Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   13   14   15   16   17   18   19   20   21

Siyasi sistemlə siyasi mədəniyyət arasındakı əlaqə özünü onda göstərir ki, birincisi, 

müvafiq  siyasi  sistem  müəyyən  siyasi  mədəniyyətin  tarixini  özündə  əks  etdirir  və 

ikincisi,  tarixin  uzun  dövrləri  ərzində  siyasi  mədəniyyət  müvafiq  siyasi  sistemin 

modifikasiyası kimi çıxış edir. 

Siyasi  mədəniyyət  hakimiyyət  və  vətəndaş  arasındakı  qarşılıqlı  münasibətlərə  aid 

olan mövqelərin, sərvətlərin və davranış normalarının məcmusudur. Buna

 daxildir: 

-

  siyasəti, siyasi hadisələrə aid faktları bilmək və yaxud onlarla maraqlanmaq; 



-

  siyasi hadisələrin emosional tərəfi (məsələn, vətən məhəbbəti, düşmənə nifrət 

və s.); 

-

  müvafiq cəmiyyətdəki siyasi davranış nümunələrinin qəbul edilməsi.



7

 

Müasir  dövrdə  cəmiyyətin  demokratikləşdirilməsi  prosesində  mədəniyyətin  rolu 



getdikcə  daha  da  artmaqdadır.  Məhsuldar  qüvvələrin  inkişafı,  əmək  məhsuldarlığının 

artması,  adamların  ictimai-siyasi  və  əmək  fəallığının  yuksəlməsi,  demokratiyanın 

təkmilləşməsi  cəmiyyət  üzvlərinin    mədəni  səviyyəsindən  asılıdır.  Cəmiyyətin  inkişafı 

adamların  şüur  səviyyəsinin,  siyasi  mədəniyyətinin  yuksəlməsi,  mənəvi  aləminin 

zənginləşməsi ilə sıx surətdə bağlıdır. 

Hazırda  ölkəmizin  yeni  ictimai-siyasi  sistemə,  bazar  münasibətləri  və 

iqtisadiyyatına  keçdiyi  dövrdə  cəmiyyət  həyatının  çox  mürəkkəb  və  mühüm 

vəzifələrinin həllində siyasi mədəniyyətin rolu artmaqdadır. 

Adamların  şüurunun  və  sosial  münasibətlərin,  dövrünü  keçirmiş  iş  formaları  və 

metodlarının yeniləşdirilməsində siyasi mədəniyyətin xususilə böyük əhəmiyyəti vardır.  



 

44 

Siyasi sosiallaşma prosesinin əsas mərhələləri və funksiyaları 

Politoloji ədəbiyyatda siyasi sosiallaşmanın bir neçə mərhələsi fərqləndirilir:  

1)

  Siyasiləşmə,  yəni  siyasi  həyat  haqqında  ilkin  məlumatların  qavranılması    - 



(erkən  yaşlarda)  həmin  məlumatların  mənbəyi  valideynlər  və  onların  siyasi  proseslər 

haqqında rəyi və hadisələrə münasibətidir. 

2)

  Siyasətin  «fərdiləşdirilməsi»  -  hakimiyyətdə  olan  həlledici  fiqurlar  (pre-



zident,  liderlər,    baş  nazir  və  s.)  fərd  üçün  siyasi  sistemlə  əlaqə  yaratma  vasitəsinə 

cevrilir. 

3)

 

deallaşdırma  -  siyasi  fiqurun  ideallaşdırılması  və  bunun  əsasında  siyasi 



sistemə emosional münasibətin formalaşması. 

4)

  Təsisatlanma  -  siyasi  həyat  haqqında  müstəqil  təsəvvürlərin  formalaşması, 



qiymətləndirilməsi. 

5)

  Fərdin dərk edilmiş tələbatları, dəyərlər sistemi ilə siyasi normalar arasında 



qarşılıqlı əlaqənin formalaşması. 

Siyasi sosiallaşmanın aşağıdakı funksiyaları vardır: 

1)

 Şəxsiyyətin  siyasi  sistemin  demokratik  prinsipləri  əsasında  fəaliyyət 



göstərməsi. 

2)

 Dəyərlər orientasiyası - şəxsiyyətin siyasi sferanın ədalət, bərabərlik, azadlığın 



hüquqi qarantı və s. kimi prinsiplərini özünə daxil edən konseptual əsasını qəbul etməsi. 

Başqa sözlə desək bu funksiya şəxsiyyətin cəmiyyətin mənəvi dəyərlərini qəbul etməsi 

kimi vacib aspektlə sıx bağlıdır. 

3)

  nstrumental  -  (praqmatik)  şəxsiyyətin  tələbləri,  onun  sosial  və  siyasi  fəallığı 



formaları,  siyasi  həyatda  iştirakı,  öz  hüquqlarından  istifadə  imkanı,  mürəkkəb  sosial-

siyasi şəraitlərdə orientasiyası ilə bağlıdır. 

Siyasi  dəyərlərin  və  mədəniyyətin  mənimsənilməsi  üsul  və  formalarında  mövcud 

olan müxtəliflik siyasi sosiallaşmanın bir necə tipini fərqləndirməyə əsas verir. 



 

45 

“Siyasi sosiallaşma” anlayışı və ona təsir edən amillər 

XIX-XX  əsrlərdə  iqtisadiyyat,  elm-texnika  və  K V-in  sürətlə  inkişafı  geniş  əhali 

kütləsinin  siyasi  həyata  cəlb  olunmasına  və  onların  siyasi  proseslərə  təsir  səviyyəsinin 




yüksəlməsinə  səbəb  oldu  ki,  bu  da  öz  növbəsində  şəxsiyyət  və  siyasət  probleminin  ön 

plana cəkilməsinə gətirib çıxardı. 

nsanların  sosial-siyasi  fəallığı  və  məlumatlılığı  səviyyəsinin  yüksəlməsi,  geniş 

ə

hali  kütləsinin  siyasi  sferaya  axını,  yeni  siyasi  davranış  təçrübəsinin  və  kütləvi  siyasi 



ş

üurun formalaşması fərdin siyasi sferaya qoşulması probleminin nəzəri cəhətdən işlənib 

hazırlanmasını  tələb  edirdi  ki,  bütün  bunların  nəticəsində  politologiya  elminin  yeni  bir 

qolu, «siyasi sosiallaşma» nəzəriyyəsi meydana gəldi. 

Siyasi  sosiallaşma  terminini  açıqlamamışdan  əvvəl  «sosiallaşma  nədir»  sualına 

cavab vermək lazımdır. 

Geniş  mənada,  sosiallaşma  tarixən  qərarlaşmış  ənənəvi  və  sosial  cəhətdən  şərt-

lənmiş  amillər  əsasında  fərdin  «ictimailəşdirilməsini»  nəzərdə  tutur.  Politoloqlar  bu 

zaman aşağıdakı əsas şərtləri ayırırlar: 1. Tarixi prosesin maddi nətiçələri (burada insan 

fəaliyyət  subyekti  kimi  çıxış    edir);  2.  Əvvəlki  sosial  münasibətlər  (burada  insan 

ə

laqələrin  subyekti  kimi  çıxış  edir);  3.  ctimai  şüur  sistemi  (burada  insan  sərvət  orien-



tasiyalarını və müvafiq sosial birliyin məqsədlərini mənimsəyir). 

Nisbətən dar mənada, sosiallaşma dedikdə, şəxsiyyətin sosial təşəkkülü və inkişafı, 

onun  siyasi  şüuru  və  siyasi  davranışının  formalaşması  prosesi  başa  düşülür.  Onun 

gedişində cəmiyyətin sosial, iqtisadi və siyasi şəraiti ilə fərdin qarşılıqlı təsiri baş verir, o 

sosial struktura inteqrasiya olunur. Bu inteqrasiya koqnitiv (idraki), aksioloji (sərvət) və 

davranış istiqamətlərində həyata keçirilir. 

Siyasi  sosiallaşma  prosesinin    xarakterinə,    formalaşmasına  və  istiqamətinə 

müxtəlif  amillər;  ailə,  məktəb,  gənclər  təşkilatları,  siyasi  partiyalar,  K V,  siyasi 

mədəniyyət, siyasi sistemdə mövcud olan siyasi rejim  və s. təsir edir. 

Ailə - Adətən daha davamlı siyasi dəyər, normalar ailədəki əhval-ruhiyyənin təsiri 

nəticəsində formalaşır. Ailədə əldə edilmiş baxışlar və dəyərlər gələcəkdə əldə ediləcək 

sosial  təcrübə  əsasında  daha  da  möhkəmlənə  və  yaxud  dəyişikliyə  uğraya  bilər.  Ailə 

həyatıyla bağlı bəzi amilləri nəzərdən keçirək: 

-

  fərdi ailə dəyərlərinin ötürülməsi; 



-

  şəxsiyyətin formalaşmasında və qeyri-siyasi xarakterli üstünlüklərin rolu; 

-

  ailə  üzvlərinin  sosial  -  iqtisadi,  dini  və  siyasi  münasibətlər  qovşağına  daxil 



olmasına şərait yaratmaq. 

Siyasi  orientasiyanın  sosial  bazasında  baş  verən  prinsipiallıq,  dəyişikliklər,  ailə 

münasibəti  modelində  də  dəyişikliklər  edilməsini  tələb  edir.  Ailə  institutunun  ictimai 

rəyin  və  fərdi  davranışın  lazımi  normaları  ilə  uzlaşdırıla  bilməsi  üçün  belə  islahatlar 

vacib xarakter daşıyır. 

Məktəb  -  ABŞ,  Böyük  Britaniya,  Fransa,  hətta  keçmiş  SSR   məkanında  cəmiy-

yətdə siyasi tərbiyə işi əsasən məktəbdə həyata keçirilir. 

Təhsil  proqramının  siyasi  aspektlərinin  ümumi  məqsədi  vətəndaş  tərbiyəsinin 

müxtəlif metodları vasitəsilə vicdanlı vətəndaş formalaşdırmaqdan ibarətdir. 



Gənclər  təşkilatı  -  Adətən  bu  cür  təşkilatlar  siyasi  dəyərlərin,  norma  və 

informasiyaların  əhalinin  gənc  təbəqəsi  arasında  geniş  yayılmasına  şərait  yaradır 

(dəyərlər - özünəhörmət, dinə hörmət, vətəndaşlıq borcu, ədəb-ərkan və s.). 

Siyasi  partiyalar  -  Siyasi  partiyalar  vətəndaşların  siyasi  bilik  səviyyəsinin 

artırılmasına geniş şərait yaradır. 



K V Siyasi sosiallaşma strukturunda fərdin şəxsiyyət kimi formalaşmasına geniş 

təsir  imkanına    malik  olan  informasiya  amilinə  geniş  yer  verilir.  Siyasi  ədəbiyyatlarda 

şə

xsiyyət  və  ona  təsir  edən  xarici  informasiya  axını  çox  geniş  öyrənilmiş  və  əsasən 



fərdin  şəxsiyyət  kimi  formalaşmasında  kommunikasiya  kanallarının  müsbət  rolu 

qabardılmışdır.  Lakin bununla  yanaşı K V-in neqativ təsirini də nəzərdən  qaçırmaq ol-

maz,  çünki  bu  sosial-siyasi  cəhətdən  çox  ləng  inkişaf  edən  infantil  şəxsiyyətin 

yaranmasına gətirib çıxarır. 



Siyasi  mədəniyyət  -  siyasi  sosiallaşmanın  mühüm  əhəmiyyət  kəsb  edən 


amillərindən  biri  də  siyasi  mədəniyyətdir.  Çünki  siyasi  mədəniyyət  nəsillər  boyu 

formalaşan siyasi ənənələri, siyasi praktikanın qüvvədə olan normalarını, ictimai-siyasi 

təsisatların və s. qarşılıqlı münasibətlərinə aid olan ideyaları, konsepsiyaları və inamları, 

insanların  mövcud  ictimai  sistemə,  onun  təsisatlarına,  orada  mövcud  olan  «oyun 

qaydalarına» münasibətini müəyyən edən prinsip və orientasiyaları əhatə edir. 

 

46 

“Milli məsələ” və “milli münasibətlər” anlayışlarının qarşılıqlı nisbəti 

Milli  münasibətlər  sahəsində  siyasətin  mahiyyətini  araşdırmazdan  əvvəl  ilk 

növbədə  «milli  məsələ»  və  «milli  münasibətlər»  anlayışlarının  mahiyyətinə  varmaq         

zəruridir. 

Milli  məsələ  hər  şeydən  əvvəl  milli  bərabərsizlik  münasibətləri,  millətlərin 

imtiyazlı və imtiyazsızlara, hakim və məzlumlara bölünməsi, iqtisadi və mədəni inkişaf 

səviyyəsində bərabərsizlik və s. məsələsidir. Milli məsələ milli zəmində ədavət, çəkişmə, 

düşmənçilik və şübhə məsələsidir. Milli məsələ millətlər və xalqlar arasında dövlətdaxili 

və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b. 

problemlərin məcmusudur. Cəmiyyət həyatının hər bir mərhələsində milli məsələ bu və 

ya  digər  ölkənin  konkret  şəraitinə  uyğun  olaraq  konkret  məzmuna  malik  olur.  Hər  bir 

dövrdə milli münasibətlər sistemində yeni problemlər irəli sürülür. 

«Milli  münasibətlər»  anlayışı  daha  geniş  məzmuna  malik  olub,  özündə  aşağıdakı 

münasibətləri əhatə etdirir: 

1.

  millətdaxili münasibətlər; 



2.

  milli-etnik birliklərarası münasibətlər; 

3.

  millət və xalqların şəxsiyyətlərarası səviyyədə münasibətləri. 



Məhz bu üç cəhət millət və xalqların qarşılıqlı münasibətləri sahəsində yaranmış olan 

sosial əlaqələrin mahiyyətini tam əks etdirir. Millətlərarası münasibətlər əslində müxtəlif 

millətlərə mənsub olan adamların əmək, ictimai-siyasi, ailə-məişət və asudə vaxtdakı 

həyat formalarında yaranan qarşılıqlı münasibətlərini nəzərdə tutur.



 

47 

Elita nəzəriyyələri və onların mahiyyəti 

Müasir elita nəzəriyyələri 19-cu əsrin sonu - 20-ci əsrin  əvvələrində meydana 

gəlmişdir. Onların  yaradılmasında italyan sosioloq və politoloqları V.Pareto, Q.Moska, 

R.Mixels, ispan politoloqu X.Orteqa-i-Qasset xüsusi rol oynamışdır. 

V.Pareto  (1848-1923)  elita  təlimini  «Ümumi  sosiologiya  haqqında  traktat» 

ə

sərində  şərh  etmişdir.  O,  yazırdı  ki,  bəzilərinin  xoşuna  gəlib-gəlməməyindən  asılı 



olmayaraq,  insan  cəmiyyəti  yekcins  deyil  və  fərdlər  fiziki,  əxlaqi  və  intellektual 

cəhətdən  bir-birindən  fərqlənir.  nsanların  fərdi  qabiliyyətlərindəki  fərqlər  cəmiyyətin 

elitaya  və  kütlələrə  bölünməsinin  ilkin  əsasını  təşkil  edir.  Böyük  nüfuza,  var-dövlətə 

malik olan insanlar cəmiyyətin elitasını təşkil edir. 

Pareto  bir-birini  növbə  ilə  əvəz  edən  iki  elita  tipi    göstərir.  Makiavellinin 

ifadələrini  işlədərək  bu  elitalardan  birini  «pələng»  tipi,  digərini  isə  «tülkü»  tipi 

adlandırır. 

Mühafizəkarlığa,  gücə  əsaslanan  idarəçilik  üsuluna  üstünlük  verən  «pələng» 

elitasının  üstünlük  təşkil  etdiyi  siyasi  sistemlər  bir  qayda  olaraq  siyasi  sabitliklə  

səciyyələnir.  «Tülkü»  elitasının  üstünlük  təşkil  etdiyi  cəmiyyətlərdə  isə,  əksinə,  siyasi 

sistem  dəyişikənliyi,  yüksək  dinamizmi  ilə  fərqlənir.  Bu  elitalardan  hər  hansı  birinin 

malik  olduğu  üstünlük  vaxtaşırı  öz  əhəmiyyətini  itirir  və  onun  yeni  elita  ilə  əvəz 

olunması zərurəti bu elitaların mütəmadi olaraq bir-birini əvəz etməsi tələbini irəli sürür. 

Q.Moska  (1858-1941)  da  cəmiyyətin  obyektiv  surətdə  hakim  və  idarə  olunan 

təbəqə  kimi  iki  qeyri-bərabər  hissəyə  bölünməsi  haqqında  konsepsiya  işləyib 

hazırlamışdır.  O,  «Hakim  sinif»  adlı  kitabında  yazırdı:  «Sivilizasiyaya  yenicə 

yaxınlaşmağa  başlayan  cəmiyyətlərdən  tutmuş  müasir  qabaqcıl  və  qüdrətli  dövlətlərə 

qədər bütün cəmiyyətlərdə həmişə iki sinif mövcuddur: bunlardan biri idarə edir, digəri 

isə  idarə  olunur.  Həmişə  sayca  nisbətən  az  olan  birinci  sinif  bütün  siyasi  funksiyaları 



yerinə yetirir, hakimiyyəti inhisara alır və onun verdiyi imtiyazlardan istifadə edir, sayca 

daha çox olan ikinci sinif isə birinci sinif tərəfindən idarə və nəzarət edilir. Həm də elə 

üsulla idarə olunur ki, siyasi orqanizmin fəaliyyət göstərməsini təmin edir». 

Siyasi  elitanın  formalaşması  mexanizmini  təhlil  edərək,  Moska  belə  bir  nəticə 

çıxarır ki, fərdin elita qrupuna daxil olmasının ən mühüm meyarı insanları idarə etmək 

qabiliyyətidir.  Təşkilatçılıq  qabiliyyəti  ilə  yanaşı  elita  kütlədən  özünün  maddi,  mənəvi 

və intellektual keyfiyyətləri ilə də fərqlənir. 

Moskanın  təlimində  siyasi  sinif  anlayışının  tədqiqi  geniş  yer  tutur.  darə  edənlər 

qrupunun  daxili  birliyi  və  cəmiyyətin  həyatında  xüsusi  mövqe  tutması  Moskaya  onu 

siyasi sinif adlandırmağa əsas verir. 

Siyasi vəziyyətdən asılı olaraq hakimiyyətdə olan azlığın təşkilinin aristokratik 

və  demokratik  (liberal)  prinsiplərini    fərqləndirir.  Hakimiyyətdə  olan  sinif  öz  siyasi 

mövqeyini  ənənəvi  olaraq  möhkəmləndirmək,  irsi  keyfiyyətə  çevirmək  cəhdi 

göstərdikdə cəmiyyətdə aristokratik meylin guclənməsi müşahidə edilir. Bu halda sosial 

qruplar  və  təbəqələr  arasında  hakim  mövqe  uğrunda  mübarizə  kəskinləşir,  siyasi 

sistemin sabitliyinin pozulması təhlükəsi yaranır. 

Elita  nəzəriyyəsinin  inkişafında  R.Mixels  (1876-1936)  dərin  iz  buraxmışdır. 

Elitarizmin  meydana  gəlməsi  səbəbləri  məsələsində  Moska  ilə  əsas  etibarilə 

həmrəyliyini  bildirən  tədqiqatçı  elitaların  formalaşmasında  insanların  təşkilatçılıq 

səriştəsini  və  cəmiyyətin  siyasi  təşkilinin  xüsusiyyətlərini  vurğulayır.  Başqa  sözlə, 

elitanın mövcudluğunu cəmiyyətin təşkili strukturu tələb edir. 

Elitarizm  təlimininin  inkişafında  Mixelsin  «oliqarxiya  meyllərinin  dəmir 

qanunu»  adlandırdığı  postulatının  böyük  rolu  olmuşdur.  Onun  mahiyyəti  qısa  şəkildə 

belə ifadə oluna bilər: demokratiya özünü qoruyub saxlamaq və müəyyən sabitliyə nail 

olmaq  üçün  xüsusi  təşkilat  yaratmağa  möhtaçdır.  Kütlələr  böyük  təşkilatlar  üzərində 

bilavasitə nəzarəti həyata keçirmək  imkanlarına malik olmadığından, bu səlahiyyətinin 

həyata  keçirilməsini  elitaya  etibar  etməyə  məcburdur.  Beləliklə,  demokratiya  mütləq 

oliqarxiyaya çevrilir, çünki rəhbərliyin səmərəliliyini artırmaq məqsədilə xüsusi orqanlar 

yaradan və ixtisaslaşan elita tədricən sadə üzvlərin nəzarətindən çıxır, onların mənafe və 

tələbatından uzaqlaşır, siyasəti bilavasitə öz mənafeyinə tabe edir. 

Mixelsin  gəldiyi  nəticə  bundan  ibarətdir  ki,  nə  qədər  demokratik  olsa  da,  hər  bir 

təşkilata faktik olaraq oliqarxiya rəhbərlik edir. 



 

48 

Siyasi şüur və onun səviyyələri 

Siyasi  şüur  –  cəmiyyətin  siniflərə  parçalandığı  və  dövlətin  yarandığı  dövrdə 

formalaşmağa  başlamışdır.  Siniflərin  istehsala,  hakimiyyətə,  ictimai  təşkilat  və 

təsisatlara,  digər  siniflərə  olan  münasibətləri  müəyyən  siyasi  ideya,  baxış,  təsəvvür  və 

hisslər doğurur. Həmin ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Deməli, 

siyasi  şüur  siniflərin,  sosial  təbəqələrin  dövlət  hakimiyyətinə  münasibətləri  əsasında 

yaranan  sosial-iqtisadi  və  ictimai-siyasi  mövqe  və  mənafelərini  əks  etdirən  ideya  və 

təsəvvürlərin,  hiss  və  əhval-ruhiyyələrin  məcmusudur.  Həmin  sosial-iqtisadi  və  sinfi 

mənafelər əsasında xüsusi siyasi mənafelər formalaşır. 

Siyasi şüurda ideya və baxışlarla əhval-ruhiyyə və hisslər vəhdət halında olur: adi 

və nəzəri siyasi şüur səviyyələri də bir-birindən fərqlənir. Sinifli cəmiyyətlərdə hər sinfin 

dövlət hakimiyyətinə xüsusi münasibəti olduğu üçün, hər sinfin siyasi mənafeyi, deməli, 

siyasi  şüuru  da  fərqli  olur.  Siyasi  şüur  siyasi  fəaliyyətdə  –  dövlət  sənədlərinin,  sosial-

siyasi qanunların açıq müzakirəsində və seçkilərdə iştirak etmək, siyasi və sosial-iqtisadi 

tələblərin  irəli  sürülməsi,  parlament  mübahisələri,  dövlət  çevrilişində,  sosial  inqlabda 

iştirak  və  s.  təzahür  edir.  Hər  bir  sinif  və  sosial  təbəqə  həmin  fəaliyyətdə  öz  siyasi 

mənafeyinə uyğun şəkildə iştirak edir və sosial-siyasi mövqe tutur, deməli, hadisələrə öz 

siyasi baxışı formalaşır. 

 



49 

Dünya inkişafına dair müasir doktrinalar 

Dünyada  baş  verən  müsbət  dəyişikliklərə,  ideologiyasızlaşma  proseslərinə 

baxmayaraq bu  gün də  bəzi ideoloqlar liberal-islahatçı mövqelərindən radikal - nihilist 

mövqelərə keçməkdə davam edirlər. 

Nihilizm (lat. nihil – heç nə ) – ümumi qəbul edilmiş dəyərlərin: ideyaların, əxlaq 

normalarının,  mədəniyyətin,  ictimai  həyat  formalarının  inkar  edilməsi  deməkdir  və 

ictimai-tarixi inkişafın böhranlı dövrlərində xüsusilə geniş yayılır. 

Bu  özünü  bəşər  cəmiyyətinin  və  sivilizasiyasının  gələcəyi  barəsində  bədbin 

proqnozlarda göstərir. Həmin bədbin əhval-ruhiyyənin nümayəndələrindən biri Amerika 

sosial  filosofu  və  iqtisadçısı  Robert  Haylbronerdir.  Onun  əsərlərindəki  ictimai  inkişaf  

konsepsiyası  Qərb  mətbuatında  «ekoloji  təfəkkürün  ikinci  nəsli»  kimi  qiymətləndirilir. 

Haylbroner müasir ekoloji hərəkatın ideoloqu roluna can atır. Onun konsepsiyasının əsas 

ideyası  budur  ki,  dövrümüzün  qlobal  problemlərinin  həllində  təbiətlə  qarşılıqlı  əlaqədə 

kapitalizmlə sosializm arasındakı əksliklər kənara qoyulmalıdır. 

Haylbronerin  liberal  reformizmdən  radikal  nihilizm  mövqelərinə  keçməsi  ilə 

ə

laqədar onun iki müxtəlif «gələcəyin ssenarisi» vardır.  



I. Liberal- reformist ssenaridə o, kapitalizmin məhv olacağını bildirir və oxucunu 

da  qabağcadan  buna  hazırlayır.  II.  Radikal-  nihilist  ssenaridə  o,  yetmişinci  illərdə, 

kapitalizmin  məhvinə  təəssüfləndiyini  bildirir  və  onun  əvəzinə  «qeyri-kapitalist» 

cəmiyyət konsepsiyasını irəli sürür. 

I  ssenari  Haylbronerin  «Amerika  kapitalizminin  həddi»  kitabında  şərh  edilib.  Bu 

kitab  yeni  sollar  hərəkatının  inkişafı  dövründə  yazılıb.  Əsərdə  kapitalist  sistemi  tənqid 

edilir  və  qeyd  edilir  ki,  bu  sistem  nə  elmi-texniki  inqlab,  nə  də  ümumdemokratik 

tələblərə uyğun gəlmir. 

ET   və  kapitalizm  arasındakı  konfliktdə,  bir  tərəfdə  hakimiyyəti  əldə  saxlamağa 

çalışan    azlığın  imtiyazları,  digər  tərəfdə  isə  cəmiyyətin  radikal  dəyişdirilməsini  tələb 

edən çoxluğunun mənafeyi durmuşdur.

 

50 

deologiya ilə siyasətin qarşılıqlı əlaqəsi 

deologiya  ilə  siyasətin  qarşılıqlı  münasibəti  onların  spesifik  xüsusiyyətləri  ilə 

bağlıdır.  Məhz  bu  xüsusiyyətlər  xeyli  dərəcədə  onları  bir  -  birinə  yaxınlaşdırır.  stər 

ideologiya, istərsə də siyasət cəmiyyətin maddi, iqtisadi bazası üzərində, habelə mənəvi 

və  mədəni  təməlləri  əsasında  yüksələrək  tarixi  və  ictimai  proseslərə  qoşulur.  deolgiya 

da siyasət kimi universal xarakter daşıyır, yəni təfəkkürün, fəaliyyətin və davranışın ən 

müxtəlif  sahələrini  əhatə  edir,  onların  istiqamətini,  məqsəd  və  vasitələrinri  müəyyən 

edir. Bu öz əksini «təfəkkür tərzi», «xüsusi maraqlar» və s. kimi anlayışlarda tapır.  

deologiya  həmçinin  siyasətdə  mərkəzi  yerdə  dəyanan  məqsədlərin,  konkret 

vəzifələrin,  imkanların,  idealların  müəyyən  edilməsi  prosesi  ilə  də  bağlıdır.  Məhz 

ideologiya siyasətin qarşısına çatmalı olduğu ideallar sistemini qoyur. Bunun sayəsində 

isə liberal, mühafizəkar, mütərəqqi, irticaçı və s. siyasət növləri meydana gəlir. 

Siyasət  və  ideologiya  ictimai  şüurun  və  cəmiyyətin  təşkili  sisteminin  daha  fəal, 

mütəhərrik  elementləri  kimi  çıxış  edirlər.  Onlar  təkcə  cəmiyyətin  bütün  sferalarına 

sirayət  etməklə  kifayətlənməyərək,  həmçinin  bir  -  birilə    üzvü  əlaqəyə  girirlər.  Qeyd 

etmək  lazımdır  ki,  siyasətin  zəyifliyi,  onun  çatışmazlığı,  siyasi  ideyaların  və  qərərların 

azlığı çox tezliklə və hökmən ideologiya ilə əvəz olunur. Xarici amillərin təsiri altında 

(məsələn,  başqa  ölkədən  təhlükə  gəldikdə),  yaxud  daxili  vəziyyət  sabit  xarakter 

daşımadıqda ideologiya siyasəti sıxışdıraraq, onu öz təsiri altına alır.  

Siyasət  və  ideologiya  fikirlərin,  proqramların,  qərarların    müxtəlifliyi  və  fəal 

mübarizəsi  ilə  bağlıdır.  Onlar  hökmən    hər  hansı  bir  məsələyə  müsbət    yaxud  mənfi 

qiymət  vermə  məcburiyyəti  qarşısında  qalırlar.  Məhz  buna  görə  də  onlar  sağlara  və 

sollara,  mürtəcelərə  və  mütərəqqilərə  bölünürlər.    Lakin,  eyni  zamanda  istər  siyasət, 

istərsə də ideologiya kompromisə, qarşılıqlı qüzəştlərə getməyə meylli olurlar. 



 


 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə