Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   13   14   15   16   17   18   19   20   21

Cəmiyyə

həyatının 

bütün 

sahələrinin 

demokratikləşdirilməsi 

siyasi 

mədəniyyətin başlıca funksiyasıdır. 

Demokratiya  sivilizasiyanın  ən  ümumi  sərvəti  kimi  meydana  gəlmiş  və  ictimai 

həyatın demək olar ki, bütün sahələrini əhatə edir. 

Demokratiya  insanın  təşəbbüskarlıq  və  müstəqilliyini  təmin  edərək  onun 

fəaliyyətini  cəmiyyətdəki  özbaşınalığa,  zorakılığa  və  totalitarizmə  qarşı  mübarizəyə 

yönəldir. 

Siyasi  mədəniyyətin  digər  bir  mühüm  funksiyası  dövlət  və  ictimai  işlərin  idarə 

edilməsində xalqın iştirakından ibarətdir. 

Cəmiyyətin getdikcə daha da demokratikləşdirilməsi prosesi xalqın hakimiyyətdən 

uzaqlaşdırılmasının, saxta demokratiyanın, fərdiyyətçiliyin, təhrif olunmuş siyasi şüurun 

aradan  qaldırılmasını  və  cəmiyyət  üzvlərinin  siyasi  fəallığının,  siyasi  mədəniyyətin 

yüksəldilməsini tələb edir. Siyasi mədəniyyətin səviyyəsinin aşağı olması müasir dövrdə 

cəmiyyətimiz  qarşısında  duran  son  dərəcə  vacib  və  çox  mühüm  vəzifələrin  həyata 

keçirilməsinə mane olur. 

Cəmiyyətin siyasi mədəniyyəti ölkənin siyasi həyatının inkişafını düzgün və səmə-

rəli  istiqamətləndirməyə  qabil  siyasi  təsisatların  yaradılmasını,  rəylər  plyuralizmini, 

şə

xsiyyətə hörməti və hamının qanun qarşısında bərabərliyini nəzərdə tutur. 



Siyasi  mədəniyyət  demokratik  forma  və  metodların  inkişafına  kömək  göstərir, 

siyasi  təcrübənin  və  müsbət  ənənələrin  bir  nəsildən  digərinə  verilməsində  böyük  rol 

oynayır. 

Siyasi  mədəniyyətin  inkişaf  səviyyəsi  meyarının  əsası-ictimai  həyatın  bütün 

sahələrinin demokratikləşdirilməsi dərəcəsindən, adamların ictimai-siyasi fəaliyyətə real 

surətdə  cəlb  edilməsindən,  sosial-iqtisadi  və  mənəvi  proseslərin  idarə  edilməsində 

onların iştirakından ibarətdir. Siyasi mədəniyyət – siyasi bilik və siyasi təcrübənin, siyasi 

ş

üurluq  və  siyasi  fəaliyyətin  sintezidir.  Şəxsiyyətin  siyasi  mədəniyyəti  bütövlüklə 



cəmiyyətin 

siyasi 


mədəniyyətinin 

səviyyəsindən, 

ictimai 

həyatın 


demokratikləşdirilməsindən asılıdır. 

darəetmə funksiyası siyasi mədəniyyətin əsas funksiyasıdır. 

Bu  funksiya  eyni  zamanda    özünüidarəetməni  də  nəzərdə  tutur.  Özünüidarəetmə 

şə

raitində adamların ictimai-siyasi fəallığı artır.  



Kütlələrin  siyasi  yaradıcılığının  rolu  formal  və  qeyri-formal  ictimai-siyasi 

təşkilatların fəaliyyətində daha aydın şəkildə təzahür edir. Sosial və siyasi həyatın bütün 

sahələrində  cəmiyyət  üzvlərinin  iştirakı  cəmiyyətin  siyasi  mədəniyyətinin  yüksəlməsi 

üçün zəruri şərait yaradır.  

 

 

41 

Siyasi ideologiya anlayışı və onun məzmunu 



deologiya  (yunan  dilindən  tərcümədə  –  «ideya»  və  «elm»,  «təlim»  sözlərinin 

birləşməsi) anlayışışın siyasət elminə gətirilməsi fransız alimi Lestyut de Qrasinin adı ilə 

bağlıdır.  Onun  1801-1815  illərdə  çapdan  çıxmış  olan  dörd  cildlik  « deologiyanın 

elementləri»  əsərində  bu  terminin  geniş  elmi  izahının  verilməsinə  cəhd  göstərilir.  L.de 

Qrasi bu əsərində  və həmçinin «Düşünmək qabiliyyəti  haqqında etüdlər» kitabında belə 

bir  qənaətə  gəlir  ki,  ideologiya  ideyaların  meydana  gəlməsi  və  inkişafı,  habelə  insan 

idrakının qanunları haqqında elmdir. 

Bu  terminin  meydana  gəldiyi  vaxtdan  etibarən  ona  qarşı  böyük  elmi  maraq 

formalaşmışdır.  Məhz  buna  görə  də  «ideologiya»  və  «ideoloq»  terminlərinin  şərhində 

böyük  fikir  müxtəlifliyi  mövcuddur.  Həqiqət  və  yalan,  rasional  və  irrasional  cəhətlər 

siyasətdə,  ictimai  və  fərdi  şüurda  olduğu  kimi  ideologiyada  da  bilavasitə  sıx  əlaqədə 

çıxış edir.  deologiyanın idraki funksiya  yerinə  yetirməsi haqqında irəli sürülən fikirlər 

K.Marks  və  F.Engels  tərəfindən  «Alman  ideologiyası»  əsərində  tənqid  olunmuşdur. 

Lakin,  buna  baxmayaraq  ideologiya  siyasi  reallıq  kimi  qəbul  edildi  və  tezliklə  onun 




müxtəlif istiqamətli meylləri meydana gəldi. 

 

42 

Siyasi münaqişələrin nəzəriyyəsi və növləri

  

Münaqişə sosial həyatın mühüm elementidir.  nsanların, onların müxtəlif xarakterli 

birliklərinin  təbiətində  rəqabət,  fikir  ayrılığı  və  münaqişə  subyektin  özünüreallaşdırma 

vasitələrindən  biri  kimi  önəmli  rol  oynayır.  Müxtəlif  səviyyələrdə  təzahür  edən  sosial 

proseslərin,  ziddiyyətlərin  münaqişəli  xarakteri  onların  inkişafını  şərtləndirən  və 

istiqamətləndirən amil kimi çıxış edir. 

Münaqişə  nəzəriyyəsi  e.ə.VII-VI  əsrlərdə  Çin  filosofları  tərəfindən  irəli 

sürülmüşdür.  Onlar  təbiət  və  cəmiyyətin  inkişafının  mənbəyini  əksliklərin 

mübarizəsində görürdülər. Bu problem N.Makiavellinin də diqqət mərkəzində olmuşdur. 

Münaqişələrin baş vermə səbəblərinə görə mənafe, dəyərlər və tutuşdurma tiplərini 

ayırmaq olar. Xalqlar, millətlər, şəxslər ideya və ənənə, hakimiyyət və mənafe ayrılığına 

baxmayaraq bir-biri ilə ümumi məqsədlərlə, arzularla bağlıdırlar. 

Azərbaycanın  görkəmli  mütəfəkkiri  Nəsrəddin  Tusi  (1201-1274)  özünün  «Əxlaqi 

nasiri»  əsərində  qruplar  arası,  dövlətlər  arası  və  s.  münaqişələri  bir-birindən 

fərqləndirmişdir  və  şəxsiyyətlər  arası  münaqişələrin    yaranma  səbəblərini  on 

kateqoriyaya ayırmışdır: iftixar, iddialıq, dava-dalaş, höcət, zarafat, təkəbbür, təlxəklik, 

xəyanət, qisas, hərislik. 

XX  əsrin  ortalarında  münaqişə  probleminə  boyük  diqqət  yetirərək,  alman 

politoloqu  R.  Darendorf,  amerikan    politoloqları  L.Kozer  və  Kennet  E.Bouldinq  siyasi 

elmdə  yeni  istiqamətin  -  «konfliktologiyanın»  əsasını  qoymuşlar.  R.Darendorf 

münaqişələrin formalaşmasının səbəb və inkişaf mərhələlərini müəyyən edərək, onların 

ə

sasını mənafelərin münaqişəsində görürdü. O, münaqişələri ziddiyyətlərin həll edilməsi 



üsulu  kimi  qiymətləndirirdi.  Münaqişələr  insanların  bütün  siyasi  birlikləri  (o  çümlədən 

dövlətlər),  onların  qarşılıqlı  fəaliyyəti  və  rəqabəti  şəraitində  formalaşır  və  mövcud 

olurlar. 

Siyasi  (içtimai)  münaqişələr  –  ictimai  proseslərin  iştirakçılarının  şüur  və  əxlaqını 

xarakterizə edən mübahisənin göstəricisidir.  

Siyasi  münaqişələr  müxtəlif  sahələrdə  və  müxtəlif  formalarda  ola  bilərlər. 

Politoloqlar  hesab  edirlər  ki,  siyasi  münaqişə  hakimiyyət  səlahiyyətləri  və  sərvətlə

uğrunda mübarizə aparan iki və ya daha çox tərəfin (qrupun, birliklərin, dövlətlərin) 

rəqabət mahiyyətli qarşılıqlı fəaliyyətidir.  

Hər  bir  münaqişə  üç  əsas  mərhələdən  keçir:  münaqişənin  başlanması,  inkişafı  və 

sona  çatması  mərhələsi.  Bu  mərhələlər  münaqişənin  məzmununu  təşkil  edən 

zidiyyətlərin  üzə  çıxması,  subyektlərin  fəaliyyətində  əsas  amilə  çevrilməsi  və 

ziddiyyətlərin  həll  edilməsi  mərhələsini  ifadə  edir.  Münaqişənin  mərhələləri  içərisində 

ə

n mürəkkəb sonuncu mərhələ hesab edilir. 



Münaqişələr müxtəlif formalarda təzahür edir: sosial, siyasi, şəxsiyyətlər arası, dövlətlər 

arası və s. siyasi münaqişələrin hərbi, beynəlxalq, dini dözülməzlik, ərazi iddiası və s. 

tipləri vardır. Siyasi münaqişələr ictimai tərəqqinin təkanvericisidir. Bu baxımdan siyasi 

münaqişələr növünə görə aqonist   (barışdırıcı) və  antaqonist (barışmaz) ola bilərlər. 

Aqonist münaqişələrin vaxtında həll olmaması onu xronik formasına, hətta antoqonist 

münaqişəyə çevrilməsinə gətirə bilər.



 

43 

Siyasi mədəniyyətlə siyasi sistemin qarşılıqlı əlaqəsi 

Siyasi  mədəniyyət  bütövlükdə  siyasi  fəaliyyət  mədəniyyətidir,  onun  subyekti 

cəmiyyət, sinif, təsisatlar, qruplar, şəxslər ola bilər. 

Siyasi mədəniyyətin strukturuna biliklər, inam və fəaliyyət daxildir.  

Siyasi  mədəniyyətin  inkişafı  və  dəyişilməsi  imkanları  ilk  növbədə  onun  mövcud 

siyasi sistemlə, habelə digər amillərlə sıx qarşılıqlı təsirdə olması ilə əlaqədardır. Siyasi 

mədəniyyət  mövcud  siyasi  sistemə  uyğun  gələ  yaxud  gəlməyə,  onu  möhkəmləndirə 

yaxud laxlada bilər. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə