Эюйярчин
68
Qar üstə bərq vurur Günün şöləsi,
Üz-üzə dayanır qış ilə bahar.
Küknarlar əsgər tək sıralanmışdı,
Nizə uclarında daransın bulud.
Üfüq qan damırdı, yaralanmışdı,
Bir gün doğacaqdı dünyaya vur-tut.
Dünya təsəvvürdür, düşünür Artur:
– Subyekt zaman ilə məkandan kənar.
Öyrəndikcə sirri dünyanın artır,
Subyektlə şərtlənmiş onda hər nə var.
Heç kəs tərəfindən dərk olunmayan,
Hər şeyi dərk edən subyektdir ancaq.
Odur bu dünyanı daşıyan hər an,
Dünya subyekt ilə dərk olunacaq.
Görən göz, sezən əl tanıyır insan,
Günəşi, torpağı tanıya bilmir.
Zamanı ardıcıl sanayır insan,
Məkan bir-birinin ardınca gəlmir.
Özü-özlüyündə zaman və məkan,
Təsəvvür edilir materiyasız.
Əksini söyləsək, müddəa yalan,
Təssəvvür edilməz Günəş ziyasız.
Yəni materiya öz-özlüyündə,
Zamansız, məkansız ola da bilməz.
Özündə daşıyır ikisini də,
Mövcudluq bir vaxtda olmaya bilməz.
Hər cür materiya, bütün gerçəklik,
İdrakda mövcuddur, idraki yolla.
Zamana məxsusdur dəyişmə, təklik,
Fəqət idrak üçün mövcuddur dünya.
Bizə bədənimiz obyektdir özü,
Göz ilə, əl ilə dərk olunmayır.
Дцнйа ирадя вя тясяввцр кими
69
İdrak tanış edir onunla bizi,
Obyektlər haqqında fikri o deyir.
İdrak hərəkətdən səbəbə keçir,
Seyr üçün önündə açır dünyanı.
Zaman və məkanla obyekti ölçür,
Obyekt təsəvvürdə tapır mənanı.
Şüur bilə bilər həmişə, amma
Dərrakəyə yalnız seyr etmək qalır.
İdrak təbiətdə iz qoymasa da,
Özü təbiətdən gücünü alır.
Bütün filosoflar indiyə qədər,
Subyekt, ya obyektdən çıxış edirdi.
Birini birində şərh edirdilər,
Bunun ikisi də, zənnimcə, birdir.
Biz onlar arası münasibəti,
Subyektin hökmündən azad edirik.
Obyekti veririk bu hökmə qəti,
Bir ayrı fəlsəfi yolla gedirik.
Gen olduğum üçün əqli seyrdən,
Bu dərk üsulunu etmirəm qəbul.
Təkrarlar görürəm bir neçə yerdə,
Bir neçə səhvdən də gen qalmır üsul.
Bizim gördüyümüz obyektiv aləm,
Dünyanın zahiri, bu tərəfidir.
Amma mənasını təşkil eləyən,
Gözlə görünməyən o tərəfidir.
Çölü təsəvvürdür, içi iradə,
İlk göz açılandan başlayır dünya.
İdrakdan keçmədən nə məkan, nə də,
Zaman kəsb eləmir var kimi məna.
Gəlib çıxdığımız bu cür qoyuluş,
Subyekt ilə obyekt arasındakı,
Эюйярчин
70
Labüd qarşılıqlı asılılığı,
Həm də əksliyi edir bizə tuş.
Dünyanın daxili mahiyyətini
Bunu dərk etməklə biz anlayırıq.
Təsəvvürün əsas elementini
“Özündəşey”lərdən uzaq sayırıq.
Dərrakə öyrənir səbəb və təsir
Arasında olan münasibəti.
Zəka anlayışı bizə göstərir,
Onun funksiyası bu işdir qəti.
Təzahürlər zəka adlanan ruhun
Əsas qüvvəsindən irəli gəlir.
Olsa da müxtəlif, uzaq, ya yaxın,
Əsrlərin yekdil fikri belədir.
Təsəvvürlər haqda təsəvvür kimi
Anlayışlara ad versək, düz olar.
Onlar fərqlənsə də, amma lazımi
Düzgün, qarşılıqlı nisbət qururlar.
İdrakın həqiqi əksi hiss imiş,
Hiss ağlın mücərrəd idrakı deyil.
Əsil tərifini ala bilməmiş,
Bir mənfi məzmuna malik, elə bil.
-=*=-
... Xatirə kitaba bir cümlə yazıb
Artur Alp dağının üstünə qalxır.
İndi də saxlanır xatirə yazı,
Hələ də hər gələn yazıya baxır.
Yollar bir-birini kəsib uzanar,
Fikirlər yol kimi haçalanar da.
Sevən bir-birini yersiz qısqanar,
Ürəklər səbəbsiz parçalanar da.
Hamburqu qəlbindən keçirir Artur,
Дцнйа ирадя вя тясяввцр кими
71
Uşaqlıq illəri düşür yadına.
Fikrən Reqinanın saçından dartır,
Belindən yapışıb sarılır ona:
– Dedim unudaram, görməsə gözüm,
Amma mən deyəni demədi illər.
Dünyanı başıma yıxmışam özüm,
Vəfasız sanacaq məni nəsillər.
Harda olduğumu unudur kimi,
Bəzən özümdən də uzaq gəzirəm.
Bəzən də dünyayla pozub əhdimi,
Fikirdən arada şeir yazıram:
Mən kiməm?
Bilmirəm.
Keçmişim yuxu tək görünür mənə,
Bu günüm yuxuda,
Oyana bilmirəm.
Tanıya bilmirəm özümü,
Azmış tək qorxuda.
Mən kiməm?
Göz yaşlarına məhkum edilmiş həyatın
varisimi?
Ya dünyanın yarısımı?
Çiyinlərimdə dünya boyda yük daşıyıram da.
Nə məndən əvvəl var, nə məndən sonra,
Mən də yoxam.
Hədəfindən yayınan yayı gizlənmiş oxam.
Çoxluqdan qaça-qaça yoxluğa qovuşmuşam,
Bəlkə də, bir zamanlar varmışam...
Mən kiməm?
Yalanlar dəryasının dərinliyində gizlənmiş
həqiqi incimi?
Эюйярчин
72
Ya yaşayan ölülər sinfindən birincimi?
Heç nə görə bilmir, heç nə duymuram,
Yuxuda baxıram, baxıram ... uyumuram.
Bəlkə, elə acısını özü çəkən əzabam,
Yük olmaqdan qorxuram.
Ayaqda qalmaq üçün xəyal toxuyuram,
Dünya çiynimdən düşər.
Nəğmə oxuyuram,
Səsimə oyansın bəşər.
Oyanın, oyanın, deyirəm hər kəsə,
Məgər görmürsünüzmü mən yuxuda yanıram?!
Həqiqəti tapmayıb öz-özümü danıram...
Mən kiməm?
Çayın kənarında axıb qurtarmasını gözləyən
susuz yolçumu?
Yaşamam üçün öldürməli olduğumu
hər gün “öldürdüm” deyən yalançımı?
Hərdən elə məsud, elə xoşbəxt hiss edirəm
özümü,
Fəqət anlar tez keçir.
Hərdən körpə uşaq kimi köməksiz oluram,
Sıxıntım uzun çəkir.
Hərdən heç olmuram,
Zamanla məkanın arasında tapılmıram,
Ümidsiz-ümidsiz boynumu bururam,
Axı yükü özündən ağır bir dünyanı
daşımağa məcburam...
-=*=-
... Fixtenin
25
leksiya kurslarında o,
İştirak etmişdi əvvəl bir müddət.
25
İohann Hötlib Fixte – alman filosofu
Dostları ilə paylaş: |