Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə34/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   30   31   32   33   34   35   36   37   ...   175

 

101


çıxmışıdır.  Müharibələr  həm  beynəlxalq  aləmin  strukturunu, 

münasibətlər  sistemini  məhv  etmiş  (məsələn,  II  Dünya 

müharibəsi  ilə  Millətlər  Liqası  əhəmiyyətini  itirmiş,  qurum 

1946-cı  ildə  ləğv  edilmişdir),  həm  də  özündən  sonra 

subyektləri  yeni  əsaslı  münasibətlər  sistemi  yaratmağa  təhrik 

etmişdir. 1945-cı ildə BMT yaradılmışdır.  



BMT-yə  qədər  mövcud  olan  universal  təşkilat  kimi 

Millətlər  Liqası  dünyada  sülhün  qorunmsı  üçün  səmərəli 

olmayan, gücsüz bir təşkilata çevrildi. Öz fəaliyyət mövcudluğu 

dövründə heç bir mühüm münaqişəni həll edə bilmədi. 1931-ci 

ildə 

Şimal-Şərqi 

Çində 

(Mançjuriyada) 

Yapon 

təcavüzkarlarına  qarşı  hər  hansısa  bir  səmərəli  ölçü  götürə 

bilməməsi  təşkilatın  beynəlxalq  arenada  nüfuzunu  heçə 

endirdi.  1933-cü  ildə  Almaniya  və  Yaponiya  təşkilatı  tərk 

etdilər. SSRİ Finlandiyaya hücumda ittiham olunaraq, 1939-cu 

ildə təşkilatdakı öz qısa müddətli fəaliyyətindən kənarlaşdırıldı. 

Bu tarixlərdə II Dünya müharibəsi başladı. Beləliklə, dünyada 

sülhü  və  təhlükəsizliyi  təmin  edə  biləcək  ilk  hökumətlərarası 

təşkilatın  yaradılması  təcrübəsi  müvəffəqiyyətsizliklə  başa 

çatdı.  BMT-nin  yaradılmasına  qədər  bir  neçə  proses  həyata 

keçirildi:  1941-ci  ilin  iyun  ayında  Londonda  Müttəfiqlərin 

bəyannaməsi  qəbul  edildi.  Bu  sənəddə  müttəfiqlərin  “birlikdə 

və  digər  azad  xalqlarla  müharibə  və  sülh  şəraitində  bərabər 

işləmək”  prinsipi  təsdiq  edildi.  Bu,  BMT-nin  yaradılmasında 

ilk  sənəd  idi;  1941-ci  ilin  avqust  ayında  ABŞ  prezidenti 

Franklin  Delano  Ruzveltlə  Böyük  Britaniyanın  baş  naziri 

Uinston  Çörçil  arasında  Atlantik  xartiyası  imzalandı.  Bu 

sənəddə 

beynəlxalq 

əməkdaşlıq,  sülhün  müdafiəsi  və 

təhlükəsizliklə  bağlı  bir  sıra  prinsiplər  irəli  sürüldü;  1942-ci 

ilin 

yanvar 

ayında 

Vaşinqtonda 

Birləşmiş 

Millətlər 

Bəyannaməsi qəbul edildi. Atlantika Xartiyasının əsasnaməsini 

qəbul  edən  26  dövlət  Bəyannamənin  iştirakçıları  oldu. 

Prezident  Ruzvelt  yeni  təşkilatı  “Birləşmiş  Millətlər” 

adlandırdı. Birləşmiş Millətlər Bəyannaməsində ilk dəfə olaraq 

təşkilatın rəsmi adı istifadə edildi; 1943-cü ilin oktyabr ayında 

SSRİ,  Birləşmiş  Krallıq,  ABŞ  və  Çin  hökumətləri  arasında 


 

102


Moskva  Bəyannaməsi  imzalandı.  Bu  sənəddə  beynəlxalq 

aləmdə  sülhün  və  təhlükəsizliyin  qorunması  üçün  tezliklə 

beynəlxalq təşkilatın yaradılmasına çağırış səsləndirildi; 1943-

cü ilin dekabr ayında ABŞ, SSRİ və Böyük Britaniyanın iştirakı 

ilə  keçirilən  Tehran  konfransında  beynəlxalq  aləmdə  sülhün 

qorunması  və  təhlükəsizlik  üçün  beynəlxalq  təşkilatın 

yaradılması məqsədi yenidən təsdiqləndi; 1944-cü ilin sentyabr 

ayında  Vaşinqtonda  (Dumborton-Oksda)  ABŞ,  Birləşmiş 

Krallıq,  SSRİ  və  Çin  bu  təşkilatın  məqsədi,  strukturu  və 

funksiyalarını  razılaşdırdılar.  Konfrans  “Ümumi  beynəlxalq 

təhlükəsizlik  təşkilatının  yaradılmasına  aid  təklifə”  baxdı. 

Təklifdə təşkilatın strukturu, məqsəd və prinsipləri, üzvlük, baş 

orqanların  funksiyaları  kimi  məsələlər  öz  əksini  tapdı.  Baş 

orqanlar-Baş  Assambleya;  daimi  və  qeyri-daimi  üzvlərdən 

ibarət  ola  biləcək  Təhlükəsizlik  Şurası;  Katiblik;  Beynəlxalq 

Məhkəmə;  İqtisadi  və  Sosial  Şura  müəyyən  edildi;  1945-ci  il 

fevral  ayının  11-də  Yaltada  ABŞ  prezidenti  Ruzvelt,  Böyük 

Britaniya baş naziri Çörçil, SSRİ rəhbəri Stalin arasında görüş 

keçirildi  və  rəhbərlər  “  sülh  və  təhlükəsizliyin  təmin  edilməsi 

üçün  ümumi  beynəlxalq  təşkilatın  yaradılması”  haqqında 

qərarlarını  qəti  olaraq  bəyan  etdilər.  Təhlükəsizlik  Şurasında 

səsvermə  məsələsi  də  qətiləşdirildi  və  daimi  üzvlərin  eyni  səs 

hüququna malik olması məsələsi təsdiqləndi. 1945-ci ilin aprel-

iyun  aylarında  San-Fransiskoda  keçirilən  konfransda  BMT 

nizamnaməsi  qəbul  edildi.  Həmin  ilin  oktyabr  ayında  29 

ölkənin  təsdiq  qramotalarının  təqdimatı  ilə  sənəd  qüvvəyə 

mindi. İlk mərhələdə 51 dövlət üzv qəbul edildi. BMT-yə üzvlük 

şərtləri  olaraq  aşağıdakılar  tələb  edildi:  dövlət  suveren  və 

sülhsevər  olmalıdır;  dövlət  nizamnamə  tələblərinə  uyğun 

olaraq  üzərinə  öhdəlik  götürməlidir;  dövlət  götürdüyü 

öhdəlikləri  yerinə  yetirmək  istəyir  və  yerinə  yetirməyi  bacarır 

(həyata keçirir).

1

  

                                                 



1

 Материалы 

контактных 

лекционных 

занятий 

по 

дисциплине 

«Международное  публичное  право».  http://www.kar-femida.kz/Keis/050301-

3:II/9/klek.htm. 

 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə