Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

dükanlar.  Bu  ölkənin  adamları  dindardırlar,  düzlük  tərəfdarıdırlar,  əyrilik 

qapısını  bağlamışlar.  Yalan  danışmazlar,  acizlərə  kömək    edərlər,  dara 

düşənlərin xilasına çatırlar. Burada hər kəsin malı başqasından  artıq deyil, 

bütün var - dövlət bərabər bölünür. Onların uşaqlarını Allahın özü böyüdür. 

Nizami  bütün  əsərlərində  tərənnüm  etdiyi  ədalət  və  humanizm  ideyalarını 

sanki  burada  yekunlaşdırır.  Müdrik    şah  həqiqət  yolunun  hələ  harada 

olduğunu yaxşı bilmir. Xoşbəxtlər ölkəsinin adamları ona həyat və insanlıq 

qaydalarını  öyrədirlər.  Bundan  sonra  sgəndərin  dünyanı  dolaşmasına 

ehtiyac  qalmır. Bu  onun axırıncı səfəri olur. 

Nizaminin  utopik  fikirləri  Azərbaycanda  və  bütün  Şərqdə  mütərəqqi 

ictimai fikrin inkişafında mühüm rol oynamışdır. 

13 

N.Tusinin siyasi baxışları. Tusi insanlararası münaqişələ

mexanizminin kateqoriyaları haqqında 

N.Tusi  geniş    elmi-bədii,  fəlsəfi  görüşlərlə  yanaşı  ictimai-siyasi 

məsələlərə  aid  qiymətli  fikirlər  də  söyləmişdir.  Onun  siyasət,  hüquq  və 

dövlət  haqqında  yazdıqları  əsasən  «Əxlaqi-Nasiri»  əsərində  toplanmışdır. 

N.Tusinin dediyinə görə insanların iradi işləri iki yerə – xeyirlər və şərlərə 

bölündüyündən icmalar da buna uyğun olaraq iki yerə bölünür: səbəbi xeyir 

olanlar və səbəbi şər olanlar. 

Mütəfəkkir siyasətin aşağıdakı növlərini göstərir: 

1.

 

Fəzilətli  siyasət,  buna  imamət  də  deyilir.  Belə  siyasətin 



məqsədi 

xalqı 


kamilləşdirmək, 

nəticəsi 

isə 

səadətə 


çatdırmaqdır; 

2.

 



Naqis  (nöqsanlı)  siyasət,  buna  zorakılıq  da  deyilir.  Belə 

siyasətin  məqsədi  xalqı  qul  halına  salmaq,  nəticəsi  isə 

bədbəxtlik olar.  

Birinci  siyasət  Tusinin  fikrincə  camaatı  ədalətə  çağırır  və  rəiyyətə  ən 

sədaqətli dost gözü ilə baxır, şəhəri xalqa xeyir verən işlərlə doldurur, əxlaq 

pozğunluğun qarşısını alır.  kinci siyasət camaatı qarətə təhrik edir, rəiyyəti 

qul  və  nökər  hesab  edir,  şəhəri  xalqa  zərər  verən  şər  işlərlə  doldurur,  özü 

şə

hvani hisslərin əsiri olur. 



Tusinin  siyasi  görüşlərində  «dövlət»  anlayışı  mühüm  yer  tutur. 

Təsadüfi  deyildir  ki,  o  görkəmli  dövlətşünas,  dövlət  nəzəriyyəçisi  hesab 

olunur.  Tusinin  fikrincə,  dövlət  insanların  birliyi,  cəmiyyətin  təbii 

vəziyyətidir.  O,  belə  hesab  edirdi  ki,  insanlar  öz  mənafeləri  əsasında 

könüllü  surətdə  birləşmək  arzusunda  olduqları  zaman  dövlət  əmələ  gəlir. 

Həm  də  dövlət  insanların  tələbatını  ödəmək  məqsədilə  yaranır  və  onlara 

xidmət edir. 

Tusi  «dövlət»  və  «cəmiyyət»    anlayışlarını  təqribən  eyni  mənada 

işlədir, dövlət - cəmiyyətin strukturunu təsvir edir. Onun mühüm ünsürləri 

ailə,  məhəllə  (rayon  yaxud  qrup)  şəhər  icması,  böyük  xalqlar  icması  və 

ümumdünya icmasıdır. 

Tusi belə hesab edirdi ki, insanların həyatı dövlətdən kənarda mümkün 

deyildir.  nsan  dövlətin  yardımına,  dövlət  isə    insanın  aktiv  fəaliyyətinə 

ehtiyac hiss edir. Bu mənada Tusinin təlimində dövlət və insan  bir-birinin 




qarşısında  məsuliyyət  daşıyır.  Böyük  mütəfəkkir  yazırdı:  «Dünya  əhlinin 

ictimai  quruluşu  bir  sistem  təşkil  etdiyindən,  kim  sistemdən  çıxıb  tək 

yaşamaq,  inzivayə  çəkilmək  xəyalına  düşsə,  bu  baxımdan  fəzilətlərdən  əli 

çıxar,  öz  növünün  köməklərindən  imtina  etdiyi  üçün  tənhalıq  dəhşəti 

içərisində, əzab və məhrumiyyətlər cəngində məhv olar «. 

Tusinin  fikrincə,  dövlət  ancaq  ədalət  əsasında  yaşaya  bilər.  Ədalətin 

şə

rtləri isə dövləti təşkil edən dörd «sinif» «qələm əhli» (ziyalılar), «qılınc 



ə

hli»  (hərbiçilər),  «müamilə  əhli»  (tacirlər,  sövdagərlər,  sənətkarlar, 

vergiyığanlar) və «ziraət əhli» (əkinçilər, biçinçilər, bağbanlar, maldarlıqla 

məşğul olanlar) arasında uyğunluğun yaradılması (« nsanın sağlamlığı dörd 

ünsür  arasındakı  tənasüblükdə  olduğu  kimi,  cəmiyyət  arasındakı  uyğunluq 

da  dörd  sinifin  qarşılıqlı  müvafiqliyində  olar»),  insanların  ləyaqətinə  və 

istedadına  görə  vəzifəyə  təyin  edilməsi,  hərənin  öz  payına  düşənin  ona 

verilməsindən  ibarətdir.  Öz  fikrini  davam  etdirərək,  o  yazırdı  ki,  bu  dörd 

dəstə  birgə,  əlbir,  ahəngdar  fəaliyyət  göstərdikdə  mədəniyyət,  fəzilət  və 

səadət sistemi əmələ gəlir. 

Azərbaycanın  görkəmli  mütəfəkkiri  Nəsrəddin  Tusi  (1201-1274) 

özünün  «Əxlaqi  nasiri»  əsərində  qruplar  arası,  dövlətlər  arası  və  s. 

münaqişələri  bir-birindən  fərqləndirmişdir  və  şəxsiyyətlər  arası 

münaqişələrin    yaranma  səbəblərini  on  kateqoriyaya  ayırmışdır:  iftixar, 

iddialıq,  dava-dalaş,  höcət,  zarafat,  təkəbbür,  təlxəklik,  xəyanət,  qisas, 

hərislik. 



 

14 

HeydəƏliyevin siyasi görüşləri 

Görkəmli  dövlət  xadimi  və  siyasətşunas  Heydər  Əliyevin 

demokratiya,  dövlətçilik,  müstəqillik  və  s.  haqqında  fikirləri  böyük  elmi 

ə

həmiyyət kəsb edir. Ən əsası isə onun siyasi  fikir və ideyaları dövlətçilik 



fəaliyyəti  nəticəsində    son    on  ildə    Respublikamıza  Prezidentlik  etdiyi 

dövrdə  həyata  keçirilmişdir.  Müstəqil  Azərbaycan    milli  dövlətçiliyinin  

demokratik inkişafı  Heydər Əliyev siyasi ideyasının əsasını təşkil  etmişdir. 

Müstəqil  Azərbaycanın  inkişafına  xüsusi    diqqət  yetirən  Heydər  Əliyev 

demişdir: 

«Müstəqil 

Azərbaycan 

Respublikası 

bizim 

 

tarixi  



nailiyyətimizdir». 

O,  bu  nailiyyəti    özünün    siyasi  təcrübəsi  və  fəaliyyəti  ilə  daha 

yüksəklərə  qaldırmış,  inkişaf  etdirmişdir.  Məhz  onun  siyasi  təcrübəsi  

sayəsində  Azərbaycan  Respublikası  demokratik,  hüquqi,  dünyəvi  dövlət 

quruculuğu yolunda bu gün də  əzmlə irəliləyir. Heydər Əliyev  bu  haqda  

demişdir:  «Dövlət  quruculuğunda    nəinki  tarixi  və  milli  ənənələrimiz  

nəzərə  alınır,  həm  də  dünya  təcrübəsindən,  demokratik  prinsiplərdən 

istifadə edilir». 

Heydər  Əliyevin    siyasi    fikir    və  ideyalarında    insan  azadlığı,  söz, 

vicdan  azadlığı,  insan  hüquqlarının  qorunması,  bütün    vətəndaşların  eyni  

hüquqa    malik  olması,  siyasi  plyuralizm  əsas  yer  tutur.  Məhz    Heydər 

Ə

liyevin  siyasi fəaliyyətinin nəticəsində  müstəqil Azərbaycan demokratik  



prinsiplər  əsasında    ilk    milli  konstitusiyasını  qəbul  etmiş,  parlamentini 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə