 

iqtisadi  rəqabəti  gücləndirir,  kəskinləşdirir  və  sülh  üçün 

təhdidlər meydana gətirirdi. Bu baxımdan hesab etmək olar ki, 

qlobal və regional sülh üçün cərəyan edən (etdirilən) proseslər 

bir  tərəfdən  sülh  sisteminin  özünün  tərkibinin  formalaşmasını 

təşkil  edirdisə,  digər  tərəfdən  proseslərin  mənfi  xassələrinin 

çoxluğu sistemin dağılması üçün şəraitlər meydana gətirirdi və 

zərurətləri  üzə  çıxarırdı.  Sistemdaxili  proseslərdəki  ziddiyyət 

anları sistemin dağılması üçün ünsürlər rolunu oynayırdı.  

Onu  da  qeyd  etmək  olar  ki,  böyük  dövlətlər  öz  əllərində 

olan  imkanlardan  (hərbi  güc,  iqtisadi  güc,  texnoloji  imkanlar, 

ərazi  böyüklüyü,  əhali  çoxluğu  və  s.)  istifadə  edərək 

münasibətlər 

üzərində 

nəzarəti 

gücləndirmək 

üçün 

“çəkindirmə”  siyasətindən  (bir-birinə  qarşı  təhdid  siyasəti) 



istifadə  edirdilər.  Nəzarət  mexanizminin  mənfi  xüsusiyyət-

lərindən  biri  də  ondan  ibarət  idi  ki,  iki  müxtəlif  ideoloji 

sistemlərdə  cəmləşən  dövlətlər  daima  gərginlik  içərisində 

yaşayırdılar.  Gərginliklər  böyük  dövlətlər  tərəfindən  idarəyə 

cəlb  edilir  və  nəzarətə  götürülürdü.  Bu  baxımdan  müharibə 

təhlükələri  və  müharibələrin  özləri  vaxtaşırı  meydana  gəlirdi. 

(Məsələn,  Karib  böhranı,  Koreya  və  Vyetnam  müharibələri, 

Yaxın  Şərqdəki  (Misir,  Suriya,  Livan,  İsrail  problemi) 

problemlər  və  s.).  Elə  olurdu  ki,  inqilablar,  vətəndaş  mühari-

bələri,  azadlıq  mübarizələri,  müharibələr  dalğalanaraq  bütün 

bir regionu əhatə edirdi. XX əsrin ortalarında və sonralar Ərəb 

dünyasında,  Cənub-  Qərbi  və  Cənub-Şərqi  Asiya  ölkələrində, 

Afrika  qitəsi,  Mərkəzi  və  Cənubi  Amerikada  və  digər 

regionlarda  baş  verən  ictimai-siyasi  dəyişiklik  dalğalarını  və 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə