Siyasi sistemlə siyasi mədəniyyət arasındakı əlaqə özünü onda göstərir ki, birincisi,
müvafiq siyasi sistem müəyyən siyasi mədəniyyətin tarixini özündə əks etdirir və
ikincisi, tarixin uzun dövrləri ərzində siyasi mədəniyyət müvafiq siyasi sistemin
modifikasiyası kimi çıxış edir.
Siyasi mədəniyyət hakimiyyət və vətəndaş arasındakı qarşılıqlı münasibətlərə aid
olan mövqelərin, sərvətlərin və davranış normalarının məcmusudur. Buna
daxildir:
-
siyasəti, siyasi hadisələrə aid faktları bilmək və yaxud onlarla maraqlanmaq;
-
siyasi hadisələrin emosional tərəfi (məsələn, vətən məhəbbəti, düşmənə nifrət
və s.);
-
müvafiq cəmiyyətdəki siyasi davranış nümunələrinin qəbul edilməsi.
7
Müasir dövrdə cəmiyyətin demokratikləşdirilməsi prosesində mədəniyyətin rolu
getdikcə daha da artmaqdadır. Məhsuldar qüvvələrin inkişafı, əmək məhsuldarlığının
artması, adamların ictimai-siyasi və əmək fəallığının yuksəlməsi, demokratiyanın
təkmilləşməsi cəmiyyət üzvlərinin mədəni səviyyəsindən asılıdır. Cəmiyyətin inkişafı
adamların şüur səviyyəsinin, siyasi mədəniyyətinin yuksəlməsi, mənəvi aləminin
zənginləşməsi ilə sıx surətdə bağlıdır.
Hazırda ölkəmizin yeni ictimai-siyasi sistemə, bazar münasibətləri və
iqtisadiyyatına keçdiyi dövrdə cəmiyyət həyatının çox mürəkkəb və mühüm
vəzifələrinin həllində siyasi mədəniyyətin rolu artmaqdadır.
Adamların şüurunun və sosial münasibətlərin, dövrünü keçirmiş iş formaları və
metodlarının yeniləşdirilməsində siyasi mədəniyyətin xususilə böyük əhəmiyyəti vardır.
44
Siyasi sosiallaşma prosesinin əsas mərhələləri və funksiyaları
Politoloji ədəbiyyatda siyasi sosiallaşmanın bir neçə mərhələsi fərqləndirilir:
1)
Siyasiləşmə, yəni siyasi həyat haqqında ilkin məlumatların qavranılması -
(erkən yaşlarda) həmin məlumatların mənbəyi valideynlər və onların siyasi proseslər
haqqında rəyi və hadisələrə münasibətidir.
2)
Siyasətin «fərdiləşdirilməsi» - hakimiyyətdə olan həlledici fiqurlar (pre-
zident, liderlər, baş nazir və s.) fərd üçün siyasi sistemlə əlaqə yaratma vasitəsinə
cevrilir.
3)
deallaşdırma - siyasi fiqurun ideallaşdırılması və bunun əsasında siyasi
sistemə emosional münasibətin formalaşması.
4)
Təsisatlanma - siyasi həyat haqqında müstəqil təsəvvürlərin formalaşması,
qiymətləndirilməsi.
5)
Fərdin dərk edilmiş tələbatları, dəyərlər sistemi ilə siyasi normalar arasında
qarşılıqlı əlaqənin formalaşması.
Siyasi sosiallaşmanın aşağıdakı funksiyaları vardır:
1)
Şəxsiyyətin siyasi sistemin demokratik prinsipləri əsasında fəaliyyət
göstərməsi.
2)
Dəyərlər orientasiyası - şəxsiyyətin siyasi sferanın ədalət, bərabərlik, azadlığın
hüquqi qarantı və s. kimi prinsiplərini özünə daxil edən konseptual əsasını qəbul etməsi.
Başqa sözlə desək bu funksiya şəxsiyyətin cəmiyyətin mənəvi dəyərlərini qəbul etməsi
kimi vacib aspektlə sıx bağlıdır.
3)
nstrumental - (praqmatik) şəxsiyyətin tələbləri, onun sosial və siyasi fəallığı
formaları, siyasi həyatda iştirakı, öz hüquqlarından istifadə imkanı, mürəkkəb sosial-
siyasi şəraitlərdə orientasiyası ilə bağlıdır.
Siyasi dəyərlərin və mədəniyyətin mənimsənilməsi üsul və formalarında mövcud
olan müxtəliflik siyasi sosiallaşmanın bir necə tipini fərqləndirməyə əsas verir.
45
“Siyasi sosiallaşma” anlayışı və ona təsir edən amillər
XIX-XX əsrlərdə iqtisadiyyat, elm-texnika və K V-in sürətlə inkişafı geniş əhali
kütləsinin siyasi həyata cəlb olunmasına və onların siyasi proseslərə təsir səviyyəsinin
yüksəlməsinə səbəb oldu ki, bu da öz növbəsində şəxsiyyət və siyasət probleminin ön
plana cəkilməsinə gətirib çıxardı.
nsanların sosial-siyasi fəallığı və məlumatlılığı səviyyəsinin yüksəlməsi, geniş
ə
hali kütləsinin siyasi sferaya axını, yeni siyasi davranış təçrübəsinin və kütləvi siyasi
ş
üurun formalaşması fərdin siyasi sferaya qoşulması probleminin nəzəri cəhətdən işlənib
hazırlanmasını tələb edirdi ki, bütün bunların nəticəsində politologiya elminin yeni bir
qolu, «siyasi sosiallaşma» nəzəriyyəsi meydana gəldi.
Siyasi sosiallaşma terminini açıqlamamışdan əvvəl «sosiallaşma nədir» sualına
cavab vermək lazımdır.
Geniş mənada, sosiallaşma tarixən qərarlaşmış ənənəvi və sosial cəhətdən şərt-
lənmiş amillər əsasında fərdin «ictimailəşdirilməsini» nəzərdə tutur. Politoloqlar bu
zaman aşağıdakı əsas şərtləri ayırırlar: 1. Tarixi prosesin maddi nətiçələri (burada insan
fəaliyyət subyekti kimi çıxış edir); 2. Əvvəlki sosial münasibətlər (burada insan
ə
laqələrin subyekti kimi çıxış edir); 3. ctimai şüur sistemi (burada insan sərvət orien-
tasiyalarını və müvafiq sosial birliyin məqsədlərini mənimsəyir).
Nisbətən dar mənada, sosiallaşma dedikdə, şəxsiyyətin sosial təşəkkülü və inkişafı,
onun siyasi şüuru və siyasi davranışının formalaşması prosesi başa düşülür. Onun
gedişində cəmiyyətin sosial, iqtisadi və siyasi şəraiti ilə fərdin qarşılıqlı təsiri baş verir, o
sosial struktura inteqrasiya olunur. Bu inteqrasiya koqnitiv (idraki), aksioloji (sərvət) və
davranış istiqamətlərində həyata keçirilir.
Siyasi sosiallaşma prosesinin xarakterinə, formalaşmasına və istiqamətinə
müxtəlif amillər; ailə, məktəb, gənclər təşkilatları, siyasi partiyalar, K V, siyasi
mədəniyyət, siyasi sistemdə mövcud olan siyasi rejim və s. təsir edir.
Ailə - Adətən daha davamlı siyasi dəyər, normalar ailədəki əhval-ruhiyyənin təsiri
nəticəsində formalaşır. Ailədə əldə edilmiş baxışlar və dəyərlər gələcəkdə əldə ediləcək
sosial təcrübə əsasında daha da möhkəmlənə və yaxud dəyişikliyə uğraya bilər. Ailə
həyatıyla bağlı bəzi amilləri nəzərdən keçirək:
-
fərdi ailə dəyərlərinin ötürülməsi;
-
şəxsiyyətin formalaşmasında və qeyri-siyasi xarakterli üstünlüklərin rolu;
-
ailə üzvlərinin sosial - iqtisadi, dini və siyasi münasibətlər qovşağına daxil
olmasına şərait yaratmaq.
Siyasi orientasiyanın sosial bazasında baş verən prinsipiallıq, dəyişikliklər, ailə
münasibəti modelində də dəyişikliklər edilməsini tələb edir. Ailə institutunun ictimai
rəyin və fərdi davranışın lazımi normaları ilə uzlaşdırıla bilməsi üçün belə islahatlar
vacib xarakter daşıyır.
Məktəb - ABŞ, Böyük Britaniya, Fransa, hətta keçmiş SSR məkanında cəmiy-
yətdə siyasi tərbiyə işi əsasən məktəbdə həyata keçirilir.
Təhsil proqramının siyasi aspektlərinin ümumi məqsədi vətəndaş tərbiyəsinin
müxtəlif metodları vasitəsilə vicdanlı vətəndaş formalaşdırmaqdan ibarətdir.
Gə nclə r təş kilatı - Adətən bu cür təşkilatlar siyasi dəyərlərin, norma və
informasiyaların əhalinin gənc təbəqəsi arasında geniş yayılmasına şərait yaradır
(dəyərlər - özünəhörmət, dinə hörmət, vətəndaşlıq borcu, ədəb-ərkan və s.).
Siyasi partiyalar - Siyasi partiyalar vətəndaşların siyasi bilik səviyyəsinin
artırılmasına geniş şərait yaradır.
K V - Siyasi sosiallaşma strukturunda fərdin şəxsiyyət kimi formalaşmasına geniş
təsir imkanına malik olan informasiya amilinə geniş yer verilir. Siyasi ədəbiyyatlarda
şə
xsiyyət və ona təsir edən xarici informasiya axını çox geniş öyrənilmiş və əsasən
fərdin şəxsiyyət kimi formalaşmasında kommunikasiya kanallarının müsbət rolu
qabardılmışdır. Lakin bununla yanaşı K V-in neqativ təsirini də nəzərdən qaçırmaq ol-
maz, çünki bu sosial-siyasi cəhətdən çox ləng inkişaf edən infantil şəxsiyyətin
yaranmasına gətirib çıxarır.
Siyasi mə də niyyə t - siyasi sosiallaşmanın mühüm əhəmiyyət kəsb edən
amillərindən biri də siyasi mədəniyyətdir. Çünki siyasi mədəniyyət nəsillər boyu
formalaşan siyasi ənənələri, siyasi praktikanın qüvvədə olan normalarını, ictimai-siyasi
təsisatların və s. qarşılıqlı münasibətlərinə aid olan ideyaları, konsepsiyaları və inamları,
insanların mövcud ictimai sistemə, onun təsisatlarına, orada mövcud olan «oyun
qaydalarına» münasibətini müəyyən edən prinsip və orientasiyaları əhatə edir.
46
“Milli məsələ” və “milli münasibətlər” anlayışlarının qarşılıqlı nisbəti
Milli münasibətlər sahəsində siyasətin mahiyyətini araşdırmazdan əvvəl ilk
növbədə «milli məsələ» və «milli münasibətlər» anlayışlarının mahiyyətinə varmaq
zəruridir.
Milli məsələ hər şeydən əvvəl milli bərabərsizlik münasibətləri, millətlərin
imtiyazlı və imtiyazsızlara, hakim və məzlumlara bölünməsi, iqtisadi və mədəni inkişaf
səviyyəsində bərabərsizlik və s. məsələsidir. Milli məsələ milli zəmində ədavət, çəkişmə,
düşmənçilik və şübhə məsələsidir. Milli məsələ millətlər və xalqlar arasında dövlətdaxili
və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b.
problemlərin məcmusudur. Cəmiyyət həyatının hər bir mərhələsində milli məsələ bu və
ya digər ölkənin konkret şəraitinə uyğun olaraq konkret məzmuna malik olur. Hər bir
dövrdə milli münasibətlər sistemində yeni problemlər irəli sürülür.
«Milli münasibətlər» anlayışı daha geniş məzmuna malik olub, özündə aşağıdakı
münasibətləri əhatə etdirir:
1.
millətdaxili münasibətlər;
2.
milli-etnik birliklərarası münasibətlər;
3.
millət və xalqların şəxsiyyətlərarası səviyyədə münasibətləri.
Məhz bu üç cəhət millət və xalqların qarşılıqlı münasibətləri sahəsində yaranmış olan
sosial əlaqələrin mahiyyətini tam əks etdirir. Millətlərarası münasibətlər əslində müxtəlif
millətlərə mənsub olan adamların əmək, ictimai-siyasi, ailə-məişət və asudə vaxtdakı
həyat formalarında yaranan qarşılıqlı münasibətlərini nəzərdə tutur.
47
Elita nəzəriyyələri və onların mahiyyəti
Müasir elita nəzəriyyələri 19-cu əsrin sonu - 20-ci əsrin əvvələrində meydana
gəlmişdir. Onların yaradılmasında italyan sosioloq və politoloqları V.Pareto, Q.Moska,
R.Mixels, ispan politoloqu X.Orteqa-i-Qasset xüsusi rol oynamışdır.
V.Pareto (1848-1923) elita təlimini «Ümumi sosiologiya haqqında traktat»
ə
sərində şərh etmişdir. O, yazırdı ki, bəzilərinin xoşuna gəlib-gəlməməyindən asılı
olmayaraq, insan cəmiyyəti yekcins deyil və fərdlər fiziki, əxlaqi və intellektual
cəhətdən bir-birindən fərqlənir. nsanların fərdi qabiliyyətlərindəki fərqlər cəmiyyətin
elitaya və kütlələrə bölünməsinin ilkin əsasını təşkil edir. Böyük nüfuza, var-dövlətə
malik olan insanlar cəmiyyətin elitasını təşkil edir.
Pareto bir-birini növbə ilə əvəz edən iki elita tipi göstərir. Makiavellinin
ifadələrini işlədərək bu elitalardan birini «pələng» tipi, digərini isə «tülkü» tipi
adlandırır.
Mühafizəkarlığa, gücə əsaslanan idarəçilik üsuluna üstünlük verən «pələng»
elitasının üstünlük təşkil etdiyi siyasi sistemlər bir qayda olaraq siyasi sabitliklə
səciyyələnir. «Tülkü» elitasının üstünlük təşkil etdiyi cəmiyyətlərdə isə, əksinə, siyasi
sistem dəyişikənliyi, yüksək dinamizmi ilə fərqlənir. Bu elitalardan hər hansı birinin
malik olduğu üstünlük vaxtaşırı öz əhəmiyyətini itirir və onun yeni elita ilə əvəz
olunması zərurəti bu elitaların mütəmadi olaraq bir-birini əvəz etməsi tələbini irəli sürür.
Q.Moska (1858-1941) da cəmiyyətin obyektiv surətdə hakim və idarə olunan
təbəqə kimi iki qeyri-bərabər hissəyə bölünməsi haqqında konsepsiya işləyib
hazırlamışdır. O, «Hakim sinif» adlı kitabında yazırdı: «Sivilizasiyaya yenicə
yaxınlaşmağa başlayan cəmiyyətlərdən tutmuş müasir qabaqcıl və qüdrətli dövlətlərə
qədər bütün cəmiyyətlərdə həmişə iki sinif mövcuddur: bunlardan biri idarə edir, digəri
isə idarə olunur. Həmişə sayca nisbətən az olan birinci sinif bütün siyasi funksiyaları
yerinə yetirir, hakimiyyəti inhisara alır və onun verdiyi imtiyazlardan istifadə edir, sayca
daha çox olan ikinci sinif isə birinci sinif tərəfindən idarə və nəzarət edilir. Həm də elə
üsulla idarə olunur ki, siyasi orqanizmin fəaliyyət göstərməsini təmin edir».
Siyasi elitanın formalaşması mexanizmini təhlil edərək, Moska belə bir nəticə
çıxarır ki, fərdin elita qrupuna daxil olmasının ən mühüm meyarı insanları idarə etmək
qabiliyyətidir. Təşkilatçılıq qabiliyyəti ilə yanaşı elita kütlədən özünün maddi, mənəvi
və intellektual keyfiyyətləri ilə də fərqlənir.
Moskanın təlimində siyasi sinif anlayışının tədqiqi geniş yer tutur. darə edənlər
qrupunun daxili birliyi və cəmiyyətin həyatında xüsusi mövqe tutması Moskaya onu
siyasi sinif adlandırmağa əsas verir.
Siyasi vəziyyətdən asılı olaraq hakimiyyətdə olan azlığın təşkilinin aristokratik
və demokratik (liberal) prinsiplərini fərqləndirir. Hakimiyyətdə olan sinif öz siyasi
mövqeyini ənənəvi olaraq möhkəmləndirmək, irsi keyfiyyətə çevirmək cəhdi
göstərdikdə cəmiyyətdə aristokratik meylin guclənməsi müşahidə edilir. Bu halda sosial
qruplar və təbəqələr arasında hakim mövqe uğrunda mübarizə kəskinləşir, siyasi
sistemin sabitliyinin pozulması təhlükəsi yaranır.
Elita nəzəriyyəsinin inkişafında R.Mixels (1876-1936) dərin iz buraxmışdır.
Elitarizmin meydana gəlməsi səbəbləri məsələsində Moska ilə əsas etibarilə
həmrəyliyini bildirən tədqiqatçı elitaların formalaşmasında insanların təşkilatçılıq
səriştəsini və cəmiyyətin siyasi təşkilinin xüsusiyyətlərini vurğulayır. Başqa sözlə,
elitanın mövcudluğunu cəmiyyətin təşkili strukturu tələb edir.
Elitarizm təlimininin inkişafında Mixelsin «oliqarxiya meyllərinin dəmir
qanunu» adlandırdığı postulatının böyük rolu olmuşdur. Onun mahiyyəti qısa şəkildə
belə ifadə oluna bilər: demokratiya özünü qoruyub saxlamaq və müəyyən sabitliyə nail
olmaq üçün xüsusi təşkilat yaratmağa möhtaçdır. Kütlələr böyük təşkilatlar üzərində
bilavasitə nəzarəti həyata keçirmək imkanlarına malik olmadığından, bu səlahiyyətinin
həyata keçirilməsini elitaya etibar etməyə məcburdur. Beləliklə, demokratiya mütləq
oliqarxiyaya çevrilir, çünki rəhbərliyin səmərəliliyini artırmaq məqsədilə xüsusi orqanlar
yaradan və ixtisaslaşan elita tədricən sadə üzvlərin nəzarətindən çıxır, onların mənafe və
tələbatından uzaqlaşır, siyasəti bilavasitə öz mənafeyinə tabe edir.
Mixelsin gəldiyi nəticə bundan ibarətdir ki, nə qədər demokratik olsa da, hər bir
təşkilata faktik olaraq oliqarxiya rəhbərlik edir.
48
Siyasi şüur və onun səviyyələri
Siyasi şüur – cəmiyyətin siniflərə parçalandığı və dövlətin yarandığı dövrdə
formalaşmağa başlamışdır. Siniflərin istehsala, hakimiyyətə, ictimai təşkilat və
təsisatlara, digər siniflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və
hisslər doğurur. Həmin ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Deməli,
siyasi şüur siniflərin, sosial təbəqələrin dövlət hakimiyyətinə münasibətləri əsasında
yaranan sosial-iqtisadi və ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və
təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudur. Həmin sosial-iqtisadi və sinfi
mənafelər əsasında xüsusi siyasi mənafelər formalaşır.
Siyasi şüurda ideya və baxışlarla əhval-ruhiyyə və hisslər vəhdət halında olur: adi
və nəzəri siyasi şüur səviyyələri də bir-birindən fərqlənir. Sinifli cəmiyyətlərdə hər sinfin
dövlət hakimiyyətinə xüsusi münasibəti olduğu üçün, hər sinfin siyasi mənafeyi, deməli,
siyasi şüuru da fərqli olur. Siyasi şüur siyasi fəaliyyətdə – dövlət sənədlərinin, sosial-
siyasi qanunların açıq müzakirəsində və seçkilərdə iştirak etmək, siyasi və sosial-iqtisadi
tələblərin irəli sürülməsi, parlament mübahisələri, dövlət çevrilişində, sosial inqlabda
iştirak və s. təzahür edir. Hər bir sinif və sosial təbəqə həmin fəaliyyətdə öz siyasi
mənafeyinə uyğun şəkildə iştirak edir və sosial-siyasi mövqe tutur, deməli, hadisələrə öz
siyasi baxışı formalaşır.
49
Dünya inkişafına dair müasir doktrinalar
Dünyada baş verən müsbət dəyişikliklərə, ideologiyasızlaşma proseslərinə
baxmayaraq bu gün də bəzi ideoloqlar liberal-islahatçı mövqelərindən radikal - nihilist
mövqelərə keçməkdə davam edirlər.
Nihilizm (lat. nihil – heç nə ) – ümumi qəbul edilmiş dəyərlərin: ideyaların, əxlaq
normalarının, mədəniyyətin, ictimai həyat formalarının inkar edilməsi deməkdir və
ictimai-tarixi inkişafın böhranlı dövrlərində xüsusilə geniş yayılır.
Bu özünü bəşər cəmiyyətinin və sivilizasiyasının gələcəyi barəsində bədbin
proqnozlarda göstərir. Həmin bədbin əhval-ruhiyyənin nümayəndələrindən biri Amerika
sosial filosofu və iqtisadçısı Robert Haylbronerdir. Onun əsərlərindəki ictimai inkişaf
konsepsiyası Qərb mətbuatında «ekoloji təfəkkürün ikinci nəsli» kimi qiymətləndirilir.
Haylbroner müasir ekoloji hərəkatın ideoloqu roluna can atır. Onun konsepsiyasının əsas
ideyası budur ki, dövrümüzün qlobal problemlərinin həllində təbiətlə qarşılıqlı əlaqədə
kapitalizmlə sosializm arasındakı əksliklər kənara qoyulmalıdır.
Haylbronerin liberal reformizmdən radikal nihilizm mövqelərinə keçməsi ilə
ə
laqədar onun iki müxtəlif «gələcəyin ssenarisi» vardır.
I. Liberal- reformist ssenaridə o, kapitalizmin məhv olacağını bildirir və oxucunu
da qabağcadan buna hazırlayır. II. Radikal- nihilist ssenaridə o, yetmişinci illərdə,
kapitalizmin məhvinə təəssüfləndiyini bildirir və onun əvəzinə «qeyri-kapitalist»
cəmiyyət konsepsiyasını irəli sürür.
I ssenari Haylbronerin «Amerika kapitalizminin həddi» kitabında şərh edilib. Bu
kitab yeni sollar hərəkatının inkişafı dövründə yazılıb. Əsərdə kapitalist sistemi tənqid
edilir və qeyd edilir ki, bu sistem nə elmi-texniki inqlab, nə də ümumdemokratik
tələblərə uyğun gəlmir.
ET və kapitalizm arasındakı konfliktdə, bir tərəfdə hakimiyyəti əldə saxlamağa
çalışan azlığın imtiyazları, digər tərəfdə isə cəmiyyətin radikal dəyişdirilməsini tələb
edən çoxluğunun mənafeyi durmuşdur.
50
deologiya ilə siyasətin qarşılıqlı əlaqəsi
deologiya ilə siyasətin qarşılıqlı münasibəti onların spesifik xüsusiyyətləri ilə
bağlıdır. Məhz bu xüsusiyyətlər xeyli dərəcədə onları bir - birinə yaxınlaşdırır. stər
ideologiya, istərsə də siyasət cəmiyyətin maddi, iqtisadi bazası üzərində, habelə mənəvi
və mədəni təməlləri əsasında yüksələrək tarixi və ictimai proseslərə qoşulur. deolgiya
da siyasət kimi universal xarakter daşıyır, yəni təfəkkürün, fəaliyyətin və davranışın ən
müxtəlif sahələrini əhatə edir, onların istiqamətini, məqsəd və vasitələrinri müəyyən
edir. Bu öz əksini «təfəkkür tərzi», «xüsusi maraqlar» və s. kimi anlayışlarda tapır.
deologiya həmçinin siyasətdə mərkəzi yerdə dəyanan məqsədlərin, konkret
vəzifələrin, imkanların, idealların müəyyən edilməsi prosesi ilə də bağlıdır. Məhz
ideologiya siyasətin qarşısına çatmalı olduğu ideallar sistemini qoyur. Bunun sayəsində
isə liberal, mühafizəkar, mütərəqqi, irticaçı və s. siyasət növləri meydana gəlir.
Siyasət və ideologiya ictimai şüurun və cəmiyyətin təşkili sisteminin daha fəal,
mütəhərrik elementləri kimi çıxış edirlər. Onlar təkcə cəmiyyətin bütün sferalarına
sirayət etməklə kifayətlənməyərək, həmçinin bir - birilə üzvü əlaqəyə girirlər. Qeyd
etmək lazımdır ki, siyasətin zəyifliyi, onun çatışmazlığı, siyasi ideyaların və qərərların
azlığı çox tezliklə və hökmən ideologiya ilə əvəz olunur. Xarici amillərin təsiri altında
(məsələn, başqa ölkədən təhlükə gəldikdə), yaxud daxili vəziyyət sabit xarakter
daşımadıqda ideologiya siyasəti sıxışdıraraq, onu öz təsiri altına alır.
Siyasət və ideologiya fikirlərin, proqramların, qərarların müxtəlifliyi və fəal
mübarizəsi ilə bağlıdır. Onlar hökmən hər hansı bir məsələyə müsbət yaxud mənfi
qiymət vermə məcburiyyəti qarşısında qalırlar. Məhz buna görə də onlar sağlara və
sollara, mürtəcelərə və mütərəqqilərə bölünürlər. Lakin, eyni zamanda istər siyasət,
istərsə də ideologiya kompromisə, qarşılıqlı qüzəştlərə getməyə meylli olurlar.
Dostları ilə paylaş: |