Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   13   14   15   16   17   18   19   20   21

malikdirlər.  Bu  özünü  yeni  liberalizm,  yeni  mühafizakarlıq,  sosial  –  demokratiya  kimi 

cərəyanlarda əks etdirir. 



Liberalizm

 (latın dilindən tərcümədə  «azadlığa aid olan»,  «azad insana xas olan» 

deməkdir)  özünü  hələ  qədim  yunan  filosofları  Lukretsinin,  Demokritin  əsərlərində 

büruzə versə də onun cərəyan şəklinə düşməsi XVII-XVIII əsrlərin burjua inqilabları ilə 

bağlıdır. Xüsusən ingilis maarifçiləri Lokkun, Hobbsun və Smitin liberalizmin meydana 

gəlməsində  xüsusi  rolu  olmuşdur.  Liberalizm  cərəyanın  əsasında  duran  əsas  məsələ 

dövlətin sosial - iqtisadi roluna münasibət bildirilməsidir. Bu münasibət bütün hallarda 

şə

xsiyyətin  hüquqları,  azadlığı,  azad  rəqabət,  xüsusi  mülkiyyətçilik    və  s.  məsələlərlə 



bağlıdır.  Buna  görə  də  liberalizmin  başlıca  prinsipləri  vətəndaşların  hüquq  bərabərliyi, 

sosial,  siyasi,  dini,  peşə  qruplarının  bir-birindən  üstün  olmaması,  dövlətin  içtimai 

müqaviləyə əsaslanmasıdır.  

XX  əsrin  ikinci  yarısından  etibarən  meydana  gələn  yeni  liberalizm    cərəyanı  öz 

qarşısına  demokratiya,  azad  rəqabət,  şəxsiyyətin  hüquq  və  azadlıqları  kimi  sərvətlərin 

qorunması və inkişaf etdirilməsini qoydu. Yeni liberalizm həmçinin siyasi baxışlarda da 

dərin dəyişikliklər meydana gətirdi. Belə ki, müasir demokratiyanın əsas anlayışları olan 

siyasi iştirakçılıq, demokratik elita nəzəriyyələri liberalizm prinsiplərinə əsaslanır.  

Siyasi  ideologiya  kimi  liberalizm  müasir  dünyanın  siyasi  fikrinin  inkişafında 

mühüm rol oynayır. Liberalizm ideyaları əsasında və onun ardıcılları tərəfindən bir sıra 

nəzəriyyələr  və  cərəyanlar  meydana  gəlmişdir.  Dünyanın  ictimai  -  siyasi  proseslərinin 

təhlilinə  və  gələcək  inkişaf  prespektivlərinə  həsr  edilmiş  «sosial  qlobalizm», 

«konvergensiya», «informasiya cəmiyyəti» və s. doktrinalar buna misal ola bilər.  

Mühafizəkarlıq    (Konsrvatizm  latın  dilindən  tərcümədə  «mühafizə  etmək», 

«qoruyub saxlamaq» mənasını bildirir) müasir dünyanın sosial - siyasi inkişafına güclü 

təsir  göstərən  siyasi  ideologiyadır.  Bu  ideologiyanı  səciyyələndirən  əsas  cəhət  dövlətin 

və  ictimai  həyatın  tarixən  qərarlaşdırmış  olan  formalarının  qorunub  saxlanmasına 

yönəlmiş  olan  mənəvi  -  hüquqi  sərvətlərə  üstünlük  verməsidir.  Bu  termini  ilk  dəfə 

fransız  yazıçısı  Şatobrian  irəli  sürmüşdür.  Böyük  Fransa  burjua  inqilabından  sonra 

keçmiş  feodal  -  zadəgan  qaydalarını  ideallaşdıran  və    müdafiə  edən  qruplar  meydana 

gəlmişdir. Həmin əhval - ruhiyyəni əks etdirən ideologiyalar məhz Şatobrian tərəfindən 

mühafizəkarlıq kimi formulə edilmişdir. Cəmiyyəti köklü surətdə yenidən qurmağı tələb 

edən liberalist ideologiyadan fərqli olaraq E.Berk, L.de Bonald, J.de Mestr və başqaları 

mövcud  qaydaları  qoruyub  saxlamaq  məqsədi  güdən    mühafizakarlıq  ideologiyasının 

nəzəri  əsaslarını  işləyib  hazırladılar.  Siyasi  ideologiya  kimi  mühafizakarlığın  əsasında 

Berkin 1790-ci ildə nəşr olunmuş  «Fransa inqilabi haqqında düşüncələr» əsəri dayanır. 

Bu  əsərində  o  cəmiyyətin  ictimai  əsaslarının  dəyişdirilməsi  cəhdlərinin  ictimai  inkişaf 

qanunauyğunluqlarına zidd olması fikrini irəli sürür.  

Alman  alimi  Manheym  köhnə  qaydaların  qorunub  saxlanmasına  yönəlmiş  olan 

baxışları  ənənəvilik,  bu  baxışları  qoruyan  nəzəriyyəni  isə  təbii  mühafizakarlıq  

adlandırır.  Siyasi  –  ideoloji  cərəyan  kimi  mühafizakarlıq  məhz  ənənəvilik,  təbii 

mühafizakarlıq  prinsipləri  üzərində  təşəkkül  tapır.  Lakin  qeyd  etmək  lazımdır  ki, 

mühafizakarlıq yalnız əvvəlki qaydaları qoruyub saxlamaq meyllərini xarakterizə etmir. 

Bu  qaydalara  ehkamçı  –  qoruyucu  münasibət  zəmnində  mühafizakarlığın  siyasi 

konsepsiyası  və  dəyərlər  sistemi  formalaşmışdır.  Mühafizakarlığın  siyasi  konsepsiyası 

dövlətin ali prinsiplərinin insanlar tərəfindən tez-tez dəyişdirilməsini yol verilməz hesab 

edir.  Bundan  əlavə  dövlətin  fəaliyyətində  qanunun  hökmranlığının  və  mənəvi 

məsuliyyətin  zəruriyyətinə  əsaslanmaqla  mühafizakarlıq  eqalitarizm  prinsiplərini,  yəni 

səmərəli dövlət idarəçiliyi kimi demokratiyanı şübhə altına alır.  

deya  -  siyasi  konsepsiya  kimi  mühafizakarlığın  əsasında  güclü  dövlət  ideyası 

dayanır.  Bu  cərəyana  görə  ictimai  həyatın  bütün  sahələrində  vəziyyətin  normal  olması 

dövlətin  tənzimedici  funksiyasından  asılıdır.  Buna  görə  də  demokratiya  və  azadlıq 

şə

xsiyyətin  sosial  mövcudluğunun  təzahürü  deyil,  onun  dövlətə  itaətinin  təzahür 




formalarıdır.  Lakin  mühfizakarlar  qatı  ənənəviçiliyin  problemlərinin  həll  edilməsi 

yolunda  gücsüz  olduğunu  görərək  öz  baxışlarında  müəyyən  dəyişikliklər  aparmağa 

məcbur  oldular.  Bu  dəyişikliklər  mühfizakarlığın  daxilində  liberal  əhval  -  ruhiyyənin 

artmasına  və  son  nəticədə  yeni  mühafizakarlıq  cərəyanın  meydana  gəlməsinə  səbəb 

oldu. 

XIX  əsrin  ortalarından  etibarən  Avropa  ölkələrində  meydana  gəlib  formalaşan 



sosialist  ideologiyası  XX  əsrin  sonlarına  qədər  bütün  dünyada  özünə  çoxlu  sayda 

tərəfdarlar  toplamağa  müvəffəq  olmuşdu.  Soialist  ideologiyası  öz  mənşəyini  T.Morun, 

T.Kampanellanın  utopik  baxışlarından,  J.J.Russonun  eqalitarist  ideyalarından,  A.Sen-

Simonun,  Ş.Furyenin,  R.Ouenin  əsərlərindən  götürür.  Ədalətli  cəmiyyət  haqqında 

baxışların  sintezi  kimi  çıxış  edən  sosialist  ideologiyası  özündə  iki  əsas  cərəyanı 

birləşdirir: elmi sosializm və sosial demokratiya.  

Elmi  sosializm  cərəyanının  əsası  XIX  əsrin  40-50-ci  illərindən  etibarən  K.Marks 

və  F.Engels  tərəfindən  qoyulmuşdur.  Onların  çoxlu  sayda  ardıcılları  tərəfindən 

təkmilləşdirilən  bu  ideologiya  XX  əsrin  əvvəllərində  inkişaf  etmiş  ölkələrin 

ə

ksəriyyətində,  xüsusən  də  Qərbi  Avropada  özünə  böyük  sayda  tərəfdarlar  toplamağa 



müvəffəq olmuşdu. Bunun məntiqi nəticəsi olaraq, 1917-ci ildə Rusiyada, 1945-ci ildən 

sonra  isə  bir  sıra    Şərqi  Avropa  və  Asiya  ölkələrində,  Kubada  sosialist  tipli  dövlətlər 

meydana gəldi. 

Siyasi  cərəyan  kimi  marksizmə  qarşı  mübarizə  aparan  K.Kautskinin,  A.Bebelin, 

E.Bernşteynin  baxışları  soialist  ideologiyası  daxilində  yeni  bir  cərəyanın  –  sosial  - 

demokratiyanın  əsasını  qoydu.  Soial  -  demokratiya  tərəfdarları  marksistlərdən  fərqli 

olaraq,  əsas  dəyərlər  kimi  üstünlüyü  sosial  barışığa,  sülhə  və  əməkdaşlığa  verirlər.  Bu 

cərəyan  bütünlükdə  əsas  diqqəti  fərdlərin  azadlıq  və  təşəbbüskalığının  inkişaf 

etdirilməsinə,  bu  əsasda  isə  ədalətli  cəmiyyət  qurulmasına  yönəldir.  Cəmiyyətin 

dəyişdirilməsində  əsas  yolu  inqilab  hesab  edən  marksistlərdən  fərqli  olaraq,  sosial  – 

demokratlar yeganə məqbul yol kimi sosial islahatları qəbul edirlər. E.Bernşteynin «Son 

məqsəd  heç  nədir,  hərəkət  isə  hər  şeydir  «fikri  sosial  demokratiyanın  təkamulçülük 

ideologiyasını  çox  dolğun  əks  etdirir.  Marksitlərin  sinfi  mübarizə  ideologiyasına  qarşı 

sosial demokratlar «sosial partnyorluq» ideyasını irəli sürürlər.

 

39 

Milli siyasət, onun məzmunu və xarakteri 

Millətlərarası  münasibətlərin  düzgün  qurulması,  həm  çoxsaylı,  həm  də  azsaylı 

xalqların  sosial-iqtisadi  və  mədəni  problemlərinin  obyektiv  surətdə  həll  edilməsi 

problemi  bütün  çoxmillətli  dövlətlərin,  o  cümlədən  Azərbaycanın  da  siyasi  həyatında 

çox mühüm yerlərdən birini tutur. 

Millətlərarası  münasibətlər  ictimai  münasibətlərin  çox  mürəkkəb  spesifik 

formalarından  biri  olub  iqtisadi,  siyasi  və  mənəvi  münasibətlərin  ayrılmaz  tərəfi  kimi 

təzahür  edir,  eyni  zamanda  onların  təsirinə  məruz  qalır.  Buna  görə  də  millətlərin  və 

xalqların qarşılıqlı əlaqələrinin bütün aspektləri mahiyyətcə siyasi xarakter daşıyır. 

Milli  münasibətlər  sahəsində  siyasətin  mahiyyətini  araşdırmazdan  əvvəl  ilk 

növbədə  «milli  məsələ»  və  «milli  münasibətlər»  anlayışlarının  mahiyyətinə  varmaq         

zəruridir. 

Milli  məsələ  hər  şeydən  əvvəl  milli  bərabərsizlik  münasibətləri,  millətlərin 

imtiyazlı və imtiyazsızlara, hakim və məzlumlara bölünməsi, iqtisadi və mədəni inkişaf 

səviyyəsində bərabərsizlik və s. məsələsidir. Milli məsələ milli zəmində ədavət, çəkişmə, 

düşmənçilik və şübhə məsələsidir. Milli məsələ millətlər və xalqlar arasında dövlətdaxili 

və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b. 

problemlərin məcmusudur. Cəmiyyət həyatının hər bir mərhələsində milli məsələ bu və 

ya  digər  ölkənin  konkret  şəraitinə  uyğun  olaraq  konkret  məzmuna  malik  olur.  Hər  bir 

dövrdə milli münasibətlər sistemində yeni problemlər irəli sürülür. 



 

40 

Siyasi mədəniyyətin funksiyaları  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə