Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

formalaşdırılması zamanı tələb olunan xalqın çoxluğu anlayışının müəyyən 

hallarda  nisbi  xarakter  daşımasına  baxmayaraq,  demokratiya  şəraitində 

hakimiyyət məhz çoxluğun iradəsinin ifadəsi kimi qərarlaşır.

1

 



 

24 

Çoxpartiyalı və təkpartiyalı siyasi sistemlərin keyfiyyət səciyyəsi. 

Politologiyada və siyasi həyatda təkpartiyalı və çoxpartiyalı siyasi sistemlər bir – 

biri ilə müqayisə edilir və alternativ kimi bir – birinə qarşı qoyulur. Bununla belə siyasi 

həyatda keçid formaları da mövcuddur. 

Məsələn,  keçmiş  SSR -də  və  hazırda  müstəqil  dövlətlərin  bəzilərində  təkpartiyalı 

siyasi sistem şəraitində çoxpartiyalılıq mövcuddur (Orta Asiya). 

Təkpartiyalı siyasi sistem özünün müsbət və mənfi tərəfləri ilə səciyyələnir. 

Birincisi – təkpartiyalı sistemdə dövlət hakimiyyətinin bütün formalarında səmərəli 

istifadə  olunur:  siyasi  qərarlar  qısa  müddətdə  qəbul  edilir  və  həyata  keçirilir,  nisbətən 

uzun müddət hakimiyyət sabit olur. Lakin onun üstünlükləri nisbidir, totalitar, hətta açıq 

və ya gizli despotiya növünə çevrilir. 

kincisi – təkpartiyalı sistemdə partiya dövlətlə birləşir, hakimiyyəti öz inhisarına  

çevirir.  Bir  partiyanın  uzun  müddət  hakimiyyətdə  qalması  halı  coxpartiyalı  siyasi 

sistemdə  də  mövcud  ola  bilər.  Məsələn:  Meksikanın  konstitusiyalı  –  inqilabi  partiyası 

1948  –ci  ildən  hakimiyyətdədir,  o  dövlət  hakimiyyəti  ilə  birləşərək  burjuaziyaya 

sədaqətlə  xidmət  edir.  Ölkədə  hələ  xırda  müxalifətçi  partiyalar  da  mövcuddur,  onların 

parçalanması  süni  olaraq  müdafiə  olunur.  Onlar  ölkənin  siyasi  vəziyyətinə  az  təsir 

göstərirlər. 

Hakimiyyətdə  olan  kommunist  partiyalarının  dövlət  hakimiyyətini  öz  inhisarına 

çevirdiyi  Şərqi  Avropa  ölkələrində  və  Çin  Xalq  Respublikasında  çoxpartiyalılıq  şərti 

xarakter  daşıyırdı,  çünki  bu  ölkələrdə  fəaliyyət  göstərən  başqa  partiyalar  faktiki  olaraq 

hakimiyyətə  qarşı  müxalifətçi  olmamış,  hakimiyyət  uğrunda  siyasi  mübarizə 

aparmamışlar. 

Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrinin əksəriyyətində təkpartiyalılıq 

mövcuddur.  Bu  onunla  bağlıdır  ki,  burada  dərin  sinfi  differensasiya  yoxdur.  Mövcud 

partiyalar intibah naminə «siniflərdən üstün milli birlik» ideyasını təbliğ edirlər. 

Üçüncüsü  –  təkpartiyalı  sistem  həmkarlar  ittifaqını,  xalq  hərəkatını  bir  qayda 

olaraq öz nəzarəti altına almaqla demokratiyanı məhdudlaşdırır, boğur. 

Müasir cəmiyyətdə, çoxpartiyalı siyasi sistemin obyektiv amilləri aşağıdakılardır: 

-  Mülkiyyət  formalarının  çoxluğu,  cürbəcür  iqtisadi  qüvvələrin  mövcudluğu, 

məqsəd və maraqların müxtəlifliyi; 

- Sinifdaxili və siniflər arasında olan mənafe fərqlərinin çoxluğu; 

- Dinə etiqad müxtəlifliyi; 

- Millətlərarası fərqlər və ziddiyyətlər; 

- Həm siniflərarası, həm də siniflər daxilində olan insan mənafelərinin müxtəlifliyi. 

Çoxpartiyalı  sistemin  də  müsbət  və  mənfi  tərəfləri  vardır.  U.Çorçil  deyirdi: 

«demokratiya idarəetmənin ən pis növüdür, ancaq təəssüflər olsun ki, bəşəriyyət bundan 

yaxşısını  fikirləşməyib».  O,  bunu  nəzərdə  tuturdu  ki,  partyialararsı  mübarizə  bəzən 

aktual siyasi problemlərə dair qərarların qəbul edilməsini ləngidir. 

Şə

rqi və Qərbi Avropa demokratiyalarının təcrübəsi çoxpartiyalı siyasi sistemlərin 



bəzi sabit səciyyəsini müəyyən etməyə imkan verir: 

1.

  Ölkədə çoxlu partiyaların mövcud olması nəyə dəlalət edir? 



Məsələn,  Gürcüstanda  yüzə  qədər  siyasi  partyia  yaranmışdır.  Polşada, 

Macarıstanda,  Ruminiyada  də  həmçinin.  Bununla  belə,  dünyada  artıq  çoxdandır  ki, 

partiyaların  çoxluğu  siyasi  sistemdə  demokratizmin  göstəricisi  hesab  olunmur.  Əgər 

partiyalar  müəyyən  həddən  artıq  olarlarsa,  bu  zaman  xalqın  iradəsinin  ifadə  edilməsi 

(prezident, bələdiyyə idarəsi, parlament seçkiləri və s.) çətinləşir. Səslərin parçalanması 

baş  verir,  bu  isə  təkrar  seçkilərə  gətirib  çıxarır.  Partiyaların  platformasına  dair  həddən 




çox məlumat seçicilərin seçkilərə marağını azaldır. 

2.

  Həddən  artıq  çoxpartiyalılıq  bir  qayda  olaraq,  koalision  hökumətin 



yaranmasına  gətirib  çıxarır,  bunlar  isə  hakimiyyətin    qeyri  –  stabilliyi  ilə 

səçiyyələnir və möhkəm olmadığından uzun sürmür. 

3.

  Çoxpartiyalı siyasi sistemlər bir çox partiyaların mövcudluğu ilə yanaşı, bu və 



ya  digər  müddətə  hakimiyyətin  ancaq  bir  partiyanın  əlində  olduğu  zaman 

dözümlü olurlar. 

Bu zaman: Birincisi – hakim partiyanın heç bir səhvini bağışlamayan, daima onun 

hakim  səlahiyyətini  şübhə  altına  almağa  cəhd  edən  tənqidçiləri,  opponentləri,  rəqibləri 

olur; 

Digər tərəfdən – hakim partiya dövlətlə birləşir. O, öz kadrlarını dövlət vəzifələrinə 



irəli çəkir, onların vasitəsi ilə öz siyasətini həyata keçirir. 

4.

  Qərb  demokratiyasının  təcrübəsi  sübut  edir  ki,  çoxlu  partiyaların  mövcud 



olduğu  şəraitdə  hakimiyyətin  həyata  keçirilməsində  real  olaraq,  adətən  2-3 

partiya  iştirak  edir.  Digər  partiyalar  isə  müəyyən  sayda  mandat  almaqda, 

maksimum  koalision  hökumətin  tərkibində  müvəqqəti  iştiraka  nail  olmaq 

uğrunda mübarizə aparırlar. 

5.

  Dövlət  hakimiyyətində  iki  aparıcı  partiyanın  dövrü  olaraq  bir  –  birini  əvəz 



etməsinin  sosial  məzmunu  vardır.  Bəziləri  sosial  proqramlara  üstünlük  verir 

(ABŞ-da  Demokratlar  partiyası,  ngiltərədə  leyboristlər,  Almaniyada  sosial  - 

demokratlar);  bəziləri  isə  investisiyaların  artırılmasına  imkan  yaradır, 

zəhmətkeşlərin  hüquqlarını  məhdudlaşdırır,  sahibkarların  mənafeyini  müdafiə 

edir.  (ABŞ  –da  Respublikaçılar  partiyası,  ngiltərədə  –  konservatorlar, 

Almaniyada  Xristian  –  demokratik  ttifaqı,  Xristian  Sosialist  ttifaqı).  Bu 

partiyalar iqtisadiyyatın inkişafını stimullaşdırırlar. Mübarizə nəticəsində onları 

sosial  –  müdafiyəyə  üstünlük  verən  partiyalar  əvəz  edirlər.  Onlar  isə  öz 

proqramlarını  həyata  keçirirlər  ki,  bu  zaman  necə  deyərlər  yığılmış  sərvətləri 

«sərf  edirlər».  Sonra  yenə  hakimiyyətə  sahibkarlığa  rəğbət  bəsləyənlərin 

tərəfdarları olan partiyalar gəlirlər. 

 

25 

Siyasi həyatın demokratik prinsipləri 

Demokratik  dövlətin  mühüm  prinsiplərindən  biri  plyuralizmdir.  Plyuralizm  latın 

sözü  olub,  mənası  çoxluq,  külliyyat  deməkdir.  Plyuralizm  mövqelərin,  baxışların, 

fikirlərin və insanın daxili aləminin rəngarəngliyi deməkdir. 

 Müxtəlif  dövrlərdə  və  ayrı-ayrı  siyasi  reallıqlar  şəraitində  formalaşmış 

demokratiya  ənənələri  bir  sıra  nəzəriyyə  və  doktrinalarda  özünün  ifadəsini  tapmışdır. 

Belə nəzəriyyələrdən biri plyuralist demokratiya konsepsiyasıdır. 

Antik  demokratiya  siyasi  prosesdə  xalqın  rolunu,  klassik  demokratiya  isə  fərdin 

rolunu  ön  plana  keçirdiyi  halda,  plyuralist  demokratiyada  əsas  hərəkətverici  qüvvə 

funksiyasını  qrup  yerinə  yetirir.  Fərdin  mənafeyi,  siyasi  davranış  motivləri  qrupda, 

habelə  qruplararası  münasibətlər  prosesində  formalaşır.  Buna  görə  də,  demokratiya 

insanlara  ayrı-ayrı  qruplarda  birləşmək,  öz  mənafeyi  uğrunda  qrup  şəklində  mübarizə 

aparmaq üçün şərait yaratmalıdır. 

Plyuralist nəzəriyyəyə görə, demokratiya müxtəlif ictimai qruplarda öz mənafeyini 

ifadə etməyə və rəqabət mübarizəsində onların qüvvələr nisbətini əks etdirən kompromis 

qərar qəbul etməyə imkan yaradan idarəçilik forması kimi qavranılır. 

Plyuralizm insanların mənafelərinin çoxluğunu ifadə edir. Bu mənafelər ziddiyyətli 

qarşılıqlı  əlaqəyə  malikdir.  Plyuralizm  ictimai  həyatın  müxtəlif  sahələrində  öz  əksini 

tapır. 

Siyasi plyuralizmdən danışarkən  ən başlıcası onun formaları probleminin ön plana 



çıxmasıdır.  Yəni  ictimai  strukturun,  iqtisadiyyatın  və  ideoloji  işin  rəngarəngliyi  siyasi 

sistemdə hansı formalarda əks etdirilir. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə