Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
1   ...   13   14   15   16   17   18   19   20   21

Hər cür siyasi və qeyri-siyasi hakimiyyətin mövcudluğunun prinsipal şərtlərindən 

birini  hakimiyyətin bölgüsü təşkil edir. Bu ideyanı ilk dəfə XVII əsr ingilis filosofu Jon 

Lokk  irəli  sürmüşdür.  Lokkun  sosial-siyasi  baxışları  öz  əksini  «Dövlət  idarəçiliyi 

haqqında iki traktat» adlı əsərində tapmışdır. Birinci traktatda kral hakimiyyətinin ilahi 

mənşəyinə  dair  feodal-patriarxal  baxışlara  qarşı  çıxan  Lokk  ikinci  traktatda 

konstitusiyalı  parlament  monarxiyasının  nəzəri  əsaslarını  hazırlayır.  Əslində  isə  bu 

1688-89-cu illərdə  ngiltərədə baş vermiş çevrilişdən sonra təşəkkül tapmış olan ictimai 

–  siyasi  quruluşa  bəraət  qazandırmaq  və  onu  əsaslandırmaq  məqsədini  güdür.  Dövlət 

hakimiyyətinin  zəruriliyini  Lokk  ictimai  müqavilə  mövqeyindən  təsvir  edir.  Hobbsun 

mütləq  dövlət  nəzəriyyəsindən  fərqli  ollaraq  Lokk  hesab  edir  ki,  hakimiyyət  «təbii 

hüququn»  bir  hissəsinə  (ədliyyə,  xarici    əlaqələr  və  s.)  malik  olmalıdır.  Onun  fikrincə 

dövlətin  məqsədi    azadlığı  və  mülkiyyəti  qoruyub  saxlamaq  olduğu  üçün  vəzifəsi 

qanunlar qəbul etmək, qanunu pozanlara cəza vermək və vətəndaşları xarici təcavüzdən 

qorumaqdır.  Buna  müvafiq  olaraq  dövlət  hakimiyyəti  üç  yerə  bölünür.  Qanunverici, 

icraedici  (məhkəmə  də  buraya  daxildir)  və  «federativ»  (xarici  əlaqələr).  Hökumət 

qanuna  tabe  olmalıdır.  Yalnız  xalq  mütləq  suveren  olaraq  qalır  və  hətta  məsuliyyətsiz 

hökuməti devirmək hüququna malikdir. 

Hakimiyyətin hazırki bölgüsünü isə fransız filosofu, tarixçisi və yazıçısı XVIII əsr 

maarifçilik fəlsəfəsinin nümayəndəsi Ş.  L. Monteskye irəli sürmüşdür. Feodal-despotik 

idarə  üsulunu  tənqid  edən  Monteskye  ingilis  monarxist-konstitusiyon  siyasi  rejimini 

ideallaşdıran  Lokkun ideyalarına tərəfdar  çıxır. 1748-ci ildə nəşr olunmuş  «Qanunların 

ruhu»  adlı  əsərində  o  hakimiyyətin  aşağıdakı  qollar  arasında  bölgüsünün  zəruriliyini 

ə

saslandırmağa çalışır: 



 

Qanunverici  hakimiyyət.  Buraya  ali  qanunverici  orqan  olan  ölkə  parlamenti, 

habelə yerli özünüidarə orqanları daxildir; 



craedici hakimiyyət.       Buraya hökumət və onun idarələri, prefekturalar aiddir; 

Məhkəmə  hakimiyyəti.  Buraya  Kosntitusiya  məhkəməsi,  Ali  məhkəmə,  

bütövlükdə məhkəmə sistemi aiddir. 



 

32 

Siyasi sistem anlayışı

 

 

Politologiya  predmeti  çərçivəsində  siyasi  elmin  aparıcı  kateqoriyalarından  biri  olan 



«siyasi sistem» anlayışının öyrənilməsi ümdə vəzifələrdəndir.

 

Bu  anlayış  siyasi  fəaliyyətin  bütün  sahələrini  əhatə  etmiş  və  geniş  vüsət  almağa 



başlamışdır. Canlı orqanizm kimi bir-birilə sıx əlaqədə olan hissələrdən ibarət olan siyasi sistem 

anlayışı geniş və konkret mənada işlədilir.

 

Konkret mənada cəmiyyətin siyasi sistemi əsasən hakim partiyaların (koalisiyaların) və 



cəmiyyətdə  təmsil  olunan  siniflər  və  sosial  qrupların  mənafeyi  naminə  cəmiyyətin  bütün 

sahələrində idarəetməni həyata keçirən dövlət ictimai təşkilatların, siyasi partiya və təsisatların 

bütöv və qarşılıqlı əlaqəsi olan kompleksidir. Geniş mənada cəmiyyətin siyasi  sistemi özündə 

siyasi münasibətləri, siyasi şüur və cəmiyyətin siyasi təşkilini cəmləşdirir.

 

Cəmiyyətin digər sistemlərindən fərqli olaraq siyasi sistem «hakim» mövqeyə malikdir. 



Yəni  siyasi  sistem  çərçivəsində  qəbul  edilmiş  qərar  və  göstərişlərə  digər  sistemlər  tərəfindən 

mütləq  əməl  edilməlidir.  Siyasi  sistem  çərçivəsində  yaranan  siyasi  kurs  bütün  cəmiyyət  üçün 

məcburi mükəlləfiyyətə çevrilir.

 

Siyasi  sistemin  fəaliyyətində  «giriş»  və  «çıxış»  informasiyası  anlayışlarından  istifadə 



edilir. Amerika alimi C. stona görə, siyasi sistemə xaricdən, sosial və mədəni mühitdən müxtəlif 

impulslar  daxil  olur,  müxtəlif    informasiya  axını  baş  verir:  təklif,  tələb,  vətəndaşların 

müraçiətləri  (iqtisadi,  siyasi  və  s.).  Siyasi  sistemin  bu  informasiyalara  münasibəti  nəticəsində 

cəmiyyətin mövcud hüquqi-normativ bazası əsasında mümkün dəyişikliklər edilir.

 

Siyasi  sistemin  bu  impulslara  cavab  reaksiyası  siyasi    qərarlar,  onların  reallaşmasına 



yönəlmiş siyasi fəaliyyətdir. Qeyd olunmalıdır ki, siyasi sistem özünəməxsus özünütənzimləmə, 

özünüislah və özünüistehsal xüsusiyyətlərinə malikdir. Müxtəlif dövlətlərin siyasi sistemlərində 




bu xüsusiyyət dəfələrlə müşahidə olunmuşdur.

 

Siyasi  sistemin  ictimai  sistemlərlə  müqayisədə  daha  yüksək  dərəcədə  formalizə 



olunması  onu  fərqləndirən  digər  xüsusiyyətdir.  Bu  da  onun  xüsusi  hüquq  normaları  və  siyasi 

normalarla  yüksək  səviyyədə  tənzimlənməsi  ilə  izah  olunur.  Mövcud  vəziyyət  siyasi  sistemin 

avtonomluğu və müstəqilliyinə dəlalət edir.

 

Siyasi  sistemin  müstəqilləşməsi  tədricən  baş  verən  bir  prosesdir.  Bu  onun  getdikcə 



artmaqda  olan  rolunun,  siyasi  vasitələrlə  həll  olunan  problemlərin  sayının  çoxalması,  müasir 

cəmiyyətlərin  (dövlətlərin)  həyatını  mərkəzləşdirən  və    əlaqələndirən  orqanizmlərin 

özünəməxsus  bütövlüyünün  obyektiv  ifadəsidir.  Cəmiyyətdə  siyasi  sistemin  muxtariyyatı  üçün 

müəyyən məhdudiyyətlər fəaliyyət göstərir.

 

Siyasi sistemin muxtariyyatını məhdudlaşdıran ilk vasitə iqtisadiyyatdır.



 

Siyasi sistemin ayrı-ayrı təsisatları iqtisadiyyatın vəziyyətini daim nəzərə almalı olurlar.  

Ümumiyyətlə,  cəmiyyətdə  iqtisadiyyat,  siyasət  və  mənəvi  həyat  bir-birilə  əlaqədədir,  bir-birilə 

vəhdətdə olur.

 

 

33 

 

Cəmiyyətin siyasi sisteminin tərkibində dörd böyük alt sistemini göstərin

 

 

1.  nstitutisional  alt  sistem  –  bu,  cəmiyyətin  siyasi  sisteminin  konstitusiya  daşıyıcısı 

olan  əsas  karkasdır.  Onun  tərkibinə  əsasən    aşağıdakılar  daxildir:  siyasi  institutlar,  (siyasi 

hakimiyyət  institutu,  xüsusi  mülkiyyət  institutu  və  s.);  siyasi  idarəetmə  formaları  (respublika, 

monarxiya  və  s.);  siyasi  rejimlər  (demokratik,  totalitar  və  s.);  qanunverici,  idarəedici  və 

məhkəmə orqanları, siyasi partiya və hərəkatlar, müxtəlif ictimai təşkilatlar, seçki sistemi və s. 

Bu alt sistem demək olar ki, siyasi sistemin açarıdır. Sistemin fəaliyyət imkanları və sərhədləri, 

normativ  hüquqi  bazası  burada  yaranır.  Məhz  burada  siyasi  sistemin  sabitliyini  təmin  edən 

şə

rtlər,  onun  digər  cəmiyyətin  sistemlərinin  inkişafına  təsir  formaları  və  beynəlxalq  siyasət 



hazırlanır. Göstərilən bu alt sistem əhəmiyyət dərəcəsinə görə bütün siyasi sistemin fəaliyyətinin 

məqsəd və istiqamətini müəyyənləşdirir.

 

2.  Tənzimləyici  alt  sistem  –  bu  sistem  cəmiyyətdə  qəbul  olunmuş,  dövlətlərin 

konstitusiya  və  digər    qanunvericilik  aktlarında  öz  əksini  tapan  siyasi  -    hüquqi  normalara 

ə

saslanaraq,  bütövlükdə  cəmiyyətin  siyasi  sisteminin  fəaliyyətini  tənzimləyir.  Bu  sistemin 



ə

saslandığı  bazaya təkcə  siyasi-hüquqi normalar deyil, həm də cəmiyyətin siyasi sisteminə təsir 

edən milli adət-ənənələr, cəmiyyətdə üstünlüyə malik olan hakim  siyasi prinsiplər, görüşlər və 

məsləklər də daxildir.

 

3.  Kommunikativ  alt  sistem  -    bu,  özünə    cəmiyyətin  siyasi    sisteminin  fəaliyyəti 

prosesində yaranan münasibətləri daxil edir. Bura hər şeydən əvvəl, cəmiyyətin idarə edilməsinə 

aid  olan  münasibətlər  daxildir.  Bu  münasibətlərin  subyektləri  aşağıdakılardır:  siyasi  institut  və 

təşkilatlar; siyasi liderlər; siyasi elitanın nümayəndələri və əlbəttə ki, vətəndaşlar. Bura həmçinin 

siyasi  hakimiyyət  uğrunda  gedən  mübarizə  ilə  əlaqədar  olan  münasibətlər  də  aid  edilir: 

hakimiyyətin əldə edilməsi, saxlanması və həyata keçirilməsi. Belə mübarizə bütün dövlətlərin 

siyasi sisteminə xasdır. Mövcud münasibətlər bir qayda olaraq rəsmi xarakterə malikdir, başqa 

sözlə  mövcud  hüquqi  normalara  əsaslanır.  Lakin  bunlarla  yanaşı  siyasi  sistemində  mövcud 

hüquq  normalarına  əsaslanmayan  qeyri-rəsmi  münasibətlərin  də  olmasına  baxmayaraq  onların 

ə

həmiyyətini azaltmaq olmaz. 



4.  Siyasi  ideoloji    alt  sistem  –  özünə  siyasi  konsepsiya,  nəzəriyyə  və  görüşləri  daxil  edir. 

Bunlar ictimai-siyasi institutların təşkili və inkişafı, siyasi münasibətlərin təkmilləşdirilməsi və 

ümumiyyətlə  siyasi  sistemə  əsaslanır.  Bu  alt  sistem  siyasi  məqsəd  və  ona  çatmaq  yollarının 

strateji siyasi kursunun hazırlanması vəzifəsini yerinə yetirir. Cəmiyyətdə mövcud olan müxtəlif 

siyasi problemlərin həllində əhəmiyyətli rola malikdir. 

 

34 

Dövlətin əsas əlamətləri  hansılardır?

 

1.



 

Məcburetmə  –  dövlət  mənsubiyyəti  ictimai  zərurətdir,  o  məcburidir  və 

dövlət hüququ, habelə beynəlxalq hüquqla tənzim olunur.

 

2.



 

Zor tətbiq etmək hüququ – dövlətin xüsusi zor orqanları vardır və qanunun 

nəzərdə tutduğu hallarda o onlara əl atır.

 

3.



 

Suverenlik  –  hamı  üçün,  hər  bir  təşkilat  və  təsisat  üçün  məcburi  xarakter 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə