Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

kütlənin etibarını qazanan demaqoq siyasətcidir. 

 

18 

Siyasət anlayışı və onun mahiyyəti 

        Cəmiyyətin  bütün  sahələrini  əhatə  edən  dəyişikliklər  siyasi  sahədə 

daha  aydın    şəkildə  özünü  göstərir.  Siyasi  sfera  siyasi  proseslərin 

rəngarəngliyi ilə seçilərək yeni məna kəsb edir. Siyasi həyat yeni keyfiyyət 

daşıdığından  onun  dərin  və  hərtərəfli  tədqiqatına  ehtiyac  duyulur.  lk 

növbədə,  «cəmiyyətin  siyasi  həyatı»  kateqoriyası  ilə  müqayisədə  daha 

ümumi  xarakter  daşıyan  «ictimai  həyat»  kateqoriyasını  açıqlayaq.  ctimai 

həyatın    mahiyyəti  nədən  ibarətdir?  ctimai  həyat    özündə  ictimai 

təzahürlərin,  daha  doğrusu,  insanlar  arasındakı  ictimai  münasibətlərin 

böyük  bir  spektrini  birləşdirir.  Bu  münasibətlər  öz  şəxsi  maraqlarını  

müdafiə edən və buna görə də bir-biri ilə lazımi əlaqələrə  girən  insanların 

fəaliyyətinin  nətiçəsidir.  nsanların  maraqları  ilə  şərtlənən  bu  fəaliyyət 

burada  elə  bir    vasitə  rolunda  çıxış  edir  ki,  onun  köməyi  ilə  insanlar 

arasında ictimai əlaqələr yaranır və beləliklə, o, insanların ictimai həyatının 

mənbəyinə  çevrilir.    Bunun  nəticəsi  olaraq    ictimai  əlaqələr  daim 

hərəkətdədir    (yaranır,  inkişaf  edir,  yeni  keyfiyyət  halına    keçir),  başqa 

sözlə, özünün istehsal və təkrar istehsalı prosesində olur.  ctimai həyat isə 

müxtəlif ictimai əlaqələrin, ilk növbədə, iqtisadi, sosial -  siyasi və mənəvi 

həyatda  baş  verən əlaqələrə xas  xüsusiyyətlərin formalaşmasından asılıdır. 

Bir  sözlə,  mahiyyət  etibarilə,  ictimai  həyatı  insanlar  arasındakı  ictimai 

ə

laqələrin istehsalı və təkrar istehsalı kimi müəyyənləşdirmək olar. 



      Müasir  dövrdə  cəmiyyətin  siyasiləşməsi,  maddi  və  mənəvi  həyatın 

bütün  sahələrinə  siyasətin  təsirinin  artması  tədqiqat  obyekti  kimi  diqqəti 

cəlb edən və maraq doğuran bir hadisədir. Buna görə ilk növbədə, siyasətin, 

onunla  bilavasitə  bağlı  olan  siyasi  sistemin,  iqtisadi  və  sosial  amillərin 

mahiyyətini  araşdırmaq  vacibdir.  nsan  həyatının  qaçılmaz  elementi  olan 

siyasət  nədir?  Siyasət  termini  çoxmənalıdır  və  onun  məzmunu  dövlətin, 

digər  siyasi  institutların,  hakimiyyətin  başqa  qollarının  öyrənilməsi  ilə  

bərabər  araşdırılır.  Yunan  dilindən  tərcümədə  siyasət  dövləti  idarə  etmək 

sənəti,  dövlətin  öz  ərazi  daxilində  və  onun  hüdudlarından  kənarda  öz 

məqsədlərini  həyata  keçirməyin  müəyyən  vasitəsidir.  Aristoteldən 

başlayaraq bütün filosoflar ictimai hadisə kimi siyasətin xarakterik cəhətini, 

onun  hakimiyyətlə  bilavasitə  əlaqədə  olmasını  vurğulamışdır.  Ş.  Furye, 

M.Veber, K. Marks siyasətin mahiyyətini məhz belə açıqlamışlar. Beləliklə, 

siyasət  hakimiyyətə  dair  sinif    və  sosial  qrupların  münasibətləri  ilə  bağlı 

olan cəmiyyət həyatının xüsusi sferasıdır. 

Siyasət» anlayışı qədim yunan filosofu  Aristotelin eyni adlı əsərindən sonra 

geniş  yayılmışdır.   Aristotel siyasəti insan  birliklərinin    formaları  arasında 

münasibətlərin ən vacibi hesab edirdi. Onun fikrincə, siyasət hakimiyyət və 

idarəetmənin    müəyyən  növlərini  təsdiq  edərək  insanları  birləşdirir, 

cəmiyyətin  bütövlüyünü  təmin  edir.  Elmi  ədəbiyyatda  siyasət    termininin 

çoxlu sayda anlayışları verilir. Onlardan bəzilərini göstərək: 

        Siyasət birgə yaşamaq sənətidir - Platon, qədim yunan filosofu. 




        Siyasət siniflər arasında gedən mübarizədir - V. .Lenin və s. 

        Siyasət  anlayışının  tərifində  fikir  ayrılığının  çoxluğu    onun  nə  qədər 

mürəkkəb,  çoxcəhətli  hadisə  olduğunu  göstərir.  Siyasət  ilk  növbədə  , 

cəmiyyətin  iqtisadi  və  sosial  –  məişət  həyatı  ilə  yanaşı  insanların  həyat 

fəaliyyətlərinin xüsusi  sferasıdır.  

 

19 

Siyasətlərin komponentləri, səviyyələri və funksiyaları 

      Siyasətin komponentlərini nəzərdən keçirək: 

•  konkret ictimai quruluşun arzuedilən obrazı (ideal) 

•  siyasi reallıq 

•  siyasi məqsədə və ideala nail olmaq yolları və vasitələri.  

      Siyasətin elementləri bunlardır: normativ ideyalar, hakimiyyət və siyasi 

münasibətlər,  subyektiv  göstərişlər  (təfəkkür,  nitq,  davranış),  siyasi 

institutlar və təşkilatlar. 

      Siyasətin səviyyələri:  mikrosəviyyə (gündəlik), mezasəviyyə (ictimai), 

meqasəviyyədən ( qlobal ) ibarətdir. 

        Siyasətin funksiyalarına nəzər salaq: 

•  mürəkkəb sosial sistem olan cəmiyyətin bütövlüyünün  qorunması  və 

möhkəmləndirilməsi, ictimai asayişin  təmin olunması; 

•  bütün  cəmiyyətin  qarşıda  qoyduğu    məqsədlərin    işlənib 

hazırlanması,  onların  həyata  keçməsi  üçün  kütlələrin  təşkili    və  

ehtiyatların səfərbər edilməsi; 

•  maraqların  koordinasiyası  və  konfliktlərin  nizama  salınması, 

gərginliyin qarşısının əvvəlcədən alınması; 

•  mürəkkəb sosial obyektlərin təşkil edilməsi;  

•  siyasətin subyektlərinin ümumi maraqlarının aşkarlanması; 

•  subyektlərin 

davranışlarının 

nümunəvi 

qaydalarının 

işlənib 

hazırlanması; 

•  subyektlər arasında funksiyaların bölüşdürülməsi.  

 

20 

Siyasi münasibətlər və mənafelər  

Siyasi  münasibətlər  cəmiyyətin  idarə  olunması  və  təşkilinə  dair  sosial 

qruplar, fərdlər, sosial institutların qarşılıqlı əlaqələri kimi müəyyənləşir. Bu 

münasibətlər siyasətin əsas atribut keyfiyyətlərini özündə birləşdirir: 

•  onların mahiyyəti sosial subyektlərin  (sosial qrup, fərd) bütöv sosial 

varlığa  uyğun  olan  problem  və  maraqlarla  əlaqəsinin  müəyyən 

edilməsindən  ibarətdir.  Dövlət  bu  əlaqənin  saxlanması  və 

istiqamətləndirilməsində bir alət kimi çıxış edir. 

•  idrakın  fəal  iştirakı  ilə  yaranan  siyasi  münasibətlər  insanların 

beyinlərində deyil, gördükləri işlərdə, hərəkətlərdə, proseslərdə sosial 

qruplar, dövlətlər, partiyaların əlaqələrində özünü göstərir. 

•  siyasi  münasibətlər  fəal  xarakteri  ilə  seçilir  ki,  bu  da  insanlara    öz 

həyatlarının  bir  çox  daxili    və  xarici  parametrlərinə  təsir  etmək 

imkanı  yaradır.  Məs;  bu  cür  təsir  cəmiyyətin  iqtisadi  həyatına 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə