77
yaradılmasına və birgə mübarizəyə isə Mahatma Qandi çalışırdı.
Britaniya Hindistanı 1947-ci ildə müstəqilik qazandı və bundan
sonra Hindistan İttifaqı və Pakistan dominionu yaradıldı. Pəncab
və Benqaliyanın bölünməsi səbəbindən hinduslar, sikxlər və
müsəlmanlar arasında qanlı toqquşmalar başladı, beş yüz
mindən çox adam öldürüldü. Hindistanın bölünməsi ilə müasir
dünya tarixində əhalinin ən böyük miqrasiyası başladı. On iki
milyon nəfərdən çox hindus, sikx və müsəlman Hindistan və
Pakistan ərazilərinə səpələndi. Çoxmillətli və çoxdinli dövlət
olaraq Hindistan hal-hazırda ölkənin ayrı-ayrı bölgələrində
sosial və dini zəmində qarşıdurmalarla rastlaşır. Hal-hazırda
Hindistan liberal-demokratiya əsaslı dünyəvi dövlət statusunu
qoruyub saxlayır.
Xalqına bağlı ola daha bir lider Nelson Mandela olub.
Cənubi Afrika Milli Konqresinin sədri olmuş Nelson Mandela
afrikanlıların səsvermə hüquqları uğrunda mübarizə aparıb. Öz
ictimi-siyasi baxışlarına görə 1964-1990-cı illərdə məhbus
həyatı yaşayıb. O, əks tərəfin fikirlərinə qarşı çıxaraq deyərdi ki,
hüquqları bilmək üçün təhsilli olmaq vacib deyil, əsas
ambisiyaların olmasıdır. N.Mandela 1993-cü ildə Cənubi
Afrikanın ilk qaradərili prezidenti seçilib. Cənubi Afrikada
aparteid siyasəti ləğv edilib.
Beynəlxalq münasibətlərin tarazlaşdırılmasının mövcud
inkişaf səviyyəsi xalqların bir-birilərinə qarşı həyata keçirilən
ağır mübarizələrdən, müharibələrdən sonra itirdiklərinin
nəticələri olaraq ayılmaları, dərk etmələri sayəsində əldə edilib.
Xalqlar və onları təmsil edən dövlətlər arasında baş verən qanlı
vuruşmalar, siyasi çəkişmələr nəhayət onların özlərinin özlərinə
nəzarəti və qarşılıqlı olaraq ortaq məqamlara, ortaq xətlərə
gəlməsini zəruri edib. Mövcud beynəlxalq münasibətlər
subyektləri tərəfləri formalaşdırıb ki, yaradılan sistemin də əsas
mahiyyəti məhz müxtəlif gücə malik olan subyektlərin
maraqlarını fərdi və ümumi qaydada təmin etməkdən ibarətdir.
Münasibətlər sistemi və onun tarazlaşdırılmış mahiyyəti məhz
dünyada hər bir xalqın mövcudluq və yaşamaq, mübarizə
78
aparmaq haqqının olmasını qarşılıqlı olaraq dərk etmək
nəticəsində hərəkətləri uyğunlaşdırmaqla yaranıb. Sistemin
yaranmasında başlıca şəraiti həm də müharibələrin törətdikləri
fəlakətlərdən götürülmüş dərslər də mühüm olaraq şərtləndirib.
Beynəlxalq münasibətlər sistemi və onun vahid məzmunu, eləcə
də rəngarəng tərkibi başlıca olaraq qarışıq zərbələrdən,
təkamüldən, hərəkətlərdən, yerdəyişmələrdən formalaşıb. Bu
sistem dünya xalqlarını dünyanın problemində birgə iştirak
etmək amilini zəruri edib.
Beynəlxalq
münasibətlərin
tarazlaşdırılması
üçün
beynəlxalq hüququn təkmilləşdirilməsinin özü də mühüm
əhəmiyyət kəsb edir. Beynəlxalq hüquq institutlarının
formalaşması və normaların qəbulu, əməl edilməsi və qarşılıqlı
nəzarət prinsipləri, humanizm və bəşəri ideyaların tətbiqi, təbii
hüquqların təmini və qorunması istiqamətində həyata keçirilən
beynəlxalq siyasət məhz beynəlxalq münasibətlərin tarazlı
inkişafına gətirib çıxarıb. Beynəlxalq hüquq normaları və
beynəlxalq sülh ideyaları əsasında beynəlxalq münasibətlərdə
sülh və dinamik inkişaf sistemləri yaradılıb. İdeyaların
normalara çevrilməsi və əməl olunması prinsipi sülh
sistemlərinin mövcudluğun təmin etməkdədir. Beynəlxalq
münasibətlərin və bu münasibətlərin yaratdığı beynəlxalq
hüququn tarixindən məlumdur ki, 1648-ci ildən
1
etibarən
Avropada siyasi tarazlıq sistemi yaradılıb və bir neçə dəfə
1
Avropada otuzillik müharibənin (1618-1648) başa çatması haqqında Vestfal sülh
müqaviləsi-24 oktyabr 1648-ci il tarixli müqavilə, ilə Avropa dövlətləri sistemi və
həmin dövlətlərin sərhədləri məsələləri və eləcə də siyasi tarazlıq prinsipi öz əksini
tapıb. XVII əsrdə Avropada protestantlarla katoliklər arasında mühairbə gedirdi.
İspaniyada baş vermiş Varfolomey gecəsində bu iki konfessiya arasında toqquşmalar
yaşanmışdı . XVII əsrdə baş vermiş “otuzillik müharibə” Avropaya böyük zərbələr
vurmuşdu. 1640-cı illərdə Vestfalda sülh konqresi keçirildi. Sülh danışıqları uzun
müddət davam etdi və nəhayət razılıq əldə olundu. Vestfal sülh müqaviləsi ilə həm də
katoliklərlə protestantlar arasında sülhə nail olmaq mümkün oldu. Məhz Holland
hüquqşünası Hüqo Qrotsi hesab edirdi ki, sülh danışıqlar yolu ilə mümkündür. Hüqo
Qrotsi özünün 1625-ci ildə yazdığı De Jure Belli ac Pacis (“On the Law of War and
Peace”“Müharibə hüququ haqqında və sülh”) əsərində dövlətlərin suverenliyi və
dövlətlər arasında hüquqi bərabərlik ideyalarını irəli sürdü.
79
(əsasən qlobal şəkildə dünya müharibələri zamanı) pozulmasına
baxmayaraq bu sistemlər müasir dövrdə yeni-yeni tarazlı
sistemlərin (ümumdünya və regional) yaranması üçün
prototiplər
rolunu
oynayıb,
ənənələri, bir çox təməl
istiqamətlərini
formalaşdırıb.
Vestfal
sülhündən
Haaqa
konfransına
qədər
olan
dövrdə
beynəlxalq
hüququn
təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib.
Bu dövr üçün beynəlxalq hüquq tarixi 1648-ci il Vestfal sülhü
ilə möhkəmləndirilən dövlətlərin suveren bərabərlik ideyası,
həmçinin hüququn təbii məktəbləri konsepsiyaları əsasında yeni
beynəlxalq hüquq normaları və prinsiplərinin yaradılması,
kodifikasiyası
ilə
təkmilləşib.
Yeni
beynəlxalq
hüquq
normalarının yaradılmasında başlıca təhrikedici motiv olaraq
1789-cu il tarixli insan və vətəndaş hüquqları Bəyannaməsinin
təbii-hüquqi ideyalarının 1791 və 1793-cü illərdə Fransa
konstitusiyasında, abbat Qrequar tərəfindən Fransa Konventinə
1793-cü ildə təqdim edilən Beynəlxalq hüquq Bəyannaməsində
möhkəmləndirilməsi ilə öz əksini tapması oldu. Bu sənədlərdə
dövlətə və dövlətdə olan insanın vəziyyətinə aid olan feodal-
mütləq baxışları beynəlxalq əlaqələrdə norma və qaydalar
ideyaları ilə dəyişdirilərək, feodal-mütləq ideyalarına əks
qoyulurdu. Bu normalar isə fərdlərin məxsusi qarşılıqlı
əlaqələrini (münasibətlərini) müəyyən edirdi.- “insan insana o
şeyi borclu olur ki, xalq da başqa xalqa həmin şeyi borclu olur”.
İdeyalara görə xalqlar öz aralarında təbii vəziyyətlərdə olur və
onları ümumi mənəviyyat bağlayır. Xüsusilə monarxa məxsusi
olaraq suverenliyin verilməsi ideyası rədd edilirdi. Monarxın
suverenliyi əvəzinə xalqın suverenliyi məsələsi irəli sürülürdü.
Qrequar Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, xalqlar
yaşadıqları ərazilərin ölçülərinə və özlərinin saylarına
baxmayaraq bir-birilərinə olan münasibətlərdə müstəqil və
suverendirlər. Həmçinin qeyd edilirdi ki, bir xalq digər xalqın
daxili işlərinə qarışa bilmək hüququna malik deyil. Bu sənəddə
ərazinin aliliyi, beynəlxalq müqavilələrə əməl etmək kimi
məsələlər öz əksini tapırdı. Bəyannamə layihəsinin Fransa
Dostları ilə paylaş: |