Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   13   14   15   16   17   18   19   20   21

27 

Sosial siyasətdə sosial ədalət anlayışının rolu 

Sosial  ədalət  –  insanların,  sinif  və  sosial  qrupların  cəmiyyətin  maddi  və  mənəvi 

inkişaf  səviyyəsilə  obyektiv  surətdə  şərtlənən  həyat  şəraitində  bərabərsizlik  ölçüsüdür. 

Sosial  ədalət  anlayışına  xalqın  hakimiyyətdə  iştirakı,  bütün  vətəndaşların  qanun 

qarşısında bərabərliyi, millətlərin faktiki bərabərliyi, şəxsiyyətə hörmət, onun hərtərəfli 

inkişafı üçün şərait yaradılması və s. aiddir.  Geniş sosial təminat: işlə təmin olunmanın, 

qocalara,  ana  və  uşaqlara  qayğının  hamı  üçün  mümkün  olması  da  sosial  ədalətin 

komponentləridir. 

Sosial  ədalət  anlayışı  tarixi  xarakter  daşıyır  və  onun  məzmunu  hər  bir    tarixi 

mərhələdə  dəyişir,  yeniləşir.  F.Engels  qeyd  edir  ki,  yünanlar  və  romalıların 

təsəvvürlərində ədalətlilik «ədalətli quldarlıq» kimi idisə, «ədalətli burjua» ədalətsiz elan 

olunan feodalizmi rədd etməyi tələb edirdi. Fəhlə sinfinin ideologiyasında isə kapitalizm 

özü  bir  ədalətsiz  cəmiyyət  elan  edilir  və  onun  dəyişilməsi  tələb  olunur.  Sosializm  isə 

ə

dalətli  bərabərliyi  hər  şeydən  əvvəl  «Hər  kəsdən  qabiliyyətinə  və  hər  kəsə  əməyinə 



görə» prinsipində görür. 

Sosial ədalət anlayışı təkcə iqtisadi deyil, eyni zamanda mənəvi – hüquqi mahiyyət 

də kəsb edir. Belə ki, o eyni zamanda vətəndaşların azadlıqları və məsuliyyəti, hüquq və 

vəzifələri,  adamların  xidmətləri  və  onların  ictimai  qiymət  almaları  kimi  cəhətləri  də 

ehtiva edir. 

Sosial  ədalət  cəmiyyətin  təkmilləşməsinin  güclü  amilidir.  Sosial  ədalətin  meyarı 

təkcə  vətəndaşların  qanun  qarşısında  bərabərliyi,  onların  azadlıqlarının  bərabərliyində 

deyil,  habelə  onların  ictimai  –  faydalı  fəaliyyətinə,  əməklərinin  kəmiyyət  və 

keyfiyyətlərinə,  təşəbbüskarlıq  və  yaradıcılıqlarına,  məsuliyyətlilik  və  vicdanlılığına 

görə qeyri-bərabər qiymətləndirilməsində də əks olunur. 

 

 

28 

Siyasi partiyaların funksiyaları və tipologiyası 

Siyasi partiyalar müxtəlif funksiyaları yerinə yetirirlər:  

-  ictimai rəyi formalaşdırırlar; 

- siyasi həyatda vətəndaşların fəal iştirakını təmin edirlər; 

- vətəndaşların iedoloji tərbiyəsində iştirak edirlər; 

- hakimiyyət orqanlarına öz nümayəndələrini təqdim edirlər; 

- parlament və hökumətin siyasi fəaliyyətinə təsir göstərirlər; 

-  vətəndaş  cəmiyyəti  ilə  dövlət  arasında  münasibətlərdə  vasitəçi  rolunu 

oynayırlar; 

-  müəyyən  sosial  qrupların  mənafeyi  naminə  cəmiyyətin  fəaliyyətini 

istiqamətləndirirlər. 

Politoloqlar partiyaların təsnifatını aşağıdakı tiplərdə əsaslandırırlar: 

1.

 

Sinfi  mənsubiyyətinə,  sosial  əlamətlərinə  görə;  burjua,  fəhlə  (sosial  – 



demokratik,  KP),  zəhmətkeşlərin  kəndli  partiyaları.  1919  –  cu  ildə 

Rusiyada və Azərbaycanda  fəhlə partiyası (sosial - demokratik) və onun 

daxilində  iki  cərəyan:  bolşeviklər  və  menşeviklər;  burjua  partiyası  – 

kadetlər fəaliyyət göstərdilər. 

2.

 

ctimai  tərəqqiyə  münasibətinə  görə:  radikallar  (inqilabi),  mühafizəkar 



(rejimin saxlanılması), konservativ (irticaçı), islahatçı, sentrist. 

3.

 



Hakimiyyətə  gələrlərsə  –  ölkənin  idarə  edilməsində  istifadə  edəcəkləri 

forma və metodlarına görə: - liberal, demokratik, diktator; 

4.

 

Hakimiyyətə  münasibətə  görə:  hakim,  müxalifətçi,  neytral  (bitərəf-



sentrist); 

5.

 



Mənafeyini  müdafiə  etdiyi  şəxslərin  və  təbəqələrin  etiqadına  görə: 

xristian,  islam,  buddist  (məsələn,  randa  slam  partiyası,  Pakistanda 

« slam  Cəmiyyəti»,  Yaponiyada  «Komeyto»  buddist  partyiası  və 



Azərbaycanda   slam partiyası, Şiə partiyası); 

6.

 



Təşkilati  quruluşuna  və  mövcud  cəmiyyətdə  tutduğu  roluna  görə; 

Amerika politoloqu S. Koen bu cəhətə görə partiyaları dörd növə ayırır: 

1.

  Partiya siyasi avanqard kimi. 



2.

  Parlament tipli partiya. Bu partiyanın əsas iki funksiyası vardır: 

- parlament və digər seçkilərdə qələbə çalmaq; 

- parlamentin işinə nəzarət etmək. 

Seçkilərdə  qələbə  çalan  partiya  –  hökumətə  və  onun  başçısına  təsir  göstərmək 

imkanına malik olur. 

Bu  partiyalarda  demokratik  mərkəziyyət  və  aşağı  təşkilatların  yaradılmasında 

istehsalat prinsipi yoxdur. Burada fraksiya və qruplaşma azadlığı vardır. 

3.

  Seçki  kampaniyalarına  xidmət  edən  partiyalar.  ABŞ-dakı  partiyalar 



belələrindəndir. Onların başlıca vəzifəsi öz namizədlərinin seçkiqabağı 

kampaniyasını  keçirməkdir.  (Vəsait  toplamaq,  təbliğat  –  təşviqat  işi 

aparmaq).  Bu  partiyalar  yalnız  seçki  zamanı  mövcuddur.  Burada  ilk 

təşkilatlar, partiya bileti, üzvlük haqqı və partiyaya qəbul yoxdur. Hər il 

seçkilər keçirildiyi üçün bu partiyalar də həmişə fəaliyyət göstərirlər. 

4.

  Hər  hansı  siyasi  xarakterli  bir    nəzəriyyənin  ətrafında  deyil,  ümumi 



baxışların,  marağın,  ünsiyyətin  və  müəyyən  problemlərin  müzakirəsi 

məqsədi  ilə  insanları  birləşdirən  partiya  klubları.  S.Koenin  fikrincə 

keçmiş  SSR   –də    belə  partiyalara  Xalq  cəbhələri  aid    edilə  bilər. 

(Ukraynada RUX, Litvada Sayudis, AXC və s.). 



 

29 

Alman politoloqu M.Veber hakimiyyətin hansı tiplərini səciyyələndirir. 

Ə

gər kimsə  öz şəxsi keyfiyyələrinə, vəzifəsinə və s. əlamətlərə görə böyük nüfuza 



malikdirsə  və  başqalarına  öz  istədiklərini  yerinə  yetirə  bilirsə  bu  halda  nufuz 

hakimiyyəti  meydana  çıxır.  Görkəmli  alman  sosioloqu  və  politoloqu  M.Veber  ilk  dəfə 

olaraq  hakimiyyətin  mahiyyətinin  öz  idarəsinini  həyata  keçirmək  imkanı  kimi 

qiymətləndirmişdir. O, nüfuz  hakimiyyətinin aşağıdakı üç tipini səciyyələndirir: 

1)

  ənənəvi  tip  -  mövcud  ənənələrə,  davranış  qaydalarına  əməl  edilməsini  nəzərdə 



tutur; 

2)

  harizma  tipi  –  rəhbərə  sözsüz  inama,  kor-koranə  etiqada  əsaslanır.  M.Veber 



nümunə üçün Xristosu, Buddanı, Məhəmmədi, Napoleonu, Lenini və b. göstərir. 

3)

  rasional-leqal tip - hüququn gücünə olan inama əsaslanır. 



 

30 

Amerikalı  politoloq  A.Entsioniyə  görə  siyasi  hakimiyyətin  həyata  keçirilməsi  

vasitələri (imkanları) necə qruplaşdırılır. 

 

Hakimiyyətin və onun strukturlarının öyrənilməsi ilk növbədə hakimiyyətin həyata 

keçirilməsi  vasitələrinin  (imkanlarının)  öyrənilməsini  tələb  edir.  Amerikalı  politoloq 

A.Entsioni həmin  vasitələri (imkanları) aşağıdakı kimi qruplaşdırır: 

1)

  Utilitar. Sosial-iqtisadi vasitələrin köməyi ilə dövlət hakimiyyəti təkcə ayrı-ayrı 



siyasətçiləri deyil, bütöv sosial qrupları öz tərəfinə çəkə bilər. Bu vasitələr həm 

mükafatlandırma,  həm  də  cəzalandırma  vasitəsi  kimi  (maaşların  azaldılması, 

müxtəlif sosial güzəştlərin ləğvi və s.) istifadə oluna bilər. 

2)

  Məcburi.  nzibati  və  ictimai  təsir  vasitələri.  Utilitar  imkanların  təsirinə  məruz 



qalmayanların məhkəmə vasitəsi ilə təqib edilməsi. 

3)

  Normativ.  nsanın  davranış  normalarına,  sərvətlərə  qiymətvermə  meyllərinə, 



bütövlükdə daxili aləminə təsir vasitələri. 

 

31 

Hakimiyyət bölgüsü prinsipi (Lokk, Monteskye) 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə