140
-əksər dövlətlərin (xüsusilə kasıb dövlətlərin) öz
cəmiyyətlərinə nəzarətləri zəifdir;
-maarifçiliyin səviyyəsi bir çox ölkələrdə məkan
baxımından təzadlıdır;
-dünya üzrə demokratik rejimlərin sayı çoxluq təşkil
etmir. İqtisadi, mədəni, elmi potensialın zəifliyi, adət-ənənə
mühafizəkarlığı,
hakimiyyətin
avtoritarlığı
dünyada
demokratiyanın genişlənməsinin qarşısında ən böyük
problem olaraq qalır;
-mədəni elementlərdə, potensialda uyğunsuzluq hökm
sürür;
-beynəlxalq aləmə, beynəlxalq ictimaiyyətə inam azalıb,
problemlərə yanaşmada birtərəflik mövcuddur, ədalət
prinsipi kobud şəkildə pozulur;
-BMT və digər təşkilatların gücü zəifdir və ümumi sülh
sisteminə nəzarət əsasən böyük dövlətlərin əllərindədir və
siyasi oyunları ilə hər zaman da poza bilirlər. BMT-nin
qəbul etdiyi bir çox sənədlərə əməl olunmur, bir çox
dövlətlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməkdən
imtina edirlər;
-kiçik dövlətlər böyük dövlətlərin təzyiqlərinə məruz
qalır, təsirlərindən, təzyiqlərindən uzaqlaşa bilmirlər;
-dünya üzrə hərbi bazaların məkanları genişlənir;
-böyük dövlətlər dünyanı yenidən bölüşdürməyə can
atırlar (çoxpolyusluğun yaranması üçün yeni fazaların
ə
sasları formalaşır) və s.
Dünya üzrə olan iqtisadi, sosial və siyasi problemlərdə
mövcud olan və problemləri şərtləndirən vasitələrə və
vasitələrin keçid yerdəyişmələrinə həm rəngarənglik, ayrı-ayrı
məkanlar üzər harmoniyalıq simmetriyalılıq, bu baxımdan
tarazlıq, eləcə də tarazlığın tərkibində sadəlik və mürəkkəblik
kimi yanaşmaq olar, həm də rəngarənglikdən irəli gələn
disbalanslıq kimi yanaşmaq olar.
141
Tədqiqatın məqsədi və vəzifələr
Məqsədlər
Tədqiqatın məqsədi ilk növbədə mövzunun aktuallığı ilə
əlaqəlidir. Tədqiqatın məqsədi tədqiqatın predmetinin ümumi
strukturunu formalaşdırır və strukturun elementləri (mövzu
yarımbaşlıqları) məqsədin struktur tərkibini müəyyən edir.
Tədqiqat zamanı başlıca məqsəd balanslaşdırma siyasətinin
dövlətlər daxilində və dövlətlər arasında sülh və sabitliyə,
dinamik inkişafa xidmət etməsini araşdırmaqdan ibarətdir.
Burada baza məqsəd olaraq tarazlaşdırma anlayışının,
proseslərinin sülh və sabitliyə xidmət etmək nəticələrini üzə
çıxarmaqdan
ibarətdir.
Baza
məqsədin
strukturunu
formalaşdırmaq və bu baxımdan tərkibini müəyyən etmək üçün
qarşıya qoyulmuş məqsədləri aşağıdakılar hesab etmək olar.
Baza və köməkçi məqsədlər mövzunun tədqiqatı zamanı
ümumi məqsədlərin tərkibini və formasını müəyyən edir.
-dövlətlərin daxilində sabitliyin və dinamik inkişafın
kökündə dayanan cəmiyyətdəki tarazlığın rolunu müəyyən-
ləşdirmək;
-dövlətlərin daxili siyasətində tarazlı münasibətlərin
onların beynəlxalq aləmdəki tarazlı münasibətlərinə təsirini, bu
baxımdan daxili sabitliyin beynəlxalq sabitliyə, sülhə təsir
imkanlarını müəyyənləşdirmək;
-dünyada regional və qlobal miqyasda sülhün əldə edilməsi
və saxlanılması üçün dövlətlər arasında ehtiyac və tələbatların
tarazlı şəkildə paylanması və maraqların tarazlı şəkildə təmin
edilməsindən ibarət olmasını müəyyən etmək;
-regional səviyyədə dövlətlər arasında tarazlı münasibət-
lərin qlobal səviyyəyə təsir etməsini və əksinə olaraq qlobal
miqyasda tarazlı münasibətlərin mövcudluğunun regional sülhə
təsir etmək yollarını müəyyə etmək;
-dövlətlər arasında bütün sahələr üzrə tarazlı münasibət-
lərin bir-biriləri ilə asılılığını müəyyən etmək.
142
Vəzifələr
Tədqiqatda vəzifə dedikdə, tədqiqat zamanı araşdırma
istiqamətləri nəzərdə tutula bilər. Vəzifələr məqsədlərə çatmaq
yollarını, üsul və vasitələrini müəyyənləşdirir. Məqsədin
struktur tərkibinə müvafiq olaraq, belə qənaətə gəlmək olar ki,
tədqiqatın özü bir neçə mərhələdən ibarətdir və mövzuda
fəsillər və yarımfəsillər başlığı altında verilir. Hər bir başlıq
tədqiqatın məqsəd və vəzifələrinin tərkibini müəyyən edir. Bu
baxımdan hesab etmək olar ki, araşdırma mərhələləri tədqiqatın
baza və köməkçi mərhələlərindən ibarətdir. Tədqiqatda
aşağıdakı baza istiqamətlər müəyyən edilmişdir:
Birinci baza istiqaməti:
-balanslaşdırma
nədir-bu
istiqamətdə
balanslaşdırma
anlayışının məzmunu nələrdən ibarətdir;
-balanslaşdırma prosesləri nədir, bu proseslərin tərkib
məzmunu necədir.
İ
kinci baza istiqaməti:
-balanslaşdırma siyasəti nədir, balanslaşdırma siyasətinin
məzmunu necədir və sülhə və sabitliyə (dövlətdaxili və
beynəlxalq münasibətlər üzrə) gətirən nəticələrin xüsusiyyətləri
hansılardır;
-balanslaşdırma siyasəti proseslərinin tərkibi nələrdən
ibarətdir və sülhə və sabitliyə səbəb olan və nəticə kimi
meydana gələn proseslər (dövlətdaxili və beynəlxalq
münasibətlər üzrə) nələrdən ibarətdir.
Köməkçi istiqamətlər əslində baza istiqamətlərin tərkibi
olaraq başlıca məqsədə çatmaq üçün məqsəd hissələrini özündə
əks etdirir. Bu baxımdan tədqiqat zamanı məqsədə çatmaq