Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

göstərilə bilər. 

•  hakimiyyət,    məcburiyyət,  nüfuz    təsiri,  təşkilatın  imkanlarından 

istifadə  olunma  (  bu  keyfiyyətdə  müəyyən  prinsiplər  əsasında 

insanların  iradə  və  hərəkətləri  nəticəsində  yaranan  həm  partiyalar, 

həm    ittifaqlar,  hərəkatlar,  həmçinin,  dövlət,  institutlar  çıxış  edə 

bilərlər) siyasi münasibətlərin əlində spesifik alətdir. 

       Beləliklə,  siyasi  münasibətlər  sferası  bütün  siyasi  fəaliyyət 

obyektlərinin  məcmusudur,  başqa  sözlə  desək,  cəmiyyətin  siyasi  həyatı 

məhz bu  münasibətlərdə üzə çıxır. 

        Subyekt tərkibinə görə siyasi münasibətləri  üç qrupa bölmək olar: 

Birinci  qrup - siniflər, iri sosial qruplar, millətlər və dövlətlər arasında 

olan münasibətlərdir. Bu münasibətlər siyasi sistemin əsasını təşkil edir və 

müvafiq siyasi təşkilatların fəaliyyətində öz əksini tapır. 

kinci    qrup  -  şaquli  münasibətlər  adlandırılan    siyasi  hakimiyyətin 

həyata keçirilmə prosesində yaranan münasibətlərdir. 

Üçüncü    qrupa    siyasi  təşkilat  və  idarələrin  arasında  yaranan 

münasibətlər aid edilir. 

        Siyasi mənafe beş əsas mərhələdən keçir: 

•  cəmiyyətlə praktik əlaqələrdə subyektin vəziyyəti; 

•  bu vəziyyətin subyekt tərəfindən dərk edilməsi səviyyəsi; 

•  davranış və fəaliyyət motivləri; 

•  obyektiv  aləmdə  mənafenin  təsdiq  olunması    prosesindən  ibarət 

hərəkətin özü; 

•  mənafenin təsisləndirilməsi. 

    Siyasi mənafe ilk səbəb olaraq siyasi davranışın mənbəyidir. Bundan belə  

nəticə  çıxarmaq  olar  ki,  siyasi  mənafe  siyasi  prosesi  hərəkətə  gətirən 

qüvvədir.  Siyasi  mənafelər  rəsmi  qeydə  alınmış  partiyalar  tərəfindən  və  

həm  də  siyasi  cərəyanların  nümayəndələri  tərəfindən  ifadə  oluna  bilər. 

Siyasi problem, siyasi mənafelərin toqquşmasından labüd şəkildə  yaranmış 

şə

raitdir. Siyasi problemin vaxtında  həll edilməməsi siyasi konfliktə apara 



bilər,  bu  da  öz  növbəsində  müvafiq  tədbirlərin  görülməməsi  nəticəsində 

silahlı  toqquşmaya  gətirib  çıxarda  bilər.  Beləliklə,  siyasi  mənafelərin 

toqquşması müharibəyə, inqilablara, üsyanlara apara bilər.  

    Hər  bir  siyasi  sistem  bir  çox  amillərlə:  geosiyasi,  milli,  ənənəvi  və  s. 

müəyyənləşən  özünün  siyasi  maraqlarını  ifadə  edir.  Müxtəlif  əlamətlərə 

görə siyasi mənafeləri aşağıdakı kimi təsnif etmək olar: 

•  mənafeni  təmsil  edən  orqana  görə:  dövlət,  partiya,  ictimai 

təşkilatların və  birliklərin  mənafeyi; 

•  siyasi  xəttin  xarakterinə  görə:  ultrasol,  sol  (solçu  ),  sol  mərkəz, 

mərkəz, sağ mərkəz, ultrasağ; 

•  siyasi rejimin xarakterinə görə: totalitar, demokratik və s. 

 

21 

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların xüsusiyyətləri 

Azərbaycanda  siyasi  sistemin  təkamülü,  respublikamızın  sosial-iqtisadi  həyatının 




inkişaf dinamikası, demokratiyanın bərqərar olması çoxpartiyalı sistemin yaradılması ilə 

nəticələndi.  Siyasi  həyatın  plyuralizmi  vətəndaşların  məqsəd  və  mənafeyinin  sabit 

formada təmsil edilməsi prosesində partiyalar siyasi  hakimiyyətin stabilləşdirilməsində 

böyük rol oynayırlar. 

XX  əsrin  əvvəllərində  və  1920-ci  ilə  qədər  Azərbaycanda  müxtəlif  istiqamətdə 

fəaliyyət  göstərən  siyasi  partiyalar,  təşkilatlar  mövcud  idilər:  sosialist  orieyentasiyalı 

partiyalar  (RSDP-nin  Bakı  təşkilati,  «Hümmət»,  « ctimayun-e-Amiyun»,  «Bakı 

fəhlələrinin  ttifaqı»,  «Azad»  və  s.);  liberal  orientasiyalı  partiyalar  («Xalq  azadlığı 

Partiyasının  Bakı  şöbəsi»(kadetlər)  Müsəlman  konstitusiyalı  partiya  « ttifaqi  - 

Müslimin»);  milli  partiyalar  («Qeyrət»,  «Difai»  (Qoruma),  «Müdafiyə»),  «Müsavat» 

(Bərabərlik),  «Mücandin»  və s.), rus («Rus zəhmətkeşlərinin Komitəsi»,  «Rus xalqının 

ttifaqının  şöbəsi»)  və  sionist  təşkilatları  («Sion  fəhlələri»  («Poaley  Sion»),  Sionist-

sosialist fəhlə partyiasının Bakı qrupu»). 

Bu gün Azərbaycan Respublikasında çoxpartiyalı siyasi sistem bərpa olunub. Hal-

hazırda  respublikamızda  siyasi  partiyaların,  birliklərin,  ictimai  hərəkatların  getdikcə 

artması prosesi gedir. 

Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində deyilir: «demokratik 

dövlətdə hər bir vətəndaş qanun çərçivəsində fəaliyyət göstərən birlik, o cümlədən siyasi 

partiya,  həmkarlar  ittifaqı  və  digər  ictimai  kütləvi  təşkilat  və  hərəkat  yaratmaq  və  ya 

mövcud  könüllü  birliyə  daxil  olmaq  hüququna  malikdir».  Bütün  birliklərin  sərbəst 

fəaliyyətinə dövlət tərəfindən təminat verilir. 

Azərbaycan  Respublikasında  çoxpartiyalı  sistemə  keçid  «Qarabağ  problemi» 

ə

rəfəsində  qeyri-formal  təşkilatların,  klubların  əmələ  gəlməsi  ilə  başlanmışdır.  1991-ci 



ilin yanvarınadək respublikada 37 ictimai – siyasi təşkilat rəsmi qeydiyyatdan keçmişdir. 

Ali  Sovetə  seçkilərin  hazırlanıb  keçirilməsində  iştirak  etmək  üçün  «Müstəqil 

Azərbaycan  bloku»  yaranmışdır  ki,  bura:  AXC  hərəkatı,  SD  partiyası,  Milli  istiqlal 

partiyası,  «Çənilibel»  cəmiyyəti,  «Varlıq»,  «Azərbaycanın  müstəqilliyini  müdafiə 

təşkilatı»,  «Bakı  alimlər  klubu»,  «Qayğı»,  «Birlik»,  «Dirçəliş»,  «Bakılı»,  «Xudu 

Məmmədov  adına  təbiəti  sevənlər  klubu»,  «Yurddaş»,  «Yurd»,  «Azərbaycan 

müsəlmanları  gəncləri  cəmiyyəti»,  «Azərbaycan  hüquqçular  cəmiyyəti»,  «Bakı 

incəsənət mərkəzi»-daxil idi. Daha sonra formal  və qeyri - formal Kütləvi  nformasiya 

Vasitələri yaranmağa başlandı. 

1992-ci  ildə  « ctimai  Birliklər  haqqında  Qanun»,  «Siyasi  partiyalar  haqqında 

Qanun»  qəbul olundu. Bu qanunlara  əsasən ictimai-siyasi təşkilatlar öz Nizamnamə və 

Məramnamələrinə uyğun şəkildə, Konstitusiya çərçivəsində fəaliyyət göstərməlidirlər. 

ndiki mərhələdə inkişaf meyllərindən biri mövcud siyasi partiyaların və birliklərin 

fəallığın artmasıdır, onların dövlət hakimiyyəti onqanları ilə qarşılıqlı əlaqəsidir. Onlar 

siyasi  fəaliyyətə  getdikcə  daha  çox  cəlb  olunurlar.  Siyasi  partiyaların  liderləri  öz 

platformalarının  kütləvi  surətdə  müdafiə  edilməsini  təşkil  etmək  üçün  birgə  siyasi 

tədbirlər keçirilməsi üçün hətta, əks istiqamətli birliklərlə də danışıqlar aparırlar. 

Bir  sıra  hallarda  belə  danışıqlar  və  razılaşmalar  nəticəsində  birgə  təşkilat 

quruluşları yaranır (birgə ittifaqlar, bloklar və s.). Belə birliklərdən kütləvi nümayişlərin, 

mitinqlərin,  tətillərin  keçirilməsində  istifadə  olunur  ki,  cəmiyyətdə  gərginliyin 

güclənməsinə  səbəb  olur,  intizamsızlıq  yaranır.  Məsələn,  Bakıda  1992-ci  ilin  məlum 

mart  və  may  hadisələri  zamanı  Yuxarı  Qarabağda,  Goranboyda,  respublikanın  sərhəd 

rayonlarında, ya da 1993-cü il oktyabrında gərgin vəziyyətlə əlaqədar olaraq bütün siyasi 

partiyaların və təşkilatların möhkəm birləşməsi yaxşı səmərə vermişdir. 1998-ci ilin 10 

oktyabrında  prezident  seçkiləri  mərhələsində  və  sonralar  hakimiyyət  strukturlarının 

yaradılması  və  dövlət  aparatının  formalaşması  zamanı  siyasi  partiyaların  birliyinin 

pozulması müşahidə edilmişdir.  

Hazırda  Azərbaycan  Respublikasında  500-ə  qədər  ictimai-siyasi  təşkilatlar, 

birliklər  fəaliyyət  göstərir.  40-a  yaxın  siyasi  partiya  rəsmi  qeydiyyatdan  keçmişdir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə