Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   2   3   4   5   6   7   8   9   ...   21

görə  insanların  ünsiyyətinin  daha  təkmilləşmiş  formasıdır.  Onun  fikrincə, 

dövlətdə hakimiyyət heç bir varlıya, heç bir kasıba deyil, ancaq  quldarların 

orta təbəqəsinə məxsus olmalıdır. 

Aristotel  dövlət  formalarını  «normal»  (monarxiya,  aristokratiya  və 

politiya) və «qeyri-normal» (tiraniya, oliqarxiya və demokratiya) növlərinə 

ayırırdı. Ən yaxşı dövlət formasını o, «orta olanı» - politiyanı qəbul edir və 

bu dövlət formasını monarxiyanın və demokratiyanın müsbət elementlərinin  

birləşməsində  görürdü.  Tiraniyanın  isə  ən  pis  dövlət  forması  olduğunu 

göstərir. 



Ellinizm dövrünün siyasi fikirləri 

Bu dövrün cəmiyyətin ictimai həyatının bütün sahələrində olduğu kimi, 

onun  siyasi  həyatında    da  mühüm  dəyişikliklərlə  əlamətdar  olduğu 

ə

ksəriyyət  tərəfindən  qəbul  edilir.  Hər  şeydən  əvvəl,  həmin  dövr  bəşər 



tarixində  böyük  bir  dövrə  –  antik  demokratiya  və  onunla    əlaqədar  siyasi 

mədəniyyətin çiçəklənməsi dövrünə, iqtisadi, mənəvi və siyasi müstəqilliyə 

malik olan bir sıra polislərin (şəhər-dövlətlərin) varlığı dövrünə son qoydu. 

Bundan  əlavə  orada  təkhakimiyyətlilik    (monarxiya  və  tiraniya,  ən  yaxşı 

halda  isə  oliqarxiya)  dövrü  başlayır  ki,  bu  da  ən  ümumi  tənzimetmə  və 

dövlətin xalqdan ayrı düşməsi kimi xarakterizə olunur. 

Antik  dövrdən  fərqli  olaraq  ellinizmdə    azad  insanların,  xüsusilə, 

filosofların  fəlsəfi  dünyagörüşündə  olduğu  kimi,  siyasi  baxışları,  görüşləri 

və  düşüncələri  də  daha  artıq  azadfikirlik,  plyuralizm  mövqelərindən  deyil, 

bir  daha  hakim  dairələrin  maraqları  əsasında  təzahür  tapır.  Bu  cəhət 

ellinizm  dövrünün  sonlarında,  daha  dəqiq  desək,  erkən  xristianlığın  

meydana gəldiyi tarixi bir şəraitdə getdikcə qüvvətlənir. 

Ellinist insanı – bu daha, artıq suveren polisin vətəndaşı deyil, əksinə, 

nəhəng  bir  monarxiya  dövlətinin  daxilində  öz  hüquqlarını  (əlbəttə,  azad 

insanlara  xas  olan)  itirən  insana  çevrilir.  O,  daha  öz  dövlətinin 

idarəolunmasında  iştirak  etmir  və  qarşılıqlı  şəkildə  dövlət  və  insan  bir-

birindən  ayrı  düşür.  Butun  hakimiyyət  monarxın  başçılığı  altında  hərbi-

bürokratik  aparatın  əlində  cəmləşir.  Ellinist  monarxları    özlərini  birbaşa 

dövlətlə  eyniləşdirirlər.  Bu  dövrdə  siyasi  azadlıq  demək  olar,  öz 

funksiyasını itirir. 

Ellinizm siyasi fikir tarixində ən öndə gedən mütəfəkkirlər Demosfen 

və  sokrat olmuşdur. 



Demosfen  (e.ə.  384-322)  öz  siyasi  baxışlarında  monarxiya,  tiraniya 

idarə  etmə  formalarını  tənqid  edərək,  antimakedon  partiyasına  başçılıq 

edirdi. Öz nitqlərində Demosfen monarxiya dövlət quruluşuna qarşı çıxaraq, 

afinalı  həmvətənlərini  azadlıq  uğrunda    mübarizəyə  səsləyirdi.  O, 

yunanlıları  makedoniyalılardan,  Yunanıstanı  isə  Makedoniyadan  müstəqil, 

demokratik  xalq  kimi  qəbul  edirdi.  Makedoniya  çarı  haqqında  öz  fikrini 

belə  bildirirdi  ki,  «o  nəinki  yunan  deyil,  hətta  yunanlılarla  heç  bir  ümumi 

ə

laqəsi  yoxdur  «,  eyni  zamanda  «o  həm  də  elə  bir  ölkədən  deyildir  ki, 



onunla hörmətlə danışasan, əksinə elə bir ölkənin sakinidir ki, əvvəllər hətta 

həmin ölkədə adicə bir qulu da qaydasında almaq olmazdı».  




sokrat  (e.ə.  436-338)  Demosfendən  fərqli  olaraq  öz  siyasi 

görüşlərində  monarxiya  quruluşunun  tərəfdarı  kimi  cıxış  etmişdir.  O, 

Makedoniya  çarını  məhz  yunan  kimi,  yunan  qəhrəmanı  Herakl  kimi 

dəyərləndirir.  Əgər  Demosfen  üçün  başlıcası  –  Afinanın  azadlığı  və 

müstəqilliyi  idisə,  sokrat  isə  bütün  nailiyyətlərin  əldə  olunmasını  ümumi 

ellinlilərin  «vəhşilərə»  qarşı  birgə  çıxış  etməsində  görürdü.  sokrat  «Şərq-

Qərb» problemləri sahəsindəki nəzəriyyəçilərdən birincisi idi. O qəti şəkildə 

Avropa  və  Asiyanı  öz  ərazi-mədəni  səviyyələri  baxımından  prinsipial  bir 

ə

sasda qarşı-qarşıya qoyur, bütün Asiya xalqlarının vəhşi olduğunu göstərir 



və onların ellinlilərdən varlı olmasını avropalılar üçün ədalətsizlik və təhqir 

kimi sayırdı. 



 



Orta əsrlərdə Şərqdə siyasi fikrin inkişafı 

Şə

rqdə  siyasi  və  hüquqi    fikrin    inkişafı  islam  dini  ideologiyasının 



yaranması  ilə  daha  möhtəşəm  forma  aldı.  Bu,  sadəcə    sonuncu  dünyavi  

dinin  yaranması  deyil,  əsl  realliqda  ərəb  dünyasında    qəbilə    siyasi 

münasibətlərinin  tayfa dövlət quruluşu ilə  əvəz olunması demək idi. Onun 

böyük ərazilərə  yayılması yeni ictimai-siyasi münasibətlərin – feodalizmin 

ə

sasını qoymuş oldu. 



Orta  əsrlərdə  Şərq  siyasi  ideyaların  inkişafında  Əl-Fərabinin,  Əl-

Biruninin,  bn-Sinanın,  bn-Röşdün,  bn-Xaldunun  və  b.  misilsiz  rolu 

olmuşdu. Bunların hamısı üçün xarakterik  olan cəhət onda idi ki, siyasi və 

hüquqi    baxışların  və  yeni    dövlət  quruluşunun  əsasında    islam  dini 

ideologiyasını götürürdülər. Lakin, həmin  mütəfəkkirlərin hər biri ayrılıqda 

olduqca    dəyərli  fikirləri  ilə  də  öz  zamanlarının  siyasi  və  hüquqi 

münasibətlərinə böyük  töhvə vermişdir. 

Ə

l-Fərabi  (870-950)  siyasi  fikrinin  əsasını  dövlətin  öz  sakinlərini 



ə

dalətli  və  səxavətli  idarəetməsinin  təşkili    və  onun  mühafizə    üsullarını 

öyrənib, həyata  keçirmək təşkil edir. O, bu prosesdə xalqın  da özünün fəal  

iştirakını  nəzərdə   tutur,  və  hesab  edir  ki,  əhali  cəmiyyətin siyasi  həyatına 

mühüm  təsir    göstərən  xeyir  və  rifahın  hardan  gəldiyini  nəzərdən 

qaçırmamalı, onun  nadan və şər qüvvələrdən  mühafizə  olunmasına daim 

səy göstərməlidir. Onun fikrincə, siyasətin  ali məqsədi  ədalətlə, haqqa nail 

olmaqdır. 

bn-Sina (980-1037) siyasi  təliminin  mahiyyətini siyasi hakimiyyəti, 

dövlət  rəhbərliyini    düzgün  həyata  keçirmək  təşkil  edirdi.  O  da,  bu  

məsələdə  Əl-Fərabi kimi,  idarəetmənin  «səxavətli», yaxud «pis» təşkilini 

doğuran səbəbləri  oyrənməyə üstün yer verirdi. 

bn-Röşd  (1126-1198)  özünün    siyasi  baxışlarında  Aristotelin  siyasi 

ideyalarının  davamçısı    kimi  çıxış  edirdi.  O,  cəmiyyətin    sinfi-iyerarxik  

təşkilini zəruri və qanunauyğun  hal hesab etmişdir. Ona görə, dövlət başçısı 

daha  bacarıqlı olmalı və öz siyasi hakimiyyətini ədalətli qanunlar əsasında 

qurmalıdır. 

bn-Xaldunun  (1332-1406)  siyasi  fikri  öz  ifadəsini  «Müqəddimə»  və 

«Nəsihətlər kitabı» əsərlərində tapmışdır. Məhz o, şərq siyasi fikir tarixində  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə