Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə25/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   21   22   23   24   25   26   27   28   ...   175

 

74

Düzgünlük 



əsasında 

qurulan 


formada 

və 


formanın 

fəaliyyətində ədalətin mövcudluğu onun təmiz, saf gerçəkliyini 

şərtləndirir və məzmununu ehtiva edir. Ədalətli məzmuna sahib 

olan  forma  başlıca  olaraq  tarazlı  fəaliyyəti  təmin  edir  və 

nəticədə  də  tarazlı  münasibətlər  formalaşır.  Humanistlik  və 

haqq-ədalət  və  düzgünlük əlamətlərini  özündə  cəmləşdirməklə 

yüksək  əxlaqa  sahib  olan  liderlər  milli  maraqlarla  yanaşı, 

rəngarəngliyin  tərkibi  olaraq  digər  xalqların  da  maraqlarına 

xüsusi  önəm  veriblər  və  belə  hesab  ediblər  ki,  dəyərlər 

ortaqdır,  hər  bir  xalqın  xoşbəşt  yaşamağa  haqqı  vardır.  Bu 

liderlər  isə  daima  qlobal  müharibələrin,  uzun  sürən  silahlı 

toqquşmların  əleyhinə  olaraq,  bəşəri  sabitliyi  qlobal  və 

regional,  o  cümlədən  milli  səviyyədə  sosial  sabitliyi  bəşəri 

sülhün  təminatında  mühüm  istiqamət  kimi  görüblər.  ABŞ 

prezidenti  olmuş  Vudro  Vilson  I  Dünya  müharibəsindən 

bezmiş  Avropa  xalqları  üçün  “Müharibəyə  yox”  şüarını 

gətirmiş  oldu.  ABŞ-dan  gələn  çağırışlar  içərisində  “Bir  daha 

dünya  iki  cəbhəyə  bölünməsin,  rədd  olsun  xalqları  onların 

xəbəri  olmadan,  iradəsini  əks  etdirmədən  qırğınlara  gətirib 

çıxaran  əski  cinayətkar  gizli  diplomatiya!  İdarə  edənlərin 

ümumi  razılığına  əsaslanan  və  sadə  insanların  təşkilatları 

vasitəsilə  ifadə  olunan  iradəsinin  dəstəklədiyi  hüququn  aliliyi 

bərqərar olsun-Yeni və daha  yaxşı bir dünya düzəni qurulsun” 

(İng.  “The  reign  of  law,  based  upon  the  consent  of  the 

governed and sustained by the organized opinion of mankind”) 

kimi  şüarlar  mərkəzi  yeri  tutdu.

1

 Humanizm  və  hüququn  ilahi 



səltənəti  mövcud  olmalı  idi.  Vudro  Vilson  öz  Kovenantı 

(nizamnaməsi-bu  Kovenant  ümumi  sülh  müqaviləsinin  əsas 

tərkib hissəsi idi. –“inteqral part of the general treaty of peace”. 

Kovenant  əsasən  bəşəriyyətin  sülh  problemini,  sonra  isə  ayrı-

ayrı  xalqların  sülh  məsələsini  həll  etməyi  qarşısına  məqsəd 

                                                 



1

 Stefan  Zweig.  Sternstunden  Der  Menschheit.  Vierzehn  historische  Miniaturen. 

Fischer  Taschenbuch  Verlag.  Stefan  Sveyq  Bəşəriyyətin  ulduzlu  saatları.  Tarixi 

miniatürlərdə. Alatoran. Alman dilindən tərcümə: Ağalar Məmmədov. Bakı, Qanun. 

2010, 408 səh., səh. 375-397. 


 

75

qoymuşdu)  ilə  Avropada  müəyyən  qədər  sülhə  nail  oldu.  Bir 



çox  xalqlar  müstəqillik  əldə  etdilər.  Millətlər  Liqası  Vudro 

Vilsonun 

nəzəriyyələri 

əsasında 

formalaşdı. 

(Sülh 

cəmiyyətlərinin,  millətlərin  sülh  birliklərinin  əsas  prinsipləri 

isə  1795-ci  ildə  alman  klassik  fəlsəfəsinin  nümayəndəsi, 

idealist  filosof  İmmanuel  Kantın  “Əbədi  sülhə  doğru”  siyasi 

traktatından  götürülüb.  İmmanuel  Kant  birinci  dəfə  olaraq 

gələcək  Avropa  birliyinin  mədəni  və  fəlsəfi  əsaslarını 

xarakterizə  edib,  əsaslandırıb,  bununla  da  Millətlər  Liqası 

ideyasını  irəli  sürüb.  Hansı  ki,  yaradılacaq  bu  qurum 

münaqişəli  vəziyyətlər  üzərində  nəzarəti  həyata  keçirə  bilərdi 

və dövlətlər arasında sülhün möhkəmləndirilməsi və qorunması 

üçün müəyyən gücə malik ola bilərdi).  

Digər  bir  humanist  fikirli  lider  olmuş  və  öz  düçüncələrini 

əməli  fəaliyyəti  ilə  ahəngləşdirmiş,  Türkiyə  dövlətinin  və 

xalqının  inkişafını  seçimlərdə,  fərdi  və  ümumi  dəyərlərin 

harmonizasiyasında,  cəmiyyətin  fərqli  əsaslarla  inkişafında 

görən Türkiyə dövlətinin banisi Atatürk də qeyd edirdi: “Azadlıq 

olmayan  bir  ölkədə  ölüm  və  uçurum  vardır.  Hər  irəliləyişin  və 

qurtuluşun  anası  azadlıqdır”,  “Milli  əməllər,  milli  iradə  yalnız 

bir  şəxsin  düşüncəsində  deyil,  bütün  millət  fərdlərinin 

arzularının,  əməllərinin  birləşməsindən  ibarətdir.”,  “Çağdaş  bir 

respublika  qurmaq  demək,  millətin  insan  kimi  yaşaya  bilməsi, 

insan  kimi  yaşamağın  nədən  asılı  olduğunu  öyrənməsi 

deməkdir”,  “Millətin  rəy  və  iradəsinə  əsaslanan  hər  işin 

nəticəsinin  millət  üçün  xeyir  və  səadət  olacağı  gerçəkdir”, 

“Millətə  əfəndilik  etmək  yoxdur;  xidmət  etmək  vardır.  Bu 

millətə  xidmət  edən  onun  əfəndisi  olur”,  “Millət  tərəfindən, 

millətin  adından,  dövləti  idarə  etməyə  səlahiyyətli  olanlar  üçün 

lazım  olduqda,  millətə  hesabat  vermək  məcburiyyətdir, 

saymazlıq və özbaşınalıq  yaramaz”, “Millət işlərində hər fərdin 

zehninin sərbəst fəaliyyətdə olması gərəklidir”, “Vicdan azadlığı 

mütləq  və  müdaxilə  edilməzdir,  o,  fərdin  təbii  hüquqlarının  ən 

mühümlərindən hesab edilməlidir”, “Din və məzhəb hər kəsin öz 

vicdanından doğan bir işdir. Heç kəs heç kimi nə bir din, nə bir 



 

76

məzhəbi  qəbul  etməyə  məcbur  edə  bilməz.  Din  və  məzhəb  heç 



bir  zaman  siyasət  aləti  kimi  istifadə  edilə  bilməz”,  Milləti 

aldatmayacayıq.  Millətə  daima  və  daima  gerçəyi  söyləyəcəyik. 

Bəlkə  səhv  etdik,  yanlış  şeyləri  gerçək  zənn  etdik;  qoy  millət 

onu düzəltsin”.

1

  

Digər  bir  humanist  baxışlı,  yüksək  mənəviyyatı  özündə 

cəmləşdirən və 1915-ci ildən  Hindistan milli azadlıq hərəkatına 

rəhbərlik  edən  Mahatma  Qandi  Hindistanda  müsəlman  və 

hindusların  birləşərək  vahidliyinə  çağırırdı.  Onun  rəhbərliyi 

altında  1947-ci  ildə  Hindistan  müstəqillik  qazandı.  Mahatma 

Qandinin  qeyri-silahlı  yolla  kütləvi  xalq  hərəkatına  rəhbərlik 

etməsi,  müstəqillik  uğrunda  mübarizəsi  dünya  tarixində  onu  ən 

gözəl  şəxslərdən  birinə  çevirdi.  Hindistanlılar  onu  -“maxatma”, 

sanskritdən tərcüməsi -“böyük qəlb” adlandırdılar.  

Tarixdən  məlumdur  ki,  1857-ci  ildə  Britaniya-Ost-Hind 

şirkətinin idarəçiliyindən olan narazılığın nəticəsi olaraq axırıncı 

moğol  imperatoru  Bahadur  Şah  Zəfərin  liderliyi  ilə  “Sipahlar 

üsyanı” başladı. Bu, müstəqillik uğrunda ilk müharibə idi. Hərbi 

yolla  üsyan  yatırıldı,  Moğollar  sülaləsinin  hakimiyyətinə  son 

qoyuldu.  Nəticədə  Britaniya  Ost-Hind  şirkəti  ləğv  edildi  və 

Hindistan  Britaniya  İmperiyasının  koloniyası  olaraq  Britaniya 

taxt-tacının  idarəçiliyinə  verildi.  Koloniyadan  azad  olmaq 

uğrunda  azadlıq  mübarizələri  davam  edirdi.  1920-ci  ildən 

etibarən  Mahatma  Qandi  kimi  rəhbərlər  britaniya  kolonial 

hökumətinə  qarşı  kütləvi  kampaniyalara  başladılar.  Britaniya 

İmperiyasının  koloniyasından  azad  olmaq  istəkləri  ilə  yanaşı, 

çox  illərdən  bəri  hinduslar  və  müsəlmanlar  arasında  gərginlik 

yaşanırdı.  Müsəlmanlar  azlıq  təşkil  edirdilər  və  müsətqillk 

qazandıqdan sonra hindusların hakimiyyəti altına keçməli idilər 

və  buna  görə  də  müstəqillik  məsələsinə  ehtiyatla  yanaşırdırlar. 

Onlar  hindusların  idarəçiliyinə  inanmırdılar  və  Britaniya 

kolonial  hökumətinə  qarşı  çıxmaqda  tərəddüd  edirdilər,  qətilik 

nümyiş  etdirmirdilər.  Müsəlmanlarla  hinduslar  arasında  birliyin 

                                                 



1

 Utkan  Qocatürk.  Atatürk.-Bakı:Elm,  1991.-212  s.  Tərcümə  və  qeydlər  Dünyamalı 

Vəliyevindir. Kitabda Atatürkün ölməz sözləri bölməsi. səh.99-184. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə