Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   2   3   4   5   6   7   8   9   ...   21

xürrrəmilər tərəfindən davam etdirilmişdir. 

 



Qədim Çində siyasi ideyaların inkişafı xüsusiyyətləri (Konfutsi, 

Daosizm) 

Bu  kimi  dini-mifoloji  təsəvvürlər  nəinki  ilkin  sivilizasiyaların  yenicə 

təşəkkül tapmış olduğu sosial-siyasi həyatı əhatə etmiş, habelə e.ə. 2-ci və 

1-ci  minilliklərdə  Qədim  Çində,  Hindistanda  mövcud  olmuş  bir  sıra 

təlimlərdə  (Vedlərdə,  Upanişadlarda  və  Manu  qanunlarında)  özünü 

göstərmişdir.  E.ə.  6-5  əsrlərdə  yaşamış  böyük  çin  mütəfəkkiri  Konfutsi öz 

təlimlərində  cəmiyyətin  sosial-siyasi  həyatını  üç  dövrə  bölür  və  onların 

təsnifatını aşağıdakı kimi verir:  

Birincisi  -  Nizamsızlıq  Mərhələsi  ibtidai  qruplar  arasında  sosial 

nəzarətdən kənar olan primitiv anarxiya ilə, daimi müharibələrlə xarakterizə 

olunur;  

kincisi  -  Stabillik  Mərhələsi  ailənin  və  xüsusi  mülkiyyətin  müəyyən 

dərəcədə sosial nəzarətin saxlanmasına uyğun gələn dövr kimi təsvir olunur; 

Üçüncüsü  -  Böyük  Uyğunlaşma  Mərhələsi  sosial  intizamın 

stabilləşməsi,  cəmiyyət  üzvlərinin  qarşılıqlı  münasibətlərində  ümumi 

mülkiyyətin,  qarşılıqlı  hörmətin  və  xeyirxahlığın  bərqərar  olması 

formasında səciyyələnir. 

Konfutsinin  təliminə  görə  dövlət  hər  bir  cəmiyyətin  sosial  özəyi  olan 

ailənin  sinonimi  kimi  çıxış  edir.  Burada  idarəçilik  ierarxik  qaydada,  yəni 

yuxarıdan  aşağıya  tabeçilik  prinsipi  əsasında  həyata  keçir.  Bu  prinsip 

patriarxal-paternalist  xarakter  kəsb  edir.  Yəni  məna  etibarilə  burada 

idarəetmə  təkcə  siyasi  funksiyanın  yerinə  yetirilməsi  ilə  bitmir,  eyni 

zamanda humanizmə, qayğıya və s. əsaslanır. 

Qədim  siyasi  ideyalar  Konfutsidən  sonrakı  təlimlərdə  də  davam  edir. 

Mo-szı  (e.ə.  479-400),  Lao-szı  (e.ə.  VI-V  əsrlər),  Legistlər  (Şan  Yan,  e.ə. 

390-330)  öz  təlimlərində  dövlət,  hakimiyyət,  ümumiyyətlə  cəmiyyətdə 

siyasi münasibətlərlə bağlı müxtəlif fikirlər irəli sürürlər. 

 

Platonun siyasi ideyaları (e.ə.427-347) 

Platon  (e.ə.  427-347)  özünün  siyasi  görüşlərinə    görə,  siyasi 

fəaliyyətinin  xarakterinə  görə  Afina  aristokratiyasının  ideoloqu  kimi  çıxış 

edir.  Sokrat  kimi,  Platona  görə  də  mənəvi  həyat  özünün  ən  yüksək 

təzahüründə  məhz  insanların  olduqca  az  bir  hissəsinə,  seçilmiş  olanlara  – 

aristokrat  quldarlara  xasdır;  demos  (xalq)  yalnız  mənəviyyatı  inkar 

olunanlara  aiddir.  Qulları  isə  Platon  ümumiyyətlə  insan  olaraq  qəbul 

etmədiyindən,  məhz  bu  baxımdan  da  o,  öz  siyasi  görüşlərində  

demokratiyanın mövcudluğunu qeyri-mümkün hal sayırdı. 

Dövlət  haqqında  təlimində  Platon  «ideal  dövlət»  layihəsini  irəli 

sürürdü ki, ədalətin və qanunun təntənəsini məhz belə bir dövlətdə görürdü. 

Çünki, ona görə, ierarxik tabelik prinsipi («mütləq ruh», «ruh», «insan») və 

həmin  prinsipə  görə  də  insanların  müvafiq  olaraq  hakimlərə,  onların 

köməkçilərinə və istehsalçılara bölünməsi vahid tamın öz prinsipidir. 



Platonun  «ideal  dövlət»ində    cəmiyyət  üç  silkə  bölünür:  birinci  – 

filosoflar, yaxud edarəedənlər, ikinci – mühafizəçilər (döyüşçülər), üçüncü 

–  əkinçilər  və  sənətkarlar.  Dövlət  hakimiyyəti  seçilmiş  olan  filosoflar  – 

aristokratlara  (əqli və mənəvi cəhətdən zəngin  olanlara) məxsus olmalıdır. 

Mühafizçilər dövlətin zor  aparatını yaradırlar və aristokrat-quldarların sinfi 

hökmranlığını qoruyurlar. Əkinçilər və sənətkarlar dövlət və cəmiyyət üçün 

bütün zəruri olan  yaşayış  vasitələrini  istehsal edirlər.  Platona görə, hər bir 

dövlətdə  ictimai  əmək  bölgüsünün  bu  prinsipi  pozulmamalıdır,  əks  halda 

mövcud cəmiyyət quruluşu öz ədalətli idarəçilik sistemini itirə bilər. 

Platon  aristokratik  respublikanı,  yaxud  monarxiyanı  «ideal  dövlət» 

hesab  edir.  Bununla  yanaşı  o,  dövlət  formalarından  timokratiyanı, 

oliqarxiyanı,  demokratiyanı  və  tirayianı  isə  pis  idarə  forması  olaraq 

görürdü.  Ona  görə,  timokratiya  «ideal  dövlətin»  in  tələbələrinə  cavab 

vermir, amma hər halda ona yaxınlaşır. Oliqarxiya ancaq bir yığım varlılıra, 

tacirlərə  xas  olduğundan,  Platon  onu  daha  aşağı    həddə  qoyurdu.  Platon 

tənqidinin  başlıca  predmeti  –  demokratiyadır,  birinci  növbədə  isə  Afina 

quldarlıq demokratiyası.  

 



Antik siyasi fikrin inkişafında Aristotelin rolu (e.ə.384-322) 

Aristotel  (e.ə.  384-322)  antik  siyasi  fikrin    inkişafında  xüsusi  rol 

oynayır.  Onun  siyasi  görüşləri  «Etika»,  «Siyasət»,  «Afina  siyasəti», 

«Nikomaxın etikası» və s. əsərlərində əks olunur. 

Aristotelin 

siyasi 


görüşləri 

onun 


quldarlıq 

dövlətinin 

möhkəmləndirilməsi  zəruriliyi  haqqında  fikirinə  söykənirdi.  Buradan  çıxış 

edərək o, hesab edirdi ki, bir insan üçün qul, digəri  üçün ağa-quldar olmaq 

faydalı və ədalətlidir. Belə bir halın təbii-tarixi düzgünlüyünü bildirməklə, o 

təsdiq  edirdi  ki,  güya  həm  quldarın  və  həm  də  qulun  qarşılıqlı  birliyinə 

maraqların ümumiliyi  rəhbərlik edir. 

O,  quldarla  qulun  münasibətini  insanın  cismi  və  ruhu  arasındakı 

münasibətlə  eyni  dərəcədə  götürərək  bildirirdi  ki,  ruh  cismə  necə  baxırsa, 

öz təbiətinə görə onun üzərində necə ağalıq və onu idarə edirsə, quldar da 

qula münasibətini o cür göstərir.  

Aristotel  qulu  quldara    məxsus  olan  «danışan  alət»  hesab  edir,  onun 

cəmiyyətdə yalnız «ictimai heyvan» olduğunu bildirirdi. 

Aristotel  quldarlıq  cəmiyyətinin    sosial  tərkibinə  belə  bir  nümunədən 

yanaşaraq,  eyni  zamanda  dövlətin  yaranmasının  ailədən  irəli  gəlməsi 

nəzəriyyəsini  irəli  sürürdü.  nsanların  ünsiyyətinin  ilkin  növü  Aristotelə 

görə,  ailədir.  Onun  fikrincə,  ailədə  ər  və  arvad,  ata  və uşaqlar,  ağa  və qul 

eyni  ilə  dövlətdə  hakimiyyətlə  əhalinin  arasındakı  idarəçilik  prinsipinin 

analoqudur.  Quldarlıq  ailəsi,  Aristotelə  görə,  cəmiyyətdə  ağa  və  qul 

arasındakı  münasibətdə  ilkin  başlanğıc  nüvədir  ki,  buradan  da  dövlət 

yaranmışdır. O, bir neçə ailənin birləşməsini «əhali» adlandırmış, həmçinin 

belə bir prosesi ailənin dövlətədək olan keçid forması hesab etmişdir. 

Platonun  aristokratik  «ideal  dövlət»  nəzəriyyəsini  qəbul  etməyərək, 

Aristotel özünün quldarlıq dövləti nəzəriyyəsini yaratmışdır. Bu dövlət, ona 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə