27
Sosial siyasə
tdə
sosial ə
dalə
t anlayış
ının rolu
Sosial ədalət – insanların, sinif və sosial qrupların cəmiyyətin maddi və mənəvi
inkişaf səviyyəsilə obyektiv surətdə şərtlənən həyat şəraitində bərabərsizlik ölçüsüdür.
Sosial ədalət anlayışına xalqın hakimiyyətdə iştirakı, bütün vətəndaşların qanun
qarşısında bərabərliyi, millətlərin faktiki bərabərliyi, şəxsiyyətə hörmət, onun hərtərəfli
inkişafı üçün şərait yaradılması və s. aiddir. Geniş sosial təminat: işlə təmin olunmanın,
qocalara, ana və uşaqlara qayğının hamı üçün mümkün olması da sosial ədalətin
komponentləridir.
Sosial ədalət anlayışı tarixi xarakter daşıyır və onun məzmunu hər bir tarixi
mərhələdə dəyişir, yeniləşir. F.Engels qeyd edir ki, yünanlar və romalıların
təsəvvürlərində ədalətlilik «ədalətli quldarlıq» kimi idisə, «ədalətli burjua» ədalətsiz elan
olunan feodalizmi rədd etməyi tələb edirdi. Fəhlə sinfinin ideologiyasında isə kapitalizm
özü bir ədalətsiz cəmiyyət elan edilir və onun dəyişilməsi tələb olunur. Sosializm isə
ə
dalətli bərabərliyi hər şeydən əvvəl «Hər kəsdən qabiliyyətinə və hər kəsə əməyinə
görə» prinsipində görür.
Sosial ədalət anlayışı təkcə iqtisadi deyil, eyni zamanda mənəvi – hüquqi mahiyyət
də kəsb edir. Belə ki, o eyni zamanda vətəndaşların azadlıqları və məsuliyyəti, hüquq və
vəzifələri, adamların xidmətləri və onların ictimai qiymət almaları kimi cəhətləri də
ehtiva edir.
Sosial ədalət cəmiyyətin təkmilləşməsinin güclü amilidir. Sosial ədalətin meyarı
təkcə vətəndaşların qanun qarşısında bərabərliyi, onların azadlıqlarının bərabərliyində
deyil, habelə onların ictimai – faydalı fəaliyyətinə, əməklərinin kəmiyyət və
keyfiyyətlərinə, təşəbbüskarlıq və yaradıcılıqlarına, məsuliyyətlilik və vicdanlılığına
görə qeyri-bərabər qiymətləndirilməsində də əks olunur.
28
Siyasi partiyaların funksiyaları və tipologiyası
Siyasi partiyalar müxtəlif funksiyaları yerinə yetirirlər:
- ictimai rəyi formalaşdırırlar;
- siyasi həyatda vətəndaşların fəal iştirakını təmin edirlər;
- vətəndaşların iedoloji tərbiyəsində iştirak edirlər;
- hakimiyyət orqanlarına öz nümayəndələrini təqdim edirlər;
- parlament və hökumətin siyasi fəaliyyətinə təsir göstərirlər;
- vətəndaş cəmiyyəti ilə dövlət arasında münasibətlərdə vasitəçi rolunu
oynayırlar;
- müəyyən sosial qrupların mənafeyi naminə cəmiyyətin fəaliyyətini
istiqamətləndirirlər.
Politoloqlar partiyaların təsnifatını aşağıdakı tiplərdə əsaslandırırlar:
1.
Sinfi mənsubiyyətinə, sosial əlamətlərinə görə; burjua, fəhlə (sosial –
demokratik, KP), zəhmətkeşlərin kəndli partiyaları. 1919 – cu ildə
Rusiyada və Azərbaycanda fəhlə partiyası (sosial - demokratik) və onun
daxilində iki cərəyan: bolşeviklər və menşeviklər; burjua partiyası –
kadetlər fəaliyyət göstərdilər.
2.
ctimai tərəqqiyə münasibətinə görə: radikallar (inqilabi), mühafizəkar
(rejimin saxlanılması), konservativ (irticaçı), islahatçı, sentrist.
3.
Hakimiyyətə gələrlərsə – ölkənin idarə edilməsində istifadə edəcəkləri
forma və metodlarına görə: - liberal, demokratik, diktator;
4.
Hakimiyyətə münasibətə görə: hakim, müxalifətçi, neytral (bitərəf-
sentrist);
5.
Mənafeyini müdafiə etdiyi şəxslərin və təbəqələrin etiqadına görə:
xristian, islam, buddist (məsələn, randa slam partiyası, Pakistanda
« slam Cəmiyyəti», Yaponiyada «Komeyto» buddist partyiası və
Azərbaycanda slam partiyası, Şiə partiyası);
6.
Təşkilati quruluşuna və mövcud cəmiyyətdə tutduğu roluna görə;
Amerika politoloqu S. Koen bu cəhətə görə partiyaları dörd növə ayırır:
1.
Partiya siyasi avanqard kimi.
2.
Parlament tipli partiya. Bu partiyanın əsas iki funksiyası vardır:
- parlament və digər seçkilərdə qələbə çalmaq;
- parlamentin işinə nəzarət etmək.
Seçkilərdə qələbə çalan partiya – hökumətə və onun başçısına təsir göstərmək
imkanına malik olur.
Bu partiyalarda demokratik mərkəziyyət və aşağı təşkilatların yaradılmasında
istehsalat prinsipi yoxdur. Burada fraksiya və qruplaşma azadlığı vardır.
3.
Seçki kampaniyalarına xidmət edən partiyalar. ABŞ-dakı partiyalar
belələrindəndir. Onların başlıca vəzifəsi öz namizədlərinin seçkiqabağı
kampaniyasını keçirməkdir. (Vəsait toplamaq, təbliğat – təşviqat işi
aparmaq). Bu partiyalar yalnız seçki zamanı mövcuddur. Burada ilk
təşkilatlar, partiya bileti, üzvlük haqqı və partiyaya qəbul yoxdur. Hər il
seçkilər keçirildiyi üçün bu partiyalar də həmişə fəaliyyət göstərirlər.
4.
Hər hansı siyasi xarakterli bir nəzəriyyənin ətrafında deyil, ümumi
baxışların, marağın, ünsiyyətin və müəyyən problemlərin müzakirəsi
məqsədi ilə insanları birləşdirən partiya klubları. S.Koenin fikrincə
keçmiş SSR –də belə partiyalara Xalq cəbhələri aid edilə bilər.
(Ukraynada RUX, Litvada Sayudis, AXC və s.).
29
Alman politoloqu M.Veber hakimiyyə
tin hansı tiplə
rini sə
ciyyə
lə
ndirir.
Ə
gər kimsə öz şəxsi keyfiyyələrinə, vəzifəsinə və s. əlamətlərə görə böyük nüfuza
malikdirsə və başqalarına öz istədiklərini yerinə yetirə bilirsə bu halda nufuz
hakimiyyəti meydana çıxır. Görkəmli alman sosioloqu və politoloqu M.Veber ilk dəfə
olaraq hakimiyyətin mahiyyətinin öz idarəsinini həyata keçirmək imkanı kimi
qiymətləndirmişdir. O, nüfuz hakimiyyətinin aşağıdakı üç tipini səciyyələndirir:
1)
ənənəvi tip - mövcud ənənələrə, davranış qaydalarına əməl edilməsini nəzərdə
tutur;
2)
harizma tipi – rəhbərə sözsüz inama, kor-koranə etiqada əsaslanır. M.Veber
nümunə üçün Xristosu, Buddanı, Məhəmmədi, Napoleonu, Lenini və b. göstərir.
3)
rasional-leqal tip - hüququn gücünə olan inama əsaslanır.
30
Amerikalı politoloq A.Entsioniyə
görə
siyasi hakimiyyə
tin hə
yata keçirilmə
si
vasitə
lə
ri (imkanları) necə
qruplaş
dırılır.
Hakimiyyətin və onun strukturlarının öyrənilməsi ilk növbədə hakimiyyətin həyata
keçirilməsi vasitələrinin (imkanlarının) öyrənilməsini tələb edir. Amerikalı politoloq
A.Entsioni həmin vasitələri (imkanları) aşağıdakı kimi qruplaşdırır:
1)
Utilitar. Sosial-iqtisadi vasitələrin köməyi ilə dövlət hakimiyyəti təkcə ayrı-ayrı
siyasətçiləri deyil, bütöv sosial qrupları öz tərəfinə çəkə bilər. Bu vasitələr həm
mükafatlandırma, həm də cəzalandırma vasitəsi kimi (maaşların azaldılması,
müxtəlif sosial güzəştlərin ləğvi və s.) istifadə oluna bilər.
2)
Məcburi. nzibati və ictimai təsir vasitələri. Utilitar imkanların təsirinə məruz
qalmayanların məhkəmə vasitəsi ilə təqib edilməsi.
3)
Normativ. nsanın davranış normalarına, sərvətlərə qiymətvermə meyllərinə,
bütövlükdə daxili aləminə təsir vasitələri.
31
Hakimiyyə
t bölgüsü prinsipi (Lokk, Monteskye)