Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   2   3   4   5   6   7   8   9   ...   34

Iqtisadi  informasiya  sistemi  obyektlərin  fəaliyyətini  adekvat  (olduğu  kimi) 

şə

kildə  əks  etdirmək  və  idarəetmə  funksiyalarını  təmin  etmək  üçün  nəzərdə 



tutulmuşdur. 

Informasiya  sistemlərinin  tədqiq  edilməsi  məsələlərin  müasir  kompaterdə 

həllinin  layihələndirilməsindən  əvvəl  həyata  keçirilməlidir.  Bu  halda  məsələlərin 

tərkibi  və  parametrləri,  informasiyanın  təsnifləşdirilməsi  məntiqi  səviyyədə  onun 

quruluşu aşkar edilir. 

Müasir  kompüter

  texnologiyaları  əsasında  yaradılan  informasiya  sistemləri 

avtomatlaşdırılmış  informasiya  sistemləri  adlanır.  Avtomatlaşdırılmış  iqtisadi 

informasiya  sistemləri  texniki,  proqram,  linqvistik  və  metodoloji  vasitələr 

komplekslərindən  təşkil  olunmuş  mürəkkəb  bir  sistemdir.  Texniki  vasitələrin 

tərkibinə  fərdi  kompüterlərdən  başqa  informasiyanın  avtomatik  ötürülməsi,  qeyd 

edilməsi  və  əks  etdirilməsi  vasitələri  də  daxildir.  Adi  informasiya  sistemlərindən 

fərqli  olaraq  avtomatlaşdırılmış  iqtisadi  informasiya  sistemləri  yalnız  bir  məqsəd 

üçün  yox,  müəyyən  predmet  sahəsi  yox,  müəyyən  predmet  sahəsi  çərçivəsində 

istifadəçilərin  müxtəlif  məqsədlər  üçün  informasiyaya  olan  tələbatının 

ödənilməsinə xidmət edir. 

Son  dövrlərdə

  iqtisadi  informasiya  sistemlərinin  mütərəqqi  avtomatlaşdırma 

və  kompüter  texnikası  vasitələrinin  yaradılması  və  tətbiqi  konsepsiya  sistemləri 

strateji  informasiya  mənbələrinə  çevirməklə,  bütün  sahələrdə  və  idarəetmə 

səviyyələrində  istifadə  olunur.  Məhz  bunun  sayəsində  idarəetmə  heyəti  zəruri 

informasiyanı  vaxtında  əldə  edə  bilir,  müəssisə  (firma)  və  təşkilatlar  qarşısında 

duran  vəzifələrin  uğurla  yerinə  yetirilməsi,  onların  fəaliyyətinin  müvəffəqiyyətlə 

həyata  keçirilməsi  üçün  əlverişli  şərait  yaratmaqla  yanaşı,  yeni  məhsullar 

istehsalının  və  xidmət  növlərinin  mənimsənilməsi,  əlverişli  satış  bazarlarının  və 

layiqli  partnyorların  tapılmasını,  məhsulların  və  xidmətlərin  dəyərinin  aşağı 

salınmasını və s. təmin edir. 

Avtomatlaşdırma  vasitələri  və  yeni  texnologiyaların  tətbiqinə  əsaslanan 

informasiya  sistemləri  iqtisadi  informasiyanın  işlənməsi  və  idarəetmə 

məsələlərinin  həllinin  insan-kompater  sistemləri  kimi  qəbul  edilir.  Kompüter 

informasiya  sistemlərinin  fəaliyyəti  ilə  bağlı  daha  dolğun  təsəvvür  əldə  edilməsi 

üçün  orada  həll  edilən  problemlərin  və  gedən  təşkilati  proseslərin  mahiyyətini 

olduğu kimi dərk etmək lazımdır. Belə ki, bu cür sistemlərin fəaliyyəti nəticəsində 

düzgün  idarəetmə  qərarlarının  hazırlanmasının  təmin  edilməsi  üçün  aşağıdakılar 

nəzərə alınmalıdır: 

həll edilən idarəetmə məsələlərinin strukturlaşdırılması; 



müəssisə (firma) və təşkilatın qərarlar qəbul edilməsi lazım gələn 

idarəetmə iyerarxiyasının səviyyəsi; 

həll  edilən  idarəetmə  məsələsinin  hansı  funksional  sferaya  aid 



olması; 

tətbiq edilən informasiya texnologiyasının növü. 



Avtomatlaşdırma vasitələri və yeni kompater texnologiyalarına əsaslanan hər 

hansı bir informasiya sistemini şərti olaraq aşağıdakı sxem şəkildə göstərmək olar: 

 



 

nformasiya sisteminin aparat və proqram hissəsi 

 

 



 

 

 



 

 

 



 

 

 



Kompüter  informasiya  sistemində  işin  texnologiyası,  kompüter  sahəsindən 

kənarda  fəaliyyət  göstərən  mütəxəssis  tərəfindən  də  asanlıqla  başa  düşülür  və 

özünün peşə fəaliyyəti proseslərinə nəzarət etmək, onları idarə etmək üçün uğurla 

ifadə oluna bilər.  

 

6.   nformasiyanın tədqiqat aspektləri 

Istehsalın  idarə  edilməsi  prosesində  dövr  edən  informasiyanın  öyrənilməsi 

onun tədqiqinın ümumi metodlarına əsaslanır. Bu zaman informasiya üç aspektdə 

(praqmatik, semantik və sintaksis) tədqiq edilir. 

Informasiyaya praqmatik aspektdə baxıldıqda, idarəetmə prosesində qərarların 

qəbulu üçün informasiyanın praktik cəhətdən nə qədər faqdalı və qiymətli olması 

müəyyən edilir. 

Istehsalın  avtomatlaşdırılmış  idarəedilməsi  sistemlərinin  yaradılması  zamanı 

informasiyanın  praqmatik  aspektdə  öyrənilməsi  istehlakçılar  üçün  informasiyanın 

zərurilik  və  kafilik  dərəcəsini,  faydalı  informasiyanın  həcmini,  faydasız  sənədlər 

külliyatının miqdarını və s. müəyyənləşdirməyə imkan verir. Informasiya həcmini, 

işlənmə  saxlanma  və  verilmə  tezliklərini  və  s.  bilməklə  informasiyanın 

işlənməsinin texniki vasitələrini hesablamaq olar. 

Informasiya  semantik  (mənaca)  tədqiq  edildikdə  idarəetmə  obyektinin 

vəziyyətini  əks  etdirən  informasiyanın  məzmununu  açmağa  və  işarələr  arasında 

olan  münasibətlərinin  və  ölçü  vahidlərinin  mənaca  öyrənilməsinə  imkan  yaranır. 

Informasiya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatına, qarşılıqlı 

kodlaşdırma  sistemlərinini  yaradılmasına  və  beləliklə  idarəetmədə  baş  verən 

hadisələrin, faktların, proseslərin və s. tam öyrənilməsinə imkan verir.  

Informasiyaya  sintaksis  aspektdə  baxıldıqda  onun  məzmunu,  mənası  və 

istifadə  edilmə  xüsusiyyətindən  asılı  olmayaraq  sistemdə  işarələr  arasında  olan 

münasibətlər 

kəmiyyətcə 

müəyyənləşdirilir. 

Informasiyanın 

kəmiyyətcə 

qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və 

İnformasiyanın 

girişi 

Informasiyanın 



işlənməsi 

Informasiyanın 

çıxışı 

Əks əlaqə 



İdarəetmə 

heyəti və ya 

digər 

informasiya 



sistemi 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə