Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə42/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   38   39   40   41   42   43   44   45   ...   175

 

125


iddialı  olan  dövlətlərin  (Rusiya,  Çin,  Hindistan,  Braziliya, 

Türkiyə,  İran  və  s.)  sayı  artmaqdadır.  Bu  baxımdan  dünyanın 

dövlətləri arasında tarazlığın  yaranması daha da aktuallıq kəsb 

edir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  dünyada  elm  və 

texnikanın  inkişafı  digər  tərəfədn  mövcud  elm  və  texnika 

üzərində ictimai nəzarətin güclənməsini (xüsusilə hərbi texniki 

vasitələr üzərində) tələb edir. Dünya siyasətinin prosesləri daha 

da rəngarəng olmaqla, geniş məzmun kəsb edir. Digər tərəfdən 

güclü  silahlanma  da  dünya  sülhü  üçün  təhdidlərin,  risqlərin 

miqyasını  artırmaqdadır.  Ümumiyyətlə,  belə  bir  prinsipdən 

çıxış etmək olar ki, proseslər nə qədər genişlənirsə, bir o qədər 

nəzarəti  və  diqqəti,  bu  baxımdan  idarəetməni  gücləndirir. 

İdarəetməni  uzunmüddətli  etmək  üçün  idarəetmə  prinsiplərini 

yumşaltmaq  tələb  olunur.  İndi  dünya  qarşısında  qoyulan 

tələblər  əsasən  sərt  nəzarətdən  yumşaq  nəzarət  formasına 

keçməkdən  ibarətdir  ki,  bu  da  qarşılıqlı  tarazlığı  təmin  edən 

şəraitləri  üzə  çıxarır.  Dövlətlər  arasında  qarşılıqlı  hörmət, 

diqqət  və  qayğıya  əsaslanan  yüksək  əməkdaşlıq,  dinc  şəraitdə 

yaşamaq  və  s.  kimi  prinsipləri  zəruri  edir.  Münasibətlərdə 

uyğunluq,  harmoniya,  ahənglik,  simmetriya  (bu  ifadələr 

sinonim 

məzmun 


bildirir) 

kimi 


idrak 

elementlərinin, 

anlayışların inkişafı əsas götürülür. (Qədim yunanlar məkanda 

tamın  hissəciklərinin  yerləşməsindəki  harmoniyanı,  eyniyyəti, 

bircinsliliyi, ahəngdarlığı, mütənasibliyi “simmetriya” anlayışı 

ilə, təbiət hadisələrində, cisimlərin mövcudluğunda simmetriya 

əlamətinin  pozulmasını  isə  “assimetriya”  məfhumu  ilə  ifadə 

etmişlər.  Simmetriya  və  assimmetriya  anlayışları  özlərinin  ilk 

yaranışında 

yalnız 

həndəsi 

fiqurların 

xassələri 

ilə 

əlaqələndirilmişdir.  Hazırda  isə  bu  anlayışlardan  daha  geniş 

mənada-predmet  və  hadisələrdə  baş  verən  dəyişmələr, 

çevrilmələr  zamanı  onların  xassələrində,  əlamətlərində 

eyniyyətin  saxlanması  və  dəyişməsinin  xarakteristikası  üçün 

istifadə  edilir.  Digər  tərəfdən,  predmet  və  hadisələrin,  onların 

xassələrinin mühüm daxili əlaqələri qanun adlanır. Bu əlaqələr 



 

126


zəruri, ümumi, dayanıqlı, saxlanan və təkrarlanan olmaları ilə 

səciyyələnirlər).

1

 Münasibətlərdə  müsbət  elementlərin  çoxluq 

təşkil  etməsi  və  qarşılıqlı  ötürülmələr  müasir  siyasətin  başlıca 

prinsipini  təşkil  edir.  Bu  baxımdan  postmodernizmin  tələbinin 

aşağıdakılardan ibarət olması qənaətinə gəlmək olar: 

-dövlətlər  daxilində  cəmiyyətin  tərəflərinin  maraqlarını 

təmin edən yumşaq rejimlər

-dövlətlər  arasında  qarşılıqlı  maraq  və  məqsədlərə  bərabər 

səviyyədə xidmət edən liberal, loyal münasibətlər

-bütün imkanlardan sülh məqsədləri ilə istifadə edilməsi və 

sülhün  istifadəsinə  yönəldilməsi-buna  sülh  vasitələrini 



(hissələrini)  sülh  üçün  emal  etmə  prinsipi-sülhdən  –sülh 

ə

ldə etmək prinsipi demək olar;  

-bütün 


vasitələrin 

sosial-rifahın 

yaxşılaşdırılmasına 

yönəldilməsi; 

-bütün  vasitələrin  insanlığın,  bəşəriyyətin  mövcudluğunun 

qorunub saxlanılmasına yönəldilməsi; 

-bütün  vasitələrin  bəşəri  dəyərlərdən  maksimum  istifadə 

etməyə yönəldilməsi; 

-bütün 

vasitələrin 



bəşəri 

zənginliyin 

qorunmasına 

yönəldilməsi və s.  



 

 

Məqsədlər və vəzifələr -dövlətdaxili münasibətlərin  

balanslaşdırılmasında 

 

Dövlətlər,  xüsusilə  inkişaf  etməkdə  olan  və  inkişaf  etmiş 



dövlətlər,  öz  cəmiyyətlərində  ictimai-siyasi  sabitliyi  təmin 

etmək  üçün  sabitliyin  yaranmasını  şərt  olaraq  qarşılarına 

məqsəd  kimi  qoyurlar.  Sabitliyin  yaranması  və  cəmiyyətin 

inkişafı  üçün  siyasətin  həyata  keçirilməsi  istiqamətlərinə  həm 

dövlətçiliyin, institutların və siyasət qurumlarının fəaliyyətinin 

                                                 



1

 Məmmədov  Ə.B.,  İsmayılov  V.İ.  Simmetriya,  asimetriya,  invariantlıq  (məntiqi-

qnoseoloji təhlil). “Elm” nəşriyyatı 2002. 142 səh., səh. 4-5.  


 

127


təkmilləşdirilməsi,  eləcə  də  strukturlar  arasında  möhkəm 

əlaqələrin  qurulmasının  təmin  edilməsi  hakimiyyətin  başlıca 

roluna,  vəzifə  və  öhdəliyinə  çevrilir.  Hakimiyyət  resurslardan 

səmərəli  istifadəni,  enerji  vasitələrinin  tarazlı  mübadiləsini, 

enerji mənbələrinin tarazlı funksiyasını təmin edir. Hakimiyyət 

qanunların,  digər  hüquqi  sənədlərin  qəbulu  və  icrası  ilə  öz 

nəzarət  və  təminedici,  qoruyucu  funksiyasını  yerinə  yetirir. 

Hakimiyyətin  ən  əsas  məqsədi  insanların  təbii  hüquqlarını 

qorumaq, təmin etmək və digər əlavə hüquqlar verməklə, şərait 

və zamana uyğun olaraq, inkişaf dinamikasını təmin etməkdən 

ibarətdir.  Nəzərə  almaq  lazımdır  ki,  hakimiyyət  hərtərəfli 

siyasət  yeridərək  bütün  maraqlı  tərəflərin  mənafelərini  təmin 

edir və bu yolla da vasitələri özünə cəlb edə bilir. Cəmiyyətdə 

balanslaşdırılmış  vəziyyət  ümumilikdə  sabitlik  üçün  əlverişli 

şəraiti  üzə  çıxarır.  Hakimiyyətin  öz  məqsədinə  çatması  üçün, 

yəni 


cəmiyyətdə 

balanslı 

vəziyyətin 

yaradılması 

və 

davamediciliyinin  qorunması  məqəsdilə  yerinə  yetirdiyi 



vəzifələrin  baza  olaraq  aşağıdakılardan  ibarət  olmasını  qeyd 

etmək olar: 

-hüquqların təmin edilməsi və qorunması sahəsində şəraitə 

uyğun  olan,  şəraiti  gələcək  inkişaf  tempinə  uyğunlaşdıran, 

bununla  da  zamanı  nəzərə  alan  (mövcud  zamanla  gələcək 

arasında  üzvi  bağlılıq  yaradan)  hüquq  normalarının  qəbulu  və 

yüksək səviyyədə icrası; 

-cəmiyyətdə  həm  fərdi  qaydada,  həm  də  kollektiv  olaraq 

münasibətlərin  balanslılığını  təmin  etmək  üçün  resursların 

bərabər  bölgüsünü  (güc  və  imkanlardan  irəli  gələrək  meydana 

gələn ehtiyacları nəzərə almaqla) həyata keçirmək; 

-hamı tərəfindən qəbul edilə biləcək və ümumi mənafelərə 

xidmət göstərə biləcək vəziyyətlərin yaradılması və proseslərin 

istiqamətləndirilməsi; 

-tarazlı  münasibətlərin  formalaşmsı  üçün  cəmiyyətin  ayrı-

ayrı  sosial  təbəqələrinə  xidmət  edə  biləcək  sahələrin  təşkili, 

strukturların qurulması; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə