Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   13   14   15   16   17   18   19   20   21

daşıyan hakimiyyət yalnız dövlətə mənsubdur.

 

4.



 

Ümumilik  –  dövlət  hakimiyyəti  onun  ərazisində  yaşayan  bütün  adamlara 

aiddir.

 

5.



 

Hüquq  –  dövlət  onun  müəyyən  etdiyi  hüquq  qaydaları  və  normaları 

çərçivəsində fəaliyyət göstərir.

 

6.



 

Ə

halidən vergi və mükələfiyyətlər toplamaq hüququ.



 

 

35 

“Siyasi hakimiyyət” anlayışının mahiyyəti və məzmunu 

«Hakimiyyət»  anlayışı  çoxmənalı  xarakterə  malikdir.  Təbiətşünaslar  təbiət 

qüvvələri 

üzərində 

hakimiyyətdən, 

filosoflar 

obyektiv 

ictimai 


qanunların 

hakimiyyətindən,  hüquqşünaslar  dövlət  hakimiyyətindən,  psixoloqlar  insanın  öz 

üzərində hakimiyyətdən və s. danışırlar. Siyasət isə öz əksini siyasi hakimiyyətdə tapır. 

Siyasi  hakimiyyətin  ələ  alınması  və  onun  qorunub  saxlanması  üğründa  mübarizə  

cəmiyyətin    siyasi  həyatının  əsas    aspektlərindən  birini  təşkil  edir.  Hakimiyyət  ictimai 

ə

məyin  təşkili,  habelə    cəmiyyətdə  insanlararası    birgə  yaşayışla  bağlı  digər    qarşılıqlı  



münasibətləri  tənzim  etmək  üçün  zəruridir.  Məhz  bunu  nəzərdə  tutaraq  qədim  yunan 

filosofu  Aristotel  göstərirdi    ki,  «hakimiyyətin  məqsədi  cəmiyyətin  bütövlüyünü    və 

birliyini  təmin  etməkdir».  Ən  qədim  dövrlərdən    başlayaraq    filosoflar  hakimiyyət 

fenomeninin  mahiyyətini  açmağa  cəhd  göstərmişlər.  Aristotel,  Platon,  Makiavelli, 

Hobbs,  Lokk,  Kant  və  s.  görkəmli  mütəfəkkirlər  hakimiyyət  anlayışına  müxtəlif 

aspektlərdən  yanaşaraq  onun  mahiyyətinə  varmağa  çalışmışlar.  Orta  əsrlərin  görkəmli  

ilahiyyatçısı    və  filosofu,  tomizm  cərəyanının  banisi  Foma  Akvinalı(1226-1274) 

«Hökmdarların  idarə  üsulu»  adlı  əsərində  hakimiyyəti  allahın    yaratdığı  qayda  hesab 

edərək  onun  mahiyyətini  ağalıq  və  tabeçilik  münasibətləri  kimi  qiymətləndirirdi.  Bu 

fikri inkişaf etdirən H.Morgentaunun qənaətinə görə «hakimiyyət   hər hansı bir insanın 

digər insanların şüuru və hərəkətləri üzərində nəzarətidir». Bu fikrə  şərik çıxan P.Blau 

hesab edir ki,  hakimiyyət ayrıca bir fərdin və ya qrupun başqaları üzərində öz iradəsini 

həyata keçirməsidir. 

Yuxarıda  deyinlənlərdən  belə  bir  nəticə  hasil  olur  ki,  ağalıq  və  tabeçilik 

münasibətlərinin  təzahür  etdiyi,  qanunlar  və  normaların  məcmusu  ilə    hər  iki  tərəfin 

davranışı    şərtləndirilmiş  olduğu  halda    hakimiyyətdən  danışmaq  olar.  Çünki  məhz  

həmin  qanunlar  və  normalar  müəyyən  edirlər  ki,  əmri  verən  şəxsin  əmrin  aid  olduğu 

şə

xsdən  tabe    olmağı  tələb  etmək  hüququ    vardır.  Müasir    amerikan  politoloqu    və 



iqtisadcısı,  idarəetmə  nəzəriyyəsinin  yaradıcılarından  biri  olan  H.Saymon  hakimiyyəti 

aşağıdakı kimi səciyyələndirir: A  -  B üzərində   o vaxt hakimiyyətə  malik olur ki, A – 

B –nin davranışının  şərtləndirsin. Deməli, hakimiyyət nufuz, hüquq və ya güc vasitəsi 

ilə adamların fəaliyyətinə və davranışına  müəyyən təsir göstərmək qabiliyyəti və imkanı 

deməkdir. 

 

36 

Milli münasibətlər siyasətin obyekti kimi 

Millətlərarası  münasibətlərin  düzgün  qurulması,  həm  çoxsaylı,  həm  də  azsaylı 

xalqların  sosial-iqtisadi  və  mədəni  problemlərinin  obyektiv  surətdə  həll  edilməsi 

problemi  bütün  çoxmillətli  dövlətlərin,  o  cümlədən  Azərbaycanın  da  siyasi  həyatında 

çox mühüm yerlərdən birini tutur. 

Millətlərarası  münasibətlər  ictimai  münasibətlərin  çox  mürəkkəb  spesifik 

formalarından  biri  olub  iqtisadi,  siyasi  və  mənəvi  münasibətlərin  ayrılmaz  tərəfi  kimi 

təzahür  edir,  eyni  zamanda  onların  təsirinə  məruz  qalır.  Buna  görə  də  millətlərin  və 

xalqların qarşılıqlı əlaqələrinin bütün aspektləri mahiyyətcə siyasi xarakter daşıyır. 

Milli  münasibətlər  sahəsində  siyasətin  mahiyyətini  araşdırmazdan  əvvəl  ilk 

növbədə  «milli  məsələ»  və  «milli  münasibətlər»  anlayışlarının  mahiyyətinə  varmaq         

zəruridir. 

Milli  məsələ  hər  şeydən  əvvəl  milli  bərabərsizlik  münasibətləri,  millətlərin 



imtiyazlı və imtiyazsızlara, hakim və məzlumlara bölünməsi, iqtisadi və mədəni inkişaf 

səviyyəsində bərabərsizlik və s. məsələsidir. Milli məsələ milli zəmində ədavət, çəkişmə, 

düşmənçilik və şübhə məsələsidir. Milli məsələ millətlər və xalqlar arasında dövlətdaxili 

və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b. 

problemlərin məcmusudur. Cəmiyyət həyatının hər bir mərhələsində milli məsələ bu və 

ya  digər  ölkənin  konkret  şəraitinə  uyğun  olaraq  konkret  məzmuna  malik  olur.  Hər  bir 

dövrdə milli münasibətlər sistemində yeni problemlər irəli sürülür. 

«Milli  münasibətlər»  anlayışı  daha  geniş  məzmuna  malik  olub,  özündə  aşağıdakı 

münasibətləri əhatə etdirir: 

1.

  millətdaxili münasibətlər; 



2.

  milli-etnik birliklərarası münasibətlər; 

3.

  millət və xalqların şəxsiyyətlərarası səviyyədə münasibətləri. 



Məhz bu üç cəhət millət və xalqların qarşılıqlı münasibətləri sahəsində yaranmış olan 

sosial əlaqələrin mahiyyətini tam əks etdirir. Millətlərarası münasibətlər əslində müxtəlif 

millətlərə mənsub olan adamların əmək, ictimai-siyasi, ailə-məişət və asudə vaxtdakı 

həyat formalarında yaranan qarşılıqlı münasibətlərini nəzərdə tutur. Milli münasibətlər 

sistemində siyasi aspektin aparıcı rolu hər şeydən əvvəl millətin formalaşması və onun 

inkişafının mühüm amili olan dövlətin əhəmiyyəti, milli və sosial-siyasi proseslərin 

daxili əlaqəsi ilə şərtlənir. Milli münasibətlərin milli özünütəyinetmə, milli və 

beynəlmiləl mənafelərin əlaqələndirilməsi, millətlərin hüquq bərəbərliyi, milli dillərin və 

mədəniyyətlərin inkişafı üçün şəraitin yaradılması, milli kadrların hazırlanması və 

hakimiyyət strukturlarında onların təmsil edilməsi və s. kimi məsələlər bilavasitə siyasət 

sferasına aiddir.

 

37 

Sezarçı, marksist və sosioloji ideologiyaların mahiyyəti 

deologiya haqqında mövcud olan  çoxlu sayda fikirləri ümumiləşdirmək  əsasında 

fransız politoloqu O.Rebul onları aşağıdakı kimi qruplaşdırır: 

1.

 

Sezarçı  ideologiya  sisteminə  görə  mövcud  cəmiyyətin  sosial 



münasibətlərinin tənqidinə və dəyişdirilməsinə  yönəlmiş olan fikirlərin 

məcmusu ideologiyadır.  

2.

 

Marksist  ideologiyası  isə  əksinə  hesab  edir  ki,  mövcud  cəmiyyətin 



sosial  əsaslarını  qoruyub  saxlamağa  yönəlmiş  olan  baxışların 

məcmusunu ideologiya adlandırmaq olar. 

3.

 

Kollektiv  inam  və  düşüncə  səviyyəsinə  yüksəlmiş  olan  fikir  və 



ideyaların  məcmusunu    ideologiya  hesab  edən  sosioloji  cərəyanın  

fərqləndirici  xüsusiyyəti budur ki, ideologiyanı təsvir etdiyi gerçəkliyə 

uyğun hesab etmir. 

Elmi  ədəbiyyatda  ideologiya  anlayışına  verilən  çoxlu  sayda  təriflər  içərisində 

diqqəti daha çox aşağıdaki variant cəlb edir:  deologiya bu və ya digər ictimai qrupun 

hakimiyyətə  və  ondan  istifadəyə  olan  iddialarına  haqq  qazandıran  və  buna  uyğun 

olaraq ictimai rəyi öz ideyalarına tabe etdirməyə çalışan doktrinadır. 

 

38 

Müasir dövrün başlıca ideoloji nəzəriyyələri və cərəyanları 

Cəmiyyətin  siyasi  həyatının  müasir  dövr  üçün  xarakterik  olan  mühüm 

ə

lamətlərindən  biri  ideoloji  nəzəriyyələrin  və  cərəyanların  böyük  rəngarəngliyə  malik 



olmasıdır.  Bu  isə  təbiidir,  çünki  siyasi  həyatda  özünü  biruzə  verən  plyuralizm  birinci 

növbədə ideoloji əsaslarla bağlıdır. Cəmiyyətdə mövcud olan çoxlu sayda sosial qrup və 

təbəqələrin  mənafeləri  öz  əksini  ideologiyaların  müxtəlifliyində  tapır.  Bununla    yanaşı 

regional və bəşəri miqyasda özünü biruzə verən ideallar da çox vaxt üst – üstə düşmür.  

Lakin  qeyd  etmək  lazımdır  ki,  hazırda  dünyanın  siyasi  mənzərəsini  əks  etdirən 

ideoloji  cərəyanlar  dərin  tarixi  köklərə  malikdirlər.  Bu  cərəyanlar  liberalizm, 

mühafizəkarlıq  və  sosialist  ideologiyalarından  ibarətdir.  Həmin  cərəyanların  hər  biri 

tarixi  mənşəyə  malik  olmaqla  yanaşı  eyni  zamanda  yeni  təzahür  xüsusiyyətlərinə  də 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə