Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Burada bəzi ən ümdə məsələlərin həyata keçirilməsi zəruridir: 1. son dərəcə zərərli 

olan bürokratik mərəzçilikdən əl çəkmək; 2. çoxpartiyalılıq şəraitində müxtəlif fikirləri 

nəzərə  almaqla  qərarların  hazırlanması  və  qəbul  olunması  mexanizmini  işləyib  həyata 

keçirmək;  3.  müxtəlif  tərəflərin  öz  mövqelərini  izah  etməsini,  hətta  qərar  qəbul 

olunduqdan sonra öz düzgünlüyünü müdafiə etmək imkanını təmin etmək. 

Bu  halda  bəzi  politoloqlar  siyasi  sistemin  tərəflərinin  rəngarəngliyinin  hədsiz 

artacağını  və  müxtəlif  mənafeləri  ifadə  edən  yeni  formal  və  qeyri-formal  təşkilatların 

yaranmasının mümkünlüyünü qeyd edirlər. 

Cəmiyyət həyatının demokratikləşməsi «hakimiyyət bölgüsü» prinsipindən asılıdır. 

«Hakimiyyət  bölgüsü»-  siyasi-hüquqi  doktrinadır.  Bu  prinsipə  görə  dövlət  hakimiyyəti 

vahid bir bütöv kimi deyil, ayrı-ayrı hökmranlıq funksiyalarının (qanunverici, icraedici, 

məhkəmə) məcmusu kimi ifadə edilir. Bu funksiyaları bir-birindən asılı olmayan dövlət 

orqanları  həyata  keçirir.  Bu  fikir  hələ  antik  və  orta  əsr  mütəfəkkirləri  tərəfindən  irəli 

sürülmüşdür.  «Hakimiyyət  bölgüsü»  müstəqil  formalaşmış  təlim  kimi  XVIII  əsrin 

ortalarında  Ş.Monteskye  tərəfindən  işlənmişdir.  Bu  prinsipdən  Qərb  ölkələrinin  dövlət 

quruculuğunda  geniş  istifadə  olunmuşdur.  1787-ci  ildə  qəbul  edilmiş  və  indiyədək 

qüvvədə  olan  ABŞ  Konstitusiyasının  tərtib  edilməsində  də  bu  prinsipdən  istifadə 

edilmişdir. 

«Hakimiyyət  bölgüsü»  prinsipinin  müsbət  tərəfi  ali  nümayəndəli  hakimiyyət 

orqanının  olmasını  nəzərdə  tutur.  Belə  ki,  bu,  böyük  əhəmiyyəti  olan  demokratik 

institutdur.  Ali  nümayəndəli  orqanın  əlində  qanunvericilik  hakimiyyətinin  cəmləşməsi 

təqdirə  layiqdir.  craedici  funksiya  hökumətin  əlində  cəmləşir.  Hakimlərin  müstəqil 

olması qanunun əsas tələbidir. 

Demokratiyanın  mühüm  şərtlərindən  biri  hakimiyyətin  həddindən  artıq 

mərkəzləşməsinin  qarşısını  almaq  məqsədilə  hakimiyyət  funksiyalarının  fəal  surətdə 

yerli  özünüidarə  orqanlarına  verilməsidir.  Məsələn,  ABŞ-da  mövcud  olan  80  min 

hakimiyyət  orqanından  bir  milli  hökumət  və  50  ştat  çıxılmaq  şərtilə  qalanların  hamısı 

yerli idarə orqanlarıdır. R.Reyqanın prezidentliyi dövründə hakimiyyət səlahiyyətlərinin 

federal  hökumətin  əlində  həddindən  artıq  cəmləşməsinin  qarşısı  alındı  və  onlar  fəal 

surətdə yerli idarə orqanlarına, o cümlədən ştatlara verilməyə başlandı.

5

 

Azərbaycan    Respublikası  Konstitusiyasının  «Yerli  özünüidarəetmə»  adlanan 



dördüncü bölməsindəki IX fəsildə bələdiyyələrdən bəhs olunur. Həmin fəsildə «Yerlərdə 

özünüidarənin təşkili» adlanan 142-ci maddədə deyilir:  

I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir; 

II. Bəlidiyyələr seçkilər əsasında yaradılır; 

III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin 

qaydaları isə qanunla müəyyən edilir. 

Konstitusiyanın  «Bərabərlik  hüququ»  adlanan  25-ci  maddəsində  demokratik 

cəmiyyətin çox mühüm bir prinsipi öz əksini tapmış və şəhr edilmişdir. Həmin maddədə 

deyilir:  

1.

  Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 



2.

  Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 

3.

  Dövlət  irqindən,  milliyyətindən,  dinindən,  cinsindən,  mənşəyindən,  əmlak 



vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar 

ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  hər 

kəsin  hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  nsan  və  vətandaş 

hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və 

sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 

Konstitusiyanın  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  müdafiəsi 

adlanan 26-cı maddəsində göstərilir ki; 1. Hər kəsin qanunla qadağan olunmayan üsul və 

vasitələrlə  öz  hüquqlarını  və  azadlıqlarını  müdafiə  etmək  hüququ  vardır;  2.  Dövlət  hər 

kəsin hüquqlarının müdafiəsinə təminat verir.

9

 




 

26 

Sosial siyasətin məqsədləri  və  vəzifələri 

Siyasətin  real  təcəssümü  konkret  fəaliyyətdən  ibarətdir.  Siyasətin  əsas  subyekti 

olan  başlıca    qurumların,  xüsusilə  dövlətin  fəaliyyəti  mahiyyət  etibarilə  siyasətin 

mövcudluq  formasını  ifadə  edir.  Dövlətin  fəaliyyətinin  mühüm  istiqamətlərindən, 

funksiyalarından birini sosial siyasət təşkil edir. 

Sosial  siyasət  cəmiyyətdə  vətəndaşların,  sosial  qrup  və  birliklərin  tələbatlarını 

nəzərə  alaraq,  onlar  üçün  yaşayış  şəraiti  yaratmaq  sahəsində  dövlətin  konkret 

fəaliyyətidir. 

Sosial  qrupların  differensiyasının  dəqiq  uçotunu  aparmaq,  onların  əməyinin 

xarakter və məzmununu müəyyən etmək, mənafelərinin rəngarəngliyini öyrənmək sosial 

siyasət  üçün  mühüm  cəhətdir.  nsanların  imkanları,  qabiliyyətləri,  maraq  və 

mənafelərinin müxtəlifliyi sosial siyasətdə nəzərə alınmalıdır. 



Sosial siyasət – siyasi rəhbərliyin maddi rifahi yüksəltmək, sosial ədalətin bərqərar 

edilməsi,  siniflərin,  millət  və  xalqların,  sosial  qrup  və  zümrələrin,  kollektivlərin,  ayrı-

ayrı  şəxslərin  əmək,  mədəni-məişət,  sosial  şəraitinin  yaxşılaşdırılması  üçün  həyata 

keçirdiyi tədbirlərin məcmusuna deyilir. 

Başqa sozlə desək, sosial siyasət dövlətin cəmiyyət həyatının sosial sferasının idarə 

edilməsi  sahəsindəki  fəaliyyətidir.  Bu  fəaliyyət  adamların  əmək  və  ictimai-siyasi 

fəallığının  artırılmasına,  onların  mənafeləri  və  tələbatlarının  ödənilməsinə  xidmət 

etməlidir. 

Sosial  siyasətə  bu  və  ya  digər  səbəblər  üzündən  çətin  sosial  vəziyyətə  düşən, 

ə

halinin  digər  qrup  və  zümrələrinə  nisbətən  öz  qüvvəsi  ilə  öz  vəziyyətini 



yaxşılaşdırmağa  imkanı  olmayan  sosial  qrup  və  zümrələri  müdafiə  etmək  məqsədilə 

dövlətin həyata keçirdiyi tədbirlər və s. də daxildir. 

Sosial siyasətin başlıça məqsədi: 

1.

 



Bütün  sosial  qrupların  maddi  və  mənəvi  tələbatını  daha  yaxşı  ödəmək 

üçün şərait yaratmaq; 

2.

 

qtisadi,  siyasi,  hüquqi  və  mənəvi  münasibətlər  sahəsində  sosial  ədaləti 



gücləndirməkdən ibarətdir. 

Sosial  siyasət  bir  sıra  vəzifələrə  xidmət  göstərir.  Onun  mahiyyətindən  irəli  gələn 

başlıça  vəzifə  cəmiyyət  üzvlərinin  təkrar  istehsalına  şərait  yaratmaq,  insanların  zəruri 

maddi  ehtiyaclarını  ödəməkdir.  Hər  bir  dövlət  insanların  siyasi  təşkili  forması  olmaq 

etibarilə, bir yandan onların məcburi surətdə kütləvi hakimiyyətə tabe olmalarını təmin 

edir,  digər  tərəfdən  isə  əhali  qarşısında  üzərinə  müəyyən  öhdəliklər  götürür.  Bu 

öhdəliklərə  insanların  təhlükəsizliyini,  ictimai  asayişi  təmin  etməklə  yanaşı  onların 

maddi tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün şərait yaradılması kimi vəzifələr 

daxildir.  Hələ  lap  qədim    dövrlərdən  hökmdarların  ədalətliliyi  haqqında  insanların 

ş

üurunda  dərin  kök  salmış  təsəvvürlər  onların  əhalinin  ehtiyaclarına  qayğısı  və  diqqəti 



kimi humanist keyfiyyətlərinə əsaslanırdı. 

Sosial  siyasətin  yerinə  yetirdiyi  ikinci  mühüm  vəzifə  sosial  ədalətin  həyata 

keçirilməsi ilə əlaqədardır. Ədalət anlayışı tarixi dəyişkənliyin təsirini öz üzərində hiss 

edən sosial həyat hadisəsidir. Hər bir tarixi dövr, hər bir xalq və millət, hər bir ictimai 

quruluş  ədalət  haqqında  öz  təsəvvürlərini  formalaşdırır.  Lakin  bütün  dövrlər  üçün 

ümumi  olan  bir  prinsip  dəyişməzdir,  o  da  mövcud  dövlətin,  siyasi  rejimin,  konkret 

hökmdarın ədalətin təcəssümü olması haqqında fikrin əsaslandırılması cəhdidir. Hər bir 

konkret  şəraitdə  özünəməxsus  şəkildə  dərk  edilən  ədalət  prinsiplərinin  həyata 

kecirilməsində  mühüm  vasitələrdən  biri  sosial  siyasət  hesab  olunur.  Bu  halda  sosial 

ə

dalət haqqında təsəvvürlər ilkin, sosial siyasət isə törəmə mahiyyət daşıyır. Yəni siyasi 



rejim sosial ədalət haqqında rəsmi baxışları və mövqeyi müəyyənləşdirir və ona uyğun 

sosial siyasət həyata keçirir. 

 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə