Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   2   3   4   5   6   7   8   9   10   ...   21

Helvetsi  mütləq  monarxiyanın  əleyhdarı  olmuşdur.  Onun  insanların 

fikir,  mənəviyyat  azadlığından,  eyni  zamanda  bütün  bunların  həqiqi 

qanunvericiliyə  əsaslanmasından  bəhs  etməsi  sözsüz  ki,  demokratiyanın 

tərəfdarı olduğunu sübut edir. 



 

11 

Amerikada siyasi fikrin inkişafı. XX əsrin əsas siyasi ideyaları 

Qərbi  Avropa  ölkələrində  olduğu  kimi,  Amerikada  da  XVII-XVIII 

ə

srlərdə  müxtəlif  ideya  –  siyasi  cərəyanlar  arasında  dövlət,  hakmiyyət 



məsələlərində kəskin mübarizə getmiş və bu əsasda dərin siyasi fikirlər irəli 

sürülmüşdür.  Lakin,  Amerikada  bu  mübarizənin  və  onun  ətrafındakı 

ideoloqların  siyasi  fikirlərin  müəyyən  dərəcədə  özünə  xas  tarixi 

xüsusiyyətləri olmuşdur. 



Con  Eliot  (1604  -  1690)  özünün  siyasi  baxışlarında  insanların 

bərabərçiliyi ideyasından çıxış etsə də, amma, o, bu bərabərliyin hamılıqla 

gercək  olan  bu  dünyada  deyil,  «axirət  dünyasında»  olacağını  iddia  edirdi. 

Buna  görə  də,  Con  Eliotun  siyasi  görüşlərinin  dini  xarakter  daşıması 

mahiyyətcə daha realdır və bu özünü onun digər puritanlar və katoliklər ilə 

birlikdə  faktiki  olaraq  quldarlığı  müdafiə  etməsindən  irəli  gəlir.  Uliyam 

Foster özünün «Amerikanın siyasi tarixi oçerkində» yazır: «Məhşur puritant 

təbliğçisi  Con  Eliot heç də  quldarlığa  qarşı  etiraz  etmirdi.  Hətta  Birləşmiş 

Ş

tatların müstəqilliyi elan olunduqdan sonra  da ölkədə zəncirlərin azadlığı 



uğrunda  hərəkatın  geniş  vüsət  almasına  baxmayaraq,  cənub  ştatlarda  kilsə 

Bibliya  mətinlərinə  istinad  edərək,  demək  olar  ki,  xristianlıq  naminə 

yekdilliklə quldarlıq sistemini müdafiə edirdi». 

Eliot teokratik dövlət nəzəriyyəsini irəli sürür və belə hesab edirdi ki, 

hakimiyyət nəinki ruhani hakimiyyətə tabe olmalı, hətta öz funksiyasını ona 

verməlidir. 



Veniamin  Franklin  (1706-1790)  özünün  sosial-siyasi  baxışlarında  

burjua qaydalarının ideoloqu kimi çıxış edirdi. 

Cəmiyyət  həyatı  son  nəticədə  nədən  asılıdır  sualına,  Franklin  belə 

cavab vermişdir:  «Biliyin inkişafından».  Franklin üçün bəşər cəmiyyətinin 

tarixi  –  zəkanın  tarixidir.  Bu  məqsədlə  də,  o  ağıla  əsaslanan  burjua 

demokratiyasının  timsalında  cəmiyyətin  mütərəqqi  inkişafının  son 

məqsədini görürdü. 

Franklinin  siyasi  baxışlarında  əxlaq  məsələləri,  xüsusilə,  fərdi  əxlaq 

mühüm  yer  tuturdu.  Onun  fərdi  əxlaq  ideyası  siyasi  baxışları  ilə  ayrılmaz 

şə

kildə  əlaqədar  olmuşdur.  Franklin  Amerikada  ingilis  idarəçiliyinin 



«şəxsiyyətin  müqəddəs  hüquqlarına»  qarşı  istiqamətlənən  qeyri-məhdud 

hakimiyyətini tənqid edirdi. 

Franklin dövlətin inkişafında xüsusi mülkiyyətin roluna böyük qiymət 

verməsinə  baxmayaraq,  eyni  zamanda  hətta  kapitalın  daha  çox  geniş 

maqnatlarının 

«fövqəladə 

mülkiyyət» 

adlanan 


burjua-demokratik 

mövqeyinə öz mənfi münasibətini bildirirdi. 



Tomas  Ceffersonun  (1743-1826)  siyasi  baxışları  onun  «Virciyniya 

haqqında  qeydlər»  (1787)  və  «ABŞ-ın  stiqlaliyyət  Bəyannaməsi»  (1776) 




ə

sərlərində öz ifadəsini tapmışdır. 

Birinci  əsərində  o,  Amerikada  köləliyə  qarşı  çıxaraq  bir  sıra 

demokratik  fikirlər  irəli  sürmüşdür.  Cefferson  insanların  qanun  qarşısında 

bərabər 

olmasının 

tərəfdarı 

olmaqla, 

həmçinin 

onların 


silki 

məhdudlaşdırılması  əleyhdarı  olmuşdur.  O,  silki  münasibəti  qeyri-qanuni 

hesab  edir  və  onu  mürtəce  qanunculuğun  əks  təbii  məhsulu  kimi 

qiymətləndirirdi. Təbii hüquq, onun fikrincə, insanları azad edir. 

Cefferson  «ictimai  müqavilə»  nəzəriyyəsinə  münasibətində  bildirirdi 

ki,  təbiətdə  elə  bir  qeyri-özgə  təbii  hüquq  mövcuddur  ki,  onun  qarşısında 

insanlar heç bir vəziyyətdən imtina edə bilməzlər. 

 

12 

Orta əsrlərdə Azərbaycanda siyasi ideyaların inkişafı 

Orta əsrlərdə Azərbaycan fəlsəfi fikrinin görkəmli  nümayəndəsi olan, 

bn  Sinanın  sevimli  şagirdi  olmuş  Bəhmanyarın  əsərlərində  cəmiyyətin 

inkişafı ilə bağlı bir çox məsələlər şərh olunmuşdur. 

Bəhmənyar  yaradıcılığında  «Təhsil»  kitabı  xüsusi  yer  tutur.  Bu  kitab 

«Məntiq»,  «Metafizika»  və  əyani  mövcud  şeylərin  halları  «olmaqla  üç  

metafizika» altı və «əyani movcud şeylərin halları» iki hissədən ibarətdir. 

Bəhmənyarın  fəlsəfəsini  öyrənmək  üçün  « zahat»  («Əl-Təliqat»)  adlı 

ə

səri    də  çox  qiymətlidir.  « zahat»  kitabını  Bəhmənyar  bn  Sinadan  təhsil 



aldığı müddətdə  yazmışdır. 

Feodalların  ideoloqu  olan  filosof-hakim  ictimai  quruluşu  təbii  hesab 

edir,  onu  xeyirxah  və  gözəl  quruluş  kimi  qiymətləndirirdi.  O,  istismarçı 

quruluşu  tərifləyir,  yoxsulluğa  dözməyə  çağırırdı.  Bəhmənyar  xüsusi 

mülkiyyəti  qəbul  edir,  əsl  səadətə  çatmaq    yolunu  təhsildə,  mənəvi 

təkmilləşmədə görürdü. 



Marağalı    Əhvədi  öz  əsərlərində  müdrik  və  elmli  hökmdarın  başçılıq 

etdiyi feodal dövlətini arzulayırdı. Hər bir fərdin əxlaqi, mənəvi kamilliyini, 

bunun  vasitəsi  ilə  də  bütün  cəmiyyətin  təkmilləşməsini    o,  öz  idealına 

çatmaqda yeganə yol hesab edirdi. 

XII  əsrdə  Azərbaycanda  sosial-siyasi  fikir  haqqında  danışarkən  dahi 

ş

air Nizami Gəncəvini (1141-1209) xüsusi qeyd etmək lazımdır. N.Gəncəvi 



feodal cəmiyyətinin əsas bəlasını, nöqsanların başlıca səbəbini ədalətsizliyə, 

zörakılığa  və  qarətə  əsaslanan  dövlətin  xarakterində  görürdü.  Onun  siyasi 

idealı  ilk  əvvəl  maarifçi  monarx,  sonralar  xalq    hakimiyyəti  idi.  Özünün 

bütün  yaradıcılığı  boyu  şair  ideal  siyasi  quruluş  axtarmış  və  nəticədə 

hakimlərin  və  məhkumların    olmadığı,  bütün  adamların  zülmdən  və 

zörakılıqdan azad olduğu xalq  hakimiyyəti obrazını yaratmışdır. 

« qbalnamə»nin    ikinci  hissəsində  Nizami  öz  qəhramanı  sgəndərin 

inkişafındakı  ən  yüksək  mərhələni  –  onun  peyğəmbərliyini,  ideal 

cəmiyyətlə  qarşılaşmasını  və  ölümünü  göstərir.  Böyük  ölkələri  fəth  edən, 

elmi  və  fəlsəfəni  öyrənən  müdrik  şah  nəhayət  yer  üzünün  nadir  möcüzəsi 

olan    xəyali  xoşbəxtlər  ölkəsi    ilə  qarşılaşır.  sgəndər  xoşbəxtlər  ölkəsinə 

çatdıqda gördükləri onu heyrətə  salır - təmiz axar sular, məhsuldar tarlalar, 

hasarsız  bağlar,  çobansız  sürülər,  qapısı  olmayan  gözəl  şəhər,  qıfılsız 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə