Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə29/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
73 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.2. Fotodinamik terapiyanın sxemi 
Şəkil 3.3. Fotodinamik terapiya üçün lazer aparatı 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
74 
məhv edirlər. Bundan əlavə FDT orqanizmin immun sistemini stimulyasiya 
edir. 
FDT əks göstərişlər aşağıdakılardır: 
−  dərinin fotohəssaslığının artması 
−  irsi və qazanılma porfiniya (piqment mübadiləsinin pozulması) 
−  qaraciyər və böyrəyin ağır zədələnmələri 
Minimal-invaziv cərrahiyyə. Onkologiyada minimal-invaziv cərrahiyyə 
(Minimally Invasive Surgery - MIS)  dedikdə, endoskopik və robotlaşdırılmış 
əməliyyatlar nəzərdə tutulur [şəkil 3.4]. Minimal-invaziv cərrahiyyənin istifa-
dəsini əsaslandıran əsas arqumentlər aşağıdakılardır: 
−  cərrahi əməliyyatın kiçik ölçü-
lü kəsiklər və ya təbii dəliklər 
vasitəsilə aparılması; 
−  ağırlaşma riskinin azalması; 
−  qospitalizasiya müddətinin az 
olması; 
−  xəstənin erkən reabilitasiyası;  
−  həyati vacib strukturların vizu-
alizasiyasının asanlaşdırılması 
(beyin  əsası  şişlərinin endo-
skopik cərrahiyyəsi zamanı); 
−  hərəkət sərbəstliyinin artması 
(robotlaşdırılmış  əməliyyatlar 
zamanı). Bura əməliyyat nahi-
yəsinin böyüdülməsi, tremor 
və  əlavə  hərəkətlərin aradan 
qaldırılması  və  cərrahın kom-
fort şəraitdə işləməsi aiddir. 
Minimal-invaziv cərrahiyyədən baş-boyun onkologiyasında aşağıdakı 
hallarda istifadə olunur: 
−  beyin əsasının endoskopik cərrahiyyəsi 
−  udlaq, qırtlaq və traxeyanın şişlərinin transoral rezeksiyası [şəkil 
3.5] 
−  tireoidektomiya (boyun və qoltuqaltı kəsiklərlə) 
Minimal-invaziv cərrahiyyə  gələcəyi olan müalicə metodudur. Hesab 
olunur ki, robotların və tibbi alətlərin konstruksiyasının təkmilləşdirilməsi bu 
cərrahiyyə metodundan daha geniş istifadəyə imkan verəcək, intraoperasion 
MRT və KT tətbiqi isə metodun radikallığını və dəqiqliyini artıracaqdır. 
Şəkil 3.4. Robotrasdırılmıs minimal 
invaziv cərrahiyyə gurğusu 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
75 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3.3. Şüa müalicəsi 
 
3.3. Şüa müalicəsi 
 
Şüa müalicəsi (radioterapiya) bədxassəli  şişlərdə istifadə olunan aparıcı 
müalicə metodlarından biridir.  
Onkoloji xəstələrin 70-80%-nin müalicəsində radioterapiyadan istifadə 
olunur. Radioterapiyanın (RT) əsas prinsipi ətraf sağlam toxumaları qorumaq 
şərti ilə şiş ocağına maksimal şüa dozasının çatdırılmasıdır. RT ionizəedici şüa-
lanma vasitəsi ilə  həyata keçirilir. İonizəedici  şüalar canlı orqanizm toxuma-
larına təsir edərək neytral atomları ionlara (mənfi və ya müsbət elektrik yükü 
daşıyan hissəciklər) çevirmək qabilyyətinə malik şüalardır. 
RT təsnifatı aşağıdakı meyarlara əsaslanaraq aparılır: 
•  Təsir mexanizmi 
•  Təsir tipi 
•  Şüalanma metodu 
•  Məqsədi 
•  Doza və rejimləri 
•  Ağırlaşmaları və əks göstərişləri 
İonizəedici radiasiyanın  təsir mexanizmi hüceyrəətrafı mikromühitdə 
sərbəst radikalların əmələ gəlməsi ilə başlayır. Sərbəst radikallar və oksidantlar 
hüceyrənin DNT təsir edərək onun strukturunu zədələyir ki,  bu da hüceyrənin 
bərpaedici funksiyasının pozulmasına və onun məhvinə gətirib çıxarır.  Şüalan-
Şəkil 3.5. Robotlasdırılmıs transoral əməliyyat (Genden 2009) 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
76 
madan dərhal sonra hüceyrələrin mitotik aktivliyi ləngiyir ki, bunun da dərə-
cəsi  şüa müalicəsinin dozasından asılıdır.  Əgər bu doza lazımı  qədər böyük-
dürsə, hüceyrə həmin an ölür («şüa altında ölüm»). Əgər zədələnmiş hüceyrə 
ölməyib sağ qalırsa, bir müddət sonra mutasiya nəticəsində həyat qabiliyyətli 
yeni şiş hüceyrələri əmələ gətirə bilər (mitotik və ya reproduktiv ölüm). Bəzi 
hüceyrələr  şüalanmadan sonra dərhal deyil, hüceyrənin bölünmə dövründə 
məhv olur (interfaza ölümü). İstənilən halda şüa terapiyası zamanı bədxassəli 
şiş hüceyrələrinin ölümünün səbəbi onların xromosom aparatının zədələn-
məsidir. Qeyd etmək lazımdır ki, hipoksiya vəziyyətində olan hüceyrələr daha 
radiorezistentdir və onların məhv edilməsi üçün daha çox şüa dozası  tələb 
olunur. Digər vacib amillərdən biri də zədələnmə reaksiyasının dərəcəsinin hü-
ceyrənin həyat sikli ilə əlaqədar olmasıdır. Əksər proliferasiyaedici hüceyrələr 
mitoz fazasında və ondan dərhal sonra radiohəssasdır. Proliferasiya etməyən 
hüceyrələr az radiohəssasdır və zədələnmələrini tez bərpa edib, yeni hüceyrə-
lərə başlanğıc verirlər. Nəzərə alsaq ki, şiş toxumasında hüceyrələr həyat 
siklinin müxtəlif fazalarında olur, onların 100% məhv olmasına praktiki olaraq 
zəmanət vermək olmaz. 
İonizedici şüalar təsir tipinə görə korpuskulyar və dalğalı (elekromaqnit) 
təbiətli olmaqla iki qrupa bölünür. 
Korpuskulyar şüalar aşağıdakılardır: 
−  α-şüalar 
−  β-şüalar 
−  neytronlar 
−  elektronlar 
−  protonlar 
Elektromaqnit şüalarına aiddir: 
−  rentgen şüalanması 
−  γ şüalanması. 
Bədxassəli şişlərin RT şüalanma metoduna görə iki əsas qrupa bölünür: 
xarici və daxili şüalanma metodları. 
Xarici şüalanma metodlarında müalicəvi effekt ancaq şüalanmanın təsiri 
ilə əlaqədardır və radioaktiv maddə orqanizm ilə bilavasitə təmasda olmur. 
Xarici şüalanma metodlarına aiddir: 
•  Distansion şüa müalicəsi 
•  Kontakt şüa müalicəsi (braxiterapiya) 
•  Müştərək  
Distansion  şüa müalicəsində  şüalanan obyekt ilə  şüalanma mənbəyi 
arasındakı məsafə 10 sm-dən çox olur. Bu müalicə metodundan qırtlaq, qalxa-
nabənzər vəzi, ağız boşluğu, udlaq, ağız suyu vəzilərinin xərçəngində  istifadə 
olunur. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə