daşıyan hakimiyyət yalnız dövlətə mənsubdur.
4.
Ümumilik – dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün adamlara
aiddir.
5.
Hüquq – dövlət onun müəyyən etdiyi hüquq qaydaları və normaları
çərçivəsində fəaliyyət göstərir.
6.
Ə
halidən vergi və mükələfiyyətlər toplamaq hüququ.
35
“Siyasi hakimiyyə
t” anlayış
ının mahiyyə
ti və
mə
zmunu
«Hakimiyyət» anlayışı çoxmənalı xarakterə malikdir. Təbiətşünaslar təbiət
qüvvələri
üzərində
hakimiyyətdən,
filosoflar
obyektiv
ictimai
qanunların
hakimiyyətindən, hüquqşünaslar dövlət hakimiyyətindən, psixoloqlar insanın öz
üzərində hakimiyyətdən və s. danışırlar. Siyasət isə öz əksini siyasi hakimiyyətdə tapır.
Siyasi hakimiyyətin ələ alınması və onun qorunub saxlanması üğründa mübarizə
cəmiyyətin siyasi həyatının əsas aspektlərindən birini təşkil edir. Hakimiyyət ictimai
ə
məyin təşkili, habelə cəmiyyətdə insanlararası birgə yaşayışla bağlı digər qarşılıqlı
münasibətləri tənzim etmək üçün zəruridir. Məhz bunu nəzərdə tutaraq qədim yunan
filosofu Aristotel göstərirdi ki, «hakimiyyətin məqsədi cəmiyyətin bütövlüyünü və
birliyini təmin etməkdir». Ən qədim dövrlərdən başlayaraq filosoflar hakimiyyət
fenomeninin mahiyyətini açmağa cəhd göstərmişlər. Aristotel, Platon, Makiavelli,
Hobbs, Lokk, Kant və s. görkəmli mütəfəkkirlər hakimiyyət anlayışına müxtəlif
aspektlərdən yanaşaraq onun mahiyyətinə varmağa çalışmışlar. Orta əsrlərin görkəmli
ilahiyyatçısı və filosofu, tomizm cərəyanının banisi Foma Akvinalı(1226-1274)
«Hökmdarların idarə üsulu» adlı əsərində hakimiyyəti allahın yaratdığı qayda hesab
edərək onun mahiyyətini ağalıq və tabeçilik münasibətləri kimi qiymətləndirirdi. Bu
fikri inkişaf etdirən H.Morgentaunun qənaətinə görə «hakimiyyət hər hansı bir insanın
digər insanların şüuru və hərəkətləri üzərində nəzarətidir». Bu fikrə şərik çıxan P.Blau
hesab edir ki, hakimiyyət ayrıca bir fərdin və ya qrupun başqaları üzərində öz iradəsini
həyata keçirməsidir.
Yuxarıda deyinlənlərdən belə bir nəticə hasil olur ki, ağalıq və tabeçilik
münasibətlərinin təzahür etdiyi, qanunlar və normaların məcmusu ilə hər iki tərəfin
davranışı şərtləndirilmiş olduğu halda hakimiyyətdən danışmaq olar. Çünki məhz
həmin qanunlar və normalar müəyyən edirlər ki, əmri verən şəxsin əmrin aid olduğu
şə
xsdən tabe olmağı tələb etmək hüququ vardır. Müasir amerikan politoloqu və
iqtisadcısı, idarəetmə nəzəriyyəsinin yaradıcılarından biri olan H.Saymon hakimiyyəti
aşağıdakı kimi səciyyələndirir: A - B üzərində o vaxt hakimiyyətə malik olur ki, A –
B –nin davranışının şərtləndirsin. Deməli, hakimiyyət nufuz, hüquq və ya güc vasitəsi
ilə adamların fəaliyyətinə və davranışına müəyyən təsir göstərmək qabiliyyəti və imkanı
deməkdir.
36
Milli münasibətlər siyasətin obyekti kimi
Millətlərarası münasibətlərin düzgün qurulması, həm çoxsaylı, həm də azsaylı
xalqların sosial-iqtisadi və mədəni problemlərinin obyektiv surətdə həll edilməsi
problemi bütün çoxmillətli dövlətlərin, o cümlədən Azərbaycanın da siyasi həyatında
çox mühüm yerlərdən birini tutur.
Millətlərarası münasibətlər ictimai münasibətlərin çox mürəkkəb spesifik
formalarından biri olub iqtisadi, siyasi və mənəvi münasibətlərin ayrılmaz tərəfi kimi
təzahür edir, eyni zamanda onların təsirinə məruz qalır. Buna görə də millətlərin və
xalqların qarşılıqlı əlaqələrinin bütün aspektləri mahiyyətcə siyasi xarakter daşıyır.
Milli münasibətlər sahəsində siyasətin mahiyyətini araşdırmazdan əvvəl ilk
növbədə «milli məsələ» və «milli münasibətlər» anlayışlarının mahiyyətinə varmaq
zəruridir.
Milli məsələ hər şeydən əvvəl milli bərabərsizlik münasibətləri, millətlərin
imtiyazlı və imtiyazsızlara, hakim və məzlumlara bölünməsi, iqtisadi və mədəni inkişaf
səviyyəsində bərabərsizlik və s. məsələsidir. Milli məsələ milli zəmində ədavət, çəkişmə,
düşmənçilik və şübhə məsələsidir. Milli məsələ millətlər və xalqlar arasında dövlətdaxili
və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b.
problemlərin məcmusudur. Cəmiyyət həyatının hər bir mərhələsində milli məsələ bu və
ya digər ölkənin konkret şəraitinə uyğun olaraq konkret məzmuna malik olur. Hər bir
dövrdə milli münasibətlər sistemində yeni problemlər irəli sürülür.
«Milli münasibətlər» anlayışı daha geniş məzmuna malik olub, özündə aşağıdakı
münasibətləri əhatə etdirir:
1.
millətdaxili münasibətlər;
2.
milli-etnik birliklərarası münasibətlər;
3.
millət və xalqların şəxsiyyətlərarası səviyyədə münasibətləri.
Məhz bu üç cəhət millət və xalqların qarşılıqlı münasibətləri sahəsində yaranmış olan
sosial əlaqələrin mahiyyətini tam əks etdirir. Millətlərarası münasibətlər əslində müxtəlif
millətlərə mənsub olan adamların əmək, ictimai-siyasi, ailə-məişət və asudə vaxtdakı
həyat formalarında yaranan qarşılıqlı münasibətlərini nəzərdə tutur. Milli münasibətlər
sistemində siyasi aspektin aparıcı rolu hər şeydən əvvəl millətin formalaşması və onun
inkişafının mühüm amili olan dövlətin əhəmiyyəti, milli və sosial-siyasi proseslərin
daxili əlaqəsi ilə şərtlənir. Milli münasibətlərin milli özünütəyinetmə, milli və
beynəlmiləl mənafelərin əlaqələndirilməsi, millətlərin hüquq bərəbərliyi, milli dillərin və
mədəniyyətlərin inkişafı üçün şəraitin yaradılması, milli kadrların hazırlanması və
hakimiyyət strukturlarında onların təmsil edilməsi və s. kimi məsələlər bilavasitə siyasət
sferasına aiddir.
37
Sezarçı, marksist və sosioloji ideologiyaların mahiyyəti
deologiya haqqında mövcud olan çoxlu sayda fikirləri ümumiləşdirmək əsasında
fransız politoloqu O.Rebul onları aşağıdakı kimi qruplaşdırır:
1.
Sezarçı ideologiya sisteminə görə mövcud cəmiyyətin sosial
münasibətlərinin tənqidinə və dəyişdirilməsinə yönəlmiş olan fikirlərin
məcmusu ideologiyadır.
2.
Marksist ideologiyası isə əksinə hesab edir ki, mövcud cəmiyyətin
sosial əsaslarını qoruyub saxlamağa yönəlmiş olan baxışların
məcmusunu ideologiya adlandırmaq olar.
3.
Kollektiv inam və düşüncə səviyyəsinə yüksəlmiş olan fikir və
ideyaların məcmusunu ideologiya hesab edən
sosioloji cə
rə
yanın
fərqləndirici xüsusiyyəti budur ki, ideologiyanı təsvir etdiyi gerçəkliyə
uyğun hesab etmir.
Elmi ədəbiyyatda ideologiya anlayışına verilən çoxlu sayda təriflər içərisində
diqqəti daha çox aşağıdaki variant cəlb edir: deologiya bu və ya digər ictimai qrupun
hakimiyyətə və ondan istifadəyə olan iddialarına haqq qazandıran və buna uyğun
olaraq ictimai rəyi öz ideyalarına tabe etdirməyə çalışan doktrinadır.
38
Müasir dövrün başlıca ideoloji nəzəriyyələri və cərəyanları
Cəmiyyətin siyasi həyatının müasir dövr üçün xarakterik olan mühüm
ə
lamətlərindən biri ideoloji nəzəriyyələrin və cərəyanların böyük rəngarəngliyə malik
olmasıdır. Bu isə təbiidir, çünki siyasi həyatda özünü biruzə verən plyuralizm birinci
növbədə ideoloji əsaslarla bağlıdır. Cəmiyyətdə mövcud olan çoxlu sayda sosial qrup və
təbəqələrin mənafeləri öz əksini ideologiyaların müxtəlifliyində tapır. Bununla yanaşı
regional və bəşəri miqyasda özünü biruzə verən ideallar da çox vaxt üst – üstə düşmür.
Lakin qeyd etmək lazımdır ki, hazırda dünyanın siyasi mənzərəsini əks etdirən
ideoloji cərəyanlar dərin tarixi köklərə malikdirlər. Bu cərəyanlar liberalizm,
mühafizəkarlıq və sosialist ideologiyalarından ibarətdir. Həmin cərəyanların hər biri
tarixi mənşəyə malik olmaqla yanaşı eyni zamanda yeni təzahür xüsusiyyətlərinə də