görə insanların ünsiyyətinin daha təkmilləşmiş formasıdır. Onun fikrincə,
dövlətdə hakimiyyət heç bir varlıya, heç bir kasıba deyil, ancaq quldarların
orta təbəqəsinə məxsus olmalıdır.
Aristotel dövlət formalarını «normal» (monarxiya, aristokratiya və
politiya) və «qeyri-normal» (tiraniya, oliqarxiya və demokratiya) növlərinə
ayırırdı. Ən yaxşı dövlət formasını o, «orta olanı» - politiyanı qəbul edir və
bu dövlət formasını monarxiyanın və demokratiyanın müsbət elementlərinin
birləşməsində görürdü. Tiraniyanın isə ən pis dövlət forması olduğunu
göstərir.
7
Ellinizm dövrünün siyasi fikirləri
Bu dövrün cəmiyyətin ictimai həyatının bütün sahələrində olduğu kimi,
onun siyasi həyatında da mühüm dəyişikliklərlə əlamətdar olduğu
ə
ksəriyyət tərəfindən qəbul edilir. Hər şeydən əvvəl, həmin dövr bəşər
tarixində böyük bir dövrə – antik demokratiya və onunla əlaqədar siyasi
mədəniyyətin çiçəklənməsi dövrünə, iqtisadi, mənəvi və siyasi müstəqilliyə
malik olan bir sıra polislərin (şəhər-dövlətlərin) varlığı dövrünə son qoydu.
Bundan əlavə orada təkhakimiyyətlilik (monarxiya və tiraniya, ən yaxşı
halda isə oliqarxiya) dövrü başlayır ki, bu da ən ümumi tənzimetmə və
dövlətin xalqdan ayrı düşməsi kimi xarakterizə olunur.
Antik dövrdən fərqli olaraq ellinizmdə azad insanların, xüsusilə,
filosofların fəlsəfi dünyagörüşündə olduğu kimi, siyasi baxışları, görüşləri
və düşüncələri də daha artıq azadfikirlik, plyuralizm mövqelərindən deyil,
bir daha hakim dairələrin maraqları əsasında təzahür tapır. Bu cəhət
ellinizm dövrünün sonlarında, daha dəqiq desək, erkən xristianlığın
meydana gəldiyi tarixi bir şəraitdə getdikcə qüvvətlənir.
Ellinist insanı – bu daha, artıq suveren polisin vətəndaşı deyil, əksinə,
nəhəng bir monarxiya dövlətinin daxilində öz hüquqlarını (əlbəttə, azad
insanlara xas olan) itirən insana çevrilir. O, daha öz dövlətinin
idarəolunmasında iştirak etmir və qarşılıqlı şəkildə dövlət və insan bir-
birindən ayrı düşür. Butun hakimiyyət monarxın başçılığı altında hərbi-
bürokratik aparatın əlində cəmləşir. Ellinist monarxları özlərini birbaşa
dövlətlə eyniləşdirirlər. Bu dövrdə siyasi azadlıq demək olar, öz
funksiyasını itirir.
Ellinizm siyasi fikir tarixində ən öndə gedən mütəfəkkirlər Demosfen
və sokrat olmuşdur.
Demosfen (e.ə. 384-322) öz siyasi baxışlarında monarxiya, tiraniya
idarə etmə formalarını tənqid edərək, antimakedon partiyasına başçılıq
edirdi. Öz nitqlərində Demosfen monarxiya dövlət quruluşuna qarşı çıxaraq,
afinalı həmvətənlərini azadlıq uğrunda mübarizəyə səsləyirdi. O,
yunanlıları makedoniyalılardan, Yunanıstanı isə Makedoniyadan müstəqil,
demokratik xalq kimi qəbul edirdi. Makedoniya çarı haqqında öz fikrini
belə bildirirdi ki, «o nəinki yunan deyil, hətta yunanlılarla heç bir ümumi
ə
laqəsi yoxdur «, eyni zamanda «o həm də elə bir ölkədən deyildir ki,
onunla hörmətlə danışasan, əksinə elə bir ölkənin sakinidir ki, əvvəllər hətta
həmin ölkədə adicə bir qulu da qaydasında almaq olmazdı».
sokrat (e.ə. 436-338) Demosfendən fərqli olaraq öz siyasi
görüşlərində monarxiya quruluşunun tərəfdarı kimi cıxış etmişdir. O,
Makedoniya çarını məhz yunan kimi, yunan qəhrəmanı Herakl kimi
dəyərləndirir. Əgər Demosfen üçün başlıcası – Afinanın azadlığı və
müstəqilliyi idisə, sokrat isə bütün nailiyyətlərin əldə olunmasını ümumi
ellinlilərin «vəhşilərə» qarşı birgə çıxış etməsində görürdü. sokrat «Şərq-
Qərb» problemləri sahəsindəki nəzəriyyəçilərdən birincisi idi. O qəti şəkildə
Avropa və Asiyanı öz ərazi-mədəni səviyyələri baxımından prinsipial bir
ə
sasda qarşı-qarşıya qoyur, bütün Asiya xalqlarının vəhşi olduğunu göstərir
və onların ellinlilərdən varlı olmasını avropalılar üçün ədalətsizlik və təhqir
kimi sayırdı.
8
Orta ə
srlə
rdə
Şə
rqdə
siyasi fikrin inkiş
afı
Şə
rqdə siyasi və hüquqi fikrin inkişafı islam dini ideologiyasının
yaranması ilə daha möhtəşəm forma aldı. Bu, sadəcə sonuncu dünyavi
dinin yaranması deyil, əsl realliqda ərəb dünyasında qəbilə siyasi
münasibətlərinin tayfa dövlət quruluşu ilə əvəz olunması demək idi. Onun
böyük ərazilərə yayılması yeni ictimai-siyasi münasibətlərin – feodalizmin
ə
sasını qoymuş oldu.
Orta əsrlərdə Şərq siyasi ideyaların inkişafında Əl-Fərabinin, Əl-
Biruninin, bn-Sinanın, bn-Röşdün, bn-Xaldunun və b. misilsiz rolu
olmuşdu. Bunların hamısı üçün xarakterik olan cəhət onda idi ki, siyasi və
hüquqi baxışların və yeni dövlət quruluşunun əsasında islam dini
ideologiyasını götürürdülər. Lakin, həmin mütəfəkkirlərin hər biri ayrılıqda
olduqca dəyərli fikirləri ilə də öz zamanlarının siyasi və hüquqi
münasibətlərinə böyük töhvə vermişdir.
Ə
l-Fərabi (870-950) siyasi fikrinin əsasını dövlətin öz sakinlərini
ə
dalətli və səxavətli idarəetməsinin təşkili və onun mühafizə üsullarını
öyrənib, həyata keçirmək təşkil edir. O, bu prosesdə xalqın da özünün fəal
iştirakını nəzərdə tutur, və hesab edir ki, əhali cəmiyyətin siyasi həyatına
mühüm təsir göstərən xeyir və rifahın hardan gəldiyini nəzərdən
qaçırmamalı, onun nadan və şər qüvvələrdən mühafizə olunmasına daim
səy göstərməlidir. Onun fikrincə, siyasətin ali məqsədi ədalətlə, haqqa nail
olmaqdır.
bn-Sina (980-1037) siyasi təliminin mahiyyətini siyasi hakimiyyəti,
dövlət rəhbərliyini düzgün həyata keçirmək təşkil edirdi. O da, bu
məsələdə Əl-Fərabi kimi, idarəetmənin «səxavətli», yaxud «pis» təşkilini
doğuran səbəbləri oyrənməyə üstün yer verirdi.
bn-Röşd (1126-1198) özünün siyasi baxışlarında Aristotelin siyasi
ideyalarının davamçısı kimi çıxış edirdi. O, cəmiyyətin sinfi-iyerarxik
təşkilini zəruri və qanunauyğun hal hesab etmişdir. Ona görə, dövlət başçısı
daha bacarıqlı olmalı və öz siyasi hakimiyyətini ədalətli qanunlar əsasında
qurmalıdır.
bn-Xaldunun (1332-1406) siyasi fikri öz ifadəsini «Müqəddimə» və
«Nəsihətlər kitabı» əsərlərində tapmışdır. Məhz o, şərq siyasi fikir tarixində