Microsoft Word politologiya cavab az docx


partiyaların haqqında Qanunda deyilir ki, «siyasi partiyalar siyasi proseslərdə fəal



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Siyasi partiyaların haqqında Qanunda deyilir ki, «siyasi partiyalar siyasi proseslərdə fəal 

iştirak edən təşkilatlardır». 

Azərbaycan  Respublikasının  siyasi  həyatında  iştirak  edən  aşağıdakı  partiyaları 

göstərmək olar: 

Yeni Azərbaycan partiyası (Heydər Əliyev - sədr) Parlament tipli partiyadır. Onun 

məqsədi  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini,  ərazi  bütövlüyünü  təmin 

etmək,  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyətinin  yaradılmasıdır.  Azərbaycan 

Respublikasının Prezidenti c. H.Əliyev YAP-ın I-ci qurultayında (20-24 dekabr 1999-cu 

il)  qeyd  etmişdir  ki,  «Yeni  Azərbaycan  partiyası  Azərbaycanın  bu  günü,  sabahı  və 

gələcəyinin partiyasıdır»; 

Milli istiqlal partiyası. 

Ana Vətən partiyası. 

AXCP. 

Müsavat partiyası. 



Azərbaycan kommunist partiyası və s. 

Azərbaycanda mövcud olan partiyaların ümumi səciyyəvi xüsusiyyətləri vardır: 

1.

  Cəmiyyətin  siyasi  həyatında  fəaliyyətinə  görə  partiyalar  iqtidar  və 



müxalifət partiyalara bölünürlər; 

2.

  Təşkilati  cəhətdən  tamamilə  formalaşmış  və  tərkibi  kütləvi  xarakter  olan 



partiyaların  sayı  azdır  (Yeni  Azərbaycan  Partiyasını  çıxmaq  şərtilə,  -300 

mindən  cox  üzvü),  yəni  partiyalar  arasında  hakimiyyəti  tam  ələ  almağa 

hazır  olan  və  ölkənin  inkişafı  üçün  məsuliyyəti  öz  üzərinə  götürəcək 

partiyalar azdır; 

3.

  Respublikada  fəaliyyət  göstərən  partiyalar  güclü  və  zəif  strukturuna  görə 



fərqlənirlər. 

4.

  Bir çox partiyaların müxtəlif səbəblərdən (nəzəri biliklərin çatışmamazlığı, 



öz  məqsədlərinin  sona  kimi  açmaq  istəmələri,  ölkənin  böhrandan 

çıxarılmasının  taktiki  planlarının  işlənib  hazırlanması)  proqram 

platformaları  hələ  dəqiq  deyil,  burada  çoxlu  əsassız  şüarlar  və  müddəalar 

vardır. 


5.

  Bəzi  partiyalar  qruplaşma,  möhkəmlənmə  mərhələsini  keçdikləri  üçün, 

burada  gərgin  mübahisələr,  mövqelərin  toqquşması  və  hətta  hakim 

mövqelər uğrunda mübarizə gedir. 

6.

  Bir  sıra  partiyaların  sosial  bazası  aydın  deyil,  onların  hansı  sosial 



təbəqələrin  mənafeyini  müdafiə  edəcəyi  dəqiqləşməyib.  Onların 

vətəndaşların sosiallaşmasına təsiri azalmışdır. Bunların bəziləri ümummilli 

partiya roluna can atırlar. 

Bu  gün  başlıca  məqsəd  mövqelərin  razılaşdırılması,  dövlətin  və  partiyaların 

qarşısında  duran  ən  ümdə  problemlərin  həlli  mənafeyinə  bütün  demokratik  islahat 

tərəfdarlarının qüvvələrinin birləşdirilməsini, ekstremistləri, təcavüzkarları, mafiyanı və 

korrupsiyanı  rədd  etməyi  təşkil  etmək  lazımdır.  Son  vaxtların  hadisələri  göstərir  ki, 

siyasi  sistemin    demokratikləşdirilməsi  şəraitində  iqtidar  yönümlü  bir  sıra  siyasi 

partiyaların, birliklərin sosial-siyasi fəallığı artır. 

 

22 

Cəmiyyətin siyasi həyatında demokratik prosedurların əhəmiyyəti 

Müasir  dövrdə  demokratik  cəmiyyətin  qərarlaşmasının  mühüm  amilləri  sırasında 

seçkilər,  ümumxalq  səsverməsi  –  referendum,  opponentlik  və  yarışmaq,  ictimai  rəyin 

öyrənilməsi kimi demokratik proseduralar xüsusilə böyük əhəmiyyət kəsb edir. 

Seçkilər  –  dövlət  hakimiyyətinin  nümayəndəli  orqanlarının  seçilməsinə 

yönəldilmiş kütləvi siyasi kompaniyadır. 

Demokratik  cəmiyyətin  növbəti  proseduru  ümumxalq    müzakirəsi    və 

referendumdur. 




Referendum  latınca:  «Nə  var,  o  da  xəbər  verilməlidir»  deməkdir.  Müstəqil 

Azərbaycanda  bu  demokratik  prosedurdan  istifadə  olunmuşdur.  Sonuncu  dəfə  2002-ci 

ilin  avqust  ayının  24-də  keçirilən  referendum  Konstitusiyada  əsaslı  dəyişiklikləri 

təsdiqlədi.  

Demokratik  cəmiyyətin  siyasi  həyatında  mühüm  proseduralardan  biri  də 

opponentlik və yarışmaqdır. 

Bu  prosedura  dövlət  hakimiyyət  orqanlarının  seçkiqabağı  kompaniyasında 

namizədlər arasında mübarizə və sağlam rəqabət olmasını nəzərdə tutur. Hər bir seçkiyə 

bərabər hüquqlu alternativ namizədlərin rəqabəti xas olmalıdır.Burada seçkilərin yüksək 

tələblərinə cavab verə biləcək namizəd qələbə çalmalıdır. 

Səlahiyyətin  verilməsi  /  tapşırılması  /  -  demokratik  cəmiyyətin  siyasi  həyatında 

mühüm proseduralardan biridir. 

Seçicilər  bütün  səlahiyyəti,  onların  istəklərini  və  mənafelərini  ifadə  edən 

deputatlarına verirlər. 

Deputatlar öz xalqının səlahiyyətli nümayyəndəsi kimi dövlət, təsərrüfat və sosial-

mədəni  quruculuğa  dair  məsələləri  həll  edirlər,  qərarların  həyata  keçməsi  üçün  təşkilat 

işi aparırlar, dövlət orqanlarının, müəssisələrinin və təşkilatlarının işləri üzərində nəzarət 

edirlər. 

Cəmiyyətin  siyasi  həyatında  mühüm  demokratik  proseduralardan  biri  də  ictimai 

rəyin öyrənilməsidir. 

ctimai  rəyin  sosiologiyasında  bu  elmə  xas  olan  ənənəvi  metodlardan    istifadə 

olunur (müxtəlif sorğular, müşahidə, anket və s.). 



 

23 

Demokratiyanın səciyyəvi əlamətlərini göstərin 

Dövlət  idarəçiliyi  forması  olmaq  etibarilə  demokratiya  bir  sıra  səciyyəvi 

ə

lamətlərlə fərqlənir: 



1.

  Xalqın  suverenliyinin,  hakimiyyətinin  hüquqi  cəhətdən  tanınması  və 

təsisatlanmış  şəkildə  ifadə  olunması.  Demokratiyanın  ən  önəmli  prinsipi 

xalqın  hakimyyətin  mənbəyi  rolunda  çıxış  etməsinə  təminat  verməsidir. 

Xalqın suverenliyi ondan ibarətdir ki, hakimiyyəti məhz xalq formalaşdırır, 

yəni dövlət hakimiyyətini təsis etmək onun səlahiyyətidir. 

2.

  Əsas dövlət orqanlarının seçkili olması. Bu prinsipin demokratiyanın təmin 



edilməsi  baxımından  səmərəsindən  o  zaman  söhbət  gedə  bilər  ki,  əvvəla, 

seçkilər  mütəmadi  olaraq  keçirilsin,  ikincisi,  formal  xarakter  daşımasın, 

üçüncüsü, seçilən orqanların və səlahiyyətli şəxslərin səlahiyyət müddətləri 

məhdudlaşdırılsın.  Demokratiyanı  qədim  dövlətlərdə  çarların  seçilməsi  ilə 

yaradılan  monarxiyalardan  məhz  bu  cəhətlər  fərqləndirir  (seçilən 

hökmdarlar ömürlük hakimiyyətdə olurdular). 

3.

  Dövlətin  idarə  olunmasında  vətəndaşların  hüquq  bərabərliyi.  Bu  prinsipin 



ə

n  elementar  tələbi    öz  ifadəsini  secki  hüququnun  ədalətliliyində  tapır. 

Demokratik    cəmiyytdə  bütün  vətəndaşlara  həm  seçməkdə,  həm  də 

seçilməkdə  tam  bərabər  hüquqlar  və  imkanlar  təmin  edilməlidir.  Əvvəllər 

müxtəlif  formalarda  tətbiq    edilən    seçki    senzləri  müasir  demokratik 

ölkələrdə  minimuma  endirilmiş,  bu  sahədə  olan  digər    məhdudiyyətlər 

rasional formada aradan qaldırılmış və ya aradan qaldırılmaqdadır. 

Vətəndaşların  dövlətin  idarə  olunmasında  iştirak  etmək  üçün  hüquq 

bərabərliyi  siyasi  partiyalar,  müxtəlif  ictimai  təşkilatlar  yaradaraq 

hakimiyyət uğrunda mübarizədə iştirak etməsində, öz fikrini bildirməsində, 

hakimiyyətə bu və ya digər formada təsir göstərməsində özünü göstərir. 

4.

  Qərarların  çoxluq  tərəfindən  qəbul  edilməsi.  Demokratiya  hansı  formada 



təzahür  etməsindən  asılı  olmayaraq  çoxluğun  hakimiyyətidir.  Demokratik 

proseduralarda, 

xüsusilə 

də 


dövlət 

hakimiyyəti 

strukturlarının 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə