Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   2   3   4   5   6   7   8   9   ...   21

ilk  olaraq  dövlət,  hakimiyyət  məsələlərinə  tarixi-sosioloji  aspektdən 

yanaşmış, eyni zamanda dövlətin  yaranması, inkişafı və süqutunun  «təbii 

qanunları»nı  üzə  çıxarmaq      vəzifəsini  qarşıya  qoymuşdur.  bn-Xaldun 

dövlətin  «sivilizasiyanın    bir  sıra  mühüm  əlamətləri  ilə    bağlı  olaraq» 

yarandığı  qənaətinə gələn ilk mütəfəkkirdir. 

bn–Xaldun dövlət hakimiyyətinin idarə olunmasında hökmdarla, onun 

təbəələrinin  vəhdəti  məsələsinə  geniş  yer  vermişdir.  bn-Xalduna  görə, 

ictimai-siyasi  vəziyyətdəki  mühüm  dəyişikliklər  dövlət    başçısının  rolu  ilə 

məhdudlaşmır, daha çox cəmiyyətin ictimai münasibətlərinin dəyişilməsi ilə 

bağlıdır. 

O,  dövlət  idarə  formalarının  təsnifatını  verərkən,  ona  hakimiyyətin 

funksional cəhətindən yanaşır və burada hər bir idarə formasının özünə xas 

hüquqi  tipi olduğunu bildirirdi. Bu prosesdə  başlıca müəyyənedici tərəfin 

siyasi rejimlə əlaqəli olmasına üstünlük vermişdir. Bu qəbildən,  bn-Xaldun 

hesab  edirdi  ki,  monarxiya,  aristokratiya,  demokratiya,  avtoritarlıq  kimi  

siyasi  rejimlər  hər  biri    müvafiq  idarə    formalarına  malikdirlər  və  fərqli 

hüquqi münasibətləri təzahür etdirirlər. 

bn-Xaldun  siyasi  təlimində  idarəetmənin  üç  forması:  «təbii 

monarxiya»,  «siyasi    monarxiya»,  və  «xilafət»  fərqləndirilir  və  üstünlük 

daha  çox  axırıncıya  verilirdi.  Burada  o,  xilafətin    dini  sərvətlərə 

arxalanmasına üstünlük verirdi. 

Şə

rqdə  olduğu  kimi,  Qərbdə  də  feodalizm  dövründə  əksər  siyasi 



təlimlər  dini  xarakter  kəsb  edərək,  hakim  ideoloqiyanın  maraqlarını  ifadə 

etmişdir. 



 



ntibah dövrünün siyasi təlimləri (N.Makiavelli, T.Mor, F.Bekon) 

XV-XVI  əsrlərdən  başlayaraq  Qərbdə    feodalizm  qaydalarının 

dağılması  və  kapitalist    münasibətlərinin  yaranması    bir  sıra  sosioloji  

xarakter    daşıyan  yeni    ictimai-siyasi  fikirlərin  təşəkkül  tapmasına  şərait 

yaradır.  Burada  ən  vacib  məsələlərdən  biri  dövlətə  münasibət  olmuşdur. 

Yeni yaranmaqda olan burjua ideoloqları özlərinin siyasi fikirləri ilə keçmiş 

feodal-teokratik  baxışlara  qarşı  çıxaraq  milli  və  mərkəzləşmiş  dövlət 

ideyalarını müdafiə edirlər. 



Nikolo  Makiavelli  (1469-1527)  öz  siyasi  görüşlərinə  görə  taliya 

burjuaziyasının  ideoloqu  olmuşdur.  Onun  «dəmir  əl»  nəzəriyyəsi  tərəfdarı 

olması  və  bunun  hər  nə  vasitə    ilə  olursa-olsun  istismar  olunan  xalq 

kütlələrininə 

qarşı 

yönədilməsi 



fikri 

taliyada 

vahid 

dövlətin 



yaradılmasından irəli gəlmişdir. 

Makiavelli üçün zadəganlar – bu «… hər cür vətəndaşlığın lənətlənmiş 

düşmənidir».  Eyni  zamanda,  onun  fikrincə,  «qəzəblənmiş  kütlələrdən 

qorxulu heç bir şey yoxdur … «. 

Makiavelli  hesab  edir  ki,  tarixin  hərəkətverici  qüvvəsini  «maddi 

maraq»  təşkil  edir  və  burada  ən  möhtəşəm  olan  xüsusi  mülkiyyətdir.  O 

deyirdi  ki,  insanlar    öz  atalarının  ölümünü  daha  tez  unudurlar,  nəinki 

mülkiyyətdən  məhrum  olmalarını.  Makiavelli  yazırdı  ki,  mahiyyətcə 




cəmiyyətdə  siniflərin  mübarizəsi  gedir,  amma  onun  səbəblərinin  və  həqiqi 

xarakterinin nədən ibarət olmasını dərk etmək hələ mümkün deyildir. 

Makiavelliyə  görə,  dövlətin  əsasını  tamamilə  hər  cür  əxlaqi 

prinsiplərdən azad olan güc təşkil edir. O, siyasətə empirik fəaliyyət sahəsi 

kimi yanaşaraq, onun yalnız gücün vasitəsilə həyata keçirilə bilməsini irəli 

sürürdü.  Makiavellinin  fikrincə,  «Knyaz»  yaxud  «Hökmdar»  -  bu  gücün 

dəyişilməz apologiyasıdır. 

Faktiki  olaraq  Makiavelli  istismarçı  siniflərin  qəddar  diktaturasının 

carçısı idi. 

Tomas  Mor  (1478-1535)  görkəmli  siyasi  xadim  və  mütəfəkkir  olaraq 

nəinki  bir  sıra  siyasi  fikirlər  irəli  sürmüş,  həmçinin  o  ngiltərə  dövlətində 

mühüm  vəzifələrdə  çalışmışdır.  Belə  ki,  1504-cü    ildə  parlament  üzvü 

seçilən  Tomas  Mor,  1523-cu  ildə  parlamentdə    icmalar  palatasının  sədri 

seçilmiş, 1529-cu  ildə isə  lord-kansler təyin edilmişdir. 

Lakin,  o  mühüm  demokratik  prinsiplərə  cavab  verən  parlament 

sistemində  çalışmasına  baxmayaraq  heç  bir  zaman  burjuaziyanın  ideoloqu 

deyil,  yalnız  əzilməkdə  olan  xalqın  mənafelərinin  təmsilçisi  kimi  çıxış 

edirdi. 

Tomas Mor tarixə özünün məhşur əsəri olan «Utopiya» ilə düşmüşdür. 

Bu əsərində o, ən yaxşı dövlət quruluşu haqqında fikirləri ilə çıxış edirdi ki, 

belə  bir  dövlətin  və  cəmiyyətin  istismarçı  cəmiyyətlərdə  ola  bilməməsi 

qənaətinə  gəlir.  Şərin  kökünü  Tomas  Mor  xüsusi  mülkiyyətin  olmasında 

görürdü. O, həmçinin deyirdi ki, dövlət varlıların sadə xalqı istismar etmək 

üçün hökm aparatı vasitəsidir. 

«Utopiya» ideal ictimai quruluşun belə bir təsvirini yaradırdı ki, orada 

xüsusi  mülkiyyət  yoxdur,  hamı  çalışır  və  heç  bir  varlı,  heç  bir  yoxsul 

yoxdur.  Xarakterikdir  ki,  Tomas  Mor  özünün  ictimai  həyat  idealını  irəli 

sürərkən orada istehlaka deyil, istehsala yer verirdi. Burada istehsal orta əsr 

ə

l əməyiniə əsaslanırdı. 



Bununla  yanaşı  Morun  «Utopiya»sı  gələcək  yeniliklərlə  bağlı  bir  sıra 

elementlərə də malikdir: istehsalın və bölgünün mərkəzləşdirilmiş təşkilinin 

üstünlükləri haqqında, bütün vəzifəli şəxslərin seçkili olması ideyası  və s. 

Cəmiyyətdə  möhtəkirliyi,  yararsızlığı  aradan  qaldırmaq  üçün  Tomas 

Mor  bütün  vətəndaşlardan  fiziki  əməklə  çalışması  fikrini  irəli  sürürdü. 

Onun  fikrincə,  fiziki  işdən  yalnız  iki  vətəndaş  kateqoriyası  –  müvəqqəti 

ictimai  funksiyanı    yerinə  yetirənlər  və  bir  də  elmi  fəaliyyətlə  məşğul 

olanlar azad ola bilər. 



Frensis  Bekon  (1561-1626)  özünün  siyasi  baxışlarına  görə    güclü 

mərkəzləşmiş  dövlətin  tərəfdarı    olmuşdur  ki,  bu  cür  dövlət  kapitalist 

münasibətlərinin  inkişaf  maraqlarına  uyğun  gəlirdi.    Bekon  cəmiyyət 

həyatında birinci dərəcəli əhəmiyyəti ticarət və sənayenin inkişafına verirdi. 

O yazırdı ki, ticarət «siyasi bədənin» başlıca arteriyasını müəyyən edir. 

Frensis  Bekonun  «Yeni  Atlantida»  əsərində  onun  utopik  görüşlərinə 

rast  gəlinir.  O,  «qızıl  əsr»i  arzulayırdı  və  onun  fikrincə,  buna 

maariflənmənin və müxtəlif texniki ixtiraların yolu ilə çatmaq mümkündür. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə