Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   2   3   4   5   6   7   8   9   ...   21

Bekonun bu baxışları onun Böyük Britaniyanın dünya hökmranlığı ideyası 

ilə  yoğrulan  mürtəce  siyasi  görüşləri  ilə  birləşirdi.  Bekona  görə,  heç  bir 

dövlət, yaxud xalq təkcə öz  imkanlarına əsasən yaşaya bilməz. Bununla o 

ngiltərə  burjuaziyasının  müstəmləkəçilik  siyasətinə  haqq  qazandırır  və 

yazırdı  ki,  «…  xalq  öz  varını,  sərvətini  digər  xalqın  hesabına  olmadan 

inkişaf etdirə bilməz». Bekon müharibəni «siyasi bədənin» zəruri çalışması 

hesab  edirdi;  sülh  dövrü  isə,  ona  görə,  cəsurlugun  aşağı  düşməsinə  aparıb 

çıxarır. 



 

10 

XVIII əsr fransiz maarifçilərin siyasi baxışları 

Bu  dövrün  ictimai-siyasi  proseslərinin,  xüsusilə  inqilabi  ideyalarının 

yayılmasında və formalaşmasında fransız maarifcilərinin baxışları böyuk rol 

oynamışdı. 

Ş

arl  Lui  Monteskye  (1698-1755)  özünün  siyasi  baxışlarına  görə 

islahatçı  bir  mütəfəkkir  olmuşdur.  Monteskyenin  başlıca  əsəri  olan 

«Qanunların  ruhu  haqqında»  (1748)  yeni  dövrdə  cəmiyyətdə  sosial-siyasi 

prosesləri,  xüsusilə,  onların  demokratik  cəmiyyətin  prinsiplərinə  uygun 

ə

sasında işlənilməsini real bir formada  təzahür etdirir. 



Burada      Monteskye  ideyasının  əsas  mütərəqqi    cəhəti  ondan  ibarət 

olmuşdur ki, ona görə, ictimai həyat öz təbiəti etibarilə qanunauyğunluqlara 

tabedir. O, qəti şəkildə  T. Hobbsun insanların təbii vəziyyəti haqqında olan 

ideyasından  irəli  gələn  «hamının  hamıya  qarşı  müharibə  vəziyyətində» 

olması fikrinə qarşı cıxırdı. Onun fikrincə, insanların təbii vəziyyəti onların 

arsında sülh və bərabərlik deməkdir. 

Monteskye  burjua  hüquq  nəzəriyyəsinin  yaradıcılarından  biri  olaraq, 

belə hesab edirdi ki, hüquq insanların ağılı əsasında şərtlənir. 

Fransız mütləq monarxiyasına qarşı çıxaraq, o təsdiq edirdi ki, Fransa 

üçün  inqilabi  dəyişikliklər  deyil,  ingilis  nümunəsində  olan  islahatların 

həyata keçirilməsi zəruridir. 

Monteskyenin siyasi idealı – konstitusiyalı «maarifçi» moanarxiyadan 

ibarətdir  ki,  bu  da  vətəndaşın  azadlığı  və  hakimiyyətin  qanunverici, 

icraedici  və  məhkəmə  bölgüsünün  təminatçısıdır.  Hakimiyyətin  bölgüsü 

haqqında  Monteskye  təlimi  Fransa  inqilabi  zamanında  bir  çox  burjua 

ideoloqlarının siyasi nəzəriyyələrinin əsasını təşkil etmişdir. 

Monteskyenin irəli sürdüyü hakimiyyətin bölgüsü, prinsipi, hər şeydən 

ə

vvəl hakimiyyətin bir şəxsin əlində cəmlənməsini aradan qaldırır.  kincisi, 



bu  prinsip  xalq  kütlələrinin  siyasi  azadlıq  və  hüqularının  həyata 

keçirilməsini  şərtləndirir,  üçüncüsü,  bu  prinsip  hakimiyyət  orqanlarının  – 

qanunverici, icraedici, məhkəmənin – müstəqil formada öz səlahiyyətlərini 

bir – birindən asılı olmadan həyata keçirilməsini təmin edir. 



Jan  Jak  Russo

  (1712-1778)  dövlət  və  cəmiyyətlə  bağlı  siyasi 

fikirlərini «insanlar arasında bərabərsizliyin əsasları və mənşəyi haqqında» 

(1755)  və  « ctimai  müqavilə,  yaxud  siyasi  hüququn  prinsiplərinə  dair» 

(1762) əsərlərində irəli sürmüşdür. 

Birinci əsərdə Russo ciddi bir şəkildə cəmiyyətin bərabərsizliyinə dair 




məsələni qarşıya qoyur. Burada o ictimai həyatın bir sıra sahələrində xalqın 

ə

leyhinə olan bərabərsizlikdən bəhs edir. Siyasi bərabərsizlik, onun fikrincə, 



cəmiyyət  həyatının  başlanğıc  mərhələsində  mövcud  olmamışdı.  Russoya 

görə,  «təbii  vəziyyət»  dövründə,  insanların  bərabər  olduğu  bir  zamanda 

xüsusi mülkiyyət və sosial tabecilik mümkünsüzdür. Xalq kütlələrinin sosial 

istismarının  mənbəyini  Russo  məhz  xüsusi  mülkiyyətin  yaranmasında 

görürdü. 

Xüsusi  mülkiyyətə  əsaslanan  vətəndaş  cəmiyyətinin  yaranmasını, 

Russo bir tərəfdən, ilkin «təbii vəziyyət»lə müqayisədə bir addım irəli hesab 

edirdisə, digər tərəfdən, onu eyni zamanda bərabərsizliyin, yoxsulluğun, hər 

cür bəlaların təzahür etməsi kimi səciyyələndirirdi. 

Russo  həmin  təlimində  insanların  təbii  bərabərsizliyinə  səbəb  olan 

xüsusi  mülkiyyətin  tamamilə  məhv  olunmasından  bəhs  etməsinə 

baxmayaraq, bunun ardınca o cəmiyyətin əsasını ancaq xüsusi mülkiyyətin 

saxlanmasında görürdü. Bununla yanaşı cəmiyyətin varlılara və yoxsullara 

bölünməsini məhv etməyi tələb etməklə, o xüsusi mülkiyyətin bölünməsinin 

bərabərləşdirici utopik nəzəriyyəsini irəli sürürdü. Burada o «təbii» tələbat 

prisipini, yəni hər bir kəsin özünün ehtiyacı müqabilində mülkiyyətə sahib 

olması ideyasını əsas tuturdu. 

Deni  Didro  (1713-1784)  öz  siyasi  fikirlərində  dövlətlə  cəmiyyət, 

hökmdarla  xalq  arasında  kompromissə  əsaslanan  hakimiyyətə  üstünlük 

verir.  Ona  görə, xalqla  hökmdar  arasında razılıq  əsasında olan hakimiyyət 

legitimdir.  O,  xalqın  suverenliyini  müdafiə  edir  və  hakimiyyətdən  xalqa 

qarşı  zorakılıq  məqsədlərinə  istifadə  edən  dövlətin,  o  cümlədən  «qanuni 

hökmdarın» vətəndaşların «təbii» hüquqlarını təhqir etməsini dövlətlə xalq 

arasında qəbul olunmuş razılığın pozulması kimi hesab edirdi. 

Didro  XVIII  əsr  Fransa  burjuaziyasının  maraqlarını  ifadə  edərək 

mütləq monarxiyanın nümayəndəli idarə forması ilə əvəz olunmasını tələb 

edirdi. 


Didroya  görə,  cəmiyyətin  mənəviyyatı  qanunvercilikdən  və  idarə 

formasından  asılıdr.  Ağılın  tələbləri  ilə  üst  –  üstə  düşən  dövlət  qanunları, 

onun  fikrincə,  mənəvi  həyat  üçün  şərait  yaradır,  insanı  azad,  xeyirxah  və 

savadlı edə bilər. 



Klod  Adrian  Helvetsinin  (1715-1771)  siyasi  fikirlərinin  əsasında 

dövlətlə  cəmiyyətin  mənəviyyatı  arasındakı  münasibətlər  mühüm  yer 

tuturdu.  O  yazırdı;  «…  Təcrübə  sübut  edir  ki,  xalqların  xarakteri  və  ağlı 

onların hakimiyyət formaları ilə birlikdə dəyişilirlər; belə ki, hakimiyyətin 

müxtəlif  formaları  eyni  bir  millətə  növbəcə  gah  yüksək,  gah  aşağı,  gah 

daimi, gah dəyişkən, gah cəsur, gah da kölə xarakteri vermiş olur». 

Helvetsinin  fikrincə,  cəmiyyətin  həyatı  bütövlükdə  qanunvericilikdən 

asılıdır,  bu  axırıncı  isə,  öz  növbəsində  insanların  fikrinə  tabedir.  Bununla 

ə

laqədar olaraq o yazırdı ki, «və mən belə bir qənaətə gəlirəm ki, xalqların 



bədbəxtçiliyini  həmişə  onların  qanunlarının  təkmilləşməmiş  olması  ilə 

həmçinin  də  onlar  tərəfindən  bir  sıra  əxlaqi  həqiqətlərin  bilməməzliyi  ilə 

izah etmək olar». 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə