Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

çıxış edərək və ictimai şəraitdən asılı olaraq siyasətə təsir göstərir: Əvvəla, 

ə

gər  sosial-iqtisadi  və  siyasi  şərait  şəxsiyyət  üçün  imkan  yaratsa  və  bu 



imkanı  məhdudlaşdırarsa;  kincisi,  dünyagörüşünün  formalaşması,  ictimai 

həyatın  qanunauyğunluqlarının  dərk  edilməsi,  siyasi  fəaliyyətin 

qanunauyğunluqlarının  başa  düşülməsi;  Üçüncüsü,  insan  mütləq  müəyyən 

bir  sosial  qrupun,  sinfin,  siyasi  partiyanın  tərkibində  siyasi  fəaliyyət 

göstərməlidir,  ona  görə  ki,  başqa  cür  o,  siyasətə  səmərəli  təsir  göstərə 

bilməz;  Dördüncüsü,  şəxsiyyətin  siyasətə  təsirini  gücləndirmək  üçün 

müəyyən əsas cəhətləri nəzərə almaq lazımdır: müasir şəraitə uyğun olaraq 

şə

xsiyyətin sosial statusunu artırmaq; kütlələrə arxalanmaq; sosial ədalətin 



bərqərar  olması;  yaradıcı  əməyin  yüksəldilməsində  şəxsiyyətin  bilavasitə 

iştirakını təmin etmək.  ctimai həyatda insan üçün elə şərait yaradılmalıdır 

ki,  o,  siyasi  fəaliyyətinə  görə  dövlət  orqanları  tərəfindən  təqib  olunmasın, 

onda cəmiyyətdən uzaqlaşdırılma qorxusu yaranmasın. 

Şə

xsiyyətin siyasətə təsiri ən əvvəl onun şəxsi mövqeyindən və siyasi 



fəallığından asılıdır. 

Şə

xsiyyətin siyasətə təsiri formaları aşağıdakılardır: 



-

  Hakimiyyət orqanlarının keçirdiyi seçkilərdə iştirak etmək; 

-

  Siyasi  partiyalarda,  ictimai  təşkilat  və  hərəkatlarda  fəaliyyət 



göstərmək; 

-

  Müxtəlif siyasi aksiyalarda: yığıncaq, mitinq, nümayiş və tətillərdə 



iştirak etmək; 

-

  Kütləvi  informasiya  vasitələrinin  işində  iştirak  etmək:  təbliğat, 



təşviqat işi aparmaq; 

-

  Siyasi  fəaliyyətin  bütün  praktiki  işlərində,  siyasi  hakimiyyətin 



möhkəmləndirilməsi və ya devrilməsi işində iştirak etmək. 

Şə

xsiyyətin  modelləri.  Qərb  politologiyasında  şəxsiyyətin  bir  sıra 

modelləri tədqiq olunubdur: 

1.

      Tabeetmə  modeli.  Bu  model  XVII  əsr  ingilis  filosofu 



T.Hobbs  tərəfindən  irəli  sürülmüşdür.  O,  hesab  edirdi  ki, 

şə

xsiyyət  xudbin, uzağı görməyən,  daim  hakimiyyətə  can  atan 



mövcudatdır.  Bu  modelin  tərəfdarlarının  fikrincə  səriştəli 

azlığın  çoxluq  üzərində  hakimiyyəti  vacibdir.  Bu,  cəmiyyətin 

inkişaf qanunauyğunluqlarının təbii şərti kimi qəbul edilir. 

2.

      Siyasətdə  şəxsiyyətin  ikinci  modeli  –  «Mənafe»  modelidir. 



Bu model A.Smit və H.Spenser tərəfindən tədqiq olunmuşdur. 

«Mənafe»  insanları  hərəkətə  gətirən,  onları  ayıran  və 

birləşdirən  psixoloji  mexanizmdir.  nsan  yalnız  özünün 

mənafeyinə  cavab  verən  işlə  məşğul  olur.  «Mənafe»  modeli 

müasir  nəzəriyyələrdə  geniş  tədqiq  olunubdur.  Bu  model  ifrat 

sağların,  neokonservatorların,  sol  radikalların  və  liberalların 

doktrinalarında istifadə olunur. Burada şəxsiyyət siyasəti idarə 

edən  fəal  varlıq  və  subyekt  kimi  təqdim  olunur.  Mənafe 

modelini  təqdim  edən  müəlliflər  öz  vəzifələrini  dövlətin 

hakimiyyətindən,  onların  institutlarından  hər  bir  fərdi  müdafiə 




etməkdə  görürlər.  «Mənafe»  modelinin  tərəfdarlarının  siyasi 

təfəkkürünə  görə  iki  növ  ziddiyyət  mövcuddur:  Birinci:  - 

«fərd»  və  «cəmiyyət»  arasında.  Bu  şəraitdə  «fərd»  fəal  tərəf 

kimi  çıxış  edir.  Cəmiyyət  isə  mücərrəddir.  kincisi:  - 

«cəmiyyət»  və  «dövlət»  arasında.  Bu  halda  dövlət  fərdlərin 

mənafelərinə  əks  çıxır,  onların  hüquqlarını  tapdalayır,  sərt 

mərkəzləşmiş hakimiyyət yaradır. 

3.

      Plyuralizm  nəzəriyyəsi  modeli.  Siyasətin  bu  modelinə  görə 



aparıcı  rolu  ümumi  mənafedən  çıxış  edən  qruplar  və  siyasi 

partiyalar  oynayır.  Bu  partiyalara  daxil  olan  fərd  siyasi 

prosesdə  fəal  iştirak  edə  bilər.  Bu  modelə  əsasən  müxtəlif 

partiyalar  öz  sıralarına  tərəfdarlar  toplamaq  üçün  özlərini 

reklam etməli və öz aralarında rəqabət aparlmalıdırlar. 

 

17 

Siyasi liderlik və onun növləri 

Liderlik  («lider»-  inglis  dilindən  tərcümədə    «aparıcı»,  «rəhbər» 

mənasını verir) qrupun rəhbərlik iddiasında olan və ya bu funksiyanı yerinə 

yetirən  fərd  ətrafında  birləşməsini  təmin  edən  inteqrasiya  mexanizmidir. 

Ümumiyyətlə  liderlik  bəşər  cəmiyyətinin  bütün  formalarına  və  eyni 

zamanda  bütün  təsisat  və  təşkilatlara  xasdır.  Tarixdə  liderlik  haqqında 

təsəvvürlər  dövlət,  hakimiyyət  və  siyasət  haqqında  təsəvvürlərdən  əvvəl 

formalaşmışdır. Qədim mifoloji və fəlsəfi təlimlərdə rəhbərlərə və liderlərə 

xas  olan  qeyri-adi  keyfiyyətlər  şərh  edilir.  Məsələn,  Misir  fironları  bir 

qayda  olaraq  adi  döyüşçülərdən  bir  neçə  dəfə  böyük  təsvir  edilirdi.  Antik 

mütəfəkkirlərdən  Herodot,  Plutarx  və  başqaları  tarixin  inkişafını  o  dövrün 

liderləri olan monarxların, sərkərdələrin fəaliyyəti ilə əlaqələndirirdilər. 

Politologiyada  siyasi  liderlik  problemi  ilə  əsaslı  surətdə  məşğul  olan 

M.Veber liderliyin üç əsas tipini ayırırdı: 

1.

  Ənənəvi  liderlik.  Liderlik  hüqüqu,  elitaya  mənsub  olmaq, 



ə

nənələrin müqəddəsliyinə inam bu tipin əsas əlamətləridir. 

2.

  Harizmalı  lider.  Ona  xas  olan  başlıca  keyfiyyətlər  rəhbərin 



qabiliyyətinə  hədsiz  inam,  onun  əlahiddəliyi  və  şəxsiyyətə 

pərəstişdir. 

3.

  Rasional-leqal lider. Bu tip mövcud quruluşun qanuniliyinə olan 



inama  əsaslanır,  o,  bürokratik  liderlikdir,  müəyyən  dövlət 

funksiyasının agentidir. 

Veber harizmalı liderə üstünlük verir. Veber üçün harizma şəxsiyyətin 

fövqəltəbii  xüsusiyyətləridir.  Məhz  onlar  kütləni  tabe  etməyə    və  itaətdə 

saxlamağa  imkan  verir.  O,  «allah  vergisidir»,  lider  olmaq  istedadıdır.  Bu 

cür  lider  peyğəmbər  də  ola  bilər,  qəhraman  və  siyasətci  də.  Veber  onu 

şə

xsiyyətin təntənəsi adlandırır. Onun inamınca, rəhbəri passiv və kor kütlə 



seçmir,  o  özü  kütləni    ona  xidmət  etməyə  məcbur  edir.  Ona  tabe  olmaq, 

hədsiz  inam  onun  müraciət  etdiyi  hər  bir  kəsin  borcudur.  Bu  cür  inam 

harizma tipli hakimiyyətin legitimləşdirilməsi üçün əsasdır. 

Veberin  fikrincə,  müasir  dövrün  harizmalı  lideri  hər  cür  vasitələrlə 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə