Microsoft Word Proqram sosial psixologiya doktorantura doc



Yüklə 25,9 Kb.

tarix17.09.2017
ölçüsü25,9 Kb.


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

BAKI DÖVLƏT UN VERS TET  

 

 

 

 

 

SOS AL ELMLƏR VƏ PS XOLOG YA FAKÜLTƏS  

 

Sosial və pedaqoji psixologiya kafedrası 

 

 

 

 

“SOS AL PS XOLOG YA  19.00.05” ixtisası üzrə  

Doktoranturaya qəbul imtahanının  

PROQRAMI 

 

 

 

 

 

BAKI-2011 


 

 

TƏRT B EDƏNLƏR: Sosial və pedaqoji psixologiya kafedrasının 

ə

məkdaşları 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Sosial psixologiyanın predmeti, vəzifələri və metodları. 

Sosial  psixologiyanın  predmeti.  Sosial  psixologiya  psixologiya  elminin 

sahələrindən  biri  kimi.  Sosial  psixologiyanın  əmələ  gəlməsi  və  inkişafı. 

Azərbaycanda sosial-psixoloji ideyaların formalaşması tarixi.  

Sosial-psixoloji  informasiyanın  xüsusiyyətləri,  onların  təhlilinin  metodoloji 

səviyyələri:  ümumi  metodologiya,  xüsusi  metodologiya,  konkret  tədqiqat 

metodikaları  haqqında  anlayış.  Sosial-psixoloji  tədqiqatın  əsas  metodları,  onların 

təsnifatı  və  xüsusiyyətləri.  Müşahidə  metodu.  Sosial-psixoloji  eksperiment. 

Psixodiaqnostik  metodlar:  obyektiv,  proyektiv,  standartlaşdırılmış  özünə  hesabat 

və  s.  Sorğu  üsulu:  müsahibə,  intervyu,  anket,  bioqrafik  metod.  Kontent  analiz 

sənədlərin keyfiyyətcə analizində istifadə olunan metod kimi.  

 

 

 

Şə

xsiyyətin sosial psixologiyası. 

Sosial  psixologiyada  şəxsiyyət  problemi.  Şəxsiyyətin  sosial–psixoloji 

nəzəriyyələri.  Mak-Dauqollun  “Sosial  instinktlər  nəzəriyyəsi”;  neobiheviorizm 

(А.Bandura,  N.Miller,  D.Dollard);  neofreydizm  (E.Fromm,  Salliven,  V.Şults,); 

interaksionizm  (Q.Мid),  koqnitiv  nəzəriyyələr  (Xayder,  T.Nyukom,  L.Festinger). 

Şə

xsiyyətin  sosial-psixoloji  tipologiyaları.  Şəxsiyyətin  sosializasiyası  anlayışı. 



Şə

xsiyyətin sosial yönəlişi. Şəxsiyyətin sərvət meylləri və onların formalaşması.  



 

 

 

Qrupun  sosial psixologiyası. 

Sosial  psixologiyada  qrup  anlayışı.  Sosial  qrupların  tədqiqi  ilə  bağlı  əsas 

istiqamətlər.  Qrupun  əsas  xarakteristikası.  Qrupların  təsnifatı.  Formal  və  qeyri-

formal  qruplar. Qrup və kollektiv. Kiçik qrupun dinamik prosesləri: qrup təzyiqi 

fenomeni, konformluq və konformizm; M.Şerif və S.Aşın tədqiqatları. Qrup birliyi 

fenomeni  (L.Festinqer,T.Nyukom).  Kiçik  qruplarda  liderlik  və  rəhbərlik.  Liderlik 

nəzəriyyələri. Liderlik üslubları. Qrup qərarının qəbulu. Grup gütbləşməsi effekti. 

Qrup  münasibətlərinin  öyrənilmə  metodları.  Sosiometriya.  Referentometriya. 

Şə

xsiyyətin  qrupda  sosiometrik  statusu.  Şəxsiyyətin  sosiometrik  statusunun  onun 




şə

xsi  keyfiyyətlərindən    asılılığı.  Böyük  qrupların  psixoloji  xarakteristikaları. 

Mədəniyyət və etnos. Etnik stereotiplər. Etnosentrizm. 

 

Ünsiyyətin sosial psixologiyası. 

 

Ünsiyyətin  tərifi.  Ünsiyyət  və  fəaliyyət.  Ünsiyyətin  strukturu.  Ünsiyyət 

informasiya  mübadiləsi  kimi.  Ünsiyyət  qarşılıqlı  təsir  kimi.  Qarşılıqlı  təsir  birgə 

fəaliyyətin  təşkili  kimi.  Sosial  persepsiya  anlayışı.  Ünsiyyət  prosesində  qarşılıqlı 

anlama mexanizmləri: identifikasiya, refleksiya, empatiya. Atribusiya nəzəriyyəsi. 

Qarşılıqlı  anlama  effektləri.  Şəxsiyyətlərarası  attraksiya.  Sosial-psixoloji  treninq; 

treninqin xüsusiyyətləri və növləri. Sosial və şəxsiyyətlərarası münasibətlər. Fərdi 

ş

üurun formalaşmasında sosial münasibətlərin rolu. Sosial münasibətlərin strukturu 



və sosial rol anlayışı. Şəxsiyyətlərası münasibətlərin emosional əsasları. Aqressiya.  

Aqressiyanın  bioloji  və  sosial  amilləri.  Aqressiya  nəzəriyyələri.  Affiliasiya  və 

sosial kontaktlarda tələbat. Altruizm, eqoizm və empatiya. Altruizm nəzəriyyələri. 

 

 

Ailə  qarşılıqlı  münasibətlərinin  sosial  psixologiyası.  Ailənin  sosial-

psixoloji xüsusiyyətləri. Əsas funksiyaları. Müasir ailənin nuklearlaşması və onun 

sosial-psixoloji tədqiqatları. Valideynlərin şəxsiyyətlərinin xüsusiyyətləri. Onların 

ailədə bir-birinə və uşaqlara münasibəti. Ananın qız və oğlan övladları ilə qarşılıqlı 

münasibətləri.  Müxtəlif  yaş  dövrlərində  valideyn-övlad  münasibətlərinin  inkişafı. 

Valideyn-övlad  münasibətlərində  ixtilafların  əmələ  gəlməsi  və  onların  sosial-

psixoloji  xarakteristikası.  Natamam  və  uğursuz  ailələrdə  qarşılıqlı  münasibətlərin 

xüsusiyyətləri.  



 

 

 

 

 

 

 

 


Ə

DƏB YYAT 

 

 1. Bayramov Ə.S. Şəxsiyyətin aktual psixoloji məsələləri. Bakı, 1981.  

2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003. 

3. Андреева Г.М. Социальная психология. М., 1988.  

4. Шихирев П.Н. Современная социальная психологии в Западной Европе. 

М

., 1985.  



5. Перспективы социальной психологии (Под. редакции М. Хьюстон). М., 

2001. 


6. Социальная психология (Под. редакции А.М. Столяренко). М., 2001. 

 

 

 

 

Sosial və pedaqoji psixologiya  

kafedrasının müdiri:    

     

 

 

 

 prof.K.R.Əliyeva  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə