Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə31/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   27   28   29   30   31   32   33   34   ...   175

 

92

-müharibələr  və  soyqırımlar,  xalqların  əzilməsi,  irqi,  dini 



ayrıseçkilik və s.  

Ümumilikdə,  infantil,  qeyri-taraz,  enerji  mübadiləsinin 

korlandığı  qüsurlu  cəmiyyətlərdə  inkişafdan  söhbət  gedə 

bilməz  və  inkişaf  xəyali  predmet  olaraq  qalır  və  belə 

cəmiyyətlərdə  mənfiliklər  hər  an  müsbətlikləri  silib  -atmağa 

hazır olur. Ümumi nisbətdə isə mənfiliklər daha çox olur ki, bu 

amil də inkişafın qarşısını alır.  

  

Mən  nə  üçün  belə  bir  mövzu  seçdim.  –  münasibətlərin 



nizamlanmasında 

balanslaşdırma 

vəziyyətinin 

ə

ldə 

olunmasının üstün cəhətləri: 

 

Bir  tədqiqatçı,  ən  əsası  bu  dünyanın  sadə  bir  sakini 

olaraq, anlayıram, onu başa düşürəm ki,  

-tarazlı  vəziyyətlər  zamanı  insan  ruhu  ilə  onun  əməli 

arasında  ahənglik,  uyğunluq  yaranır  ki,  bu  da  tarazlı, 

mülayim  və  qəbuledən  xarakterə  malik  olan  şəxsin,  fərdin 

yetişməsini əsaslandırır; 

-tarazlı 

münasibətlər 

şə

xslərdə 

qəbuledilənlik, 

qəbuledənlik,  kifayətlənmək  kimi,  həmçinin  nəfsinə  hakim 

olmaq kimi xüsusiyyətlərin formalaşmasına kömək edir

-tarazlı  münasibətlər  şəxsin  tarazlı  vəziyyətdə  mövqe 

tutmasını, tarazlı xarakterinin formalaşmasını təmin edir; 

-tarazlı 

münasibətlər  xoş  xasiyyətin,  liberallığın 

formalaşmasına səbəb olur

-tarazlı  münasibətlər  şəxslərdə,  tərəflərdə  radikallığın, 

eqoistliyin həddən artıq artmasının qarşısını alır; 

-tarazlı  münasibətlər  insan  zövqünün,  insan  əxlaqının 

zənginləşməsinə kömək edir; 

-tarazlı  münasibətlər  səbr  və  dözümün,  tolerantlığın, 

humanistliyin formalaşmasına kömək edir; 

-tarazlı  münasibətlər,  gücün  birləşdirlməsi  və  birgə 

razılaşmalar 

bütün 

digər 

vəziyyətlərdə, 

məsələn, 


 

93

böhranlarda,  mübahisə  və  dialoqlarda  bir  ortaq  mövqe, 



barışdırıcılıq yaradır;  

-tarazlı 

münasibətlər 

cəmiyyətin 

üzvlərinin 

“doymalarını”  təmin  edir,  yumşaqlıq  meydana  gətirir, 

sərbəstlik yaradır; 

-tarazlı  münasibətlər  fərdin  müstəqil  yaşaması  üçün 

gerçəklikləri üzə çıxarır;  

-ailədə  tarazlı  münasibətlər  ailə  üzvləri  arasında  xoş 

münasibətlərin  yaranmasına  gətirib  çıxarır,  ayrıseçkiliyin 

qarşısını  alır,  sabit  ailə  formalaşır.  Tarazlı  münasibətlər 

ailənin  birliyinə,  firavan  yaşamasına  və  xoşbəxtliyinə 

kömək edir, ailə gərginliyini azaldır; 

-tarazlı  münasibətlər  ailədə,  yaxın  qohumlar  içərisində 

müxtəlif  yaş  fərqləri  arasında  müvafiq  hörmətə  sahib 

olmağı formalaşdırır; 

-tarazlı 

münasibətlər 

yaratmaq 

qabiliyyəti 

xoş 

xasiyyətdən 

formalaşır, 

eləcə 

də 

xoş 

xasiyyətlərin 

formalaşmasına  və  inkişafına  kömək  üçün  müvafiq  xət 

rolunu oynayır; 

-tarazlı  münasibətlər və  mövqe  barışdırıcılıq deməkdir 

ki, bu ortalıq mövqeyindən vasitəçilik formalaşır; 

-tarazlı münasibətlər ailədə və cəmiyyətdə, iş yerlərində 

müəyyən 

gərginliklərin 

azalmasına 

kömək 

edir, 

barışdırıcılıq yaradır; 

-sevgi 

həyatında 

barışdırıcılıq, 

güzəştə 

getmək, 

tərəflərin 

ortaq 

mövqeyə 

gəlib 

çatması, 

razılıqlar 

sevgililərin qovuşmasına səbəb olan şəraiti yaradır;  

-gündəlik  yaşayış  tərzində,  istər  ailədə,  istərsə  də 

qonşular və yaxın, uzaq qohumlar içərisində tarazlı mövqe 

tutmaq  həm  şəxsiyyətin  formalaşmasına  kömək  edir, 

normal  münasibətlər  yaratmaq  qabiliyyətini  artırır,  həm 

də  şəxslər  arasında  barışdırıcı  mövqedə  olmaq,  şəxslərin 

sülh və  dinclik  şəraitində yaşamasına  kömək etmək demək 

olur; 


 

94

-cəmiyyətdə  adi  səviyyədə  (məişət  səviyyəsində)  tarazlı 



münasibətlər  cəmiyyətdə  tərəflər  arasında  mehribançılığa 

gətirir; 

-tarazlı  münasibətlər  cəmiyyətin  kollektiv  qaydada 

inkişafını,  cəmiyyətin  bütün  üzvləri  tərəfindən  səfərbər 

olunaraq tərəqqisini zəruri edir; 

-tarazlı  münasibətlərin  hökm  sürdüyü  cəmiyyətlərdə 

birtərəfli qaydada inkişaf olmur, inkişafın yayılmış, dalğalı 

formaları yaranır ki, bu da maraqların tarazlı olaraq təmin 

olunmasına səbəb olur; 

-tarazlı münasibətlərdən yaranan tarazlı inkişaf sülh və 

sabitliyin,  dinclik  və  əmin-amanlığın  yaranmasına  səbəb 

olur; 

-tarazlı 

münasibətlər 

işgüzar 

aləmdə 

biznes 

maraqlarının  tarazlı  olaraq  formalaşmasına  kömək  edir, 

maraqlar  bölünür,  eyni  zamanda  müvafiq  əmək  bölgüsü 

yaranır, ədalətli iqtisadi idarəetmə rejimi formalaşır; 

-tarazlı  münasibətlər  sahibkarla  işəgötürən,  məmurla 

tabe olduğu şəxslər arasında xüsusiyyətlərdə mülayimliyin, 

qənaətbəxşliyin formalaşmasına səbəb olur; 

-tarazlı  münasibətlər  ümumilikdə  vətəndaşla  dövlət, 

dövlətlə  başqa  bir  dövlətlər  arasında  sülhün  təmin 

olunmasına xidmət edir

-tarazlı 

münasibətlər 

cəmiyyətlərin 

demokratik 

rejimlərinin formalaşmasına kömək edir; 

-tarazlı  münasibətlər  insan  hüquq  və  azadlıqlarının 

təmin olunması üçün müvafiq şərait yaradır; 

-tarazlı  münasibətlər  cəmiyyətin  bütün  təbəqələri 

arasında  maraq  və  tələbatın  ödənilməsinə  əsaslanan 

şə

raitin yaranmasına xidmət edir;  

-tarazlı münasibətlər diktatorların hakimiyyətə gələrək 

avtoritar  rejimləri  və  tiraniyaları  yaratmasına  imkan 

vermir; 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə