Iqtisadi informasiya sistemi obyektlərin fəaliyyətini adekvat (olduğu kimi)
şə
kildə əks etdirmək və idarəetmə funksiyalarını təmin etmək üçün nəzərdə
tutulmuşdur.
Informasiya sistemlərinin tədqiq edilməsi məsələlərin müasir kompaterdə
həllinin layihələndirilməsindən əvvəl həyata keçirilməlidir. Bu halda məsələlərin
tərkibi və parametrləri, informasiyanın təsnifləşdirilməsi məntiqi səviyyədə onun
quruluşu aşkar edilir.
Müasir kompüter
texnologiyaları əsasında yaradılan informasiya sistemləri
avtomatlaşdırılmış informasiya sistemləri adlanır. Avtomatlaşdırılmış iqtisadi
informasiya sistemləri texniki, proqram, linqvistik və metodoloji vasitələr
komplekslərindən təşkil olunmuş mürəkkəb bir sistemdir. Texniki vasitələrin
tərkibinə fərdi kompüterlərdən başqa informasiyanın avtomatik ötürülməsi, qeyd
edilməsi və əks etdirilməsi vasitələri də daxildir. Adi informasiya sistemlərindən
fərqli olaraq avtomatlaşdırılmış iqtisadi informasiya sistemləri yalnız bir məqsəd
üçün yox, müəyyən predmet sahəsi yox, müəyyən predmet sahəsi çərçivəsində
istifadəçilərin müxtəlif məqsədlər üçün informasiyaya olan tələbatının
ödənilməsinə xidmət edir.
Son dövrlərdə
iqtisadi informasiya sistemlərinin mütərəqqi avtomatlaşdırma
və kompüter texnikası vasitələrinin yaradılması və tətbiqi konsepsiya sistemləri
strateji informasiya mənbələrinə çevirməklə, bütün sahələrdə və idarəetmə
səviyyələrində istifadə olunur. Məhz bunun sayəsində idarəetmə heyəti zəruri
informasiyanı vaxtında əldə edə bilir, müəssisə (firma) və təşkilatlar qarşısında
duran vəzifələrin uğurla yerinə yetirilməsi, onların fəaliyyətinin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla yanaşı, yeni məhsullar
istehsalının və xidmət növlərinin mənimsənilməsi, əlverişli satış bazarlarının və
layiqli partnyorların tapılmasını, məhsulların və xidmətlərin dəyərinin aşağı
salınmasını və s. təmin edir.
Avtomatlaşdırma vasitələri və yeni texnologiyaların tətbiqinə əsaslanan
informasiya sistemləri iqtisadi informasiyanın işlənməsi və idarəetmə
məsələlərinin həllinin insan-kompater sistemləri kimi qəbul edilir. Kompüter
informasiya sistemlərinin fəaliyyəti ilə bağlı daha dolğun təsəvvür əldə edilməsi
üçün orada həll edilən problemlərin və gedən təşkilati proseslərin mahiyyətini
olduğu kimi dərk etmək lazımdır. Belə ki, bu cür sistemlərin fəaliyyəti nəticəsində
düzgün idarəetmə qərarlarının hazırlanmasının təmin edilməsi üçün aşağıdakılar
nəzərə alınmalıdır:
-
həll edilən idarəetmə məsələlərinin strukturlaşdırılması;
-
müəssisə (firma) və təşkilatın qərarlar qəbul edilməsi lazım gələn
idarəetmə iyerarxiyasının səviyyəsi;
-
həll edilən idarəetmə məsələsinin hansı funksional sferaya aid
olması;
-
tətbiq edilən informasiya texnologiyasının növü.
Avtomatlaşdırma vasitələri və yeni kompater texnologiyalarına əsaslanan hər
hansı bir informasiya sistemini şərti olaraq aşağıdakı sxem şəkildə göstərmək olar:
nformasiya sisteminin aparat və
proqram hissə
si
Kompüter informasiya sistemində işin texnologiyası, kompüter sahəsindən
kənarda fəaliyyət göstərən mütəxəssis tərəfindən də asanlıqla başa düşülür və
özünün peşə fəaliyyəti proseslərinə nəzarət etmək, onları idarə etmək üçün uğurla
ifadə oluna bilər.
6. nformasiyanın tədqiqat aspektləri
Istehsalın idarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi
onun tədqiqinın ümumi metodlarına əsaslanır. Bu zaman informasiya üç aspektdə
(praqmatik, semantik və sintaksis) tədqiq edilir.
Informasiyaya praqmatik aspektdə baxıldıqda, idarəetmə prosesində qərarların
qəbulu üçün informasiyanın praktik cəhətdən nə qədər faqdalı və qiymətli olması
müəyyən edilir.
Istehsalın avtomatlaşdırılmış idarəedilməsi sistemlərinin yaradılması zamanı
informasiyanın praqmatik aspektdə öyrənilməsi istehlakçılar üçün informasiyanın
zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini, faydasız sənədlər
külliyatının miqdarını və s. müəyyənləşdirməyə imkan verir. Informasiya həcmini,
işlənmə saxlanma və verilmə tezliklərini və s. bilməklə informasiyanın
işlənməsinin texniki vasitələrini hesablamaq olar.
Informasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin
vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında
olan münasibətlərinin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.
Informasiya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatına, qarşılıqlı
kodlaşdırma sistemlərinini yaradılmasına və beləliklə idarəetmədə baş verən
hadisələrin, faktların, proseslərin və s. tam öyrənilməsinə imkan verir.
Informasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu, mənası və
istifadə edilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan
münasibətlər
kəmiyyətcə
müəyyənləşdirilir.
Informasiyanın
kəmiyyətcə
qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və
İnformasiyanın
girişi
Informasiyanın
işlənməsi
Informasiyanın
çıxışı
Əks əlaqə
İdarəetmə
heyəti və ya
digər
informasiya
sistemi